ERMƏNİLƏRİN GÜRCÜLƏRƏ QARŞI SOYQIRIMI (1992-1994)

 

Ermənilər gürcü uşaqlarını zorlayır, gürcülərin başını kəsib futbol oynayırdılar

 

I Dünya Savaşı dönəmindən günümüzə gəldikdə də, erməni iddiaları siyasi, mənəvi, etnik sınırlar tanımadan, ermənilərə rəhm və güzəşt edərək dövlətçilik haqqı tanımış qonşu xalqların (türk, gürcü, azərbaycanlı) siyasi, mənəvi, etnik kimlikləri üzərinə yeriməkdədir.

Bu da təsadüfi deyil ki, Rusiyanın Gürcüstana və ümumilikdə Qafqaza yeni basqı dalğası fonunda ermənilərin təcavüzkarlıq ruhu daha da havalanmış və bir erməni keşişinin deyimində açıq, həyasızcasına ifadə olunduğu kimi (“İki erməni dövlətinin olmasından məmnunam, ancaq üçüncüsü də lazımdır – Cavahetiya”.), hər cür beynəlxalq normaları və sərhəd bütünlüyü prinsiplərini pozmaqdan qurur duyma eyforiyasına qapılmaq durumundadır.

Ermənilərin Gürcüstanın indiki Samtsxe-Cavahetiya mahalında və başqa bölgələrində törətdikləri vəhşilklər-təcavüz, terror və bölücülük fəaliyyətləri haqda müasir Gürcü mətbuatı saysız-hesabsız faktlar dolu məqalələr yayınlamaqdadır. Bu fəaliyyətləri və çağdaş erməni iddialarının boyutlarını anladan (yayınlamış) faktiki məqalələrdən ibarət topluda günümüzdəki erməni-gürcü konfliktlərinə dair mənzərə daha gerçəkçi bir şəkildə üzə çıxır.

 

***

Filologiya elmlər doktoru, ermənişünas Bondo Arveladzenin Ermənistan Respublikası Yazıçılar İttifaqının sədri Sero Xanzadyana açıq məktubu (fevral 1995-ci il)çağdaş erməni vəhşiliyinin bir çox mühüm detallarını ortaya qoymuşdur:

“23 yaşlı Mziya M. Suxumidə Qoqua küçəsində öz evində erməni yaraqlıları tərəfindən qrup halında zorlanmışdır. Sonra kef məclisi qurulmuşdur. Huşu özünə gələn Mziya M. avtomatdan açdığı atəşlə 7 quldurdan 3-nü öldürmüş, 4-nü isə yaralamışdır. Yerli sakinlərdən kimsə onu gizlətmişdir. Fəqət yaxınlıqda yaşayan erməni onları ələ vermişdir. Batalyondan gələnlər onu həyətə çıxarmış, yenidən zorlamış, əzab vermiş, qulaq və barmaqlarını kəsmiş, sonra isə güllələmişlər.

Sentyabrın 10-da Suxumi rayonunun ən qədim kəndi Akafda erməni yaraqlıları Raulun, İlya Papiyanın, Anzorun, Cenerin, Otar Qoquanın, Nora Aroniyanın, Kuta Kardavanın ailə üzvlərini məhv etmiş, evlərini yandırmışlar. Akafda 27 nəfər bu hücumun qurbanı olmuşdur.

Bu qanlı olayları törədən ermənilər bağıra-bağıra deyərmişlər:

Siz gürcüləri bu torpaqda yaşamağa qoymayacağıq!”

 

                                                             ***

Bondo Arveladzenin yuxarıda təqdim etdiyi vahiməli olaylar hansı dönəmdə və hansı coğrafiyada baş vermişdir? –İndi isə qısa olaraq bu məsələlərə aydınlıq gətirək. Tanınmış gürcü alimləri Bondo ArveladzeTeymuraz Mibçuaninin sənədli materiallara əsaslanan araşdırmaları bu sualları hərtərəfli şəklidə cavablandırır. Gürcüstan Baş Prokurorluğunda qorunan həmin istintaq materialları Marşal Baqramyan adına erməni batalyonunun Abxaziyada gürcülərə qarşı soyqırımı törətdiyini sübuta yetirir. Yuxarıda Bondo Arveladzenin məktubundakı faktlar da istintaq sonucunda təsbit edilmişdir. O olaylarla bağlı bəzi başqa epizodları da diqqətə çatdırmaq istərdik:

Şahid Kvaratsxeliya İndiko Teodorovna (1932-ci il doğumlu; Qulripşi bölgəsi (ilçəsi), Pşavi kəndi):

