Azərbaycan mədəniyyətini
dünyaya tanıdan sənətkar
Ukraynanın Xalq rəssamı Şəhid
Xudayarın dastanını abidəyə çevirəcək
memar Seyfəddin Qurbanovu
yaxından tanıyaq
Dost Ukraynada yaşayıb-yaradan ən məşhur azərbaycanlılarından biri Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı, Xarkov vilayətinin fəxri vətəndaşı, memar, professor, vətəninə möhkəm tellərlə bağlı olan, Azərbaycan mədəniyyətini, incəsənətini Ukrayna və Avropada uğurla təmsil edən Seyfəddin Qurbanovdur.
O, öz əsərləri ilə həm də Avropada məşhurdur.
Oksford Universiteti üçün dünya elm xadimlərinə verilən mükafatları azərbaycanlı memar Seyfəddin Qurbanov hazırlayır. 20 ilə yaxındır ki, Oksford universiteti ilə bu sahədə əməkdaşlıq edir.
Mehdi Hüseynzadənin Sloveniyada ucaldılmış 10 tonluq heykəli də onun yaradıcılığının məhsuludur.
Seyfəddin Qurbanov 1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.
1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunun heykəltaraşlıq fakültəsini bitirib və institutu qırmızı diplomla bitirdiyi üçün ona edilən təklifi qəbul edərək təhsil aldığı elm ocağında müəllim kimi fəaliyyətə başlayıb.
2009-cu ildən Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiridir.
1992-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür.
2004-cü ildə Ukraynanın Əməkdaş rəssamı adına, 2009-cu ildə isə Ukraynanın Xalq rəssamı fəxri adına layiq görülüb. 2010-cu il fevralın 18-də Ukraynanın o zamankı Prezidenti Viktor Yuşşenko özü şəxsən qızıl xatirə nişanı ilə Ukraynanın Xalq rəssamı şəhadətnaməsini ona təqdim edib.
“Ñëîáîæàíñêàÿ ñëàâà”, “Zolotoy yaquar”, “Evropeyskoye kaçestvo”, “Vısşaya proba”, “Zolotoy merkuriy”, “Tısyaçiletiye” kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır, “Müqəddəs Sofiya” və Marşal Jukov ordenləri ilə təltif edilib.
Bunların arasında Britaniyanın Oksford universitetinin “Sokrat” mükafatı xüsusi yer tutur.
2006-cı
il martın
13-də Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin Sərəncamı
ilə “Xalqlar arasında dostluq sahəsində və Azərbaycan diasporunun inkişfında xidmətlərinə
görə” “Tərəqqi”
medalı ilə təltif olunub.
Xarkov şəhərində
qoyulan heykəllərin
80 faizi onun əl işləridir. 2011-ci ildə
“Xarkov vilayətinin inkişafına sanballı
töfhəsinə, həm
dövlət səviyyəsində,
həm də beynəlxalq səviyyədə
onun nüfuzunu dəstəklədiyinə Xarkov
Vilayət Şurasının
VII sessiyasında “Xarkov
vilayətinin fəxri
vətəndaşı” adını
alıb.
Ukraynada təxminən 500 min azərbaycanlı
yaşayır. Onların bir qismi Xarkov şəhərində
məskunlaşıb. Parkları və meydanları həmyerlimizin əsərləri
ilə bəzənmiş
bu gözəl şəhərdə iki ölkə arasında münasibətlərin möhkəmlənməsində
əvəzsiz rolu olan Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyəti fəaliyyət göstərir.
Cəmiyyət 1999-cu ilin noyabrında
təsis olunub. Əsas məqsədi milli-mədəni
adətlərin qorunub
saxlanılması, Ukrayna
və Azərbaycan arasında mədəni-iqtisadi
əlaqələrin möhkəmləndirilməsi,
Ukraynada yaşayan azərbaycanlıların haqq
və maraqlarının
qorunmasıdır.
İctimai fəallığı ilə
seçilən Seyfəddin
Qurbanov uzun illərdir ki, “Dostluq” Azərbaycan-Ukrayna cəmiyyətinin üzvüdür.
