Kim filosofdur?
Filosofluq dərin savad və dərin
həyat təcrübəsiylə
yaranmır…
Maks Plank, Albert Eynşteyn
və ya Pol Dirak nə
qədər nəhəng
elm xadimləri olsalar da, filosof deyillər. Filosofluq dərin
savad və dərin həyat təcrübəsiylə də
yaranmır. Qətiyyən. Həyat təcrübəsi xalq arasında “müdriklik” adlanır. Lakin bu cür qabiliyyət
sahibi olanlar yaxşı müəllim
və tərbiyəçi
olurlar…
İnternetdə respublikamızın iki
siyasi-ictimai publisistika
nümayəndəsinin – xüsusilə
bir az
yaşlı şəxsin
müsahibəsini dinləyəndə
məni fikir götürdü. Aya, bizdə
aləm bir-birinə qarışdığı kimi,
elm və təhsil müəssisələrndə də
eyni hadisələr, eyni qayda-qanunlar hökm sürür.
Əvvələn hardansa heç
dəxli olmayan şəkildə yuxarıdan
gələn hökmlə
kənd təsərrüfatı
üzrə namizədlik
dissertasiyası müdafiə
edənə “Fəlsəfə
doktoru” adını verirlər. Eləcə başqa elmlər
üzrə də.
Burda deyiblər: heç dəxli var?
Hansı bir fəlsəfə doktorusa “yuxarı”dakıların
xoşuna gəlməyib
və onun nüfuzunu aşağı
salmaq üçün
elm və təhsil müəssisələrində belə bir qayda
tətbiq olunub. Və nəticədə fəlsəfədən
yerli-dibli xəbəri
olmayan bir adam zoologiya
üzrə dissertasiya
müdafiə edib, fəlsəfə doktoru olur.
Gülməlidir, ay cənablar. Bəli, hardasa buna oxşar, amma qətiyyən bu şəkildə olmayan bir qayda var. Lakin bu dərəcədə
həqiqi fəlsəfə
elmləri doktorlarını
gözdən salan formada yox.
Nə isə… Qədim yunan və Roma filosofları varlığı,
cəmiyyəti, onların
fiziki, ictimai-siyasi xüsusiyyətlərini, hadisələri,
təbiətin əbədi
və dəyişən
qanun və təzahürlərini öz
yunan və latın söz
və terminləri ilə ifadə edirdilər. Çünki onların əsərləri,
varlıq, təbiət
və cəmiyyət haqqında düşüncələri,
anlayışları özlərinin,
öz dillərinin vasitəsilə açıqlanırdı.
Və onlar nadir hallarda bir birlərinin qənaətlərini şərh
edir, əksər hallarda bu və
ya digər hadisə haqqında öz düşüncələrini
qələmə alırdılar.
Platon, Aristotel, Seneka, Siseron və başqa fikir nəhənglərinin işlətdiyi
söz və ifadələr sonralar ümumbəşəri mahiyyət
kəsb edib özünü fəlsəfəyə
həsr edən, varlıq, təbiət və cəmiyyət haqqında düşüncə
və mühakimələrini
həmin yunan və Roma filosoflarının
ifadələriylə açıqlamağa
başladılar. Yəni həmin
söz, ifadə və terminlərdən açar kimi istifadə etməklə özlərini təsdiq etməyə başladılar.
Onlar demək olar ki, təzə heç nə demirdilər. 2500-2000 il ərzində yalnız bir neçə alman, fransız, italyan, ingilis mütəfəkkirləri
bu yoldan çəkinib öz orijinal düşüncə
sistemlərini yarada bildilər. Qalanları isə onlara
qədər deyilənləri
təkrar və şərh etməklə özlərini filosoflar cərgəsinə daxil etməyə çalışırdılar.
Belələri xüsusilə XIX-XX əsrlərdə
alaq otu kimi cücərdilər və antik yunan
və Roma terminləri
sözlərini bol-bol
işlətməklə özlərini
filosof elan edir, sadəcə şərh yazmaqla və həmin mütəfəkkirlərin fikirlərini
təkrar etməklə
cildlərlə kitablar
nəşr etdirirdilər.
Həmin
söz və ifadələrin artıq şablona çevrilmiş
əsas nümunələrindən
beş-onunu misal gətirmək istərdik.
Aqnostisizim, alogizm, altruizm,
apriori, apatiya, volyuntarizm, qnostisizim, determinizm, irrasionalizm, intuitivizm, metafizika, metampsixoz, monizm, ontologiya, personalizm, pozitivizm, relyativizm, skeptisizm, substansiya, transsendental, stoisizm və s.
Bu cür söz
və ifadələr çoxdur. Təkrar edirik, cəmi
bir neçəsini misal gətirdik ki, özünü fəlsəfəyə həsr
edənlərin üzr
istəyirəm, bir növ çörək ağacıdır. Minlərlə fəlsəfə, filosof aşiqləri öz sərbəst və orijinal düşüncələrinin
yoxluğu nəticəsində
antik nəhəglərin
sözlərinə bürünmüş
mənaları özünküləşdirməyə
çalışmaqla təsəlli
tapmışlar.
Təkrar
edirik, filosofluq üçün, daha dəqiqi, fəlsəfi mühakimələr və
düşüncələr yaratmaq üçün mütləq yunan və latın
sözlərini işlətmək
əsas deyil və onlarsız da dərin, fəlsəfi ümumiləşdirmələr
aparmaq, söyləmək
mümkündür.
Amma bəs filosof kimdir? Belə bir
sual ortaya çıxa bilər.
İşıq nədir? Həm qaranlığı
əridən, yox edən, həm də istilik yardan fiziki hadisə.
Bəs o
necə yaranır, mənbəyi nədir?
Əlbəttə günəş. Doğrudur, lakin bu cavablar
sadə, bəsit uşaq intellektidir. Axı işıq hardan əmələ gəlir?
İşıq Günəşdə
gedən termo-nüvə
reaksiyaları, nüvə
partlayışları nəticəsində
yaranan fiziki hadisədir. Amma bu da orta, ortabab intellekt
cavabıdır. Əslində
çox az, yalnız sırf mütəxəssislər və
dahi fiziklər bilirlər ki, işıq – proton ətrafında
daim fırlanan elektronların bu fırlanma zamanı uzaqlaşan anda əmələ gələn
fiziki hadisədir. Və yalnız bunun nəticəsində, elektrik,
istilik, işıq əldə olunur ki, bəşəriyyətin
bütün müasir
həyatı bunun sayəsində davam edir. Deməli, işıq həmin
balaca elementar hissəcik olan elektronların bizə bəxş etdiyi bir növ həyatdır.
Lakin bu cür dərin biliklər də fəlsəfə deyil. Maks Plank, Albert Eynşteyn və ya Pol Dirak
nə qədər nəhəng elm xadimləri
olsalar da, filosof deyillər. Filosofluq dərin savad və dərin həyat təcrübəsiylə
də yaranmır.
Qətiyyən. Həyat təcrübəsi xalq arasında “müdriklik” adlanır.
Lakin bu cür qabiliyyət sahibi olanlar yaxşı müəllim
və tərbiyəçi
olurlar (əgər xaraktercə naqis adam deyillərsə).
Bəs kim filosofdur?
Ardı var
Əlisa
NİCAT
Hürriyyət.- 2020.- 29-30
sentyabr.- S.14.