Qarabağ münaqişəsi - SSRİ-nin

uğursuz rəhbərinin mirasıdır

 

1991-ci ilin dekabr ayının 8-də BelorusunViskulihökumət sanatoriyasında B.Yeltsin (Rusiya), S.Şuşkeviç (Belorusiya) L.Kravçuk (Ukrayna) bir araya gələrəkBelovejsk sazişiadlanan sənədi imzalamaqla de-yure SSRİ-nin varlığına son verdilər.  Elə təkcə Rusiyanın SSRİ-nin tərkibindən çıxması Sovet hökumətinin məhvi demək idi. Sirr deyildir ki, tarixdə Rusiyanı Avropanın jandarmı adlandırıblar. Rus imperatoru I Nikolayın (1796-1855)  şəxsi dəvəti ilə 1839-cu ildə  Rusiyaya gəlmiş fransız yazıçısı səyyahı markiz Astolf de Kustin (Astolphe-Louis-Leonor de Custine -1790- 1857) Parisə qayıdandan sonraRusiya 1839-cu ildə- La Russie en 1839” adlı kitab yazmışdı. 1843-cü ildə nəşr olunan həmin kitab müəllifə dünya şöhrəti qazandırmışdı. Astolf de Kustin qeyd olunan əsərində Rusiyanıxalqlar həbsxanasıadlandırmışdır.  (Aussi vaste que soit cet empire, ce n'est qu'une prison dont la clef est gardee par l'empereur- Bu imperatorluq qədər geniş olursa olsun, açarı imperatorun əlində olan bir həbsxanadır).  Hərbi qüdrəti çoxaldıqca siyasi ambisiyası daha da artan rus çarları tədricən qonşu əraziləri özlərinə ilhaq edərək faktiki olaraq günəşin heç zaman batmadığı, ucu-bucağı olmayan nəhəng imperiya qurmuşdular. Xatırladaq ki, 17 milyon kv.km ərazisi olan Rusiyanın qərbi ilə şərqi arasında 11 saat fərqi var. 

25 oktyabr (təzə stillə 7 noyabr ) 1917-ci ildə siyasi iqtidara gələn bolşeviklər iqtidarlarının ilkin mərhələsində başda Polşa Finlandiya olmaqla bir çox ucqar yerlərə müstəqillik verdiklərini elan etmişdilər. Hakimiyyətlərini möhkəmləndirdikdən sonra  onlar müxtəlif bəhanələrlə öz müstəqilliklərini elan etmiş sabiq əyalətlərini yenidən bir bayraq altında birləşdirmiş 30 dekabr 1922-ci ildə SSRİ-nin (Sovet Sosialist Respublikaları İttifaqının) yarandığını bildirmişdilər. Sözdə könüllülük, əslində isə zorakılıq prinsipi ilə təşkil olunmuş SSRİ-  müxtəlif xarakterli, düşüncə tərzli, fərqli dünyagörüşlü, ayrı-ayrı dillərdə danışan çeşidli etiqadlara sahib xalqlardan inasanların yeni tarixi birliyinirus dilində danışan sovet xalqı yaradacaqlarını bəyan edən bolşevik təfəkkürlü strateqlər bu cəfəng ideyanı gerçəkləşdirmək üçün 1991-ci ilin 8 dekabrına qədər çalışdılar. 70 il ərzində cəfakəş sovet adamları üzərində daha hansı təcrübələr keçmədilər?

Ərzaq sapalağı, hərbi kommunizm, yeni iqtisadi siyasət, qolçomaqların bitərəfləşdirilməsi, həmkarlar ittifaqlarının yaradılması,  artellərin təşkili, təktəsərrüfatçılığın ləğvi, kollektivləşmə, kooperativləşmə, sənayeləşmə, staxanovçuluq, OSOVİAXİM-çilik (Îáùåñòâî ñîäåéñòâèÿ îáîðîíå, àâèàöèîííîìó è õèìè÷åñêîìó ñòðîèòåëüñòâó- Müdafiəyə, aviasiyaya kimya quruculuğuna yardım cəmiyyəti), savadsızlığın ləğvinə (likbez) qoşulma, xalq düşmənlərinə qarşı mübarizə dəstələrində iştirak, Uzaq Şərqdə Yaponiya ilə, Şimalda Finlandiya ilə vuruşmaq, 1941- 1945-ci illərdə Almaniya ilə muharibə aparmaq, 1946- 1956- illərdə dağıtılmış təsərrüfatın bərpası inkişafı uğrunda işləmək, 1957- 1964-cü illərdəxam torpaqlaradlanan ilan mələyən səhralarda gələcəyin sinifsiz cəmiyyəti olacaq kommunizmin binalarının inşasını, nəhəng ölkənin maddi-texniki təchizatının təminatını gerçəkləşdirmək sairə.., yazmaqla bitməyən işlərlə uğraşan insanlar  çəkdikləri əziyyətlərin qarşılığını görə bilmirdilər.

