“Texnologiya
dövründə yaşayırıq, odur ki, dünya ictimaiyyətinə
sözümüzü çatdırmağı
bacarmalıyıq”
Sabir
Rüstəmov: “Rus bölməsini bitirdiyimə görə,
Azərbaycan dilini yaxşı bilmirdim, lakin könüllü
olduğum müddətdə qrammatik cəhətdən
düzgün yazmağı və yaxşı
danışmağı öyrəndim”
“Təşkilatçılar
və erməni diplomatlar mənim sinəmdəki Azərbaycan
gerbi və kürəyimdə Azərbaycan sözünü
görəndə, imkan vermədilər ki, sualımı verim.
Təşkilatçılara da bildirmişdim ki, Azərbaycan
heyəti bura provokasiya etməyə gəlməmişdi. Orada
Azərbaycan heyətindən bir xanım iştirak edirdi. O sadəcə
rus vətəndaşı idi. Mən ondan xahiş etdim ki, səfirə
sual versin. Sual verdi ki, cənab səfir, ömür boyu Qarabağ
Azərbaycanın əzəli torpağı olub, siz o
torpaqlardan valideynlərimizi qovubsunuz. Bəs buna nə deyə
bilərsiniz?…” Bunu “Hürriyyət”ə Çində təhsil
alan, Prezident mükafatçısı Sabir Rüstəmov
bildirib.
(Əvvəli
ötən sayımızda)
–
Adınızın “qara siyahı”ya salındığını
necə öyrəndiniz?
– Mən
hava limanında telefonumu vermədim. Onlar isə bundan sanki
qıcıqlandılar. Sonda bildirdilər ki, Sabir, səni “qara
siyahı”ya yazdıq. Hazırda bunun nə dərəcədə
doğru olub-olmadığını bilmirəm. Məsələnin
ciddiliyini və Azərbaycan ictimaiyyətində
doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik
Rusiyanın Xarici İşlər Nazirliyinə rəsmi nota
ünvanlayıb. Bundan əlavə, səfir Polad
Bülbüloğlu daha öncə əldə olunmuş
razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən,
yuxarıda qeyd olunan Forumda iştirakdan və
planlaşdırılmış görüşlərdən
imtina etmişdi.
– Bir
müddət əvvəl “facebook” hesabınız ermənilər
tərəfindən şikayət edilmişdi. Bu məsələ
ilə bağlı nə deyə bilərsiniz?
– Bəli,
mənfur qonşularımız tərəfindən profilim
şikayət edilmişdi. Mən həqiqətləri sosial
şəbəkə üzərində də təbliğ
edirəm. Bir dəfə sosial qrupların birində ermənilərlə
Qarabağ məsələsini müzakirə edirdik.
“Qarabağın Azərbaycana aid olmağı” ilə
bağlı faktlar gətirdim. Onlar düz sözü həzm
edə bilmədilər və profilimə girib şikayət
etdilər. Müəyyən müddət heç kimə
mesaj yaza, rəy bildirə bilmədim. Daha sonra problem aradan
qalxdı və mən yenidən o qruplarda ölkəmizin təbliğini
davam etdirməyə başladım. Mənim təkcə
“facebook” hesabım deyil, digər sosial hesablarım da ermənilər
tərəfindən tez-tez şikayət olunur. Buna baxmayaraq,
çalışıram ki, sosial şəbəkələrdə
aktiv olum. Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə
çatıdırılmasına çalışıram. Bu,
mənim üçün qürurdur. Çünki texnologiya
dövründə yaşayırıq. Dünya ictimaiyyətinə
Azərbaycanda ola-ola sözümüzü
çatdırmağı bacarmalıyıq. Bu gün Azərbaycan
gəncliyi həqiqətən də çox aktivdir. İyul
döyüşlərində “twitter” sosial şəbəkəsində
şəxsən özüm aktivlik nümayiş etdirdim.
–
Könüllülük fəalliyəti haqqında nə deyə
bilərsiniz?