“…29 sentyabr 1993-cü ildə silahlı ermənilər bizim kəndə girdilər və həmin gün gürcülərin evlərini yağmalayıb, yandırdılar. 29 sentyabrda, elə birinci gün, ermənilər bizim qonşu 41 yaşlı Kvaşilava Valerini, 70 yaşlı Gegeçkori Tsatanı,  Gegeçkori Tsatanın qaynı, Qulripşi bölgəsinin Lata kəndindən olan 70 yaşlı Kvaratsxeliyanı,  80 yaşlı Çikovani Maşonu, Çikovani Maşonun gəlini 55 yaşlı Nanulini (ərinin basdırıldığı məzarlıqda doğradılar); 80 yaşlı Sxuluxiya Vladimiri; 60 yaşlı Latariya Biçikonuonun qardaşı 55 yaşlı Latariya Givini; 65 yaşlı Samuşiya Valerini; qardaş və bacı –70 yaşlı Bebiya Ketonu və 68 yaşlı Bebiya Revazı (Suxum(i) bölgəsi, Şrom kəndi); Zemo Pşavidən olan Samuşiya Lidanı qardaşı – Samuşiya Mişikonun evində öldürdülər; 70 yaşlı Çemiya Tinanı və Çemiya Lyubanı öldürdülər; 40 yaşlı  Q.J. və onun 14 yaşlı qızı L.Ş. , 13 yaşlı qızı L.Ş. ermənilər və çeçenlər tərəfindən zorlanmış, sonra isə Samuşiya Moqelinin ailəsində öldürülmüşlər. 29 sentyabrda bu ailədəcə 15 nəfər öldürülmüşdü– 55 yaşlı  Vladimir Samuşiya, onun bacısı 65 yaşlı  Samuşiya, 38 yaşlı  Leyla Samuşiya, 67 yaşlı  Samuşiya Xutaonun arvadı 60 yaşlı Samuşiya Raya. Bu ailədə soyadlarını bilmədiyim, Suxum(i)dən olan iki qadın da öldürülmüşdü. Şoniya Joranın ailəsində Qulripşi ilçəsinin Maçara kəndindən olan iki nəfəri–80 yaşlı ərlə onun 70 yaşlı arvadını öldürmüşdülər. Kardava Şotanı isə öz həyətində öldürdülər. Onun 80 yaşı, oğlununsa 50 yaşı vardı, Darsaniya Taras 80 yaşında, Kvaratsxeliya 65 yaşında, Çxetiani Qedevan da 65 yaşındaydı. Çxetiani Qedevanın ailəsində 60-65 yaşlarında olan, Suxum(i) bölgəsinin Odişi  kəndindən gəlmiş şəxs və Drandadan gəlmiş üçü birgə, biri də tək olan şəxslər də öldürülmüşdü. Mən onların soyadlarını yada sala bilmirəm. Samuşiya Appolon 70 yaşında, onun arvadı Samuşiya Eter 65 yaşında idi. İsmayılova İza isə 60 yaşındaydı – azərbaycanlıydı. Mən Abxaziyadan gələndə arvadım Kvaratsxeliya Gülnara Erminovna və qızım Kvaratsxeliya Marina (1962-ci il doğumlu; hansı ki, 20 sentyabrda Babuşer hava limanında bombardman zamanı yaralanmışdı), Pşavidə (evdə) qalmışdılar. 1995-ci ildə mənim arvadım  Pşavi kəndindən gəldi və bildirdi ki, qonşu erməni Kabasakalyan Albert Ervandoviç bizim qızımızı öldürdü”.

Şahid Siçinava Eter Aleksandrovna (1942-ci il doğumlu; Qulripşi bölgəsi, Pşavi kəndi):

“…Adını yada sala bilmədiyim 7-ci sinif şagirdini öz evlərinin balkonundaca güllələdilər. Y.J. və onun 7-ci sinif şagirdi olan bacısını güllələməmişdən qabaq zorladılar. Qatilzorlayanlar Oçamçir bölgəsinin Labrı kəndindən olan ermənilər idi. Onlara bizimlə üzbəüz qonşuluqda yaşayan ermənilər də kömək edirdilər, onların soyadı Qasparyan idi

Abxazlar bizə gəlmişdilər, söhbət əsnasında aydın oldu ki, onlarla qohumluq əlaqələrimiz var imiş, ona görə də bizə qarşı heç bir hadisə törətmədilər… Abxazların sırasında o vaxt bir erməni vardı, abxazların bizə mehribancasına yanaşması faktı onun xoşuna gəlmədi və inciyərək həmin gün onların dəstəsindən ayrıldı. Həmin erməni növbəti gün bir neçə nəfərdən ibarət erməni qatillərini özüylə gətirdi və onlar da bizimkiləri pulemyotla öldürdülər”.

Şahid Rexviaşvili Venera Aleksandrovna (1934-cü il doğumlu; Qaqra şəhəri, Vaja Pşavela, ¹ 151):

Abxaz bölücülərinə çeçenlər, ermənilər və b. hər cür kömək edirdilər. Gürcüləri Qaqra stadionuna qovdularorada onlara hər cür işgəncə verdilər, başlarını kəsdilər, sonra isə bu insan kəllələri ilə futbol oynadılar”.

Şahid Belousova Nata Mixaylovna (1949-cu il doğumlu; Qulripşi bölgəsi, Dranda kəndi):

“20 sentyabr 1993-cü ildə ermənilər, kazaklar, abxazlar Axaldoba kəndinə girdilər və qışqırdılar ki, hamı küçəyə çıxsın. Xalq –qadınlar və uşaqlar eşiyə çıxdılar. Onları stadiona qovdular. 10 və 14 yaşındakı uşaqları zorladılar və sonra öldürdülər!!!”

