ERMƏNİLƏRİN
QAFQAZ ALMANLARINA QARŞI SOYQIRIMI
Erməni millətçilərinin ötən əsrin əvvəlində indiki Xanlar (Göygöl) rayonu ərazisində yaşamış almanlara qarşı həyata keçirdikləri qanlı cinayətlər də indiyədək geniş ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub.
Bu səhifələri təşkil edən faktlar içərisində ən diqqətçəkəni 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində «Daşnaksütyun» partiyasının üzvlərinə qarşı açılmış cinayət işi barədə sənəd idi. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək «Daşnaksütyun» partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan Forer və Qurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilir.
[(Bu, ermənilərin Qafqaz almanlarına qarşı yeganə terror hadisəsi deyil. Bundan öncə, 4 iyul 1904-cü ildə Yelizavetpol Quberniyasının Qubernator müavini Andrey Filimonoviç Andreev (milliyyətcə alman), 26 sentyabr 1905-ci ildə (Tiflisdə) Cənubi Qafqaz alman koloniyaları baş pastoru – Markus Miller erməni daşnaklarının vəhşicəsinə terroru sayəsində həyatlarını itirmişdilər. Başqa alman kolonistlərdən 1904-cü ildə Qotlib Digel, 1905-ci ildə Henrih Mayer və o dönəmdə müxtəlif zamanlarda başqaları da erməni terrorunun qurbanı olmuşdular. Başqa sözlə, XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf alman koloniyasını terror basqısı altında saxlayırdı. –X.İ.)].
Bu acı faktlarla tanış olan Bonn Universitetinin professoru, Qafqaz almanları tarixinin tədqiqatçısı xanım Eva Mariya Aux Göygöl şəhərindəki mətbuat konfransında öz təəssüratını «Biz daşnak terroru haqqında çox eşitmişdik. Amma bu gün ilk dəfə bu barədə faktları təsdiq edən konkret sənədlərlə tanış oluruq» sözləri ilə ifadə etmişdir.
Erməni millətçilərinin Helenendorf (Göygöl) almanlarına qarşı terror və təqib siyasəti Birinci Dünya müharibəsi dövründə (1914-1918) daha da genişlənir.
1920-ci ildə sovetləşmənin başlamasından sonra ermənilər yenə mərkəzdəki havadarlarının köməyi ilə almanları sıxışdırmağa başlayırlar. Bu dövrdə rayonda onlarla alman «antisovet fəaliyyəti»ndə günahlandırılaraq «NKVD»-dəki erməni cəlladların əli ilə güllələnir, digərləri (o cümlədən Helenendorfun əsasını qoymuş Hummellərin bir çoxu) Sibirə sürgün edilir. Ermənilərin mənfur davranışı almanları o həddə çatdırır ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına «Ermənilər qaniçəndirlər, onlar kəndlilərin son damla qanına qədər sorurlar» şüarları yapışdırırlar.
1940-ci ilin oktyabrında almanlar Şamxor (Şəmkir, keçmiş Annenfeld –X.İ.) rayonunda ermənilərin vəzifələrdə üstünlüyü (faktiki olaraq erməni hakimiyyəti –X.İ.) haqqında məktub hazırlamışdılar. Ermənilərin başçı təyin olunduğu rayon müəssisələrinin siyahısı müəyyən edilmişdir. Şamxor rayonu əhalisinin təxminən 10%-ni təşkil edən ermənilər müxtəlif təşkilatlarda rəhbər vəzifələrin 90%-ni tutmuşdular. Bu məktubda Şamxor rayonu əhalisinin böyük çoxluğunu oluşduran azərbaycanlıların hüquqlarının pozulması da göstərilir.
«Bu arayış almanlar tərəfindən yerli poçt şöbəsi vasitəsilə göndərilməmişdi, çünki oradakı işçilərin hamısı erməni millətindən olan şəxslər idi. Bu elə bir dönəmə təsadüf etmişdi ki, o zaman koloniyalarda kütləvi həbslər baş verirdi, ona görə də məktub Batumidəki Almaniya konsulluğuna çatdırıldı. Oradan poçt vasitəsilə Bakıya, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yetişdi. Baxmayaraq ki, məktub Mərkəzi Komitənin I katibi M.C.Bağırova ünvanlanmışdı, ancaq 27 oktyabr 1940-cı il tarixində Mərkəzi Komitənin katibi Karkaryanın masasında peyda oldu».Həmin məktubun mətnini, təqdimat şəklini dəyişmədən bütünlüklə diqqətinizə çatdırmağı zəruri hesab edirik:
“AZƏRBAYCAN KP MK-nın KATİBİ yol.BAĞIROVA.
Diqqətinizə çatdırırıq ki, Şamxor rayonunda 26 kənd şurası var ki onlardan yalnız 7-si ermənilərə və 2-si isə almanlara məxsusdur.
Şamxorda 10% erməni ancaq olmasına baxmayaraq, rəhbər və rəhbər olmayan işçilər arasında sayma aparılsa – 90% -i ermənilərdir. Azərbaycanlılar ən az say təşkil edirlər.
