Nizami poeziyası: insan
fenomenologiyasının katarsisi
Nizami poeziyası qarşısında
itaət etmək hər bir şair üçün şərəfdir,
əgər o, şeirin bədii – riyazi inteqraldan, insan qəlbinin
enerjisindən cəsarətlənib əlinə qələm
alırsa. Və yazandan sonra İlahi bir iş
gördüyünü iqrar edirsə ruhən yüngülləşir,
fəsadlardan uzaqlaşır. Bu ovqatda şair
İlahi ilə ruhi səsləşmə şəbəkəsinə
daxil olur. Və ilk öncə İnsan faktoru bu
varlığın ecazkarlığının yaradıcı
düşüncəyə malikliyini, ziddiyyətsiz
yaşaya bilmədiyini, gənc nəsillər tərbiyə
etdiyini (sərvətlərin formalaşması cəhdində
bulunduğunu) və ilaxır ədəbiyyatın əsas
mövzusu edəcəyini düşünür. Konkret
götürsək, poeziya zamanın, dövrün əxlaqi və
sosial problemlərinə birbaşa cavabdehlik göstərməsə
də ədəbiyyatşünaslar ədəbi materialı rəsmən
belletçitük və ciddi kateqoriyaya ayırmışlar.
Bu ayırmanın əsasında nəyin dayandığına
zəmanət vermək çətindir, həqiqət budur ki,
poetik əsərlərdə (şərq şeirində)
şairin ciddi problemlərə müdaxiləsi hər bir
müəllifə müncər deyildir. Oxucu tələbatı
var ki, əsərlərində qaldırdığı bəşəri
ideyalar mütərəqqiliyi, praqnozlaşdırıcı
qabiliyyəti, insan əxlaqının fövqəl qüvvəyə
motivasiyasının psixoloji mexanizminin reallaşması vacib
şərtdir. Firdovsi, Nizami, Sədi, Nəsimi, Füzuli kimi
korifeyler Dünya ədəbiyyatının nəhəngləridir.
Nizami şeirinə (poeziyasına) varanda mütəfəkkirlik
tapırıq, soaial – ictimai konsepsiyaları, didaktik
görüşləri bədii yaradıcılıq kontekstində
götürürük.
Şərq
İntibahının Azərbaycan qolunda – qanadında iki
dahinin: Nizami Gəncəvinin və Nəsirəddin Tusinin bədii
və elmi fəaliyyətində tarixi hadisələr: birində
tarixilik poetik şəkildə tərənnüm edilmiş,
digərində tarixi kontekstdə tərbiyəvi – publisist
mühakimə ilə təsvir olunmuşdur. Başqa
sözlə, tarixin poeziya ilə ifadəsi və həyatın
pedaqoji yönümdən şərhi. Hər
iki dahi bədii və tərbiyə kateqoriyalarını tarixi
aspektdə qoşalaşdırmışdır.
Aristotel
demişdir: “Poeziya tarixdən daha fəlsəfi və ciddidir:
poeziya daha çox ümumidən, tarix xüsusidən
danışır”.
Təəssüf ki, tarixçilər tarixi faktlara, onun
dəqiqliyinə qarşı – laqeydlik deməzdik – mənfur
millətçilik, özündə olmamağın dərdini
yaşamaqla xalqın bədii, elmi, mədəni dəyərlərini
görmək istəmədən kəskin şəkildə
inkar etmişlər. O xalqın ortaya qoyduğunu əslində mənimsəyirlər,
özününküləşdirirlər: min illik tarixi kəşflərin,
nəzəriyyələrin, hipoteziyaların, nəzəri
aksiomların “oğrusuna” çevrilirlər. M.Lomonosovun,
Nyutonun, Keplerin, Mendeleyevin, Eynşteynin və
başqalarının müəllif kimi bəşəriləşdirdikləri
elmi naliyyətləri, kəşfləri XII-XIII əsrlərdə
Nizami və Tusi – şair bədii sözlə, alim isə elmi
dillə təsvir etmişlər. Təsadüfi
deyil “fiziklər – liriklər” problemi bu gün də dəbdədir.
