Palantökən-Oğlanca silsilələri…
Gəzbel-Daşbaşı
yaylaqları…
Zəngəzur dağlıq silsiləsinin
şərq ətəklərindən başlayaraq,
Oxçuçay vadisinin quzey hissəsi ilə Qafan şəhərinədək
uzanan Palantökən-Oğlanca dağlarının (60-70 km) əhatəsi,
“Oxtar dərəsi” boyu əski müsəlman-türk kəndləri
olmaqla, yaylaqlarından da bölgənin kəndləri
Yuxarı və Aşağı Gilətağ, Kirs, Kurut,
Türk evi, Çobanlı,
Hunnut, Paşakənd, Qaraçimən,
Sığınaq, Qaradigə…), hətta Zəngilan, Cəbrayıl
və Qubadlı nahiyələrinin də kənd camaatı,
qayım-qədim tərəkəmə elatı istifadə etmişdir.
Zəngəzur
dalıq silsiləsinin Ağdaban (3826 m) qolunun şərqə
sılra davamı, Bazarçay çayı hövzəsini qərbdən
əhatə edən orta və yüksək
hündürlüklü, başı dumanl-çənli,
qarla-buzla örtülü Palantökən-Oğlanca-Çimən
dağları geniş subalp və alp çəmənlikləri
(yay otlaqları) ilə məşhurdur. Bu yaylaqlar özündə
qədim müsəlman-türk ocaqlarının müqəddəs
yurdunu, ruhunu-izini saxlayır, min xalı ilməli-naxışlı
gülünün, çiçəyinin, otunun… adı
ruhundadır, sanki paklanmış (parçalanmış) Vətən
ocağının ətrindədir …
Qədim-qayım
yurd bərəkətini və rahiyəsini adında yaşadan
gül-çiçəyin izi-naxışı
yaylaqlarımızın hər daşının, hər
qayasının pozulmayan bəzəyi olmuşdur-ağ bənövşə,
yaşıl bənövşə, qırxtəppə, zirə,
çobançiçəyi, quymaqçiçəyi….
çay dəmləmək üçün qantəpər,
baldırğan, kəklikotu, mixək (boz ot),
sarıçiçək, itburnu çiçəyi,
çöl yarpızı..yığılırdı,
saxlanılırdı.
Bütöv
Azərbaycan sərhədləri hüdudunda “Palantökən”
opotoponiminə (relyef formasına) təkcə Qərbi Azərbaycanda
deyil, ölkəmizin digər ərazilərində də
(Samux rayonu ərazisində Palantökən ön
dağlığı (Mürsəltəpə zirvəsi, 239
m), Şəki yaylası ilə Şirvan düzünü
ayıran Palantökən (Surxay
xan dağı, 647 m)) alçaq dağlığı,
Şamaxı rayonu ərazisindəki Göylər
dağlarının Palantökən tirəsi…) rast gəlinir
və bu adın (yerin) etnogenezisinin sırf Oğuz-Türk mənşəli
olduğuna bir daha sübutdur. Türkiyə Cumhuriyyətinin
Şərqi Anadolu yaylasında, Ərzurum mahalının
dağlarından (yüksək dağ turizminin inkişaf etdiyi
bölgədə) biri də Palantökən adlanır.
Qərbi
Azərbaycanda, Qafan nahiyəsinin Oxçuçay vadisinin
şimalında (15 km aralı) yerləşən Yuxarı Gilətağ
kəndindən 8 km quzeyə tərəf uzanan Palantökən
dağının (ən hündür yeri Süleyman yurdu, 2997
m) orta qurşağı meşə örtüyü, ondan
yuxarı isə yaylaq sahələri, çılpaq
daşlıq-qaylıqdır. Ən hündür yerdə,
daşların arasından “Çanaq çeşmə”
çağlayırdı, bu bulağın suyu 50-60 m
aralıdakı Canbulaq çeşməsinə
qarışırdı, oradan “Qaçaq küfülü” dərəsinə
tökülürdü (Gəzbel yaylağının daş
qoltuğundakı), bu sular Yuxarı Gilətağ kəndinin
günbatanında, 200-300 m aralıda Oxçuçaya
qoşulurdu. Döşbərə dərəsindəki
“Qaçaq küfülü” xalq qəhrəmanı Nəbi
Alı oğlunun (1854-1896), onun silahdaşlarının və
başqa el igidlərinin təbii sığınacaq
ocağı olmuşdur, ona yaxın Yuxarı Gilətağ kəndinin
“Ala meşəsi” dururdu (4-5 km məsafədə). Kənddən “Qaçaq
küfül”ə qədər arada Qurdlu çeşmə,
Ağcagüllər yüksəkliyi, Göy yal çəmənliyi…
qalırdı.
Palantökən
dağının hündür yerləri Tağı yurdu,
sonra Süleyman yurdu ucalırdı.
Yuxarı
Gilətağın ətrafını bütünlükə
palıd, qarağac, vələs…ağaclarından ibarət
meşələr (Çiləkli meşə, şərqdə
Şərbişəli meşə, Alanın meşəsi, qərbdə
Bırıdüyə meşəsi, Qarşı kaha meşəsi…)
tutur. Meşəarası talalar əkilirdi, biçilirdi,
Qarşı kahada xırman salınmışdı,
Bırıdüyədə əkin yeri var idi, kənddən
3-4 km aralıda, “Pəhlivan ot biçən yer”in də ətrafı
meşəydi.
Yuxarı
və Aşağı Gilətağ kəndlərinin arası
3 km olmaqla, quzey-güney istiqamətdə yerləşirdi,
aralarında kollu-koslu örüş yerləri (“Qurd dərəsi”,
“Koma sürtünü”, “Taxtalar” adlı) 30-40 hektar sahəni
tuturdu, kənd yolu ortadan keçirdi.
