VƏTƏN
VƏ DOST XİLASKARI
Vətən
– neçə qəhrəmanın son sözü. Vətən
– neçə qəhramanın izi. Vətən – neçə
qəhrəmanın özü…
Vətən
sözündə cəm olunub qəhramanlıq, eşq,
sadiqliq, şərəf, şəhadət… Bu sözün dərinliyində
boğulmamaq mümkün deyil. Dilimizə gəldiyində
ürəyimizin döyüntüsü vücudumuzun hərarətin
artırır. Göz önümüzdə vətən
uğrundə vuruşan əsgərin ürək
döyüntüsü, vətənin sinəsi üstündə
can verən şəhid ürəyinin son
döyüntüsü canlanır.
Son
döyüş, son döyüntü…
Vətən
üçün doğulub vətən üçün
yaşayanların ürəyinin hər
döyüntüsündən sanki vətən sədası
ucalır. Elə Sənan Axundov kimi.
Doğulduğu
gün şəhadəti alnına yazılmışdı bu
oğulun. 1979-cu il payız qoxulu bir gündə (sentyabrın
29-da) hərbiçi ailəsində doğulan Sənan həm
ailəsinin həm vətənin ümidi idi. Körpəlikdən
hərbiçi atanın qabarlı əlləri ilə
tumarlanırdı onun saçları. Hər bir hərbiçi
övladı kimi Sənan da atasının üzünü
doyunca görə bilmirdi. Çünki onun atası Tahir
Axundov çox zaman isti ocağından kənarda vətən
keşiyi çəkirdi. Elə o zamandan Sənan
atasının yolunu davam edəcəyi qərarına gəlmişdi.
Beləcə ötən illərlə bərabər gələcəyin
qəhrəmanı da böyüyürdü. Ancaq Sənan
uşaqlığa bircə gündə əlvida dedi. Sənanla bərabər neçə-neçə
uşağın bir anda böyüdüyü eləcə də
neçə – neçə uşağın şəhid
olduğu Füzulinin işğalı günü həm
tarixin həm də insanların yaddaşında silinməyən
iz buraxdı. Hələ o zamandan vətənin keşiyini
çəkməyə can atan Sənan Ali Hərbi Məktəbə
daxil oldu. Ömrünü vətənə həsr edən qəhrəmanımız
Ali Hərbi Məktəbi bitirdikdən sonra Almaniya Hərbi
Akademiyasını (alman dilində) oxudu.Daha sonra Bakı
Dövlət Unversitetinin
hüquq fakültəsini bitirdi. Sənan Axundov Müdafiə
Nazirliyində illərlə sektor müdiri işlədi. O,
“Qüsursuz xidmətə görə” III dərəcəli
medalı və “Yubiley
medalı” ilə təltif edildi. Hərbin bütün dərinliyinə
yiyələnən qəhrəman hər zaman ön cəbhədə
yer alırdı. İllərlə öyrəndiyi bilik və
bacarıqları döyüşlərdə həm
özünün həm də ordumuzun yoluna işıq
saçırdı. Cahanın sükutunun pozulduğu Aprel
döyüşlərində ruh yüksəkliyi ilə
döyüşçü yoldaşlarıyla birgə zəfər
müjdəsi yetirənlərdən biri də Sənan Axundov
idi. Qələbənin sevincin yaşayan ürəyi eyni
zamanda hərbiçi yoldaşlarının itkisinin kədərini
də yaşayırdı. Hər döyüşçü
kimi Sənan da zəfərin şəhidsiz
qazanılmadığı gerçəyini yaxşı
bilirdi. Elə tək təsəllisi də o qanların hədər
axmadığı, illərdən sonra işğaldan azad
olunan o torpaqlar idi.
Sənan
Axundov öz silahdaşı ilə birlikdə apreldə
tökülən qanlar torpağa hopmamış aprelin 18-i kəşfiyyat
işləri aparmaq və növbəti döyüş
tapşırığını yerinə yetirmək
üçün irəliləyirdi. Bu zaman Lələ təpə
yaxınlığında yerləşən Yastı təpə
ərazisində döyüş yoldaşı minaya
düşdü. O öz həyatını düşünmədən
yaralı yoldaşına yaxınlaşıb, belindəki kəməri
ilə yoldaşının yarasını bağladı.
