ƏLİSA NİCATA
Əlindən
gəlmir,
Daşlardan
insan yonmaq,
X
üstə Y gəlmək,
Ulduzdan
ulduza qonmaq,
Alim,
Şair,
Fəhlə
Kimi
səs sala bilmirsən.
Həyatda
hər cür çətinliklə
Reaksiyaya
girirsən,
Özünü
ala bilmirsən.
Elə
hey
Bir
az səbri,
Bir
az bəxti
Kirayə
götürmək istəyirsən.
Elə
hey
Sevdiyin
bir günəşciyə
Günəşi
gətirmək istəyirsən.
Heç
nə bacarmırsan, -
Yer əkmək,
Maşın
və ya
Ömür
sürmək,
Durna
olmaq
Zamanla
bağlanıb,
Dəyişməmək,
Sabit
qalmaq,
Gedə
bilmirsən axıradək,
Bir əməlin
boyunca,
Təkcə
sevmək gəlir əlindən
Sevirsən doyunca,
Doyunca,
doyunca.
Əlisa
NİCAT
Hürriyyət.- 2020.- 25-27 yanvar. S. 14.