MÜSTƏQİL AZƏRBAYCANIN 44
GÜNLÜK MÜBARİZƏSİ...
Erməni faşizmi və vandalizmi
üzərində tarixi qələbə
(Tarixi ideoloji təhlil)
İlk öncə faşizm
haqqında bəzi tarixi məlumatları qeyd etmək istərdik.
Faşizm (italyanca faselo-birlik,dəstə)
mürtəcə şovinist ünsürlərin
açıq terrorçuluq diktaturası
anlamını verir. İlk
dəfə faşizm quruluşu
İtaliyada (1922), sonra
isə Almaniyada (1933) və ən nəhayət
Ermənistanda (1993) yaradılmışdır. İdeologiyada
faşizm irrossianalizmdır, ifrat şovinizm və irqçilikdir, cəhalətpərəstlik
və antihumanizmdir. Vandalizm
isə ümumbəşəri maddi və
mənəvi dəyərlərin məhv edilməsi kimi mürtəci mahiyyət daşıyan termindir. Vandalizmə bariz misal olaraq
yağı düşmənin Qarabağın incisi,
Azərbaycanın qədim və zəngin mədəniyyət
paytaxtı olan Şuşada
xalqımızın klassik şairi
Xan qızı Xurşudbanu
Natavanın, dünya şöhrətli
xanəndə Bülbülün, Şərqdə
ilk operanın banisi dahi bəstəkar Üzeyir
Hacıbəylinin Şuşa muzeylərində
saxlanılan büstlərinin güllələnilməsini misal göstərmək olar.
Göründüyü kimi,
faşizm və vandalizm
haqqında yuxarıda qeyd olunanlar
tam mənasında erməni faşizminə
və vandalizminə xas olan
spesifik xüsusiyyətlərdəndir.
Ermənistan - Azərbaycan – Dağlıq Qarabağ münaqişəsində atəşkəsin elan olunduğu 1994-cü ilin may ayından sonrakı dövrdə ölkəmiz müvəqqəti itirilmiş torpaqlarının geri qaytarılması uğrunda səylərini bir an belə yaddan çıxarmamış, əksinə, 1994-cü ildən həm ordu quruculuğuna, həm də Azərbaycanın haqq işinin dünyaya , beynəlxalq ictimayətə çatdırılmasına və özünün çox cəhətli diplomatik fəaliyyətinə xüsusi önəm verilmişdir.
Qədir bilən, mərd, igid Azərbaycan xalqının Ümummilli lideri, dünya şöhrətli ictimai, siyasi və dövlət xadimi Heydər Əliyev Qarabağ münaqişəsini mümkün qədər, imkan daxilində dinc vasitələrlə həll edilməsinə üstünlük verirdi. Bütün bunlarla yanaşı, Azərbaycanın öz torpaqlarından heç zaman imtina etməyəcəyi ilə bağlı mövqeyindən çıxış etməmişdir.
Xalqımızın israrlı şəkildə tələbi ilə Ulu Öndər Heydər Əliyev 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıtdıqdan sonra ATƏT-in ABŞ, Rusiya və Fransa dövlətlərindən ibarət minsk qrupunun fəaliyyətinin əhəmiyyətli dərəcədə canlanmasına və münaqişənin müsbət həllinə marağın artmasına nail oldu.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi Heydər Əliyevin beynəlxalq miqyaslı görüşlərində daim başlıca mövzulardan biri idi. Yeri gəlmişkən, onu da qeyd etmək istərdik ki, 1993-2000-ci illərdə Heydər Əliyev bu məsələni ABŞ-ın rəhbərliyi ilə 18, Fransanın rəhbərliyi ilə 16, Rusiyanın rəhbərliyi ilə 28, qardaş Türkiyənin rəhbərliyi ilə 78 dəfə müzakirələr aparmış və çox ciddi müsbət nəticələr əldə etmişdir.
