Ağadadaş Qurbanov və Cəfər Cabbarlı dramaturgiyası

 

(əvvəli ötən sayımızda)

 

Aydıntamaşasının tənqidə məruz qalmasına baxmayaraq, əksər şair, yazıçı dramaturqlar A.D.Qurbanovun təbii təsirli ifasını xüsusi qeyd etdilər. Bildirdilər ki, Ağadadaş Qurbanov Azərbaycan səhnəsinin, xüsusən gənclər teatrının ən görkəmli aktyorudur. Onda böyük bacarıq, çağlayan istedad vardır.

Beləliklə, Aydın obrazı A.D.Qurbanovun yaradıcılıq bioqrafiyasının dönüş nöqtəsidir dünya dramaturgiyasına çıxmaq üçün bir tramplin oldu.

1955-ci il yanvar ayının 29-da C.Cabbarlının “1905-ci ildəpyesi altıncı (1931, 1932, 1935, 1937, 1944) dəfə tamaşaçıların ixtiyarına verildi. Bu quruluşda erməni kapitalisti Ağamyan obrazı A.D.Qurbanova tapşırıldı.

Ağadadaş Qurbanovdan əvvəl bu obrazın S.Səlimbəyov, D.Şaraplı, F.Süheyli, A.Gəraybəyli, Ə.Kamalov kimi ifaçıları var idi. Şübhəsiz ki, Ağamyan obrazını yaradan bu ifaçıları A.D.Qurbanov görmüşdü. Bu da onun məsuliyyətini birə on artırırdı.

Tamaşadakı azərbaycanlı Əmirsalan bəy Salamov (Ələsgər Ələkbərov) erməni Ruben Ağamyan (Ağadadaş Qurbanov) böyük kapitalistlərdi. Rus millətindən olan General qubernator (Ağasadıq Gəraybəyli) bu iki kapitalisti ayrı ayrılıqda əla alaraq iki millət arasındakı qırğının səbəbkarı olur.

Tamaşada iki erməni Ruben Ağamyan-A.D.Qurbanovla Eyvaz Əsriyan-R.Əfqanlı arasında gedən dialoqdan erməni millətinin hansı pis niyyətə quluq etdiyi aydın görünürdü.

Zahuru görünüşü, jestli, rəftarı etibarilə Ruben Ağamyan Salamova bənzəmir. O, nüfuzli, hiyləgər, siyasətçi, təmkinli bir erməni kapitalistidir. Hər ikisinin imanı, dini, vicdanı puldur. Ağadadaş Qurbanovun yaratdığı xarakter tam mənada inandırıcı təsir bağışlayır” (M.Rəfili).

A.D.Qurbanovun ifa etdiyi Ağamyan mürəkkəb insan idi. Hər yerdə millət adından danışan bu naqis tip, kapitalist olmaqla yanaşı tipik erməni burjua-millətçisi idi.

“Bu obraz (Ağamyan-İ.A.) aktyorun istedadı, sosial-tarixi məzmuna malik obrazı ustalıqla oynamaq məharəti hiss olunacaq dərəcədə güclü idi. Salamovla sinfi cəhətdən qohum olsa da, Ağamyan real, fərdi keyfiyyətləri olan bir surətdir. O, zahirən mədənidir, oxumuşdur, siyasətçidir; xaraktercə təmkinli hiyləgərdir; harda necə davranmağı, necə danışmağı bacarır. Lakin onun bir xüsusiyyəti vardır; o da budur ki, o tezliklə zahiri pərdəni üzdən ata bilir, həyasızlığını büruzə verir; bunun üçün kifayətdir ki, onun əleyhinə gedəsən. Ağadadaş Qurbanov surətin əsas cizgilətrini tamaşaçıya təbii, zəngin, ifadəli çatdıra bilirdi” (R.Hüseynov).

A.D.Qurbanov Ağamyan obrazını ifa edərkən düşündürücü, incə detallardan məharətlə istifadə edə bilirdi.

