“32 il
sonra Şuşadan
Xankəndini seyr etdim…”
Bahar Orucova: “İndi
Xankəndiyə dönüş
xəbərini necə
qarşılayacağımı xəyalımda canlandırmağa
çalışıram…”
“Bilirəm ki, dönəcəyimiz gün yaxındır. Amma çətin bir yol olacağını da bilirəm. Biz Xankəndililər yenidən
ermənilərlə yaşamağı
öyrənməliyik…”
“…O gündən bu günə hər il
yaz ayları, o meşələr yuxuma gəlir. Və mən yuxuda həmin o nəm torpağa sarılıram hər il. O torpağın
ətrin çəkirəm
içimə hər il yuxularımda.
Yuxunun da ətri olurmuş, həzin, xoş və nisgilli...”
“1988-ci ilin
sentyabrın 15-dən 16-na keçən
gecə Xankəndində
bizim evimizə erməni qonşularımız
hüçum etdi. Nələr yaşadıq bir
bilsəz. Ölmün
bu qədər yaxın olduğunu hiss edən 4 uşağın
ğözünə baxa
bilməyən bir atanın çarəsizliyi...”
1988-ci ildən başlayaraq Ermənistan silahlı qüvvəllərinin
ölkəmizə hərbi
təcavüzü nəticəsində
Azərbaycan torpaqlarının
20 %-i – keçmiş
Dağlıq Qarabağ,
eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, nəticədə
600 min nəfərdən çox
soydaşımız məcburi
köçkün düşmüş
və respublikanın
62 şəhər və
rayonunda, 1600-dən çox
sıx məskunlaşma
ərazisində müvəqqəti
yaşamağa başlamışlar.
1988-1989-cu ildə
Xankəndi şəhəri
də artıq erməni separatizminin mərkəzinə çevrilmişdi. Bunun nəticəsində 26 dekabr 1991-ci ildə Moskvanın dəstəyilə
azərbaycanlılar Xankəndindən
qovulmuş, şəhərin
işğalı tam başa
çatdırılmışdı.
1988-ci il hadisələri başlayanda
Xankəndidə azərbaycanlıların
sayı 17 min nəfərə
yaxın idisə, erməniləri süni surətdə 40 min nəfərədək
artırmışdılar…
Ermənistanın təxribatına və
növbəti hərbi
təcavüzünə cavab
olaraq, Azərbaycan Ordusu torpaqlarımızın
işğaldan qurtarılması,
Ermənistanın sülhə
məcbur edilməsi,
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin tələblərinin
yerinə yetirilməsi,
məcburi köçkünlərin
öz doğma torpaqlarına qayıtması
və ədalətin bərpası üçün
ötən il sentyabrın 27-də Vətən
müharibəsinə başladı.
Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər
və həmrəy oldu.
Bu günkü
müsahibimiz də Xakəndi sakinidir. Bahar Orucovanın 17 yaşı
olanda Xankəndi şəhəri ermənilər
tərfindən işğal
olunub. O, 32 ildir doğma şəhərinə
qayıdacağı günü
gözləyir…
- Xankədinin işğal edildiyi günü necə xatılayırsınız?
- Öncə bir xatirəmi bölüşmək
istərdim. Yəqin çoxlarınız, mənim kimi, Xankəndi ətrafındakı
meşələrin füsunkar
gözəlliyini unuda
bilmirsiz. Hər mart, yaz
yeni girəndə uşaqlar toplaşıb meşəyə bənövşə,
qarçiçəyi, danaqıran
dərməyə gedərdik.
Meşələrdə ilk çiçək açan zoğal və alça ağacları olurdu.
Sarı və ağ çiçəklər
yenicə yaşıllaşmağa
başlayan meşəyə
ayrı rəng qatardı. Soyuq qışdan sonra
yaz günəşindən
xumarlanan torpaqdan qəribə bir rahiyyə yayılardı ətrafa. Kol dibindən boylanan
boynu bükük bənövşələrin, nərgiz
dediyimiz sarı primulaların ətrini demirəm hələ.
Topladığımız çiçəklərdən
dəstə bağlayıb,
səhəri gün müəllimələrə aparardıq.
Və Xankəndində
1988-ci ilin bir yaz günü yenə də toplaşıb, Həsən
əmimlə meşəyə
çiçək dərməyə
getmişdik. Meşənin dərinliyinə doğru getdikcə həzin tütək səsi eşitməyə
başladıq. Səsin ardından
gedərək meşənin
içində yaşıl
bir talaya çıxdıq. Talada yenitetmə
bir oğlan oturub tütək çalmağa elə dalmışdı ki, bizim necə gəldiyimizi belə görmədi. Biz də səssizcə oturub onu dinləyirdik.
Sanki sehirli bir
nağıllar aləmindəydik.
