ÖMRÜN HƏSRƏT FƏSLİ
Sənsizliyi heç xəyal etmədim
mən. Mənim arzularımda yarımçıq bir xoşbəxtlik
yer almamışdı. Hələ nə qədər
paylaşacağımız duyğuların sevincini
yaşayacaqdıq. Nəfəs qədər yaxın olanım,
ruhumun mənəvi qidası idin. O qədər
gözəl sevirdinki
o sevginin hər anından bir roman yazmaq olar. Mən
sənin vətən sevginin böyüklüyünü
duyurdum. Ancaq o sevginin bizim sevgidən böyük olduğunu bilmirdim. Sənin sonsuz olan sevginin qurbanı
mənim kəpənək
ömürlü ailə
sevincim oldu. Üç il nişanlı, bir il evli olduğumuz
müddətdə məhəbbətinlə
ömrümə ömür
qatdın. Sanki sən
hiss etmişdin ki, bu həyatdan tez köçüb gedəcəksən. Sənin
sevgin aşdı-daşdı.
Həmişə deyirlər
“ad insanın həyatına
təsir edir”. Sənin də sevgin ürəyində zəbt olunmadı, Daşqın. Bəzən
“Necə yaşayıram?”
deyə özümə
sual verirəm. Cavabımı da özüm verirəm. Mən səni yaşatmaq üçün
yaşayıram sevgi payım, can yoldaşım.
Cənnətdə səninlə
xoşbəxt olum deyə yaşayıram. Sənin dünyaya gəlişindən əbədiyyətə
köçdüyün günün
hər anın hər gün təkrar-təkrar düşünürəm.
Rzalı
Daşqın Elşad
oğlu 1993-cü il mayın 27-də Naxçıvan
Muxtar Respublikasının
Culfa rayonunun Yaycı kəndində anadan olub. Bir bacının
əkiz qardaşlarından
biri olub. 2000-ci ildə 1 N-li
Yaycı kənd tam orta məktəbində təhsil almağa başlayıb. Orta məktəbdə
oxuduğu zamandan idmanın cüdo növü ilə məşğul olub.
Dəfələrlə birincilik qazanıb.
Hətta
Naxçıvan Muxtar
Respublikası üzrə
1-ci yeri qazananda onu Bakı şəhərinə
yarışa göndərmək
istəyiblər. Ancaq imkansızlıqdan
o bu yarışa qatıla bilməyib.
Daşqın hələ 2-ci sinifdə oxuyarkən atasını itirib. Həyatın çətinliyini körpəlikdən çiyinlərinə
yığan Daşqın
ailəsinə kömək
olmaq üçün
erkən yaşlarından
çalışıb. 2011-ci ildə məktəbi
bitirib. 2012-ci il 9 iyulda hərbi xidmətə gedib. Naxçıvanda yerləşən N saylı hərbi hissədə xidmət edib. 2013-cü ilin yanvarında xidmətini başa vurub. Hər zaman hərbiyə
marağı olub.
Özünü hərbçi peşəsindən
başqa bir peşədə görməyib.
2017-ci ildə nəhayət ki, arzusuna çatıb.
Dövlət Sərhəd xidmətindən
çağrılıb. Yevlaxa göndərilib. 6 ay kurs keçdikdən sonra təyinatla Lənkərana göndərilib.
2019-cu ilin aprelinə
qədər orda xidmət edib. Sonra isə Xızıya göndərilib. Çox istəyirdi
ki, Xüsusi Təyinatlı Qüvvələrin
dəstəsində xidmət
etsin.
Mən heç
bilməzdim ki,
2014-cü ildə çıxdığım
yol məni sənin ürəyinə
gətirər. O günləri xatırlayanda özümü
danlayıram. Axı sənin kimi bir insanı mən necə bir il cavabsız qoydum? 2015-ci ilin 14 noyabrında
mən xoşbəxtliyə
qapı açdım.
2016-cı il 24 yanvarda isə sevgimizin simvolu olan üzüyünü barmağıma taxdın. Mənim universiteti bitirməyimi gözləməyimiz səbəb
oldu gec qovuşmağımıza. O qədər “kaş ki”lərim var ki. Kaş ki, heç
universitetə qəbul
olmasaydım. Ancaq nə
deyim qismət. Bizim taleyimizə əzəldən
həsrət yazılıbmış.
Sandıq ki, həsrətimizin sonu
2019-cu il avqustun 4-də qovuşduğumuz
gün çatdı.
O xoşbəxtliyin izi
bir ömür boyu silinməyəcək.
O qədər gözəl
sevdin ki, o sevginin hər saniyəsi mənim üçün özəl
idi. Ah Daşqın, vaxt var idi
sən mənim şəklimi böyüdüb
bir telimi şəklimin üzərinə
yapışdırıb, baş
ucundan asmışdın.
