2  SONET

 

 Təbiət öz işindədir,

Cəmiyyət öz işində.

Hamı alverə qurşanıb,

İrandadır, ya da Çində.

 

 Ölkə maşın sərgisidir,

sevgi var, hünər.

Hanı gözəl operalar,

Dillərdə gəzən nəğmələr.

 

  baş verir, heç kimin ,

Anlamaq həvəsi yoxdur.

Hətta xoruzların belə,

Banlamaq həvəsi yoxdur.

 

 Neyləməli, bu gündəyik,

Elə bil ki,  sürgündəyik.

 

              *   *   *

 Mətləb dolu, söz dolu,

Hamı olubdur həpənd.

Çıxasan səyahətə

Gəzib ölkəni kənd-kənd.

 

İnsan çox danışanda,

Naqqal çənə olur.

Yüz kitabı satınca

Mənimki mənə olur.

 

Yüz nəfər oxuyan,

Yoxsa bu məmləkətdə,

Gərək gedib qurd kimi

Ulayasan Ələtdə.

 

 Ha qarala, ha sən yaz,

Gəlməyəcək əsla yaz.

 

                       05.IV.2018

 

 

DOSTUM ELDAR MƏMMƏDBƏYLİYƏ

 

Sən adicə bir alim yox,

İnstitutda da tək bir ASsan.

Təbiətə qalib gələn,

Sən ilk təbiətşünassan.

 

Bilirəm ki, sən bilirsən,

Həyat nədir, insan nədir.

Mən bilirəm, köksün necə,

Hikmət dolu xəzinədir.

 

Mən bilirəm yüzündə də

Belə cavan qalacaqsan.

Bəsirətli, cəsarətli,

Bir qəhrəman qalacaqsan.

 

 Bil ki, bütün dostlarınçın

Sən nikbinlik mayakısan.

Sən bir ailənin deyil,

İnstitutun dayağısan.

 

 Səksən yaşın mübarəkdir,

Səksən il də dostum var ol!

Həm mübariz, həm sarsılmaz.

Həm də xoşbəxt, bəxtiyar ol!

 

 

Əlisa NİCAT

Hürriyyət.- 2020.- 26-28 sentyabr. S. 4.