Ətrafımızdakı gözəllik və
tütəyin səsi
bizi alıb uzaqlara götürmüşdü.
Birdən oğlan gözün
açıb bizi görəndə utanaraq musiqini kəsdi. Nə qədər xahiş etsək də utandığından daha tütək çalmadı.
Bu, bizim Xankəndində
keçirdiyimiz son yaz
oldu. Nə biləydik
ki...
Və o
gündən bu günə hər il yaz ayları, o meşələr
yuxuma gəlir. Və mən yuxuda həmin o nəm torpağa sarılıram hər il.
O torpağın ətrin
çəkirəm içimə
hər il
yuxularımda. Yuxunun da ətri olurmuş,
həzin, xoş və nisgilli...
1988-ci ildə Xankəndində
erməni separatçıların
ilk iğtişaşları başlamışdı. Artıq vəziyyət
gərgin idi. Azərbaycanlı əhaliyə qarşı
onsuz da yaxşı olmayan münasibət daha da kəskinləşmişdi.
Mən onda 9-cu sinifdə təhsil alırdım.
Artıq
məktəbə də
gedə bilmirdik.
Ermənilər azərbaycanlı uşaqları yolda döyür, daş-qalağa
basırdılar. Bizim evimiz
Tupik Lesnoy küçəsində idi.
Qonşularımızın çoxu erməni
idi. 1988-ci ilin sentyabrın 15-dən
16-na keçən gecə
Xankəndində bizim
evimizə erməni qonşularımız hüçum
etdi. Nələr yaşadıq bir
bilsəz. Ölmün
bu qədər yaxın olduğunu hiss edən 4 uşağın
ğözünə baxa
bilməyən bir atanın çarəsizliyi...
Xilas üçün
ani və çətin qərar... Və möcüzə nəticəsində
o dəhşətdən sağ
çıxa bildik. Bizim bəxtimiz gətirdi, sağ qala bildik.
Amma bəxti gətirməyənlər
də oldu.
Sabahı gün artıq bütün Xankəndində
azərbaycanlı evlərinə
hücumlar başlandı. Evi yandırılan kim,
döyülərək öldürülənlər
kim. Beləcə Xankəndinin işğalına
başlanmış oldu.
- Qeyd etdiyiniz kimi, Xankəndində anadan olmusunuz və uşaqlığınız orda
keçib. Yəqin xatirinizdə qalıb, uşaq vaxtı ermənilərin münasibəti
necə idi?
- Uşaq
bağçasına getdiyim gündən erməni nifrətini üzərimizdə hiss etmişdik.
Erməni uşaqlar hər
imkan düşdükcə
bizi “tork” deyərək döyür,
incidirdilər. Bu, ailələrində onlara
türkə qarşı
aşılanan nifrətdən
irəli gəlirdi.
Axı, uşaqlar ailənin aynasıdır. Onların beyinlərinə
türklüyə qarşı
o qədər nifrət
yürüdülürdü ki, artıq uşaqlıqdan bizə qarşı çox aqressiv olurdular.
Xankəndində 10 orta məktəb vardı. Onlardan biri Kərgicahan qəsəbə
6 saylı 8 illik orta məktəb, digəri isə Nizami Gəncəvi adına 4 saylı orta məktəb azərbaycan dilində tədris verirdi. Digərlərində təhsil erməni
və rus dilində idi. Baxmayaraq ki, məktəb bizə darlıq edirdi, erməni rəhbərlik tərəfindən
bizə yeni məktəb binası ayrılmırdı. Bütün bu
çətinliklərə baxmayaraq məktəbimizdə
çox yüksək
təhsil, təlim-tərbiyə
vardı. Məktəbi
bitirməyimizdən 32 il keçsə də, hələ də həyatda olan müəllimlərimizlə
görüşürük. Bizə yaxşı savadla yanaşı, əmək təlimləri də aşılanırdı. 7-ci,
8-ci, 9-cu siniflərin şagirdlərini
yay tətilində 1 aylıq Xocalıya yay düşərgəsinə
göndərərdilər. Biz həm tarlada
işləyib zəhmətə
alışır, həm
də istirahət edirdik. Çox gözəl günlər
idi.
- Bahar xanım, sonda nə isə əlavə etmək istəyirsinizsə, buyurun.
- Sonda bütün Xankəndililərin adından demək istərdim ki, bu sevinci bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev cənablarına, Milli ordumuzun əsgər və zabitlərinə minnətdarlığımız sonsuzdur! Tanrı onları qorusun! Allahdan şəhidlərimizə rəhmət, yaxınlarına səbr diləyirəm! Şəhidlər ölməz, Vətən bölünməz! Qarabağ Azərbaycandır!
YƏHYA
Hürriyyət.- 2021.- 7 dekabr.-
S.13.