İndi isə mən sənin şəklini böyüdüb evimdən,
xəyalını gözümdən
asmışam. O qədər
həsrətin çəkirəm
ki, qaçaraq gəlişinin. Bilirsən sevdiyim, daha
saçlarım gözəlliyini
itirib. Çünki onları əllərin
sığallamır. Mən indi
sənli xatirələrlə
yaşayıram. Bir
an belə səni unutmuram. Nə sonuncu dəfə sentyabrın
1-də gedişini, nə oktyabrın
15-də gələn son zəngini,
nə də mənə “gözlə Fatiməm, gələcəm”
deyişini. Bir də “sənin üçün burnumun ucu göynəyir,gələndə
görəcəksən ki
burnumun ucu oyulub” sözlərin ürəyimə dağ çəkir. İndi mənim ürəyim
oyulur sənsiz, Daşqın. Biz ruh əkizi idik səninlə. Dost idik, sirdaş
idik. Mən səni ruhən
duyurdum.
Elə oktyabrın
19-da da səni ruhən duydum. Sən
can verəndə mən
canımdan olduğumu
hiss edirdim. Ancaq ağlamaqdan başqa
bir şey bacarmırdım. Səndən xəbər ala bilməmək
mənə zülüm
verirdi. Çarəsizlikdən qıvranırdım. 21-i telefonundan gələn
zənglə bir anda sıçradım.
İlahi,
o an nə böyük
ümidə qapıldım.
Can dedim candan
olduğumu öyrəndim.
Telefona cavab verənin hərbi komisarlıqdan olduğunu öyrəndiyimdə
dünya başıma
yıxıldı. Ancaq sənin
gedəcəyini heç
təsəvvür etmədim.
Mənə sənin şəhid
olduğun xəbərini
demədilər. Mən
sənin şəhid olduğun xəbərini öyrəndiyim an cismim o acının böyüklüyünə tab gətirmədi. Özümə gəldiyimdə isə
morqda olduğunu öyrəndim. Sənin görüşünə
morqda gəldim. Bəmbəyaz çöhrəndə bir nur var
idi. Səni oxşadım, ancaq
vidalaşmadım. Ruhun narahat
olar deyə göz yaşlarımı
çöhrəmə yox
ürəyimə axıtdım.
Bir də çox sevdiyin tellərimdən qoparıb üzərinə
qoyub üzünü örtdüm. Gözlə sevdiyim
yanına gələcəm
ümidi ilə uzun bir yolçuluğa
çıxdıq. Hər özəl
günümüzdə həkk
olunan 4 rəqəmi bu dəfə də öz yerini aldı.
Oktyabrın 24-ü Naxçıvan səni qarşıladı. Torpağa tapşırıldığın ana qədər bir an belə
səni tək qoymadım. Əlim əlinə dəyməsə
də tabutundan ayırmadım əlimi.
Ta ki, Yaycı kənd qəbirsanlığına
qədər. Orda isə
sənin cismin məndən əbədi ayrıldı. Çox istədim
o an mən də o məzara dəfn olunum. Özümə ölüm dilədim
ki, səndən ayrılmayım. Ancaq özüm
gömülməsəm də
heç zaman yanından ayırmadığın
saç gülümü
səninlə birgə
dəfn etmələrini
xahiş etdim. Səndən sonra 4 rəqəminin önəmini
yenə hiss etdim. Alınan 16 qərənfilin
2-nin qırılıb düşməsi
ilə 14 qərənfilin
məzarına düzülməsi
xoşbəxtliyimizin ömrünün
4 il olmağına
işarə olduğunu
düşündüm.
Bilirəm, sən məni hiss edirsən. Ruhun mənim yanımdadı.
Əgər elə olmasaydı
bu qədər yuxulara girib məndən nigaran olduğunu deməzdin.
Mənim qəhrəman şəhidim,
sən xalqının
da qəhrəmanısan. Sənin
şücaətlərin Ali Baş komandan İlham Əliyevin sərəncamı ilə
“Vətən Uğrunda”
ordeni, “Vətən Uğrunda” lll dərəcəli medalı,
“Zəngilanın azad olunmasına görə” medalı ilə qiymətləndirilib. Adın tarixin
qəhrəmanlıq səhifəsinə
həkk olub şəhid Rzalı Daşqın Elşad oğlu.
YARIMÇIQ SƏADƏT
Sevgimin izahın edə biləcək,
Bir kəlmə
düşməyib hələ
lüğətə.
Mən sənlə yaşadım,
səninlə öldüm,
Sənsiz çevrilmişəm bir parça ətə.
Həsrətin qəlbimi sızladır
hər an,
Əllərim, tellərim əlinə həsrət.
Ası düşmürəm mən
ancaq Allahım,
Bəs niyə
yazırdın yarımçıq
qismət?
Daşqınsız bu həyat həyat deyilki,
İşığı olmayan məzardı mənə.
Onun uyuduğu nəmli torpaq tək,
Yanağım qurumur, hey dönür nəmə.
Vətən sevgisiylə dastanlar
yazan,
Sevdiyim qəlbimə
adın həkk etdi.
Sevgisi cənnətim olan o insan,
Özü əbədilik cənnətə
getdi.
Manya SƏXAVƏTQIZI
Hürriyyət.- 2021.- 2-3 fevral.-
S.10