Dünya şöhrətli siyasətçi Heydər Əliyev beynəlxalq miqyaslı təşkilatlardakı çox dərin məna, məzmun və mündəricə kəsb edən, daşıyan çıxışlarında və görüşlərində demək olar ki, daim bütün diqqəti Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsinin gerçək mahiyyətini dünya ictimayətinə dolğun şəkildə çatdırmışdır. Təsadüfi deyildir ki, AŞPA-nin sədri 2001-ci ildə bəyan etmişdir: “Beynəlxalq ictimayətdə belə bir rəy formalaşmışdır ki, Ermənistan Dağlıq Qarabağı işğal edib”. Bütün bunlar dünya şöhrətli dahi siyasətçi Heydər Əliyevin Tarixi nailiyyəti idi.
Ümummilli lider Heydər Əliyev ATƏT çərçivəsində uğurlu fəaliyyəti nəticəsində qurumun 1996-cı ildə keçirilmiş Lissabon sammitində ölkəmizin- Azərbaycanın ərazi bütövlüyünü tanıyan qəbul edən xüsusi bəyanət təsdiqləndi. Əsasən bundan sonra Minsk qrupunun fəaliyyətində irəliyə doğru addımlar müşahidə olundu.
Lakin, Minsk qrupuna rəhbərlik edən ABŞ, Rusiya və Fransa heç də obyektiv mövqe nümayiş etdirməmişdilər. Minsk qrupunun təmsilçiləri ya Azərbaycan üçün yol verilməz olur, ya da Ermənistanın qeyri konstruktiv mövqeyinə görə rədd olunurdu. Bütün bunlara baxmayaraq dahi, uzaqgörən Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasət, ordu quruculuğundakı tərəqqi Azərbaycanın haqlı mövqeyini tam və dolğun şəkildə nümayiş etdirirdi.
Müstəqil azərbaycan respublikasının Prezidenti, Müzəffər Ali baş komandan İlham Əliyevin Azərbaycana-ölkəmizə hakimiyyəti illərində də münaqişənin sülh yolu ilə həlli üçün ölkəmizin haqlı mövqeyi dayanıqlı olmuşdur.
Dövlət başçımızın hakimiyyətdə olduğu dövr ərzində münaqişənin müsbət həllinin yalnız ölkəmizin ərazi bütövlüyünün təmin olunması və bu ərazilər üzərində müstəqil dövlət hüquqlarının tanınması çərçivəsində mümkün olduğunu bəyan etmişdir.
Bütün bunlara baxmayaraq faşist, işğalçı, terrorçu ermənistan dövləti Dağlıq Qarabağın Azərbaycandan qoparılmasına yönəlmiş sərsəm, saxta, uydurma ideyalarından çəkinmirdi.
Təxminən 30 ilə yaxın bir müddət ərzində Ermənistan və onun xaricdəki Fransa kimi havadarları cəbhə xəttində çoxsaylı təxribatlara əl atmış, ölkəmizin hərbiçilərini və mülki şəxsləri atəşə tutmuşlar. Suveren Azərbaycan müstəqil olaraq bu hərəkətləri beynəlxalq ictimayətin xüsusi diqqət mərkəzinə çatdırmış və dözümlü, dayanıqlı mövqe nümayiş etdirmişdir. Bu təxribatlar zamanı azərbaycanlı hərbiçilər xüsusi dəyanət və fədakarlıq göstərmələri üçün ölkə rəhbərliyi daim onları dəstəkləmiş və fəxri adlarla təltif etmişdir. Bu erməni faşistlərinə və vandallarına, habelə onların havadarlarına konstruktiv mövqe tutmayacaqları halda rəşadətli Azərbaycan əsgərlərinin edə biləcəkləri ilə bilavasitə bağlı köklü bir işarə, nümunə olmuşdur.
Mərd, igid Azərbaycan xalqı Qarabağ münaqişəsini silahlı yolla müsbət həll etmək hüququnu daim özündə saxlayırdı. Lakin faşist ermənistanın siyasi və hərbi rəhbərliyi bunu dərindən dərk etmirdi.
