BOŞ
MƏZAR
Hər qarışı
müqəddəs bir
səcdəgahdır bu
vətənin. Sinəsində büküb saxladığı
gənc ömürlülərin
sayı-hesabı yoxdu.
Hər bir gənci tarix qoxur. Nə oxumaqla bitmir, nə də yazmaqla. Hər biri ayrı bir qəhrəmanlıq dastanıdır şəhidlərin.
Qısa ömür, uzun yol. O yolu
gedənlər də çoxdu. O yola ilk addımı atdığı
anda əslində o yolun sonunun hara
vardığını bilirlər
o qəhrəmanlar. Ancaq “Sonunu
düşünən qəhrəman
olmaz” deyiblər.
Etibar da sonunu düşünmədi.
Təki vətənin sonu olmasın deyib qoşuldu haqq yolunu tutanların cərgəsinə.
1964-cü ilin 30 aprelində
(bəzi sənədlərdə
29 mart yazılıb) Ağcabədi
rayonunun Hindarx kəndində anadan olmuşdur. 10 uşaqlı
ailənin 6-cı uşağı
Etibar idi. 1971-ci ildə Hindarx
kənd tam orta məktəbinə getmişdi.
1981-ci ildə məktəbi bitirdikdən
sonra kənddəki Su
Artezianları İstismarı
İdarəsində çilingər
kimi işə başlamışdı.
1990-cı
il vətənin
“Oğul” deyə fəryad etdiyi bir zamanda Etibar
da könüllülər
dəstəsinə qoşulmaq
qərarına gəlmişdi.
Həmin il
özünümüdafiə batalyonunun tərkibində
vətən torpaqlarının
azadlığı uğrunda
mübarizə aparmışdı.
Vətənin dağı-dərəsi Etibarın ev-eşiyinə
çevrilmişdi. Naxçıvanik və Şelli kəndlərinin müdafiəsi
zamanı xüsusi rəşadət göstərmişdi.
Daha sonra Ağcabədi özünümüdafiə taboru
yaranan zaman həmin tabora qoşulmuş və Xocavəndin müdafiəsinə
başlamışdır. O zaman düşmənin arxasında duran güclü qüvvələr
var idi. Lakin buna baxmayaraq Azərbaycanın mərd oğulları sona qədər mübarizə
aparmaqda qərarlı
olmuşlar. Etibar kəşfiyyatçı
olduğu üçün
tez-tez düşmən
tərəfə keçib
mühüm məlumatlar
gətirirmiş. 4 yanvar 1994-cü ildə Etibarın olduğu kəşfiyyat qrupu Xocavəndin Qarakənd istiqamətində düşmənin
tutduğu mövqeyə
sızmalı və məlumat gətirməli olduqları barədə tapşırıq almışlar.
Bu çox çətin
və risqli bir
əməliyyat idi. Ancaq əməliyyatı öz
öhdəliyinə götürənlər
də qorxmazlar oldu. Hər kəs bu yolun dönüşü olmayacağı ehtimalının
böyük olduğunu
bilirdi. Düşündükləri kimi oldu.
Kəşfiyyatçı dəstə mühasirəyə
düşdü. Hər kəs
şəhid olacağını
düşündüyü anda o məqam yalnız bir nəfərə qismət
olur. İsmayılov Etibar qumbaranı
əllərində sıxaraq
özünü onlara
doğru irəliləyən
tankın altına atır. Tank və ekipaj üzvləri məhv olur. Etibarın parçalanan cismindən
axan qan vətən torpağına
hopur. Onun məzarı torpağın
altı yox, torpağın üstü
olur. Anasının, atasının üstünə
təkcə qara xəbəri gəlir.
Cismindən bir parça
belə dəfn edib təsəlli tapa bilməyən ailə Ağcabədi rayonunun Şəhidlər
xiyabanında Etibara məzar yeri götürürlər. Lakin o məzarın
boş olduğu gerçəyi hər kəsin ürəyini dağlayır. Çox çətindi
“oğul” deyib ağladığın məzarda
oğlunun olmadığı
gerçəyi ilə
baş – başa qalmaq.
Belə bir qəhrəmanlıq göstərən oğulun
şücaəti bir anda bütün Azərbaycana səda salıb. Elə həmin
vaxt 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Ümummilli lideri Heydər Əliyevin sərəncamı
ilə İsmayılov
Etibar Bəylər oğlu “Azərbaycanın
Milli Qəhrəmanı”
adına layiq görülüb. Daha sonra şəhidin oxuduğu Hindarx kənd tam orta məktəbinə şəhidin
adı verilib və büstü qoyulub.
Şəhidlərin ölməzliyinin, qəhrəmanların
unudulmazlığının bariz nümunəsidir Milli Qəhrəman İsmayılov Etibar Bəylər oğlu.
ŞƏHİD ETİBAR
Duyduqca vətənin səhri səfasın,
Yadıma kəm qalan ömürlər düşür.
Qışın ayazında donan
biri tək,
Qəlbim həsrət adlı sazaqda üşür.
Düşünüb məzarsız şəhidlərimi,
Qəlbimi onlara məzar sanıram.
Qəhrəman Etibar adını
duyub,
O adla hər kəs
tək qürurlanıram.
Sən necə
bir ürək bəxş etdin Allah?
Bu vətən eşqiylə
yanan bəndənə.
Dostları, vətəni var
olsun deyə,
Bilərək son verdi o öz ömrünə.
Sonuncu nəfəsdə alıb qisasın,
Özüylə bərabər düşmən
məhv etdi.
Bir məzar yeri də olmayan şəhid,
Cənnətdə ən uca məqama
yetdi.
MANYA SƏXAVƏTQIZI
Hürriyyət.- 2021.- 27-28 aprel.-
S.13.