“Generalımız Polad
Həşimovun şəhid olması
sanki atamın
dincliyini əlindən almışdı…”
Şəhid müəllim Əvdil
Quliyevin qızı: “Müharibəyə getmək
üçün dəfələrlə müraciət etsə
də, yaşına görə müsbət cavab ala bilmirdi və
bu, onu çox narahat edirdi”
44 günlük Şanlı Vətən müharibəsində düşmənə
dərs, şagirdlərinə
nümunə olan qəhrəman müəllimlərimizdən
biri də Əvdil Quliyevdir.
Quliyev Əvdil
Qardaşxan oğlu
1972-ci ildə Beyləqan
rayonunun Təzəkənd
kəndində anadan olmuşdur. Ali təsilini Kənd Təsərüffatı
Akademiyasında (indiki
Gəncə Dövlət
Aqrar Universiteti) almışdır.
Ali məktəbi leytnant rütbəsilə
bitirib. 1996-cı ildə Beyləqan rayon hərbi komissarlığı
tərəfindən həqiqi
hərbi xidmətə
çağırılmış və 1996-2000-ci illərdə
Tovuz rayonunda N saylı hərbi hissədə tağım
komandiri kimi qulluq edib baş
leytnant rütbəsini
almışdır. 2000-ci ildə ailə qurub, üç övladı var. 2019-cu ildə
Beyləqan rayon Təzəkənd
kənd tam orta məktəbində Hərbi Rəhbər kimi pedaqoji fəaliyyətə
başlamışdır. 2020-ci
ilin oktyabrın 1-də
səfərbərliyə çağırılıb
və döyüşlərə
qatılıb. Füzuli,
Cəbrayıl, Qubadlı,
Xocavənd uğrunda gedən döyüşlərdə
iştirak edib. Noyabrın 6-da Şuşa
uğrunda gedən döyüşlərdə yaralı
zabit yoldaşına yardım edərkən snayper gülləsi ilə yaralanmış, ayın 7-də isə Şəhid olmuşdur. Əvdil Quliyev ölümündən
sonra “Vətən uğrunda” və “Şuşanın azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.
Biz bu gün qəhrəman müəllimimizin
universitetimizin tələbəsi
olan qızı ilə həmsöhbət
olacağıq. Quluzadə Tamara Əvdil qızı
Əvdil müəllimin
ilk övladıdır. 2001-ci ilin noyabr
ayının 7-də Beyləqan
rayonunun Təzəkənd
kəndində anadan olub. O hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Fizika fakültəsinin III
tədris ili
tələbəsidir.
Müəyyən axtarışdan sonra onunla əlaqə saxlaya bildik. Axşam saatları
olmasına baxmayaraq bu ağır və məsuliyyətli söhbətə necə başlayacağımın həyacanı
ilə Tamara xanımla
internet üzərindən əlaqə
qurdum. Etiraf edim ki, bu
anlar mənim üçün həm qürurverici, həm də olduqca təlaşlı idi…
– Sizinlə həmsöhbət
olmaq mənim üçün həm çox ağır, həyəcanlı, həm
də çox şərəfli bir
haldır. Siz Vətən müharibəsində
Şəhidlik zirvəsinə
yüksələn, Şəhidliyi
ilə şagirdlərinə
ən böyük nümunəni göstərən
qəhrəman müəllimimiz
Əvdil Quliyevin qızısınız. Bu necə bir hisdir?
Millətin qəhrəmanı olan Şəhid müəllimin qızı
olmağın məsuliyyəti
haqda danışa bilərsiniz?
– Atamın yoxluğu bizi çox sarsıdıb. Mən bununla heç
cür barışa bilmirəm. Müəllim və üç
övlad atası – bu böyük itkidir. Təsəllim onun ailəsinə
və Vətənə
olan sevgisi, Şəhadətə ucalan
adıdır. Mənim atam
Vətən uğrunda
canını qurban verib. Mən onunla fəxr edirəm!
– Atanızın məktəbdə və ailədəki davranışı,
sizlərə, şagirdlərə
aşıladıqları haqqında
nə deyə bilərsiniz?
– Məktəbdə işlədiyi
müddətdə özünü
savadlı bir müəllim kimi göstərə bilmişdi.
Az vaxt
içərisində həm
müəllim yoldaşları,
həm də şagirdləri arasında
böyük hörmət
qazanmışdı. Atam
Vətənini, millətini
canından belə artıq sevən insan idi. O, həmişə
bizlərə və öz şagirdlərinə
vətəni sevməyi
və lazım gələrsə, onun yolunda canından belə keçməyə
hazır olmağı
tövsiyə edərdi.
– Aprel döyüşləri, İyul
döyüşləri, xüsusən
əfsanəvi generalımız
Polad Həşimovun n
Şəhid olması
xəbəri Əvdil
müəllimə necə
təsir eləmişdi?
