Nizami poeziyası: insan
fenomenologiyasının katarsisi
Əvvəli ötən
sayımızda
Nizami poeziyası qarşısında
itaət etmək hər bir şair üçün şərəfdir,
əgər o, şeirin bədii – riyazi inteqraldan, insan qəlbinin
enerjisindən cəsarətlənib əlinə qələm
alırsa. Və yazandan sonra İlahi bir iş
gördüyünü iqrar edirsə ruhən yüngülləşir,
fəsadlardan uzaqlaşır. Bu ovqatda şair
İlahi ilə ruhi səsləşmə şəbəkəsinə
daxil olur. Və ilk öncə İnsan faktoru bu
varlığın ecazkarlığının yaradıcı
düşüncəyə malikliyini, ziddiyyətsiz yaşaya
bilmədiyini, gənc nəsillər tərbiyə etdiyini (sərvətlərin
formalaşması cəhdində bulunduğunu) və ilaxır
ədəbiyyatın əsas mövzusu edəcəyini
düşünür. Konkret götürsək, poeziya
zamanın, dövrün əxlaqi və sosial problemlərinə
birbaşa cavabdehlik göstərməsə də ədəbiyyatşünaslar
ədəbi materialı rəsmən belletçitük və
ciddi kateqoriyaya ayırmışlar. Bu
ayırmanın əsasında nəyin dayandığına zəmanət
vermək çətindir, həqiqət budur ki, poetik əsərlərdə
(şərq şeirində) şairin ciddi problemlərə
müdaxiləsi hər bir müəllifə müncər
deyildir.
Şərq poeziyasında Anaya münasibət ilahi
qovuşma qismindədir, insanın doğumu və sonu səbəbindədir. Belə ki “Ana”
obrazı bütün xalqlarda bəşəri məhəbbətə
layiqdir. Bu ilahi istək Nizami Gəncəvinin
yaradıcılığına da şamildir.
Qərb tədqiqatçıları bu problemlərə
birbaşa toxunmuşlar, bu ünvan filosof K.Yunqa daha
yaxındır Z.Freyddən fərqli olaraq. Bu psixoloq və
filosofların mühüm çatışmazlığı
Şərq şeiriyyatından, o cümlədən, Nizami “Xəmsə”sindən
bixəbərliyidir. Nizami poemalarında təsvir etdiyi
qadın obrazları sədaqətli sevgili, müdrik başçı,
kişini qiymətləndirməyi bacaran xanımlardır və
heç bir vəchlə onların dünyaya gətirdikləri
uşaqlarda Edip kompleksit olmamışdır: Oğlan
övladlarının öz anasına erotik hissi! Və mən bu zəmində Qərb psixoanalitiklərin
tədqiqatlarını öz xarakterləri üçün təbii
sayıram. Arxetiplərə (ilkin tiplər,
formalar) üz tutmaları da bir cəhddir. Bəs necə
olur qərbdə doğulan, yaşayan və tərbiyə alan insanlar genetik cəhətdən Şərqdə
dünyaya göz açanlardan ciddi fərqli cinslərdir,
baxmayaraq hamımız Adəmlə Həvvanın
övladlarıyıq – bu da qəribə yozumdur...
Qeyd edək ki, arxetiplər miflərdə, əsatirlərdə,
habelə yuxularda üzə çıxırlar, nizamlanmış
görüşlərə malikdirlər. Psixoloqların
şəhadətinə görə yuxularda, ruhi xəstələrin
təxəyyülündə onlar anlaşılmaz
obrazların yığını təsiri
bağışlayırlar. Bu baxımdan arxetiplər
təxəyyülün qaynağı, ədəbiyyat və
incəsənət əsərləri üçün ilkin material
funksiyasını yerinə yetirirlər. Nizami
poemalarına XII əsrdən etibarən şərq
miniatür rəssamları müxtəlif sujetlər çəkmişlər,
mifik insan təsvirləri yaratmışlar. Şair təsadüfi deyil ki, sənətkar
obrazları yaratmışdır. “Yeddi
gözəl”də Simnar, Şeyda kimi memarları təsvir
etmişdir. Eləcə də “Xosrov və Şirin”də
Fərhad surətini
O bənna
olsa da Məşhurdur adı,
Odur min nəqqaşın
böyük ustadı, –
Simrana işarədir.
