VAHID AZƏRBAYCAN UĞRUNDA
MÜBARİZƏ
Uzaq
və yaxın keçmişimizin hər bir dövrü
özünəməxsusluğu, rəngarəngliyi, hadisələrin
zənginliyi ilə fərqlənsə də, onları
bir-birinə bağlayan, birləşdirən əsas qayə
siyasi cəhətdən müstəqil, vahid Azərbaycan
dövlətinin yaradılması və inkişafı
uğrunda mübarizə olmuşdur.
Qubalı Fətəli xan
Əsrlər boyu qəsbkarların,
zəngin Azərbaycan torpağına göz dikən yadellilərin
işğalına, həmləsinə məruz qalan
xalqımız həmişə öz nailiyyətini, siyasi mənliyini,
iqtisadi müstəqilliyini qoruyub saxlamaq üçün
mübarizə meydanından geri çəkilməmişdir.Bu
baxımdan Azərbaycan xanlıqları da çoxəsrlik
tariximizdə dərin iz buraxmışlar. Feodal
pərakəndəliyinə xas olan xüsusiyyətlərinə
baxmayaraq, Azərbaycan xanlıqları ərazi müstəqilliyini
qorumaq, vahid dövlətdə birləşdirmək meylləri
ilə fərqlənmişlər (Bu cəhətdən Quba
xanlığı daha çox müstəsnalıq təşkil
edir).
XVIII əsrin ortalarında nadir şahın
öldürülməsindən sonra (17470-ci il 9 iyun) onun
yaratdığı dövlət əsl mənada
dağılmış, hər tərəfdən şah
taxt-tacına iddiaçılar baş qaldırmışlar. O
zaman ətraf ölkə və vilayətlərin nüfuzlu
feodalları da sərbəstliyə can atırdılar.
Taxt-tac uğrunda mübarizənin
qızışdığı bir dövrə Azərbaycan ərazisində
müstəqil feodal dövlətləri – xanlıqlar
yaratdı. O dövrdə xanlıqların yaranmasında xalq
kütlələrinin azadlıq mübarizəsi, natural təsərrüfatın
hələ də mövcudluğu, eyni zamanda beynəlxalq
şərait əsas rol oynayırdı. Azərbaycan
İran əsarətindən azad olduqdan sonra onun ərazisində
21 (M. Məmmədov – 21, H. Abdullayev – 18,
İ. Petruşevski – 14) xanlıq meydana gəlmişdi. Onların 12-si Azərbaycanın şimalında (Gəncə,
Bakı, Quba, Dərbənd, Şəki, Şamaxı,
Talış, Qarabağ, Salyan, Cavad, İrəvan,
Naxçıvan), 9-u isə Azərbaycanın cənubunda (Təbriz,
Urmiya, Xoy, Sərab, Qaradağ, Ərdəbil, Maku, Marağa,
Gilan) yaranmışdı. Bunlardan əlavə 6 sultanlıq
(Qazax-Şəmşəddil, Borçalı, İlisu, Ərəş,
Qutqaşın, Qəbələ) və 5 məliklik
(Dizak, Vərəndə, Xaçın, Ciləbört,
Gülüstan) da meydana gəlmişdi.
Sultanlıqların əksəriyyəti, məlikliklərin isə
hamısı bu və ya digər xanlıqdan asılı idilər.
Azərbaycanda (həm şimali, həm də cənubunda)
belə pərakəndəliyin yaranmasının əsas səbəbi
ölkədə iqtisadi əlaqələrin zəif olması,
təsərrüfatın natural xarakter daşıması,
feodalların hər birinin müstəqil hakimiyyətə can
atması idi.