Xarici aləmdən  tikanlı məftillərlə təcrid olunmuş insanlara kütləvi informasiya vasitələri gecə-gündüz saxta, reallıqla qətiyyən əlaqəsi olmayan məlumatlar tirajlayır sovet insanlarının dünyanın ən xoşbəxt olması barədə rəvayətlər uydururdular. Nədənsə, buxoşbəxtinsanlar illərlə şəxsi mənzillərə sahib ola bilmirdilər, mağazalarda ürəkləri istəyən məişət avadanlığını, sənaye, iaşə, trikotaj məhsullarına həsrət qalırdılar, telefon çəkdirmək, avtomobil sahibi olmaq üçün illərlə növbələrdə gözləyirdilər. Ən zəruri ərzaq məhsulları talonlarla satılırdı. Adambaşına bir aya üçün təyin olunmuş bir kiloqram (bəzən yarım kilo) yağı, əti, şəkəri almaq üçün saatlarla növbələrdə durmaq lazım gəlirdi. Növbələrdəki qeyri-insani hərəkətləri təsvir etmək, sadəcə, mümkün deyil. 

Sıravi adamların müqəddəs vəzifəsibu gün dünənkindən, sabah isə bu günkündən daha çox işləməkidi. İllər  keçdikcə yüksək tribunalardan publika üçün söylənənlərin gərçəkliklə tərs mütənasib olduğunu  anlayan adamlarda sosialist ideallarına inam sarsılmağa başladı. Onları rəsmi bayram tədbirlərinə- 1 May 7 Noyabr bayramlarına- təhdid altında gətirirdilər: “Gəlməsən maaşın azaldılacaq, mükafat almayacaqsan”. Tədbir iştirakçıları bayram şüarlarını alqışlayır, söylənənləri dinləyirdilər. Mövcud  durumdan zinhara gəlmiş xalq arasında  saysız-hesabsız siyasi lətifələr söylənilirdi. Məsələn, SSRİ rəhbərlərinin marksizmə töhfələri nədir? - sualına bir tələbənin cavabı: “V.Lenin sübut etdi ki,  xalq da dövləti idarə edə bilər; İ.Stalin inandırdı ki, bir nəfər bu işin öhdəsindən gələ bilər; N.Xruşşov isbat etdi ki, istənilən axmaq da başçı ola bilər; L.Brejnev isə təsdiq etdi ki, dövləti idarə etməmək mümkündür”.  

SSRİ rəhbərləri arasında bütün baxımdan ən uğursuz, ən bacarıqsız, sözləri ilə əməlləri arasında dərin ziddiyyət təşkil edən ən maymaq başçı isə Mixail Qorbaçov olub. Siyasi boşboğazlığı, gəvəzəliyi, maymaqlığı bacarıqsızlığı ilə ad çıxarmış, özünü həyat yoldaşı Raisanın iradəsinə təslim etmiş Mişa haqqında  (arvadağız olduğuna görə xalq arasında ona hörmətlə Mişa Raykin deyirdilər) o zamanlar ən populyar olan bir lətifəni xatırlatmaq istəyirəm: Ali partiya məktəbinin müəllimi, tələbədən plakatdakıÊÏÑÑ- ÌÈД (Sovet İttifaqı Kommunist Partiyası- sülhün təcəssümüdür) sözlərinin   anlama gəldiyini soruşur. Hazırcavab tələbə dərhal cavab eərir: Əslində o yazı rus dilində sual cavab cümləsinin baş hərfləridir- “Êòî Ïðàâèò Ñîâåòñêèì Ñîþçîì?- Ìèøà è Ðàèñà”. (Sovet İiitfaqını kim idarə edir?- Mişa Raisa).

1985-ci ilin martında M.Qorbaçov rəhbər vəzifəyə gətiriləndə həyat yoldaşı onu belə təbrik edibmiş: “Ìèøà, òåáå ñèëüíî ïîâåçëî, òû òåïåðü ìóæ æåíû Ãåíåðàëüíîãî ñåêðåòàðÿ ÑÑÑÐ (Mişa, bəxtin yaman gətirib. Sən indi SSRİ-nin Baş katibinin arvadının ərisən).

Əgər rus imperatoru I Nikolay (1796-1855) bugünkü Ermənistan dövlətinin xaç atasıdırsa, viranə SSRİ-nin uğursuz başçısı Mixail Qorbaçov da qanlı Qarabağ münaqişəsinin rejissorudur.  Qanlı Qarabağ münaqişəsi məhz onun mirasıdır, o uğursuzun  şah əsəridir. SSRİ-nin fəlakətli iqtisadi durumunu, mənəvi tənəzzülünü, iflic vəziyyətə düşmüş siyasi nüfuzunu qismən olsa düzəltmək əvəzinə Mixail Qorbaçov mənfuryenidənqurma”- perestroyka- cəfəngaşkarlıqbəhanəsi ilə müttəfiq respublikaların sərhədlərinin yenidən müəyyənləşdirilməsi avantürasına başladı. Guya, İosif Stalinin zamanında bəzi xalqların, ilk növbədə, təbii ki, “məzlum bəlakeşermənilərin ərazilərinün delimitasiya demarkasiyasında tarixi ədalətsizliyə yol verilib bu məsələ mütləq  öz həllini tapmalıdır. Guya, Rusiya Kommunist (bolşeviklər ) partiyası 4 iyul 1921-ci ildə Qarabağın Ermənistana verilməsi baradə qəbul etdiyi qərar   İosif Vissarionoviç Stalinin diktəsi ilə bir gün sonra, 05.07.1921-ci ildə Azərbaycan SSR-in lehinə dəyişdirilmişdir

 

Ardı var

 

Ramazan SİRACOĞLU

 

Hürriyyət.- 2021.- 21 dekabr.- S.7.