K.Yunq
araşdırmasında o yerlərə çıxır ki,
şərqin insanı psixikasında təxəyyülün məhsulu
kimi sağlam düşüncədən kənar fikirlərə
yol açır: insanın alçaq və bəsit cəhətləri,
kişidə qadın obrazı, qadında kişi
obrazı. Bir də şərh etməli olsaq
“Anima” latınca “qəlb”, “Animus” “ruh” mənalarını
verir. Anima kişidə qadın başlanğıcı,
Animus qadında kişi
başlanğıcı obrazlarını ifadə edir. Bu
obrazlar (Anima və Animus) qədim dövrlərdə təşəkkül
tapmış qadın və kişi
obrazlarını özündə ehtiva edir. K.Yunqun
yozumuna görə, bu əsasda insanda məhəbbət və
nifrət hissi yaranır, “onlar bütövlükdə” “qəlb”
adlanan psixi hadisələrin arxaik formalarını təşkil
edirlər. Nəticə isə: şüura inteqrasiya
olunan Anima Erosa, Animus Loqosa çevrilir.
Şərq
insanına onun ətrafından başlayıb gələn
gözəllik idiealı heç zaman ilkin tip adamını “ləkələmək”
iddiasına düşməmişdir. Nizaminin
poeziyasının estetikası bunu tələb etmişdir.
Sokratı, Platonu, Aristoteli oxuyan dahi şair əjdadlarında
Edip kompleksini “kəşf” etmək qənaətində
olmamışdır. İnsan onsuz da həm
zahiri, həm də daxili ilə sağlamdır, xeyirxahdır.
Qadınlar isə heç də şəhvətə yad
deyil, bu gün də kişidən zövq almaq, həm də kişi erkəkliyini təcəssüm etdirmək
xasiyyəti mövcuddur. Nizami Nüşabəni qadın tipi olaraq
təsvir edir:
Erkəksiz
yaşayan bu dişi ceyran
Gözəldi, göyçəkdi erkək tövüzdən.
Xoşsöhbət,
ürəyi saf, məhəbbətli
Bir pəri əndamlı, xoş təbiətli.
Nizami Qərb
mütəfəkkir şairləri, alimləri neçə əsr
qabaqlamışdır dünyagörüşü, intellekti və
fəlsəfi biliyilə, o cümlədən, mistik təsəvvürlərini
“Sirlər xəzinəsi”, “Yeddi gözəl”, “İsgəndərnamə”,
“Xosrov və Şirin” əsərlərindəki ideyaları ilə.
Məsləhət bilmiş ki, insanlar tibbi və
ruhi elmlərdən xəbərdar olsunlar, bu mənbələr
kainat və insan psixologiyası haqqında düşünməyə
əsas verir.
“Yeddi gözəl” poemasında Nizami bəşəriyyətin
xilas düsturuna toxunaraq insandakı gizli enerjisini fəaliyyətsiz
qalan mərkəzlərdə hərəkət etdirməyi
cahillikdən kamilliyə aparan yolun “düsturu” kimi göstərir
– yazmışdır. Əsərlərin qəhrəmanı Bəhram
şairin fikirlərinin təmsilçisi olaraq daxili hisslərini
büruzə verir. Bəhram bir fərd kimi bir kişi
cinsinə məxsus daşıyıcılara malik olaraq intim
ruhi həyatını təşkil edən emosional səciyyəli
şəxsdir və “libido”dan kənarda deyil, psixi konfliktlərdən
də kənarda yaşamır. Bəhramın
Xavərnəng qəsrində yeddi gözəlin şəklinə
ovqatı ilə baxması təsadüfi təsiri oyatmır,
bəsirət göznünün açılması, qızların
oyadacağı xoş təssurat naminə yollar axtarır.
Xavərnəng qəsri Bəhramın kişi
simvolu obrazını xatırladır. Şair əbəs deməmişdir:
Gəzib
yer üzündə yeddi ölkəni,
Yeddi şahzadə qız yanacaq yəni.
Bunu
özümüzdən demişdir belə,
O yeddi
ulduzdan gətirdik ələ.
Nizami son
misarası ilə Ali enerjinin kişi
tayfasına verdiyi sifarişlərin ümumi mahiyyətini
çatdırmaq istəmişdir.