– İstər Aprel
döyüşləri, istərsə
də İyul döyüşləri zamanı
müharibəyə getməyə
can atırdı. Şəhid generalımız Polad Həşimovun və onun zabit
yoldaşlarının Şəhid
olması sanki onun dincliyini əlindən almışdı.
Amma hər dəfə müraciət
edəndə yaşına
görə müsbət
cavab ala bilməməsi
onu çox narahat
edirdi.
Vətən müharibəsinə çağırılanda
sanki onun həyatında yeni bir gün başlamış
kimi sevinirdi. Əynində hərbi formanı görmək, onun çoxdankı arzularının
həyata keçməsi
idi.
– Vətən müharibəsinə çağırılanda
sizlərə nələri
tapşırdı? Döyüşlər vaxtı sizinlə danışırdımı (nələr
deyirdi)?
– Müharibəyə gedərkən
bizləri – anamı, məni, bacımı, qardaşımı nə qədər sevdiyinin bir daha şahidi
olduq. Gedərkən hər birimizə
anamızın sözlərinə,
məsləhətlərinə qulaq asmağı, bir-birimizdən müğayət
olmağı tapşırdı.
Atam imkan olanda cəbhədən
zəng edərdi.
Amma bu zənglər çox qısa olardı. Heç bir vaxt harada olduğunu deməzdi. “Hər
şey yaxşıdır.
Düşmənin məğlubiyyətinə az qalıb.”- deyərdi. Beyləqan raket
atəşinə tutulanda
anam bizi Bakıya yollamaq istəyirdi. Atam razı olmadı, dedi ki: “Mən
burdayam, narahat olmayın!”
Döyüş yoldaşlarının dediklərinə
görə həmişə
könüllü döyüşlərə
qatılırmış. Bir dəfə hərbi əməliyyata gedərkən
sürücü yolu azır və ermənilərin
pusqusuna düşürlər.
Atamın dəstəsi 3 saat
döyüşərək pusqudan itkisiz çıxır. Bir dəfə
də gecə maşınla gedəndə
düşmənin minamyot
atəşinə tuş
gəliblər. Maşının çadırı çöldən
bağlı imiş.
Atam özün itirmir. Süngü-bıçaqla çadırı cırıb əsgərləri
atəş altından
çıxararaq həyatlarını
xilas edib. Dəfələrlə yaralı əsgərləri
döyüş gedə-gedə
atəş altından
çıxararaq həyatların
xilas eləyib. Zabit yoldaşının dediyinə görə 6 noyabrda Şuşa uğrunda gedən döyüşlər zamanı
adsız yüksəklikdə
yaralı zabit yoldaşına
kömək edərkən
snayper atəşi ilə vurulmuş və bir gün
sonra Şəhadətə
yüksəlmişdir. (T.M.
– Əvdil müəllimin
Şəhid olduğu
tarix həm də Tamaranın doğum günü ilə üst-üstə düşür.)
– Atanızın Şəhid olması xəbərini necə öyrəndiniz və necə qarşıladınız?
– Atamın şəhid olma xəbəri – o acı xəbər noyabr ayının 7-də
gəldi. Yaxınların, qohumların, sonunda
isə kənd camaatının yavaş-yavaş
qapımıza toplaşması
o dəhşətli xəbəri
özü ilə gətirdi evimizə, ailəmizə. O dəhşətli
günü xatırlamaq
bu gün belə çətindir.
– Əvdil
müəllimin ən
böyük arzusu nə idi?
– Atamın ən böyük arzusu, təbii ki, Vətənimizin bütövlüyü
idi. Hansı ki, bu gün O, bunu öz canı və qanı ilə bərpa edənlərin sırasındadır.
Atam bizim yaxşı oxumağımızı,
ali təhsil
almağımızı həmişə
arzu edərdi. Çox yaxşı ki, mənim və bacımın (T.M. –
Tamaranın özündən
kiçik bacısı
da bu il Gəncə Dövlət Universitetinin Texnologiya müəllimliyi
ixtisasına qəbul olunub.) tələbə olduğumuzun şahidi oldu. Onun bu arzusunun yerinə yetməsi bizim üçün bir təsəllidir.
– Tələbə
yoldaşlarına, gənclərə
bir Şəhid qızı kimi demək istədiklərin
varmı?
– Bir Şəhid övladı kimi həm gənclərə,
həm də tələbə yoldaşlarıma
onlar üçün
əziz olan insanlardan ayrı olmağı arzu etməzdim. Amma ortada bir Şəhid
atanın ən böyük arzusu – Vətənin azad olması varsa, hər şey bu müqəddəs amaldan sonra gəlir!
Şəhadətin mübarək Ata!
Söhbəti apardı: Taleh
MİRZƏYEV
Hürriyyət.- 2021.- 6-8 fevral.-
S.10.