Məsələn:
Partiyanın rayon komitəsi – I katib Yusibov. Sadəcə olaraq rayon komitəsinin başında durur (fiqur kimi), sükan I katib Manuçarovun əlindədir, hansı ki qızğın millətçidir. İki il ərzində azərbaycanlıları sıxışdıraraq yerlərinə erməniləri qoydu. Üçüncü katib Nazarov baxmayaraq rusdur, faktiki olaraq Manuçarovun diqtəsi ilə oynayır.
K (b)P RK -nın qalan işçilərini götürək:
Təbliğat şöbəsinin müdiri –Voskanyan.
Təşkilat-təlimat şöbəsinin müdiri – Nazaryan.
Hesabat şöbəsinin müdiri –Qabrilyan və başqaları.
Komsomolun rayon komitəsində I katibdən başqa bütün yönəticilər ermənilərdir.
İcraiyyə komitəsində yalnız sədr Şabanovdur, o da nə ətdir, nə balıq. Əsas rolu İcraiyyə komitəsinin sədr müavini Soqomonyan və kadrlar üzrə müdir Simonyan oynayır.
OMP-in (rayon çapında birliklərdən biri
-X.İ.)müdiri– Yandiyan.
OMP yanında istehsalat-daş karxanasının müdiri,
keçmiş starşina –Danielyan.
NXU-nun (Xalq Təsərrüfatı
İdarəsi –X.İ.) müdiri –Baqramov.
Komunal Təsərrüfatı
müdiri – Soqomonyan.
OKX (Komunal Təsərrüfatı
Şöbəsi –X.İ.) yanında
tikinti rəhbəri –
Virabyan.
Hamamın müdiri – Mariya (erməni).
Mehmanxana müdiri – Balasanova.
Əmanət Kassası müdiri – Zaxaryan.
Dövlət Bankının müdiri – Abramova.
Kənd Təsərrüfatı Bankının
müdiri – Xocanyan.
Upolkomzag (Tədarük Komitəsinin
səlahiyyətli şəxsi
–X.İ.) –Arutyunov.
Yun-Dəri Kontoru Birliyinin
müdiri –Danelyan Armenak, Türkiyə ermənisi – qaxtanağan.
Rayon Mağasası müdiri –Xocayan
Artel müdiri
– Zaxaryan.
Pişeblok (İctimai İaşə Müəssisəsi –X.İ.) müdiri
– Danilyan.
Hərbi Ticarət Mağasazı müdiri – Osipov və mağazanın bütün heyəti – ermənilər.
Mədəni Mallar Mağasazı müdiri – Marqo (erməni).
Qorpo (Şəhər
İstehlakçılar Cəmiyyəti)
sədri –Varyan.
Ot-alaf Məntəqəsi
müdiri – Karapetyan, qaxtağan.
MTS (Maşın-Traktor Stansiyası) direktoru – Sarkisyan.
Rayon prokuroru – Qriqoryan.
Rayon mərkəzindəki məktəbin
direktoru və müəllimlərinin 80%- i – ermənilər.
Yetim Uşaqlar
Evinin rəsi –Baqramov.
Əlillər Artelinin müdiri – Qaregin Danelyan.
Anin Alman Kolxozu Partiya təşkilatçısı –Akopcanov İsaak.
Rayon İcraiyyə Komitəsinin
Partiya Komitəsi katibi – Xocayan.
Kooperativ Artellərin Partiya Komitəsi katibi – Melik… və bunu kimi başqa
hallar.
Bundan əlavə,
ermənilərin rəhbər
olduğu yerlərdə
(idarələrdə, qurumlarda
–X.İ.) bütün tərkib
ermənilərdən ibarətdir. 20.10.40-cı il.”
