Professorun qiymətli əsəri
Son dövrlər müxtəlif
elm sahəlrinə aid nəşr
olunan dərslik, monoqrafiya, məqalələr
toplusu və sairdən ibarət olan kitabların əksəriyyəti müəlliflərin
öz şəxsi vəsatiləri hesabına
nəşr olunduğundan
az tirajlanır
və bunun da nəticəsində onların əldə edilməsində müəyyən
çətinliklər yaranır.
Elə kitablar vardır
ki, biz onların nəşr sədasını
eşidəndən sonra,
səhrada susuz qalan insanların su axtarışına cıxdıqları
yanğı ilə həmin kitabların axtarışına
çıxırıq(İndi
lazımi kitabların
axtarılıb tapılması,
səhrada su axtarışından da asan başa gəlmir).
Mən müxtəlif titullara sahib olan professor, eyni zamanda Əməkdar elm xadimi ustad müəllim Qəzənfər Kazımovun
“Azərbaycan dilinin tarixi sintaksisi” (Bakı-“Elm”-2019)
kitabının nəşr
olunduğu xəbərini
eşidəndə onu
tapmağa çox çalışdım, lakin
heç yerdə tapa bilmədim. Nəhayət, əlacsız qalıb
müəllifin özünə
müraciətimdən sonra
hörmətli professor həmin
kitabını öz avtoqrafı ilə mənə təqdim etdi. Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutunun 8 noyabr 2017-ci il tarixli qərarı
ilə (protokol N11) çap olunub.
Kitab 607
səhifə; müəllifin
yazdığı iki səhifəlik “Bir
neçə söz” adlanan giriş, yeddi bölmə və nəticədən
ibarətdir.
Cəmisi
200 nüsxə (əslində
istifadəçilərin sayını
nəzərə aldıqda
bu çox azdır) tirajla nəşr olunan bu kitab Azərbaycan dilinin tarixi sintaksisinin son dövrlərdə qaranlıqda
qalan tərəflərinə
işıq salan yeni fikir və
baxışlar toplusudur.
Biz Azərbaycan dilinin tarixi sintaksisi ilə bağlı biliklərimizi
ilk əvvəl, professor Hadi
Mirzəzadənin ölümündən
sonra onun tədqiqləri əsasında hazırlanmış və 1968-ci ildə nəşr olunmuş dərslikdən
qazanmışıq. Həmin vaxtdan sonra bu sahəyə
aid yeni bir dərslik nəşr olunsa da, həmin
dərslikdə verilən fikirlər professor
H.Mirzəzadınin söylədiyi
fikirlərdən kənara
çıxa bilməmişdir.
Sintaksis bölməsi
professor Hadi Mirzəzadənin imzası
ilə nəşr olunan 374 sıhifəlik
“Azərbaycan dilinin
tarixi qrammatikası”
(Bakı-1990) kitabının cəmi 124 səhifəsini
təşkil edir. Lakin professor Q.Kazımovun, bu bölməyə həsr etdiyi kitab 600 səhifədən ibarətdir.
600 səhifəlik kitabının
iki səhifədən
ibarət olan “Bir neçə söz” adlanan müqəddiməsində
professor yazır:
“Müasir ədəbi
dilimizdə
işlətdiyimiz qrammatik
modellərin, demək
olar ki, hamısı “Dədə Qorqudd”un dilində var.Başlıca oxşar elementlər daha çox leksikada müşahidə olunur.Söz
birləşməsi modelləri,
cümlə üzvləri
, söz sırası,
sadə cümlə, qarışıq tipli mürəkkəb cümlə
modelləri sonrakı
dövrlərdə yalnız
səlislşmə, zənginləşmə
istiqamətində inkişaf
yolu keçmişdir”.(səh.3)
Biz bu fikri eyni
zamanda “Azərbaycan dilinin tarixi qrammatikası” fənninə
də aid etsək, el bilirəm ki, heç də yanılmış olmarıq.
Azərbaycan dili qrammatikası
fənninin bu bölməsi olduqca mürəkkəb və zəhmət tələb edən sahədir.Təkcə
qrammatik anlayışlara aid nümunələrin
seçilib tapılması
bu sahə ilə bağlı tədqiqatçıdan gərgin
əmək, dərin düşüncə uzun zaman, sönməz həvəs tələb edir.
Bu sahə ilə bağlı nümunələri
seçmək üçün
tədqiqatçı, “Kitabi-Dədə
Qorqud”dan başlayaraq, digər dastanlarla yanaşı, Həsənoğlunu,Qazi Burhanəddini,
Suli Fəqihi,Yusif Məddahı, İzzəddin
Həsənoğlunu, Füzulini,
Xətaini, Qurbanini, Məsihini, Vidadini, Vaqifi, Aşıq Abbas Tufarqanlını, Xəstə Qasımı və daha kimləri
oxumalı, öyrənməli
və ən nəhayət, lazım olan nümunələri əldə etməlidir.
Mənə belə gəlir
ki, elə bu əzabın qorxusundandır
ki, 1960-cı illərdən
sonra bu sahəyə müraciət
edib ortaya yeni bir sanballı
əsər çıxaran
olmamış, olsa da az olmuşdur.
Bu çətinliyi nəzərə
alan müəllif
professor Q.Kazımov yazır:”
Keçən 70 ilin müddətində Nəsimi
adına Dilçilik İnstitutunun Azərbaycan
dilinin tarixi şöbəsi bir neçə dəfə
tarixi morfologiya və sintaksis sahəsində tədqiqat
aparmağa çalışsa
da , yalnız ədəbi dil tarixi istiqamətində iş görə bilmişdir.Odur ki, biz bu son günlərdə tabesiz mürəkkəb cümlənin inkişaf yolu və sadə
cümlə və tarixi sintaksisin əsas mövzularını
əhatə etməklə
bu kitabı ortaya çıxarmağı
lazım bildik”.