1957-ci il may ayıın 11-də C. CabbarlınınAlmazpyesi Ə. Ələkbərovun quruluşunda yenidən tamaşaya qoyuldu.

Almaztamaşası 1931-ci ildə A.Tuqanov C.Cabbarlının, 1936-cı ildə Ağəli Dadaşovun 1943-cü ildə Səftər Turabovun quruluşlarında tamaşaya qoyulmuş, bu tamaşalarda Mirzə Səməndər rolunun klassik ifaçısı Mirzağa Əliyev olmuşdur. Mənbənin qeyd etdiyinə görə Mirzə Səməndər rolunu Ə.Qəmərli A.M.Şərifzadə ifa ediblər.

Mirzə Səməndər obrazı A.D.Qurbanovun Cəfər Cabbarlı yaradıcılığında üçüncü rolu idi. O, hələ 1944-cü ildə Gənc Tamaşaçılar TeatrındaAydıntamaşasında Aydın, Akademik teatrda “1905-ci ildəəsərində Ağamyan rollarını müvəffəqiyyətlə ifa etmişdir. Bu obrazlar (Aydın, Ağamyan Mirzə Səməndər) tamamilə bir-birinə zidd olan obrazlardır.

Teatr tarixində barmaqla sayılacaq elə aktyorlar məlumdur, yaratdıqları obraz onların adı ilə bağlı olur. Mirzə Səməndər obrazı tam məsuliyyəti ilə demək olar ki, Mirzağa Əliyevin adı ilə bağlıdır. Onun ifasından sonra bu obrazı ifa etmək son dərəcə çətin məsuliyyətlidir. A.D.Qurbanov bu məsuliyyəti dərk edib, mükəmməl Mirzə Səməndər obrazını yaratmağa müvəffəq oldu.

M.A.Əliyev kimi mahir sənətkardan sonra Mirzə Səməndəri oynamaq, özü demək olar ki, eyni tamaşaçılar üçün oynamaq heç asan deyildi. Odur ki, aktyor rola böyük məsuliyyət hissi ilə yanaşır, özünün illərdən bəri damla-damla toplamış zəngin təcrübəsindən, realistik sənətkarlığından daha böyük həvəslə, daha artıq diqqət səylə istifadə edərək, qarnından uzağı görə bilməyən bir tüfeylinin, avam camaatın qanını soran bir xainin murdar simasını bacarıqla nümayiş etdirir. Budur A.D.Qurbanovun-Mirzə SəməndərinQurban olum Məhəmmədin şəriətinəsözləri eşidilir o, tələsik, yöndəmsiz hərəkətlərlə səhnədən keçir. Almazın otağı yanında nəyi isə hirslə vurub, kənara atır. Bu onun surətini azaldır. Başını sağ cinahı üstündən döndərib, hirsliklə yanan gözləri ilə gözlük altından xain-xain Almazın qapısına nəzər salır. Tamaşaçılar arasında bir tərpəniş yaranır. Lakin A.D.Qurbanov bunları hiss etmir. Öz varlığını rolun varlığı içərisində əridərək yox olur” (İ.Kərimov).

O dövrdə Mirzə Səməndəri ifa etmək aktyordan məsuliyyət tələb edirdi. Çünki həmin tamaşaçılar M.A.Əliyevin Mirzə Səməndərinə dəfələrlə tamaşa etmişdilər. Onlar ilk baxışdan A.D.Qurbanovun Mirzə Səməndərindən irad tutmağa çalışırdılar. Lakin A.D.Qurbanovun böyük sənəti bütün bu düşüncələri dəf etdi. Tamaşaçıları yaratdığı obrazın içərisinə daxil etdi. İstər-istəməz tamaşaçılar onun yaratdığı Mirzə Səməndəri qəbul etdilər.