Karkaryan
durum haqda Azərbaycan
Kommunist Partiyası Mərkəzi Komitəsinin
I katibi M.C.Bağırova
məruzə etmək
və ya məktubu öz nəzarətində saxlayaraq
Daxili İşlər
Xalq Komissarlığına
göndərib müvafiq
ölçü götürmək
əvəzinə, müraciəti
Daxili İşlər
Xalq Komissarlığının
Şamxor rayon şöbəsinə,
Dövlət Təhlükəsizliyi
leytenantı Kalyaginə
yollayaraq imzasız məktubun müəlliflərini
axtarmağı tapşırır,
həmçinin vurğulayır
ki, almanlar K(b)P RK-nin katibi Manuçarovu
millətçılikdə ittiham edirlər…
“Ermənilərə münasibət
həbs olunmuş onlarla alman haqqında
tərtib olunmuş istintaq işlərindən
də görünür. Onların
çoxunda almanlar koloniyanın ictimai həyatının bütün
sahələrində ermənilərin
onları sıxışdırmasını
qeyd edirlər…»
Nəhayət, İkinci Dünya Müharibəsinin başlanması
ilə erməni millətçiləri niyyətlərinə
çatırlar. 1941-ci ili oktyabrın 8-də Stalin imzaladığı
qərara əsasən,
Gürcüstandan 23580 nəfər,
Azərbaycandan 22741 nəfər
(onların təxminən
yarısı Xanlar almanları idi), Ermənistandan isə 212 nəfər (Ermənistanda
yalnız bu qədər almanın məskən salması da erməni millətçiliyinin göstəricisi
idi) alman Qazaxıstan çöllərinə
sürgün edilir. Almanların təsərrüfat sahələri,
evləri, mal-qarası
isə yeni gələn ermənilərə
qismət olur. Stalinin sağ əli olan Mikoyanın
səyləri ilə bu ərazilərə təkcə Ermənistandan
deyil, İrandan da yüzlərlə erməni ailəsi köçürülür… Almanların mal-mülkünə sahib olan
ermənilər bununla
kifayətlənməyərək Xanlardakı alman qəbiristanlığına da
sahib çıxmağa çalışıblar,
oradakı bir sıra qəbirlərin baş daşları «erməniləşdirilib». Almanlara qarşı yuxarıda sadalanan bütün vandalizm faktları professor
Abbas Seyidovun rəhbərlik etdiyi ekspert qrupunun apardığı tədqiqat
nəticəsində ortaya
çıxıb.
Ermənilərin almanlara qarşı növbəti terrorçu
fəaliyyəti Gürcüstan
ərazisində baş
vermişdir. Tarixi qaynaqlardan bəlli
olduğu kimi, 1918-ci ilin yayından Gürcüstanın dəvəti
ilə Tiflisdə
general Fon Kressin komandanılığı altında
alman hərbi missiyası yerləşirdi.
Osmanlı-Almaniya ittifaqı I Dünya
Savaşında məğlubiyyətə
uğradığı üçün
Türk ordusu ilə yanaşı Alman hərbi birləşmələri də
Qafqazı tərk etmək məcburiyyətində
idi. Beləliklə, 1918-ci ilin dekabr
ayı ərzində ingilis hərbi missiyası işğal qüvvələri olaraq Tiflisə yerləşməyə
başladı. Ancaq Gürcüstan
Almaniyanı öz müstəqilliyinə qarant
hesab edir və o səbəbdən
də almanların bu bölgədən çıxıb getmələrini
istəmirdi. Almanları
təhdid yolu ilə bölgədən çıxmağa vadar etmək üçün ermənilər 1918-ci dekabrın
ortalarında terrora
əl atdılar: onlar yalnız və yalnız alman zabitlərinin və rezidensiyalarının
yerləşdiyi “Palas”
otelini gizlicə atəşə verdilər.
Əsli Almaniyanın Göte İnstitutunda qorunan “Mənim Qafqaz missiyam”adlı kitabında bu faktları oxucuların diqqətinə
çatdıran general Fon
Kress daha sonra yazır: “Dekabrın 23-də
Alman qüvvələrinin
Gürcüstan paytaxtını
sonuncu tərk edən Qafqaz Yeqer polku Tiflisdən
çıxdığı günün sabahı güclü erməni ordu hissələri müharibə elan etmədən Gürcüstan
sərhədlərini keçərək,
Tiflisin 40 kilometrliyinədək
irəlilədilər.
Ermənilər Tiflisi tutmaq üçün öz uyğun saatlarını gözləyirdilər ki, ingilislərin köməyilə
Qafqazda ağalığı
öz əllərinə
alsınlar…”
Fon Kress
və gürcü müəllifləri qeyd edirlər ki, ermənilər o hücum zamanı Tiflis yaxınlığındakı
alman kaloniyasının
mövcud olduğu Katerinenfeldə (indiki: Bolnisi)
soxuldular… Ancaq
bu olaylarda almanların itkilərə
uğrayıb-uğramadığı haqda
bilgi verilməməsi
təsssüf doğurur…
Qeyd: Almaniya Kansleri Angela Merkelin Qafqaz səfərindən öncə (avqust 2018-ci il) “Yeni Musavat” qəzetində yuxarıdakı qonu və Almaniyanın timsalında Avropanın Qafqaz, genəlliklə Doğu siyasəti ilə ilgili xanım Merkelə ünvanlanmış məktubumuzda da bildirdiyimiz kimi, ABŞ-İngiltərə, Fransa, Rusiya I Cahan Savaşında ermənilərlə tərəf olduğu (ermənilərin onların ordularında savaşa qatıldığı) üçün, ATƏT-in Minsk Qrupu eşbaşqanı sırasından ilk addım olaraq hələlik “Ermənistanın “bacı-dövlət”i Fransa qrupdan çıxarılmalı, nisbi balans yaratmaq üçün I Cahan Savaşında qarşı tərəf olan Türkiyə ilə Almaniya onun yerinə eşbaşqanları olmalıdır!”
Xaqani İsmayıl,
yazıçı-tarixi araşdırmaçı
Hürriyyət.- 2020.- 29-30 sentyabr.- S.13.