Şahid Kobaliya Lyuda Şalvovna (1957-ci il doğumlu; Qulripşi bölgəsi):

“Ermənilər abxazlardan pis idilər. Bizimlə savaşmaq məqsədilə öz batalyonlarını yaratdılar. Bütünlüklə bizim kəndi yandırdılar, mənim evimi də həmçinin”.

Şahid Dolidze Teymuraz Şalvoviç (1955-ci il doğumlu; Qulripşi bölgəsi, Dranda kəndi):

Dranda kəndində bütün gürcülərin evləri yandırıldı… Məndə olan bilgiyə görə,bütün hərbi əməliyyatlarda Topalyanın əsasını qoyduğu Baqramyan adına batalyon fəal iştirak edirdi. Topalyan yaşayış yerlərini və qonşuları yaxşı tanıyırdı”.

Şahid Qulua Avtandil Mamantoviç (1928-ci il doğumlu; Pşavi kəndi):

“Ermənilərə təkqollu, avtomat silahlı, yaxasından iri gümüş xaç asılmış cavan bir şəxs başçılıq edirdi… Bəzilərinin şapqalarında yazılmışdı: “İ.X.Baqramyan adına batalyon”…

Şahid Kvaratsxeliya Lindqar Nikolayeviç (1937-ci il doğumlu; Qulripşi bölgəsi, Qanaxleba kəndi):

“Daha çox ermənilər fəallıq edirdilər. Onların içərisində bizim kəndin erməniləri də var idi, hansı ki, gürcüləri öldürür və zorlayırdılar”.

Şahid Şengeliya-Şoniya Gülnazi Baqratovna (1951-ci il doğumlu; Qulripşi bölgəsi, Dranda kəndi):

“…Mə…nim bacılarımı aparıb zorlayanları tanıya bilərəm. Onlar erməni millətindən olan silahlılar idi”.

Şahid Daneliya Lili Zauryevna (1979-cu il doğumlu; Qulripşi bölgəsi, Dranda kəndi):

“…anam mənə bildirdi ki, 2 oktyabr 1993-cü ildə bir erməni atamı bizim evdəcə öldürüb. anam atamı həyətimizdə basdırıb…”

Sayı-hesabı bilinməyən yuxarıdakı qəbildən olan hadisələr Suxum şəhərini Suxum  Qali bölgələrini əhatə etmişdir. Bu olaylarınqəhrəmanları”nınBaqramyan adına batalyon üzvlərinin tam olmayan siyahısı bəlli olmuşdur

1918-ci ildə İstanbuldaBöyük Ermənistan”ın bir fantastik xəritəsi nəşr olunmuşdu. Guya tarixi xəritə idi. O xəritədəBöyük Ermənistan”ın sınırları Qara dənizdən Xəzər dənizinədək (Batum, Axalsix, Msxeta, Tiflis daxil olmaqla), Samsundan Aralıq dənizinə Selevkiyanın quzey hissəsinədək çox böyük əraziləri əhatə edir. Həmin xəritədə Gürcüstana ensiz bir nahiyə ayrılmışdı. Görəsən Baqramyan adına erməni batalyonunun [yeri gəlmişkən, bu, əslində diviziya idi, 2000-dək üzvü vardı –X.İ.] gürcüləri soyqırıma uğratmağa etniktəmizləməyəyönələn fəaliyyətigələcək” “Böyük Ermənistan”ın ərazi parçalarını hazırlamaq məqsədindənmi qaynaqlanır?!..–Təəssüf ki, bəli: 27 sentyabr 1993-cü il tarixində gürcü qadınlarına, uşaqlarına qarşı hiyləgərcəsinə qırğın törətdikləri başqa günlərdə yaraqlı ermənilər qışqıraraq deyirmişlər: “Abxaziya sizin idi, indi oldu bizimAbxaziya kiçik Ermənistandır, Böyük Ermənistanın qərb sahilləridir.”

Əlbəttə, Bondo Arveladzenin timsalında gürcü ziyalıları o hadisələr zamanı susmamış, hətta o dönəmdə Ermənistan Prezidenti vəzifəsini daşımış Robert Koçaryana bütün ermənilərin katolikosu İkinci Qareginə məktubla müraciət edərək onların Ermənistan erməni xalqı adından gürcü xalqından rəsmən üzr istəməsini tələb etmişlər.

Ancaq qəribə burasındadır ki ermənilər tərəfindən bu cür amansız soyqırıma uğramış ərazilərinə göz dikilmiş Gürcüstan dövləti üzərinə gələcək yeni təhlükələri önləmək üçünsə Azərbaycan Türkiyə ilə səmərəli əməkdaşlıq etməyə xüsusi maraq göstərmir. Bu da bölgədə etibarlı barış ortamının yarana biləcəyi arzularını şübhə altına salır. Soyqırımların təkrar olmaması üçün sağduyulu xalqlar dövlətlər etkili bir tərəf formalaşdırmalıdırlar.

 

Xaqani İsmayıl

Hürriyyət.- 2020.- 24-25 sentyabr. S, 11.