–
Şəxsən özüm 2014-cü ildən
könüllülük fəaliyyətimə
başlamışam. Bakı Dövlət Univesitetində
“İlin Tələbəsi”, Gənclər və İdman
Nazirliyi tərəfindən “İlin Gənci”, 2020-ci ildə
isə ölkə başçısı tərəfindən
Prezident mükafatına layiq görüldüm.
Könüllü olmaq insanın sosial məsuliyyətini
artırır, yeni insanlar tanımağa kömək edir,
iş təcrübəsi qazandırır. Bəzən gənclər
könüllü olmaqdan utanırlar. Könüllü olmaq hər
yerdə məvacibsiz fəaliyyət göstərmək deyil.
Öz maraq dairənə aid qurumu təyin edib, orada
könüllü olmaq lazımdır. ASAN xidmət
könüllülük fəaliyyətinin ən düzgün
və ən çox yayıldığı məkandır.
Könüllü olmaq gənclərin inkişafına müsbət
təsir göstərir. Mən özüm də sosial fəaliyyətimə
könüllülük ilə başlamışam. ASAN xidmətdə
könüllü fəaliyyət göstərdiyim
üçün fəxr edirəm. Mən rus bölməsini
bitirdiyimə görə, Azərbaycan dilini yaxşı
bilmirdim. Könüllü olduğum müddətdə
qrammatik cəhətdən düzgün yazmağı və
yaxşı danışmağı öyrəndim. Çox
yaxşı dostlar qazandım. Hər kəsə tövsiyə
edirəm.
–
Sizcə, cəmiyyət gəncləri düzgün istiqamətləndirir?
–
Düşünürəm ki, əsasən sosial şəbəkələrdə
gənclər düzgün istiqamətləndirilmir. Bəzi məqamlarda
sosial şəbəkələrə qadağa qoymaq
lazımdır. Pis insan yoxdur, düşüncələrinin
zidd olduğu cəmiyyətdə dəyişən insan var.
İnsanın ən böyük dəstəkçisi ailəsi
olmalıdır. Bəzən ailədə düzgün tərbiyyə
və qayğı görməyən gənclər cəmiyyətlə
sağlam əlaqə qura bilmir. İnithara üz tuturlar, lakin
intihar çarə deyil. Seçdiyiniz həyatda da,
qoyduğunuz məqsəddə də bəzi çətinliklər
ola bilər, amma onların öhdəsindən gələ bilərsiniz.
Bəzi gənclər adam öldürməyi “kişilik” əlaməti
sayırlar. Əsl Azərbaycan kişisi öz
davranışı, sözünün qüdrəti ilə
hamıya örnək olmalıdır. Bəzi
xanımlarımız özlərini digər ölkə
qadınlarına bənzədirlər. Unudurlar ki, Azərbaycan
xanımları əvəzolunmaz və mükəmməldirlər.
Əsl Azərbaycan ailəsində böyüyən
uşaqlar və gənclər də savadlı olmalı,
böyüklərə hörmət etməlidirlər. Cəmiyyətdəki
insanlar bir-birini anlamalı, düzgün yönləndirməlidir.
–
Uğur formulunuzu bizimlə bölüşə bilərsiniz?
–
Uğur qazanmaq üçün dayanmadan çalışmaq
lazımdır. Məqsədimizi müəyyənləşdirib
ona doğru addımlar atmalıyıq. İnsan istəsə,
hər şey edə bilər. Mənim formulum isə… Mən
özümü uğur qazanmış hesab etmirəm. Mən
o vaxt uğur qazanaram ki, Qarabağ, Azərbaycanın
işğal olunmuş torpaqları geri qayıtsın və bu
şərəfli işdə mənim də bir köməyim
olsun. Məncə, xalqımız da ən böyük
uğuru torpaqlarımız vahid şəkildə birləşəndə
qazanacaq.
– Bu
yaxında prezident mükafatına layiq
görüldünüz?