Dostunu xilas edən Sənan özü minaya düşərək
ağır yaralandı. Bir neçə saat həyata dönmək
üçün mübarizə aparsa da bu mübarizədə
məğlub oldu. Vətən naminə yaşayan vətən
oğlu həm vətən yolunda həm də dost yolunda şəhadət
zirvəsinə ucaldı. Bu gün Sənanın öz həyatı
bahasına xilas etdiyi dostu da yaşayır, vətəni də.
Əslində isə elə Sənan özü də əbədiyaşarlıq
qazanıb. Çünki şəhid kimi can verən heç
zaman ölmür.
Məqamların
ən gözəlinə ucalan şəhidimiz aprelin 19-u Beyləqan
rayonunda yerləşən Cərcis peyğəmbər ziyarətgahında
dəfn olundu. Xalq igid, qəhrəman, unudulmaz şəhidini vətən
torpağına tapşırdı. O torpağa ki, şəhid
qanları ilə paklaşıb, şəhid canları ilə
canlanıb.
Şəhidimizin
vətən sevgisi övladlarına da sirayət edib. Onun hər
iki övladı Tahir və Nəzrinin gözlərindən vətən
sevgisi oxunur. Axı necə sevməsinlər ki? Hər birimizin
“ana vətən” dediyimiz vətənə onların atası
can verib. Hər “vətən” deyəndə şəhid əmanətlərinin
ataları gözləri önünə gəlir. Bu gün
Tahir atasının yolunu davam etdirir. O Azərbaycan Tibb
Universitetinin Hərbi Tibb Fakültəsinin tələbəsidir.
Tahir bu peşəni seçərkən bir daha sübut etdi
ki, bu ailənin hər bir fərdi vətən naminə
yaşayır. Əslində bir şəhid xanımı
üçün tək oğul payını hərb sahəsində
görmək fərqli duyğudur. Bir qadının nə qədər
böyük vətən sevgisi, nə qədər
böyük ürəyi ola ki, ömür
yoldaşının qurban getdiyi vətənə oğul
payını da qurban verməyə hazır ola. Bu baxımdan
düşünürəm ki, Nəcibə Axundova örnək
götürüləcək xanımlardandır.
Müqəddəs
vətənim, o qədər böyük sevgilərə
şahid oluram ki, ruhumla, cismimlə əsirinə çevrilirəm.
Səni hər sözümdə vəsf edirəm. Vətən,
şəhidlərim kimi qanımla, canımla sənə can
vermək istəyirəm. Mən sənin uğrunda fəda ola
bilməsəm də uğrunda fəda olanların
adlarını yaşatmağa çalışıram. Hər
şəhidin bir roman olan vətən sevgisini sətir – sətir
oxuyur, hərf-hərf “toxuyuram”. Oxuyun, şəhidlərin
sevgi romanını oxuyun. O romanların hər birinin sonu eyni
sözlə bitir. Vətən!
AZADLIQ MÜJDƏÇİSİ
Adını
qanla yazdın vətənin dağ-daşına,
Sahib
çıxdın torpağın sən hər bir
qarışına,
Uşaqlıqdan
bir məqsəd qoymuşdun öz qarşına
“Bu vətən
torpağını mən azad görəcəyəm,
Gərəkirsə
vətənim uğrunda öləcəyəm”.
Özünlə
bir bərabər böyüdü vətən dərdin,
Füzuli
torpağını azad görmək istədin,
Bax o
azadlıq üçün şəhid kimi can verdin
Vətənin
dar günündə düşmənə gəldin sinə,
Ucaldın
uca olan şəhadət zirvəsinə.
Həm dostuna can verdin, həm müqəddəs
torpağa,
Şəhid
tək qədəm qoydun cənnət adlı bir bağa.
İndi
sənin yoxluğun qəlblərdə dönüb dağa,
Şəhidim,
sənsiz gəlir yaşın üstə yeni yaş,
Yoxluğun
ürəklərdə açıb bitməyən savaş.
MANYA SƏXAVƏTQIZI
Hürriyyət.-
2020.- 26-28 sentyabr. S. 4.