Onun memarlıq
əsərləri Ukraynanın
bir çox şəhərlərini bəzəyir. Kiyev şəhərində böyük
Azərbaycan şairi Səməd Vurğunun, Kiyev vilayəti İrpen şəhərində
görkəmli oftalmoloq
alim Zərifə xanım Əlyevanın,
Dnepropetrovsk vilayətində II Dünya müharibəsi zamanı Dnepropetrovsk vilayətinin
alman faşizmindən
azad edilməsində böyük xidməti olmuş Sovet İttifaqı Qəhrəmanı
Mikayıl Ələkbərovun
heykəlləri, Kiyevdə
Azərbaycan səfirliyinin
qarşısında ümummilli
lider Heydər Əliyevin büstü, Aleksandr Nevskiyə, Müdrik Yaroslava, memar A.Beketova, İ.Meçnikova, Klavdiya
Şuljenkoya heykəllər,
Xarkov şəhərində
“Xarkovun yeddi möcüzəsi” miniatür
abidələri, “Damda
skripkaçı”, “İlk
müəllimə”, “DAM müfəttişi”
kimi əsərlər
onun sənətinin nümunələridir.
O, həmyerlilərimiz olan tanınmış xarkovluların
– Azərbaycanın milli
qəhrəmanları V.V.Seryoqin
ilə Ruslan Polovinkanın, Azərbaycan
kinosunun əsasını
qoyanlardan olan Aleksand Mişonun xatirə lövhələrinin
müəllifidir. Ukraynada Əczaçılıq
Universiteti üçün
“Əsrlər boyunca əczaçılıq” kompozisiyasını
yaradıb. Görkəmli
siyasi xadim E.O.Kuşnarevin, dünya şöhrətli bakılı
alim L.D.Landaunun, Almaniyanın Berlin şəhərində
Qurban Səidin xatirə lövhələri,
həmçinin Əsəd
bəyin Berlindəki büstü də onun yaradıcılığının
məhsuludur.
Ukraynanın Bakakleya şəhərinin
mərkəzini Ukrayna
xalqının mənəvi
atası olan Taras Şevçenkonun,
Peçeneqi qəsəbəsini
polyak Henrix Semradskinin, Bolçanskı
– şəhərin təməlini
qoyan Vasili Kolokolçevin abidələrinin
bəzəməsi azərbaycanlı
memarın istedadı ilə zəhmətinin vəhdətinin bəhrəsidir.
44 günlük haqlı
Vətən müharibəsində
Azərbaycanı daim dəstəkləyən Ukraynada
ukraynalılar, azərbaycanlılar
və başqa millətlərin nümayəndələri
ilə yanaşı, çox sayda ermənilər də yaşayır. Onların faşizm dərəcəsinə
çatan millətçi
yanaşması azərbaycanlı
memardan da yan keçməyib. Seyfəddin Qurbanov Azərbaycan mətbuatına
verdiyi müsahibələrindən
birində Xarkovdakı
güclü erməni
lobbisi ilə münasibəti barəsində
sualın cavabında belə deyib: “Bilirsinizmi, əslində mənim o qədər də vaxtım yoxdur ki, çox
insanla oturub-durum, görüşüm, söhbət
edim. Əsasən, öz millətimizin
görkəmli və ya sadə adamları
ilə ünsiyyətdə
oluram. Ermənilərlə
heç bir dostluğum yoxdur və ola
da bilməz. Həm də ermənilər heç istəməzlər
ki, burada mənim kimi adam olsun.
Sizə maraqlı bir əhvalat danışım. Mənə Ukraynanın
Xalq rəssamı adı verəndə Xarkovun qubernatoru (Bakı ermənisi – red.)
Arsen Avakov idi. O, hazırda Ukraynanın daxili işlər naziridir. Avakov burada qubernator
olduğu üçün
mənim sənədimə
imza atmalı idi. Amma getdim yanına,
imza atmadı. Halbuki, nə qədər işlər gördüyümü
yaxşı bilirdi, qubernator kimi şəhərdə qoyulan
heykəllərin açılış
mərsimində şəxsən
özü iştirak edirdi. Açıq dedi ki, “yox,
yalnız on ildən sonra”. Yəni Əməkdar rəssam adı almağımdan 10 il zaman keçdikdən sonra Xalq rəssamı ola bilərəm. Beləcə,
sənədimə imza
atmadı. Təsəvvür
edin ki, Puşkin adına
teatrda çalışan
ermənini saldı mənim yerimə. Amma sonra elə
alındı ki, prezident Yuşşenko sənədlərə baxdı
və özü mənə Xalq rəssamı adı verdi. Halbuki, Avakov
bunu istəmirdi.