Parçalanmış Azərbaycanı
vahid dövlətdə birləşdirmək niyyəti
şimalda Şəki, Qarabağ və Quba
xanlıqlarını, cənubda isə Urmiya
xanlığını daim düşündürmüş və
həqiqətən bu sahədə onların hər biri müəyyən
addımlar atmışlar. Lakin onların içərisində
son nəticədə ən çox iş görən
Qubalı Hüseynəli xanın (1722-1758) oğlu Fətəli
xan (1758-1789) olmuşdur. Quba xanlığının
yaranmasının maraqlı tarixi vardır. Belə ki, Quba
xanlığının tarixinə nəzər salsaq görərik
ki, bu xanlıq XVII əsrin 80-90-cı illərində
yaranmış və ilk Quba xanı da 1689-cu ildə vəfat
etmiş Hüseyn xan olmuşdur. Digər xanlardan fərqli
olaraq, Quba xanları böyük hüquqlara malik idilər. Belə
ki, hələ səfəvilər dövründə
Dağıstan hakimlərinin Qaytaq Usmisinə məvaciblə
yanaşı, Şirvandan bir sıra kəndlərin gəlirləri
və idarəçiliyi də verilmişdir. O zaman Qaytaq
Usmisinin nəsli iki xəttə bölünmüşdü.
Böyük xətt Məcalisdə, kiçiyi isə Yenikənddə
yaşayırdı. Növbə ilə gah bir, gah da o biri qolun
nümayəndəsi Usmi vəzifəsini tuturdu. Qaynaqlarda
göstərilir ki, Yenikənddəki qol Məcalisə
basqın edərək, azyaşlı Hüseyndən başqa
buradakı qolun bütün kişi üzvlərini
qırır. Aydə bəy Hüseyni xilas edir və Tankı
Şamxalının yanına aparır. Hüseyn İsfahana
aparılır, burada təhsil alır və Qacar tayfasından
varlı bir əyanın qızı ilə evlənir. Bu
nikahdan Əhməd xan dünyaya gəlir. Arvadının vasitəçiliyi
ilə Süleyman şah (1666-1694) onu (Hüseyni) Quba və
Gülhanın xanı təyin edir. Beləliklə, Quba
xanlığının əsası qoyulur. 1724-cü il
İstanbula müqaviləsinə görə, Quba əyaləti
Rusiyanın tərkibinə daxil olunmuşdu. Hüseynəli xan
isə Quba hakimi təyin edilmişdi. Onun iqamətgahı əvvəl
Xudat, 1735-ci ildən isə Quba şəhəri olmuşdur.
Burada zərbxana və silah emalatxanaları vardı. O zaman Quba
xanlığının sahəsi 10. 500 kvadrat verst idi.
Şimalda Dərbənd və Qazıqumuq, qərbdə Şəki,
cənubda Bakı və Şamaxı xanlıqları, şərqdə
Xəzər dənizi ilə əhatə olunurdu. Quba
xanlığı hərbi müdafiə cəhətdən
güclü idi. Ona görə ki, xanlığın ərazisində
çoxsaylı müdafiə qalaları ilə yanaşı əhalisi
də döyüşkən və cəsur idi.
Quba xanlığı əlverişli coğrafi
mövqedə yerləşməklə yanaşı, münbit
torpağı, şəfalı iqlimi əkinçilik,
bağçılıq və maldarlıq təsərrüfatını
inkişaf etdirməyə imkan verirdi.
XVIII əsrin ortalığından Quba
xanlığını Hüseyn xanın nəvəsi –
Əhməd xanın (1689-1722) oğlu Hüseynəli xan
(1722-1758) idarə edirdi. XVIII əsrin 40-cı
illərində Hüseynəli xan Quba əyalətini müstəqil
xanlıq etmişdi. 1747-ci ildə nadir şahın
ölümündən sonra İranda feodal çəkişmələrin
başlandığı dövrdə o, Rusiya ilə dostluq
münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi.
1756-cı ildə Salyan xanlığını Quba
xanlığına qatdı. Onun dövründə
Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi.
1770-ci ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına
görə, Qulqan, Şabran, Rüdar da Quba
xanlığının himayəsində idi (11, 65).
1758-ci ildə Hüseynəli xan vəfat etdi.
Hakimiyyətə onun oğlu 22 yaşlı Fətəli xan
keçdi. Fətəli xanın dövründə (1758-1789)
Quba xanlığının mövqeyi daha da möhkəmləndi.