“Azərbaycan dilinin tarixi
sintaksisi” əsəri
dilimiin ən qədim dövrlərindən başlayaraq,
eyni zamanda, ədəbi dilimiin
XIII-XVIII əsrlər arasındakı
inkişaf yolunu öyrənmək üçün
nəzərdə tutulmuşdur.
Əsərin birinci bölməsi
“Söz birləşmələrinin
inkişaf tarixi”(səh.8) adlanır. Bu bölmədə söz birləşmələri
yaradan bəzi morfemlərin qədim izləri haqqında söhbət açılır.
Bu bölmədə alim
dilimizə ərəb
dilindən keçdiyi
iddia edilən “və” bağlayıcısının hansı
kökdən alındığı,
onun keçdiyi yol və düşdüyü
formaları ardıcıl
olaraq araşdıraraq
yazır: ”Bu misallardakı
kürkü tünun,
saqalı saç, qumaşı simuzərlər,
başı canlar, altunu aqça sözləri arasındakı ı,i,u,ü ulu dildən , kök dildən gələn bir bağlayıcıdır. Fars dilində
daha çox “u” kimi işlənən bu bağlayıcı rus dilindəki “i” bağlayıcısı
ilə bir kökdəndir.İndi bizim dilimizdəki və bağlayıcısını ərəb
dilindən alınma hesab edirlər. Əslində isə həmin bağlayıcının
ilkin forması ı,i,u,ü şəklində
bizim dilimizdə çox-çox qədim dövrlərdən işlənmiş,
lakin orta əsrlərdə saitlə
bitən sözlərin
sonunda həmin şəkilçinin
“vü” səklinə
düşməsi və
“ü” saitinin açıq
saitə çevrilməsi
ilə yaranan “və” bağlayıcısı dilimizdəki
təbii ı,i,u,ü
bağlayıcısını unutdurmuşdur. “Dədə
Qorqud”dan sonrakı mərhələdə həmin
bağlayıcı bir müddət “vu” bağlayıcısı
ilə paralel işlənmişdir” (səh.9).
Təkcə bu sübuta görə hörmətli
professor sürəkli alqışlara
layiqdir. Az qala yüzillik bir dövrdə gah ərəb dilindən, gah da fars dilindən alındığı
iddia edilən “və” bağlayıcısı
haqqında irəli sürülən
bu fikirlər dilimizdə daha çox işlənən bir nitq vahidinin başqa dillərdən alınmadığını, öz
dilimizin təşəkkülü və
inkişafı yolunun məhsulu olduğunu sübüt etmişdir.
“Kitabi-Dədə Qorqud”un dili” bölməsində müəllif “Dədə
Qorqud” dastanları haqqında bütün türkdilli xalqların ədəbiyyatlarında özlərinə
yer alan fikirləri nəzərdən
keçirərək bu fikirlərin bir çoxunun yanlış olduğunu inkaredilməz dəlillərlə sübut
edir və 1999-cu ildə 1300 illiyini geniş miqyasda qeyd etdiyimiz bu qəhrəmanlıq dastanlarının tarixinin 1300 ilə yox, daha
qədim tarixlərə
gedib çıxdığını
qeyd edir, dastana şərik çıxmaq istəyən digər türkdilli xalqların nümayndələrinin öz
fikirlərində yanıldıqlarını
təkzibedilməz faktlarla
dəqiqləşdirir və
bu dastanların yalnız oğuz türklərinə məxsus
olduğunu qeyd edərək yazır: “Üzərində
“Oğuz “ sözü
yazıldığı üçün
bir sıra alimlər onu ümumtürk abidəsi hesab edirlər.Həqiqətən, ayrı-ayrı
türk xalqlarının
dilinin tarixini öyrənərkən ondan
bir mənbə kimi istifadə oluna bilər. Necə ki, biz
, məsələn, “Qutadğu
bilig”dən istifadə
edirik. Lakin “Dədə Qorqud” bilavasitə
Azərbaycan türk dilinin abidəsidir. “Dədə Qorqud”
Səlcuq oğuzlarına
aid deyil”. (səh.13)
Dastanın yaranma tarixini diqqət mərkəzinə
çəkən professor
bu münasibətlə
söylənilən fikirləri alt-üst edərək onun yaranma tarixini
təqribən 2000 irəli atır və onu Homerin poemaları ilə müqayisə edərək yazır: “Homerin poemaları ilə müqayisələr göstərir
ki, “Dədə Qorqud”un Ön Asiyada 1300 deyil, azı 3300 illik tarixi var.”Dədə Qorqud” qəhrəmanlarının bütün
hərəkət parametrləri
Şimali Azərbaycan
ərazilərinə düşür. Bütün bunlar “Dədə Qorqud”un milli Azərbaycan abidəsi olduğunu sübut edir”.(səh.14)
Müəllif burada üç
elm sahəsinin nümayəndəsinin işini yerinə yetirir. Bir tərəfdən tarixçi,
bir tərəfdən ədəbiyyatçı , digər
tərəf-əsas tərəfdən görkəmli dilçi kimi fikirlərini isbatlayır.
(Ardı
var)
Sərdar Zeynal
Hürriyyət.-
2020.- 7-8 yanvar. S. 13.