– Bu
mənim üçün çox qürurverici oldu. Öz
adımdan və ailəmizin adından ölkə
başçımıza təşəkkürümüzü
bildirirəm. Hər zaman bu inamı doğruldacam. Ölkə
başçısı hər zaman gənclərə diqqət
və qayğısını göstərir. mma elə ən
böyük mükafatım da Qarabağın alınması
olacaq. Torpaqlarımızı qaytardığımız gün
ən böyük uğuru və mükafatı qazanacam.
–
Çində magistr təhili almısınız. Ümumiyyətlə,
Çində Azərbaycana qarşı münasibət necədir?
–
Çin Azərbaycana dost ölkədir. İnsanları da
çox səmimdir. Təəssüf edirəm ki, çinlilər
Azərbaycan daha yaxından tanımır. Çünki
Çin əhalisinə görə dünyada birinci yerdədir.
Sahəsinə görə isə dünyada
üçüncü yerdədir.
Azərbaycanlılar
Çində çox azdır. Çinlə əlaqələrimizin
daha da möhkəm olması üçün
çalışmalıyıq. Ermənistan keçən il
Çinlə viza rejimini ləğv etdi. Ermənilərə
məxsus ərzaqları və içkiləri Çinin ən
kiçik şəhərində də tapmaq
mümkündür. Amma Azərbaycana aid olan ərzaqlar
Çin bazarlarında çox azdır. Ümid edirəm ki,
biz də ərzaqlarımızı Çin bazarına
asanlıqla çıxara biləcəyik. Çində
olduğum müddətdə milli mətbəximizin tanıdılmasına
çalışdım. Onlar Azərbaycan çayını və
şirniyyatlarımızı çox sevdilər.
–
Çində azərbaycanlılar üstünlük təşkil
edir, ya ermənilər?
–
Çində 500-ə yaxın azərbaycanlı var. Ermənilər
isə 1000-ə yaxın olar. Bəlkə də çoxdur.
Ermənilər daha çox aktivdirlər. Onlar ərzaqlarının
satışını həyata keçirir. Lakin, Azərbaycan
ərzaqları çox azdır. Məsələn, azərbaycanlı
Çinə gedəndə Çin üçün ayrıca
viza, üstəlik oranın şəhərlərinə də
viza götürməlidir. Digər tərəfdən, orda viza
almaq da çox çətindir.
– Azərbaycan
lobbiçilik sahəsində inkişa edibmi?
– Biz
birliymizi dünyaya hər zaman nümayiş etdirməliyik.
Xaricdə yaşayanlar düşünür ki, təşkilat
açsın və rəhbər olsun. Məsələn, Ermənistanın
Rusiyada vahid bir təşkilatı var. Bütün erməni təşkilatları
da vahid təşkilatın ətrafında birləşir. Azərbaycanın
isə təkcə Moskvada 20-dən çox təşkilatı
var. Bu da bizim birliyimizi pozur. Erməni biznesmenləri mütəmadi
olaraq lobbiçilik fəaliyyətləri üçün
yardım edir. Eyni zamanda, azərbaycanlı biznesmenlərdə
ən azı şəhid ailələrimizə
yardımlarını əsirgəməməlidir.
–
Rusiya saytının 76 nəfərlik siyahıda
tanınmış ictimai xadimlərin, jurnalistlərin,
politoloqların, universitet dekanlarının və perspektivli tələbələrin
adları yer alıb. O siyahıda siz də yer
alırsınız…
– Təəssüf
edirəm ki, mənim də adım həmin siyahı da
yayıldı. Siyahıda olan bir çox insanı
tanıyıram.Bizim bir məqsədimiz Azərbaycanı xaricdə
layiqincə təmsil etməkdir. Ermənlərə aid olan
saytda yayımlanma onların iç üzünü
açır.
Sabir Rüstəmov
Müsahibəni
apardı: YƏHYA
Hürriyyət.-
2020.- 26-28 sentyabr. S. 7.