Bu mənada ermənilər
istəməz ki, biz irəli gedək. Onlara bizim irəli getməyimiz sərfəli
deyil. Bu gün Xarkovda Azərbaycan Mədəniyyət
Mərkəzinin açılışı
onlar üçün
ölümdür. Çünki onlar bu işi
bizim kimi yüksək səviyyədə
yerinə yetirə bilmədilər. Onlar
kababxana açdı,
biz isə Mədəniyyət
Mərkəzi…”
Qeyd edək
ki, Xarkovdakı Azərbaycan Mədəniyyət
Mərkəzinin binasını
S.Qurbanov özü dizayn edib hazırlayıb. Əvvəllər
həmin binanı qalareya kimi açmaq
niyyətində olsa da, Azərbaycanın Ukraynadakı o zamankı səfiri Azər Xudiyevin təklifi ilə həmin məkanı Azərbaycanın
Mədəniyyət və
İnformasiya Mərkəzinə
çeviriblər.
Beləliklə, Azərbaycan-Ukrayna “Dostluq”
cəmiyyətinin idarə
heyətinin üzvü
olan Seyfəddin Qurbanov həm də Xarkovdakı Azərbaycan Mədəniyyət
Mərkəzinin sədri
kimi çalışır.
2018-ci ilin iyulunda Ukraynanın
paytaxtı Kiyev şəhərinin mərkəzində
dünya şöhrətli
müğənni və
bəstəkar, SSRİ Xalq
Artisti Müslüm Maqomayev adına
parkın və S.Qurbanovun müəllifi olduğu abidənin təntənəli açılış
mərasimi oldu.
2019-cu ilin mayında, böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin
Nəsiminin 650 illi yubileyi qeyd edilən
zaman abidəsinin Kiyevdəki Xalqlar Dostluğu bulvarında ucaldılması da Seyfəddin Qurbanovun Azərbaycan mədəniyyətinin
tanıdılmasında xidmətlərindən
biridir.
Kiyev günü ilə bağlı keçirilən
bayram tədbirləri
çərçivəsində abidənin açılışında
şəhərin meri
və dünya şöhrətli idmançı
Vilali Kliçko belə çıxış
etmişdi: “Mən bu gün, Kiyevdə,
İmadəddin Nəsiminin
abidəsinin açılışını
etdiyimiz üçün
çox şadam. O,
dost Azərbaycan xalqının
dahi övladıdır.
Abidənin memarı olan
Seyfəddin Qurbanovun həm Ukraynanın xalq rəssamı, həm də Azərbaycanın əməkdar
rəssamı olmasının
simvolik olduğunu qeyd eləməliyik.
Ukrayna ilə Azərbaycan həmişə strateji tərəfdaş olublar, Kiyev ilə Bakı isə 2017-ci ildən bəri qardaşlaşmış şəhərlərdirlər”.
Ukraynanın Xarkov şəhərində,
Azərbaycanın Mədəniyyət
Mərkəzinin qarşısında
“Dəmir Yumruq” hərbi əməliyyatlarına
həsr olunan abidə kompleksinin ucaldılması planlaşdırır.
Seyfəddin Qurbanov Azərbaycan mətbuatına bu barədə məlumat verərkən, abidənin
Vətən Müharibəsi
şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunacağını söyləyib. Onun sözlərinə
görə, hazırda
abidə kompazisiyasının
eskiz layihəsi hazırlanır. İşlər yekunlaşdırıldıqdan sonra
layihə şəhid
Xudayar Yusifzadənin ailə üzvləri ilə razılaşdırılacaq.
Seyfəddin Qurbanov abidənin
açılış mərasiminin
gələn ilin iyul ayında şəhid Xudayar Yusifzadənin ad günü
ərəfəsində keçirilməsinin
planlaşdırıldığını
söyləyib.
Vətən Müharibəsi şəhidi
Xudayar Yusifzadə ilə bağlı abidənin hazırlanması
təşəbbüsü və hərtərəfli
dəstək təklifi
Azərbaycanın Ukraynadakı
keçmiş səfiri
Azər Xudiyev tərəfindən irəli
sürülüb.
Zeynəb Rüstəmli
Hürriyyət.-
2021.- 13-15 fevral. S. 14.