Tarixdən yox, tarixi öyrənmək lazımdır

 

(Borçalının tarixi xeyli müddətdir "gürcüləşdirilib”)

 

əvvəli ötən sayımızda

 

Əziz həmvətənlər   sayqılı oxucular! Bəri başdan qeyd edim ki, ömrümün yarıdan çoxunu təkərlər üstə dünyanın müxtəlif ölkə şəhərlərinə səfərlərdə, gəzinti görüşlərdə keçirmişəm. Hansı yana, hansı səmtə getsəm , mən ən çox narahat edən düşündürən məsələ xalqının keçmişinə aid materialların, sənəd faktların ələ gətirilməsi olub. Onlarca arxiv kitabxanalarda toz uda-uda günlərlə, aylarla, vaxt keçirmişəm ömrümün sonunadək bu işdən əl çəkəsi deyiləm.

Təki sağlıq, ən ümdəsi isə əmin-amanlıq olsun. İstər Sovet dövründə, istərsə ondan sonra ən çox səfərlərim qonşu respublikalara olub. Xüsusən Gürcüstana. Aylarla gedib-gəlməkdən yorulmuşam. Gürcü şairi yazıçıla­rından bir neçəsi ilə hələ 80-ci illərdən dostluq əlaqəsi yarada bilmişdim. V.Avaliani, N.Dumbadze, A.Slulakauri, O.Çiladze, Q.Pançikidze başqaları məni səmimi insan yazıçı kimi tanıyırdılar. Qoy indi onların sələfləri tanısınlar, heç pis olmaz.

Bu yaxınlarda Borçalıdan olan tanışlarımdan biri mənə bir kitab göndərib. Əvvəl elə bildim ki, hansısa müəllifin qələminə məxsus bədii əsərdir. Ancaq Məşədi İbadın sözü olmasın, çadranın altından kişi çıxdı.

Gürcülər ermənilər sayağı öz tarixlərini daha da "qədimləşdirmək" üçün müxtəlif vasitələrə əl atırlar. Belə ki, Midiya ya "Medea" dövləti gürcülərin əfsanəvi şəxsiyyətlərindən biri olan Yasonun oğlu Medin Kolxida kralı Aietin qızı, eyni zamanda Yasonun arvadı Medeanın adı ilə eyniləşdirirlər. Onlar həmçinin öz etnik mənsubiyyətlərini Ön Asiyanın qədim xalqlarından olan Hurrilər Subarilərə ( ya Subirlərə) bağlayırlar. Bax: (Berdzenişvili Nikoloz, İvane Cavahişvili. "Gürcüstan tarixi", İstanbul, 2000-ci il, səh. 37-52, gürcü dilidə.

Öz tariximizə nəzər salaq: "...Şah Abbas 1613-cü il oktyabrın 16-da Ön Qafqaz xalqlarını itaətə gətirmək üçün böyük ordu ilə Azərbaycanın Şimal-Qərb vilayətlərinə Gürcüstana yürüşə başladı. Səfəvi qoşunu Ərdəbildən Qarabağ daxil oldu. Bu yürüşdə Təbriz hakimi Pirbudaq xan öz dəstəsi ilə, Qarabağ əmirlərindən Dəli Məhəmməd Şəmsəddinli, Şirvan bəylərbəyi Yusif xan şahı müşayiət edirdilər. Şah Gürcü çarlarını itaətə gətirmək məqsədi güdürdü. On yeddi günlük vuruşmada Şərqi Gürcüstanı viran edən şah qoşunu geri dönərkən 30 min nəfərdən çox (onların arasında azərbaycanlılar gürcülərə nisbətən çoxlu təşkil edirlər) əsir apardı, 50 minə yaxın iri xırdabuynuzlu mal-qara zəbt edildi. Şah gürcü əsirlərini islamı qəbul etməyə məcbur etdi..."

Bu faktdan aydın olur ki, Şah Abbas Borçalıya nəinki türkləri köçürmüş, əksinə, bu bölgədən minlərlə ailəni Güney Azərbaycana aparmışdır.

Yeri gəlmişkən nəzərə çatdıraq ki, XVII-XX əsrlər ərzində türk-azərbaycanlı tayfaları Gürcüstana, xüsusilə Borçalı bölgəsinə mühacirət etməmişlər. Ancaq təbii artımın yüksək olması baxımından Gürcüstan əhalisində soydaşlarımızın say tərkibi, xüsusi çəkisi durmadan artmışdır. Məsələn, təkcə 1959-1989-cu illərin siyahıya alınmasını orta dövründə (cəmi 30 il ərzində) onların sayı iki dəfə (153 min nəfərdən 307 min nəfərədək) artmışdır.