Fətəli xan (1736-1789) öz dövrünün görkəmli
dövlət xadimi, mahir diplomat və qəhrəman sərkərdə,
tariximizin və milli dərketməmizin ən parlaq
simalarından biri idi. O, 31 illik hakimiyyəti
dövründə Azərbaycan torpaqlarını birləşdirib
vahid və güclü dövlət yaratmaq arzusu ilə Azərbaycan
torpaqlarını birləşdirib vahid və güclü
dövlət yaratmaq arzusu ilə yaşayıb, bu yolda nə
mümkünsə etmiş və çox şeyə də
müvəffəq olmuşdur.
A. Bakıxanov “Gülüstani-İrəm” əsərində
yazırdı: “Fətəli xan tədbirli, mərhəmətli,
əzmində sabit qədəm, məmləkəti idarə
etmək işlərində mahir bir adam idi. O, könülləri
almaq və düşməni aldatmaqda xüsusi bir məharətə
malik idi” (9, 45). Görkəmli ictimai və hərbi xadim kimi
xalqın rəğbətini qazanmış Fətəli xan həm
də dövrünün ziyalı və savadlı şəxslərindən
olmuşdur. Ana dili ilə
yanaşı fars və rus dillərini də
bilirdi. Onun tapşırığı ilə bir
sıra məşhur elm, sənət əsərləri ərəbcədən
və farscadan Azərbaycan dilinə tərcümə
olunmuşdur.
Fətəli xan məqsədyönlü və suveren
xarici siyasət yeridirdi. Türkiyə və İranın təkidinə
baxmayaraq o, Rusiya imperiyasına qarşı düşmənçilik
siyasəti yeritməmiş, eyni zamanda öz
torpaqlarının Rusiya tərəfindən zəbt edilməsinə
imkan verməmişdir.
Azərbaycanın feodal pərakəndəliyi vəziyyətində
olduğunu görən Fətəli xan bütün
xanlıqları vahid dövlət ətrafında birləşdirməyi
qərara alır. Bununla əlaqədar olaraq, Quba xanı Dağıstan
hakimləri - Tarxu Şamxalı Murtuzəli, Qaraqaytaq Usmisi
Əmir Həmzə və Tabasaran hakimi ilə əlaqəyə
girib, dağlar ilə Xəzər dənizi arasında Samur
çayının sağ sahilindəki torpaqları Quba
xanlığına tabe etdi. Bunlar Müşkür, Niyazabad,
Sabran, Rustov və Beşbarmaq torpaqlarından ibarət idi. 1759-cu ildə Dərbənd xanlığı Quba
xanlığına ilhaq edildi. Xəzər
dənizində mühüm qala və ticarət limanı olan
Dərbənd Quba xanlığının daha da möhkəmləndirilməsi
üçün əsas amil oldu. 1767-ci ildə
Bakı xanlığı Quba xanlığına birləşdirildi.
Azərbaycanın şimal-şərq torpaqlarını Quba
xanlığı ətrafında birləşdirmək uğrunda
mübarizə aparan Fətəli xan, Bakı
xanlığını özündən asılı vəziyyətə
salmaq məqsədilə bacısı Xədicə Bikəni
Bakı xanı Məlik Məmmədxana (1768-1784) ərə verdi. Beləliklə, Fətəli
xan öz məqsədini həyata keçirmək
üçün bəzi hallarda güc tətbiq etmədən
feodalizm dövründə dövlət siyasətində
mühüm rol oynayan nikah diplomatiyasından da istifadə
edildi. Məsələn, Qaraqaytaq Usmisi
Əmir Həmzəyə vəd etdiyi bacısı Xədicə
Bikəni ilk Bakı xanı I Mirzə Məhəmmədxanın
oğlu Bakı xanı Məlik Məhəmməd xana
(1758-1784) ərə vermişdi. Tutu Bikə
bütün həyatı boyu Fətəli xana sədaqətli
olmuş, ağıllı Xədicə Bikə isə
qardaşının məsləhəti ilə Bakı
xanının daxili işlərinə müdaxilə etməyə
və onları Quba xanlığının xeyrinə istiqamətləndirməyə
nail olurdu. Rus tarixçisi R. Butkov yazır
ki, “Bakı xanı bütün həyatı boyu Quba
xanlığına sadiq oldu. Çünki
Fətəli xanın bacısı öz ərini tamamilə ələ
almışdı. Quba xanı nikah münasibəti ilə
öz hakimiyyətini Bakı üzərində möhkəmləndirməyə
nail oldu”
Məlik Məhəmməd xan olmayanda Xədicə Bikə
xanlığı özü idarə edirdi. Əri iki il
Qarabağda əsirlikdə olanda, iki dəfə Məkkə və
Kərbəlanın müqəddəs yerlərinə ziyarətə
gedəndə, həmçinin hərbi fəaliyyəti
dövründə xanlığı Xədicə Bikə idarə
etmişdi.