Erməni faşistləri və vandalları həqiqəti olduğu kimi 2020-ci ildə də heç bir beynəlxalq norma və qaydaya əməl etmədən Azərbaycan ərazisinə növbəti dəfə təcavüz etmiş, vandalizm və barbarlıq aktları törətmişlər. Tovuz hadisələrini buna misal göstərmək olar.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü, daimi qayğısı sayəsində rəşadətli ordumuz getdikcə təkmilləşdi inkişaf etdi, müasir hərbi texnika və yüksək ixtisaslı kadrlarla təhciz olundu. Silahlı qüvvələrimizin şəxsi heyyətinin döyüş qabiliyyəti artdı, hərbi hissələrdə nizam-intizam möhkəmləndi. Bu işdə qardaş Türkiyə respublikası hərbiçilərinin köməyi böyük və güclü oldu. Onlar bizə hərbi dəstək olmaqla yanaşı həm də mediada yetəri qədər azərbaycan xalqının yanında oldular. Bu 44 gün ərzində türk mediyası demək olar ki, yalnız Azərbaycandan yazdı. Səhərini Qardaş Azərbaycanda baş verən terror hadisələri ilə açdı. Türkiyə müxbirləri arasında Fulya Öztürkün adını xüsusi qeyd etmək istərdim. Qadın olmağına baxmayaraq heç nədən çəkinmədən və qorxmadan Gəncə, Bərdə, Tərtər terrorunun hadisələrini işıqlandıraraq bütün dünyaya tam geniş şəkildə çatdırdı. Ən dəhşətlisi isə o idi ki, bu terror aktı dinc əhaliyə qarşı gecə saatlarında törədilirdi. Gəncə terroru gəncəlilərin həyatında silinməz dərin iz qoydu. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu hücumu “Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktı” adlandırıb.
Mediadan söz düşmüşkən Azərbaycan media işçilərinin əməyini də dəyərləndirməsək olmaz. 44 günlük müharibə bizi xalq olaraq bir daha birləşdirdi. Azərbaycan xakerləri tərəfindən bir sıra erməni saytları sındırılaraq Prezident İlham Əliyevin beynəlxalq tribunada səsləndirdiyi “Qarabağ Azərbaycandır və Nida işarəsi”, həmçinin “Əgər erməni əsgəri ölmək istəmirsə rədd olsun Azərbaycan torpağından” fikirləri yerləşdirilib. Burdan belə nəticəyə gəlmək olar ki, Azərbaycan igidləri ermənilərə hər tərəfdən sarsıdıcı zərbələr endirirdi. Özlərini itirən erməni höküməti orduda əsgərləri saxlamağa çətinlik çəkirdi belə ki, fərarilərin sayı hesabı yox idi. Müharibədən sonra bir erməni əsgərinin çıxışını verdi rusiya kanalı. Çıxışı belə həyəcanlı idi erməninin belə ki, Azərbaycan adı çəkiləndə anında müxbirə dedi ki, onlar insan deyil. Səbəbini müxbir soruşanda cavab belə oldu: “biz onları vururduq onlar yıxılırdı beş dəqiqə sonra yenidən dururdular ayağa və üstümüzə gəlirdilər sanki onlarda ölməz daha bir can var idi. Onların öldüyünü biz anlaya bilmirdik. Ona görə geri qaçmağa qərar verirdik”.
Azərbaycanın Silahlı Qüvvələri əsl vətənpərvərlik əsasında formalaşdı. Yeri gəlmişkən qeyd etmək istərdim ki, vətənpərvərlik, öz xalqı, doğma ana dili, dini-islami inancları zəngin mədəniyyəti, keçdiyi inamlı tarixi yol üçün milli qürur humanizm kimi xalqımızın ən səciyyəvi-milli mənəvi, ümumbəşəri dəyərlərini inkişaf etdirmək, yetişməkdə olan gənc nəsli bu dəyərlər ruhunda tərbiyə etmək ideoloji fəaliyyətin başlıca meyarı idi. Ölkəmizin dövlət müstəqilliyinin bərpa olunması və möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının xalqımızın mədəni tərəqqi dini –islami ənənələri habelə ümumbəşəri dəyərlər əsasında formalaşmasına daimi qayğı və diqqət göstərilməsini, bu gözəl ənənə və dəyərlərə zidd meyllərə qarşı mübarizə aparılması insanların mənəvi aləmini zənginləşdirir xalqın mənəvi intellektual potensialını inkişaf etdirirdi.