Hazırda Borçalıda yarım milyondan çox türk əhalisi yaşayır. Xatırlatsaq yerinə düşər ki, ağsaqqalların, ağbirçəklərin dilində  üç Borçalı olubAran Borçalısı, Bağ Borçalıçı Dağ Borçalısı. Aran Borçalısı: - Sarvan ətrafı, Yağlıca düzü, çağdaş Bala Muğanlı kəndinə qədər; Bağ Borçalısı Bala Muğalıdan başlayaraq mərkəzi Bolnisi (Ağbulaq) olmaqla Güvəc ətrafı, Bala Dumanis qarışıq Başkeçid ətrafı, cənubdan Şərqi Anadolu şərqdən Bozabdal dağ silsiləsi ilə Göyçə gölünün kənarındakı Çıvıxlı kəndinin ətrafı da daxil olmaqla Dağ Borçalısının əhatəsində idi.

isə... mətləbdən uzaq düşməyək. Borçalı ərazisində sonradan (1929-cu il) yaradılmış rayonların (Qarayazı Qaraçöpdən başqa) 62 kəndində (Ağqula, Ağaməmmədli, Arıxlı, Ağtəklə, Baydar, Bəylər, Beytərəfçi, Qaçağan, Qızıl Hacılı, Qullar, Quşçu, Qoçulu, Dəmirçi Həsənli, Dəliyə Göyarxı, Daşla-Qullar, Muğanlı, Mollaoğlu, İlməzli, İmir, Kəpənəkçi, Keşəli, Kürdlər, Candar, Cəfərldi, Sadaxlı, Saral, Sarvan, Saraclı, Əzizkənd, Daştəpə, Təkəli, Təhlə başqa kəndlərdə təhsil alan minlərlə şagirdə Qarapapaq Çin türklərinin tarixi torpaqlarınaBorçalıya gəlməli olduqları aşılanır.

Babalarımız bunayalanın ağıdeyiblər. Artıq 20 ildən çoxdur ki, buna kimsə öz etirazını bildirmir yaxud da bildirmək istəmir. Bu kobud şəkildə sezilməyən yanlışlıqdı, yoxsa... Yoxsa, görəsən niyə özümüz öz əlimizlə özümüzə qənim kəsilirik? Bəlkə bu addım əsrlər boyu ermənilərin çığır saldığı yolun davamıdır? Amma məsələnin ən ağrılı tərəfi bundan ibarətdir ki, qonşularımızın bu cinayəti  öz əlimizlə icra etməsinə şərait yaradırıq.

Azərbaycanlı məktəblərdə tədris olunan "Gürcüstan coğrafiyası" dərsliyindən başqa, "Gürcüstan tarixi" kitabında da Azərbaycan ərazilərinin böyük bir hissəsi (şimal-qərb bölgələri), tarixi abidələri şəxsiyyətlərin adları demək olar ki, tamamilə "gürcüləşdirilib".

2002-ci ildə çapdan çıxmış xatirədə  isə Azərbaycan torpaqları XIII əsr Gür­cüstan imperiyasının tərkibində göstərilir. Lakin bu əslində onların təqdim etdikləri formada deyil. Türk dünyasının yer-yurd adlarını, "özününküləş­dir­mək" ən böyük qəbahətdir, sözün əsl mənasında tarixi cinayətdir, bir xalqın başqa xalqı saymamazlıqdır. Belə hallara yol verən insanlar çox güman ki, həm öz tarixlərini, həm qonşu xalqların tarixlərini yerli-yataqlı öyrənmədən necə gəldi tarix yazırlar. Belə "tarix"i qaralamaq heç kəsə lazım deyil. Bu sadəcə olaraq könül bulandırır, ikrah hissi doğurur.

Bu da bir həqiqətdir ki, tarixi həqiqətlər müxtəlif istiqamətlərə çəkil­məkdə, elmi obyektivlik adından çıxış edən tarixçilərin böyük əksəriyyəti əsl mənada tarix elminə zərbə vururlar. Məhz bunun nəticəsidir ki, tarixi gerçəklər təhrif edilir, elm adamlarının bəzi nümayəndələri öz mənsub olduğu ölkənin tarixini (istərsə də qonşu xalqların tarixini) obyektiv materiallar əsasında deyil, həm fərdi münasibətlərinə uyğun olaraq, həm də kənarda göstərilən təzyiqlər əsasında yazmışlar və hələ də yazırlar. Hər ölkənin tarixində belə hallar möv­cuddur. Çünki tarix elmi obyektiv deyil. Dahi yunan alimi Aristotelə görə, "ta­rix elmi elmlərin ən subyektividir..." Bəşəriyyət yaranandan bu günə qədər yaşanmış tarixlə yazılmış tarixin eyniliyi hamı tərəfindən eyni şəkildə qəbul edilir. Bu, sadəcə olaraq maraqların bir-birinə uyğun gəlməməsi, ortada barış­maz ziddiyyətlərin olması ilə əlaqədardır. Amma gürcü "tarixi" öz xüsusiy­yət­lə­rinə görə digər ölkələrin tarixindən xeyli fərqlənir. Bu fərqlilik tarix elmi­nin siyasətə xidmət etməsindən qaynaqlanır...

 

Mürsəl İRƏVANLI

 

Hürriyyət.- 2021.- 21 dekabr.- S.13.