Biz ötən əsrin 70-ci illərində
“fiziklər – liriklər” silsiləsindən xeyli məqalələr
çap etdirdik. Qərb filosofları,
psixoloqları, genetikləri və başqa ixtisas sahibləri
insanın cinsi və sosial tərbiyəsinə diqqət
ayırdılar (Kant, Hegel, Lebon, Freyd, Yunq, Nitşe,
Şopenhager və b.). Müsəlman şərqinə
üz tutdular: bu elə – belə maraq deyildi...
“Avesta”
Avropaya ayaq açmışdı, müəllifi Zərdüşt
Nitşenin oxucu
siyahısında idi. “Qobusnamə”
heyrət doğurmuşdu. Bu maddi dəyərlərin
mərkəzində İnsan – Allahın bəndəsi
dayanırdı. İngilis filosofu və dövlət
xadimi Frensiz Bekon (1561-1625) yazırdı: “İnsan təbiəti
bilavasitə, Allahı isə təbiəti öyrənməklə,
öz – özünü reflekslərlə dərk edir. Təbiət elmləri və nəzəri əməli
hisslərdən ibarətdir. Hisslər
biliyin əsasıdır, ağılla təcrübənin
inkişafı hər şeyə qadirdir!”
Şərq həmişə olduğu kimi, İnsanı
tərbiyənin subyekti gözündə görürdü,
özünü anlamalı, Dünyaya uşaq gətirməli
və tərbiyələndirməlidir. Şərq
VII-VIII əsrlərdən başlayaraq İnsanın
varlığını Allahın bir zərrəciyi kimi qiymətləndirdi,
yəni o, mənəvi – ruhi başlanğıcdır,
veranta, sufizm, panteizm konsepsiyaları yarandı. O cümlədən,
sufizm (təsəvvüf) fərqləndi. Şairlər
də bu təriqətə üz tutdular. Mütəfəkkir
Nizami istisna deyildi. Nizami bəşəri
humanizmin bir qolunu özündə ehtiva edən utopik cəmiyyətin
bədii konsepsiyası yaşadığı mühitin
filosoflarının, tarixçilərinin əqli imkanlarından
kənar idi. Şairin əxlaqi
baxışları üçün xarakterik səslənən
insan hisslərinin cövhərinin dəyərlərinə
münasibəti Qərb alimlərini əsla maraqlandırmamışdı
– təəssüf doğurur. Bir həqiqətdir
ki, cinsi fərqlərin statusu psixi durumunda özlərinə
və insanlara münasibəti, neqativliyin şişirdilməsi
bəşəri zəmində xatırlanmaması,
süni ideoloji təsir altında hər yeni nəsillərə
ötürülməsi “kölgə” ovqatını yaradır.
Nizaminin poeziyası isə heç zaman standart tədqiqat
mövzusu olmamışdır. Bəllidir ki, XI-XIII əsrlərdə
Bizans imperiyasının süqutundan sonra dövlətçilik
formalaşmağa başladı, Osmanlı dövlətinin
meydana gəlməsilə (XIII) mədəniyyət, o cümlədən,
emal inkişafa qədəm qoydu. İslamın
qəbulundan sonra Dünyəvi elmlərə, İlahiyyata
meyl gücləndi, cərəyanlar yarandı. Məsələn,
xatırlatdığımız kimi (“Sufizm” – bu söz ərəbcə
“yun”, yaxud “qaba” yundan hazırlanmış parça mənasını
verən “saf” – “suf” sözlərindən
yaranmışdır). Sufizmin mahiyyətini dərk
edən Nizami Təsəvvüfi fikirlərə, yozumlara
hörmətlə yanaşmışdır. Nizami poziyası insana (Allaha), irfana, məhəbbətə,
bir sözlə, əxlaqa sevgiyə səsləyir təşviq
edilir.