Rəşadətli ordumuzun Vətən sevgisi, Vətənə olan dərin sonsuz məhəbbəti sözü gedən balanslaşmış məktəbdə formalaşmış və real gerçək həyatda möhkəmlənmiş və mətinləşmişdir. Silahlı Qüvvələrimizdən söz düşmüşkən, belə bir çox vacib məqamı xatırlatmaq bizcə yerinə düşərdi. Belə ki, xalqımız 44 günlük ikinci Qarabağ savaşında mübarizədə hərb tarixində yeni bir qızıl səhifə yazmış və açmışdır. Bu uğurlu, şanlı strategiyanın tətbiqi ən müasir silahlardan istifadəyə xüsusi diqqət yetirdi önəm verdi. Bu işdə məntiqi nəticə olaraq Azərbaycanın Ali Baş Komandanı başda olmaqla mərd, cəsur, yenilməz, qorxmaz Azərbaycan ordusu sürətlə irəliləyərək işğal altında olan ərazilərimizi erməni faşistlərindən, vandallarından və terroçularından təmizlədi. Eyni zamanda mənfur düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə sarsıdıcı zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların başda BMT olmaqla 30 il ərzində edə bilmədiklərini Müzəffər Ali Komandanın rəhbərliyi ilə xalqımız, rəşadətli ordumuz 44 gündə reallaşdıraraq şanlı tarix yazdı.
Rəşadətli Azərbaycan Ordusu əks həmlə əməliyyatları zamanı müasir texniki silahlarla mənfur düşmənin komanda-idarə etmə məntəqələrinin məhv etdi və artilleriya vasitələrini, döyüş texnikasını sıradan çıxararaq onu faktiki olaraq iflic vəziyyətinə saldı. Müasir silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi.
Müharibənin taleyini müəyyənləşdirən başda Müzəffər Ali Baş komandan olmaqla döyüş meydanında əsl qəhramanlıq göstərən qorxmaz, cəsur, igid Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Məhz onların səyi, gərgin zehni və fiziki əməyi nəticəsində iflic vəziyyətinə düşən erməni ordusu sıralarında olan köhnə, nimdaş və istismar müddəti bitmiş silah sistemləri də döyüşə cəlb olunur və son nəticə olaraq rüsvayçı, biyabırçı şəkildə məğlub olur. Buradan belə nəticəyə gəlmək olar ki, Azərbaycan ordusundan fərqli olaraq Ermənistan ordusu döyüşə hazır deyildi çünki, buna dövlətin maddi durumu imkan verməli idi. Ermənistanın da durumu uzun illərdi bütün dövlətlərin göz önündədir. Təbii ki, onlar da kimlərəsə güvənərək Azərbaycan kimi dövləti özlərinə düşmən seçiblər lakin güvəndikləri sonda onların arxasında durmadı çünki artıq Azərbaycan 90-cı illərdəki zəif Azərbaycan deyildi. Həm silahına güvənən həm ordusuna güvənən həm də xalqına güvənən bir dövlət yetişmişdi artıq.
Başda müzəffər ali baş komandan, ölkə rəhbəri, möhtərəm cənab İlham Əliyev olmaqla 2020-ci ilin sentyabr ayının iyirmi yeddisindən başlayaraq Vətən Müharibəsi şanlı tarixi qələbə ilə başa çatdı. Beləliklə, Ermənistan respublikası ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və nəhayət 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir. Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdi
44 günlük qısa zaman kəsiyində davam edən mübarizə nəticəsində rəşadətli Azərbaycan ordusu faşist, vandal, terrorçu, işğalçı Ermənistanın yüz illər ərzində qurduğu silahlı qüvvələri darmadağın edərək böyük tarixi qələbə əldə etdi. İşğal olunmuş ərazilərimiz yağı düşmən tapdağından azad oldu.
Tamara RÜSTƏMOVA,
AMEA A.A.Bakıxanov
adına Tarix İnstitutu
Azərbaycan
Respublikası Tarixi şöbəsinin elmi işçisi
Hürriyyət.- 2021.- 27 iyul.- S.13.