A.D.Qurbanovun ifasında Mirzə Səməndər Almaza (L.Bədirbəyli) qarşı son dərəcə kinli olan məktəb müdiri idi. O, Almazın hətta kiçik hərəkətini belə nəzarətdə saxlayırdı. Onun ifasında Mirzə Səməndər insana şər atan, rüşvətə həris bir insan idi. Mirzə Səməndər-A.D.Qurbanov lazımi səviyyədə müəllim deyildi. O, kəndə baş verənlərə qarışmırdı. Onun bir məqsədi var idi Almaza mane olub, yeniliyə qarşı çıxmaq. Bütün bu deyilənləri yüksək səviyyədə ifa edən A.D.Qurbanov Mirzə Səməndər obrazı ilə öz sələfinin layiqli varisi olduğunu sübut etdi.

1960-cı il mart ayının 18-də C.CabbarlınınDönüşpyesi ikinci dəfə A. İsgəndərovun quruluşunda səhnəyə qoyuldu.

Dönüş” ilk dəfə 1932-ci ildə İ.Hidayətzadə C.Cabbarlı tərəfindən tamaşaya qoyulmuş, Qüdrət Arslanı Ülvi Rəcəb Rza Təhmasib ifa etmişdir. İyirmi səkkiz ildən sonra tamaşaya qoyulmuşDönüş”ün taleyi ilk quruluşda olduğu kimi uğurlu olmadı. Bu quruluşda Qüdrət Arslan rolunu A.D.Qurbanov ifa etdi.

Tamaşada Qüdrət Arslan-A.D.Qurbanov keçmiş yazıçı müəllimdir. Gülsabah (L.Bədirbəyli S.Bəsirzadə) Qüdrət Arslana müasir mövzudan pyes yazmağı tapşırır. Ötgün (M.Cənizadə) adlı gənc fəhlə yazıçını əsər yazmağa ruhladırır. Bacarıqlı insanların, əsasən qadınların səhnəyə gəlməsinə yardımçı olur.

A.D.Qurbanov ona tapşırılan Qüdrət Arslan obrazının səhnə həllini düzgün tapmış sələfləri kimi obrazın yeni həyatla ayaqlaşmağını, zamanın nəbzini tutmağını cəhd edən insan kimi ifa edirdi.

1961-ci il sentyabr ayının 23-də C.CabbarlınınOd gəlinifaciəsi dördüncü dəfə tamaşaya qoyuldu. Rejissor Ə.Şərifov Əbu Übeyd rolunu A.D.Qurbanova tapşırıldı.

1928, 1933, 1939-cu illərdə müxtəlif rejissorlar tərəfindən tamaşaya qoyulanOd gəlinifaciəsində Əbu Übeyidi Rza Təhmasib, İsmayıl Osmanlı, Sidqi Ruhulla kimi sənətkarlar ifa etmişlər.

Od gəlinifaciəsində müəllif zəhmətsevər Azərbaycan kəndlilərinin çətin həyatını, feodal-patriarxal münasibətlərini amansızlıqla tənqid etmişdir.

A.D.Qurbanovun ifa etdiyi Ərəb-islam xilafətinin əmiri Əbu Übeyd mühüm obrazlardan biri, yadelli ərəb qəsbkarlarının tipik nümayəndəsi idi. Bu istismarçı ərəb əmiri xalqın əziyyətlə suvarılmış torpaqlarını, zəhmətlə əldə etdikləri sərvəti qəsb etmək üçün hər şeyə hazır idi. A.D.Qurbanovun ifasında Əbu Übeyd qəddar, amansız, kinli bir vali olsa da, Azərbaycan xalqının döyüş əzmini sındıra bilmirdi. Kəndlərdən gələn xəbərlər Əbu Übeyd-A.D.Qurbanovu sarsıdırdı. O, bütün xalq üsyanının səbəbini Elxan da (R.Əfqanlı Ə.Zeynalov) görürdü.

 

İmran AXUNDOV, fəlsəfə doktoru

Hürriyyət.- 2020.- 24-25 sentyabr. S. 14.