Şərq poeziyası özünə məxsus
mövzusu və üslubu çalarları ilə bu
günün ədəbiyyat kontesktində Qərbin söz sənətindən
tamamilə seçilir, bunun bir mühüm səbəbi xalqların
(millətlərin) yerləşdiyi təbii mühitlə,
sivil əlaqələri ilə bağlıdır.
Orta əsrlərin
IX-XII yüz illikləri Qərb üçün gözlənilməz
oldu: ərəb xilafətinin hakimiyyəti heç də
sovet ideologiyasının iddiaları ilə üst-üstə
düşmürdü. Hətta elmi naliyyətlərinin
hansı mənbədən qidalandığı inkar olunurdu.
Bir faktla kitafətlənəcəyik: Eramızadan əvvəl
yaşamış Sokrat, Platon və Aristotel
“üçlüyü” ərəb və fars
alimləri tərəfindən tərcümə olunmuşdur.
Xüsusilə, Abbasi xəlifələrindən Əbücəfər
Mənsur (754-775), Məmun (813-833) vaxtında “tərcüməçilik
hərəkatı”geniş yayılmışdı, hətta
məktəb təsis edilmişdi və “Hikmət evi”
adlandırılmışdı. Bunun nəticəsiydi Yaqub
Kindi, Əbunəsr Fərabi, Əhməd Birunu, Bəhmənyar,
İbn Sina, Mahmud Qəznəvi kimi peşəkar filosofları
yetişdi, bu simalar, xüsusilə, Aristotel irsini öz dillərinə
çevirdilər. Halbuki, Qərb bu simanın bəşəri
səciyyəli “Orqanon”, “Ritorika”, “Poetika”, “Etika”, “Metafizika”
və başqa əsərlərini Vətənlərinə gətirdilər.
Və Aristotel fəlsəfi məktəbini: aratdılar, Qərb
isə yaxşıca əxz etdilər – özü də 5 əsrdən
sonra!
F.Engelsin
Aristotel haqqında fikri ilə razılaşmamaq olmaz: “Aristotel
dialektik təfəkkürün artıq ən mühüm
formalarını tədqiq etmişdir”. (F.Engels “Anti – Durinq”,
Bakı. 1967)
Şərq şeirində qadın gözəlliyi, onun bəxş
etdiyi səadət ovqatı, yaşamağa nikbinliyi sevgidə
təzahür edir. Əgər Aristotelin estetik fikri ilə desək, aşiq
və məşuq bir-biriylə qovuşmamaqda
“günahları”nı yumağa – katasisə
gəlirlər, adətən, bunu zəmanədə axtarmağa
çalışmırlar. Platonda Pifaqordan gəlmə
katarsis anlamı gözəlliyin təsəvvürü ilə
– idrakın cismani gözəllikdən ruhi gözəlliyə
yüksəlməsilə bağlıdır. Aristotelin
katarsisi “təmizlənmə”nin şərtlənir
və faciəviliklə əlaqədar təliminin əsasında
dayanır. Şərq qəhrəmanlarından Leylilər və
Məcnunların bir-birinə qovuşmaması adiləşə
bilərdi: Məgər bütün gənc sevgililər
vüsala yetməyəndə ölməlidirlərmi? Amma Məcnunlar və Leylilər sonda öldülər,
bununla ruhları təmizlənir.
Dahi
psixoloq Ziqmund Fridin (1856-1939) – psixo analizin banisinin bəzi nəzəriyyələri
(Röya nəzəriyyəsi və Psixo analiz konsepsiyası)
sırasında “Libido” anlayışı bütün
dünya elmini maraqlandırmışdır: belə ki, təhtəlşüur
fikir və psixoloji repressiya mexanizmi nəzəriyyəsi daha
çox məşhurlaşmışdır. Alim
insan ruhunun faciəsi səbəblərinə onu sağaltmaq
üçün nə etməli olduğuna da toxunmuşdur.