İnsan
fenomenoloji psixikasından irəli gələn
davranışına münasibətində bir qanunanuyğunluq
vardır və bu məsələ ya elmi, ya da müşahidə
vasitəsilə aşkarlanır – biz Nizami mühitini nəzərdə
tuturuq: Uşağın hansı valideynlərdən
doğulması və hansı coğrafi şəraitdə
böyüyüb tərbiyə alması. Təsadüfi
görünməsin ki, XII-XIII əsrin ab – havası, yetişən
gənclərin özünü dərk edən,
yaşlıların psixi durumundan irəli gələn
davranışlarında buraxdıqları qüsurları dahi
alim, əxlaq nəzəriyyəçisi N.Tusi (1201-1274)
“Əxlaqi Nasiri” traktında “nəfs” probleminin fəlsəfəsində
araşdırmışdır. Hansı ki, paradoks kimi
görünməsin: Russo, Con Lokk, Disterveq, Pestalotsi, Komenskilərin
ulu babaları belə doğulmamışdı. Lakin Nizami XII əsrin
insanı olaraq əxlaqda analogiyaların ictimai həyat şəraitini
mənimsəmişdi, bunu öz ailəsində, oğlu Məhəmmədin
tərbiyəsində, ata – oğul
bağlılığında büruzə vermişdir. Şirvanşah Axistan ona “Leyli və Məcnun”
poemasını yazmağını təvəqqi edəndə,
(hərçənd, tərəddüd keçirəndə)
oğlunun arzusunu (əsərin yazılmasını) öncə
nəzərə almışdır.
Bir amili də
xatırlatmağa dəyər ki, Nizami mövcud şəraitlə
əlaqədar insan psixikasını, ondan öz ata və
anasına məhəbbəti, mal – dövlətə
meyilliyinin dərəcəsi, hakimiyyət həsirliyi,
şöhrətpərəstliyi, gözəllik idealı və
sairni bədii yaradıcılığında təsvirini
tapmışdır.
“İsgəndərnamə”də Sokratın, Platonun,
Aristotelin, Pifaqorun deyilən fikirləri, əlbəttə,
Nizamiyə məxsusdur. Şair ictimai – sosial utopiyasını irəli
sürəndə Orta Əsr utopistlərin (Jan Jak Russo, Raber
Oyen, Şarl Furye) ulu bbaları da dünyaya gəlməmişdilər.
Nizami etik – fəlsəfi fikirlərində qərbin “Edip
kompleksi”ni axtarmamışdır, hakimiyyəti
təmsil edən şahlara üz tutmuş ki:
Sərxoşluq
edən dövlət huşyar olacaq bir gün,
İllərlə yatan bir bəxt bidar olacaq bir gün.
Nizami insanın davranışını mənəvi – əxlaqi
təkamül kontekstində axtarırdı, bu da humanizm və
xəlqilik ideyalarının dövlətin idarə
olunmasının bir əsas atributu deməkdir. Anadan naqis
doğulanlar (genetik baxımdan), qeyri – qanuni atanın övladı
sayılanlar fəsad işlərdən, hətta
doğmasını qətlə yetirməkdən belə
çəkinmirlər. Bu hissi Xosrovun oğlu tərəfindən
öldürülməsi bir fakt olaraq qalır tarixin səhifələrində...
Məqalədə
məqsədimiz material verən qadın və kişi
qəhrəmanlarının (bəzisi tarixi simalardır)
şəhvət – ehtiras hissinin psixoloji və bioloji təbiətini
– mahiyyətini xırdalamaq deyil, dərinə varanda Ana
(qadın) və Ata (kişi) emosional və düşünən
varlıqlardır. Ananın – qadının köməyilə
kişi qadın xarakterini başa
düşə bilir. Atanın – kişinin sayəsində
qadın kişini anlayır. Qadın birliyə, kişi isə ayırmağa köklənir. Həyatda onlar öz aralarında ahəngdar
münasibətlər qurmağı bacarırlar, bu harmoniyanı
Nizami poemalarında göstərmişdir. Mütəfəkkir
şairin bədii fəlsəfəsində tədqiqatçıların
nəzərindən o yayınmış ki, əsrlər sonra
Qərb filosof və psixoloqların baş
sındırdığı “kişi qadında kişiliyin təzahürü
qismində” çıxış edə bilər, qadın isə
“kişidə qadınlığın təzahürü”
konsepsiyasını vaxtında rədd edə bilər – poetik
yanaşmasında. Nizami müdrükliyi heç cürə
razılaşmazdı, əxlaqi – etik baxımından: kişidə
qadına məxsus nəsə olsun.