Yaşlı
sakinlərin (Cəfər Ramazan oğlu Musayev (1842-1942), Abbasəli
Almurad oğlu (1858-1928), Cabbar Həsənalı oğlu Həsənalıyev
(1863-1958), Qara Abbas oğlu (1889-1989), Molla Cəfər Musa
oğlu (1856-1946), Həsən Əliabbas oğlu Piriyev (1854-1944),
Mustafa Şükür oğlu Bəbirov (1863-1953)…) dediyinə
görə bu iki kəndin bünövrəsini Cənubi Azərbaycanın
Ərdəbil mahalından 1800-cü illərin əvvəllərində
Qarabağ xanlığının ərazisinə gəlmiş
Əsəd bəyin tərəkəmə ailəsi qoyub, bu
yerlərdə binələnib, Allahyar adlı bir
qardaşı isə Cəbrayıl nahiyəsinə
köçüb.
Bu tərəkəmə
ailəsi və ətraf kəndlərin elatı Palantökən-Oğlanca-Çimən
silsiləsindəki Daşbaşı yaylağında, Təzəxan
yaylağında, Tək evli yaylağında, Gəzbeli
yaylağında (böyük qəbirstanlığı
vardı, yaylaqda dünyasını dəyişənlər
orda dəfn olunardı), Ağılyurdu yaylağında, Qoltuq
yurdda… ağıl-arxaclarını qurardılar, halal bərəkət
yiyəsi, ovsana sahibi olardılar. Oğlanca dağının
Qənimət yaylağı ən hündür
qurşaqdaydı, ilboyu dumanlı-çənli,
yağışlı-çiskinli, elat-tərəkəmə
dilində “qaramatlıq bürümüşdü”, amma bərəkəti
halal-hümbət idi.
Yaylaq binələrinin
alaçıqları, ağılları palıd, vələs
budaqlarından hörülərdi, qurulardı.
Hər
yaylağın öz bulağı vardı, xalı yamaclarda
çağlayar, dərələr boyunca axar, gəlib
Oxçuçaya qovuşardılar. Təzəxan
bulağı (Ağılyurdu ilə Təzəxan
yaylağı arasında), Daşbaşı bulağı,
Qarquyusu bulağı (Oğlanca dağının quzeyində),
Qırxın daşının bulağı,
Palçıqlı bulaq (şallaq otu
bürümüşdü həndəvərini, tikansız
olan bu otdan 1 m boyda şallaq hörrürdülər), Tək
evli bulağı, Qoltuq yurdu bulağı…
Çimən
dağının da bum-buz bulaqları axırdı yamaclar
boyu: Qazmayurd bulağı, Sınıqdaş bulağı,
Sarı çeşmələr… Qazmayurd bulağının
suyu Yuxarı Gilətağ kəndinə axırdı,
Sarıçeşmələrlə Sınıqdaş
bulağının suyu qarışaraq Açağu kəndinə
tərəf meşə qoynunda olan qayadan “gəlin
hörüyü” kimi 100 m hündürlükdən
“sallanırdı” və Şır-şır şəlaləsi
adlanırdı. Çayın suyu kəndin günbatanında,
3 km aralıdakı “Ahuqozu meşəsi”nə axırdı.
Yuxarı
Gilətağ kəndindən qərbə doğru 30 km məsafədə
uzanan Qırxlar dağından axan eyni adlı bulağın
suyu da Oxçuçaya tökülürdü. Dağın
üstündəki düzən yerdə balaca baş
daşlarından (30-40 sm boyda) ibarət qədim qəbirstanlıq
salınmışdı.
”Gıhı
dərəsi”nin Baharlı kəndindən şimal-qərbə
15 km aralı olan Qırxlar dağının (burada dağ
daşalrından əhatəyə alınmış, orta əsrlər
dövrünə aid 40 ərənin qəbri vardı) ətəyi
meşəlik, üstü isə “Qırxlar yaylağı”,
Novruz yurdu adlanırdı, ətrafdakı Baharlı,
Gıhı, Pürülü… kəndlərinin elatı
düşərdi bu yaylaqlara.
Gilətağ
çayı üzərində (kəndin qibləsində, 400
m kənarda) bir neşə su dəyirmanı tikilmişdir,
onlardan biri Bəbir Allahyar oğlunun (1895-1956), digəri Məhəmmədəli
Heydər oğlunun (1901-1996) idi, sonuncu 1983-cü ildək
işləyirdi.
Yuxarı
və Aşağı Gilətağ kəndləri
arasındakı yüksəklikdə, “Çiləkli yuru”nun
üstündə orta əsrlərin hərbi istehkamı kimi
tikilmiş Qız qalası (dairəvi tikili,
hündürlüyü 15 m-dək) ucalırdı, 1988-ci ilədək.
Qismət
YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin
müəllimi
P.S. Hay kilsəsi
Paşalı kəndini 1957-ci ildən sonra -“Zarişat”, Mehri
dağı silsiləsinin Bəyboğan zirvəsini (3256 m) –
“Baqatsar”, Ağdaban dağını – “Siskatar” …
adlandırır.
P.P.S.
Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın
Zəngəzur bölgəsinin Qafan nahiyəsi, Yuxarı Gilətağ
kənd sakinləri Məhərrəm Sadıq oğlu
Cahangirovun (1930), Famil Mustafa oğlu Bəbirovun (1936) və
Müsəlləm kənd sakini Sabir
Hilal oğlu Hüseynovun (1951) məlumatlarından istifadə
edilmişdir.)
Hürriyyət.- 2021.- 1-2 iyul.- S.14.