Dərbənddən Salyana qədər Xəzər
sahilindəki bütün torpaqlar Quba xanlığı tərkibinə
daxil edildi. 1767-ci ildə Fətəli xan Şəki
xanlığı ilə sazişə girib Şamaxı
xanlığını işğal etdi. Həmin il Gəncə xanı Cavad xan da Fətəli
xana tabe olduğunu bildirdi. Beləliklə, XVIII əsrin
60-cı illərində Dərbənddən Cavad
xanlığına qədər Azərbaycanın
şimal-şərq torpaqları Quba xanlığının
hakimiyyətinə keçdi. 1768-ci ilin
iyununda Şamaxı təslim oldu, ilin sonunda isə Cavad
xanlığı da qəti olaraq Quba xanlığına
qatıldı. Cavad xan Quba xanının
etibarlı müttəfiqi idi. Şərqi
Azərbaycanın ən zəngin torpaqları Quba
xanlığına birləşdirildi.
Dərbənddən başlayaraq,
bütün Azərbaycan torpaqlarını bir dövlət tərkibində
birləşdirən Fətəli xan hərbi qüvvə,
ticarət və iqtisadi əhəmiyyət baxımından
çox uğurlar qazanmış, ölkədə əmin –
amanlıq yarada bilmiş, Cənubi Azərbaycan
xanlıqlarının da həmişəlik İran əsarətindən
qurtarıb öz himayəsinə götürməyə cəhd
göstərmişdi.Fətəli xan əqidəsi möhkəm.
Amalı yüksək, məqsədi ali, bütün
varlığı ilə torpağına, xalqına
bağlı dövlət başçısı idi. Xalqımızın cəsurluq rəmzi sayılan
Cavad xan Fətəli xanın Gəncə şəhərinə
yürüşü zamanı yola pişvaza çıxıb
özünün rəğbət və itaətinin nişanəsi
olaraq, Gəncə qalasının açarını ona təqdim
etmişdi. Azərbaycanın bəzi cənub
xanlıqlarının sakinləri Fətəli xandan onları
himayəyə götürməyi xahiş etmişlər. Fətəli xan öz məqsədinə çatmaq
üçün Rusiya üçün dostluq əlaqəsi
saxlayırdı. 1782-ci ildə Quba xanlığı ilə
Rusiya arasında bağlanmış müqavilə hər iki
dövlət arasında ticarət əlaqələrinin
genişləndirilməsi üçün şərait
yaratdı. Quba xanlığının qüdrətinin
artmasından ehtiyat edən Qarabağ, Şəki
xanları və Dağıstan hakimləri birləşmiş
qüvvələrini Quba xanlığı üzərinə
yeritdilər. 1774-cü ildə Xudat yaxınlığında
Gavduşan çölündəki döyüşdə Fətəli
xanın qoşunları məğlub olub Salyana çəkildilər.
Quba və Şamaxı tutuldu. Dərbənd isə mühasirəyə
alındı. Dərbəndin müdafiəsinə Fətəli
xanın arvadı Tutu Bikə rəhbərlik edirdi. Fətəli
xan Rusiyaya müraciət edərək kömək istədi.
1775-ci ilin martında general de Medemin başçılıq
etdiyi rus qoşunları Dərbəndə yaxınlaşdılar.
Bundan istifadə edən Fətəli xan düşmənin
silahlı qüvvələrini darmadağın etdi. Quba azad
edildi.
Əkrəm Zeynalov
Hürriyyət.- 2021.- 10 avqust.- S.13