Bir həqiqəti
də etiraf edir Nizami: həyatda hər iki subyektin bəzi əlamətlərini
özündə daşıyan fərdləri mövcuddur,
açıqlayası olsa kişinin
qadınlığından, qadının kişiliyindən
danışmaq olar. Belədirsə əgər – kişinin (ərinin)
təsiri altına düşən qadın (həyat
yoldaşı) –
hər iki tərəf xarakterlərindən uzaqlaşmaqla
qarşılaşırlar.
Faciəvi
məqamlar onda olar ki, ər qadının göstərişlərinə,
ədalarına sözsüz əməl etməklə
“qadınlaşır”! Nizami
böyüklüyü, Nizami müdrükliyi millətin gələcək
əsrlər qarşısında İslamiliyini, dönməzliyini,
əxlaqi saflığına zəmanətini vermişdir.
Bəlkə belə bir mövzulara biganə
qalmışlar, affpektə qatılmamaışlar, əksinə
atavizmə nəslildə qadın babalara məxsus müsbət
əlamətlərin görünməsi problemini
araşdırmışlar Qərb isə. Bir nümunə:
“Dahi fransız yazıçısı Viktor Hüqonun “Səfillər”
romanında Jan Voljan obrazı insanın: kişi
və qadını özündə birləşdirən
tipini – androgni yaratmaqda nə dərəcədə
haqlıdır? Sualı açıq
saxlayırıq.
Nizami Şərq poeziyasına məxsus poetikasından irəli
gələrək öz bədii etikasında qədim filosofların
mühüm konsepsiyalarına – idrakın ehtiraslar (emosiyalar)
üzərində hakimiyyətinə daima diqqət
yetirmişdir.
Ümumiyyətlə, Şərq ədəbiyyatında,
o cümlədən, poeziyada idrakla poetik ehtiras qoşa
qanaddır, insanın ruhunda birgə yaşayırlar,
yaradıcılığa yol açırlar. Amma Nizamiyə görə hər iki fenomen nəzarətdən
yayınmamalıdır. İdrak
ehtirası, emosiyanı başlı – başına
buraxmamalıdır, əks halda ifrat fəsadlar törədər,
başa düşülən başı aşağı
salar. Budur, Nizami Gəncəvinin əsrləri qabaqlayan
fikri: “Ey ürək, sənin çırpınmaların
yanında ehtiras ağacı bitmişdir, hələ o, sənin
başını əyməmiş sən onun
başını əy. Əgər sən bu
bağlamanı (ehtiraslar yükünü) üzərindən
ata bilsən, məhv edən ehtirasların əlindən inləməyəcəksən”.
Nəticə olaraq konkretləşdirib fikirlərimizi
çatdırmağı lazım bildik. Nizaminin poeziya
okeanında yazanlara yalnız kiçik gəmi kimi
görünmək olar. Şair dərin
analitik təfəkkürü ilə həyatda insanın – fərdin
(şəxsin) düşüncələrini, hiss və həyəcanlarını
ifadə etmiş, subyektin öz şüurunu dərk etməsini
praqnozlaşfırmışdır.
Bəlkə bu yanaşma bizim tərəfimizdən təbii
sayılmalıdır, onun üçün ki, Nizami ədəbiyyatın,
xüsusilə, şeirin incəliklərini (poetikasını)
şərh etmişdir. Müasir nəzəri baxışla
yanaşsaq, insana məxsus fenomonoloji refleksiyanın ruhi həyəcanlarının
mövcudluğunu nəzərə almışdır.
Fenomonoji
yanaşmanın şeirdə bir vəzifəsi də Varlığın və
İdrakın sirrini üzə çıxarmaqdır (şair
poema – hekayətlər kitabının adını əbəs
yerə “Sirlər xəzinəsi” qoymamışdır). Şairlər, yazıçılar, rəssamlar insan
faktoruna fenomonoji baxımdan yanaşıb, onun (insanın) qəlb
– ürək sirlərini aşkara çıxarmaq yolunda bələdçilik
edirlər.
Nizami Varlığa poetik – fəlsəfi münasibətini
Dünya poeziyası səviyyəsində gerçəkləşdirmişdir.
Allahverdi Eminov
Hürriyyət.-
2021.- 14 dekabr.- S.14.