“Libido” məsələsinə müəlliflik
etməklə bütün yaradıcılıq prosesi seksual
enerjisinin (“libido”) sublimasiyası (yüksəlməsi) nəzəriyyəsində
baş tutur. İncəsənət də
yuxu görmə (röya) kimi elə bir hadisədir ki, bariz
şəkildə büruzə verir.
Cinsi enerjinin – “Libido”nun həmin şəxs tərəfindən
paylanılmasının həm mənəvi – ruhi, həm də
ictimai – sosial əhəmiyyətindən çox mətləblər
ortaya çıxır.
Z.Freyd nə
şair, nə rəssam, nə yazıçı, nə də
bəstəkardı, lakin o, yaradıcılığın
müəllif şəxsiyyətinin içindən – ruhundan
qaynaqlandığını analiz etmişdi, habelə
şöhrətli yazıçılardan R.Rollan, S.Sveyq,
R.Rilks və digərləri ilə tanışdı ki, gələcəkdə
psixoloqun yeni ideyaları ədəbi – bədii fikirdən
yaranacağına inanırdı. Adını
çəkməli olduğum “Leonarda da Vinçi” adlı tədqiqatında
(1910) birmənalı qarşılanmayan, mübahisə
doğuran məsələlər yox deyil, bu şəhvət
hissi ilə bağlıdır. Belə ki, alimin yazdığına
inansaq: dahi rəssamın çəkdiyi qadın
obrazlarında “Mona Liza” və başqaları onun anası
Katerinanın son dərəcə sərt xarakteri müəyyən
cizgilərdə öz əksini tapmışdır.
Bizi Edip kompleksi maraqlandırır. Z.Freydin kompleksində irəli
sürdüyü uşağın doğma anasına erotik
hiss bəsləməsi iddiası inandırıcı
görünmür və nəzəriyyəsini şərqli
psixoloqlar pis qarşılamışlar, eləcə də
şairlər. Şərq poeziyasının korifeyləri
Firdovsi, Rudaki, Nizami, Füzuli, Vaqif və başqaları – bu
simalar həm də dərin biliyə,
dünyagörüşünə, antik fəlsəfi savada
malik olublar. Poemalarında şəhvət hissinə nəsnə
kimi baxmışlar, qadın obrazlarında, eləcə də
kişi surətlərində ali müdriklik
hissini yüksək qiymətləndirmişlər. Füzulinin Leylisi Məcnuna yaxınlaşmaqla
vüsala qovuşmaq istəyirsə Məcnun imtina edir. Mübahisə aparmaq istəməzdik. Qərb alimlərinin erotik problemlərə belə
bir etikadan (əxlaqdan) yanaşmalarına təbii baxmaqda
qeyri – adilik yoxdur. Uşaq özünü tanıyanda ona
sual vermək: “Sən qoca vaxtı anana intim hiss bəsləmisənmi?”–
Cavab necə səslənər. Yaxud, birbaşa
“sən uşaq ikən anana intim sevgin olub” təkidində
yeniyetmənin halını təsəvvürə gətirərək
və bunu yazdığımın xəcalətini çəkməmək
olmur.
Z.Freydin Şeksprin “Hamlet” faciəsinə müraciəti
atanın öldürülməsinin bir növ oxşarı
olan şah Xosrovun Şirinlə bir yataqda ikən qeyri – qanuni
arvadından doğulan oğlu tərəfindən
öldürülməsi faciə deyilmi? Məgər
orta əsr Şərqində psixoloqlar yox idimi? Lakin
Farabinlər, Bəhmənyarlar, İbn Sinalar, Tusilər tədqiqat
mövzularında saf davranışa (əxlaqa), qadın –
kişi münasibətlərində mübhəm çalarlara
belə ehtiyatla yanaşmışlar, bəşəri problemləri
araşdırmışlar...
(Ardı
var)
Allahverdi Eminov
Hürriyyət.-
2021.- 7 dekabr.- S.14.