Şələçi Musa necə milyonçu oldu
Ağa Musa Nağıyevin həyatı
haqqında maraqlı faktlar
Ağa Musa Nağıyev
(Musa Nağıyev) 1849-ci ildə
anadan olub. O, adi saman satanın oğlu idi. Sonralar varlanan Musa Nağıyev
var-dövlətdə Hacı
Zeynalabdin Tağıyevdən
geri qalmırdı.
Hətta
ondan zəngin idi. Axır vaxtlarda Tağıyevin
tanxası beş-altı
milyon, o da əmlak və əşyadan ibarət olduğu halda, Musa Nağıyevin var dövləti 10 milyonlarla qızıl pula çatmışdı.
Milyonçu Ağa Musa “əfsanəvi”
bir şəxsiyyətə
dönmüşdü. “Cəmiyyəti
xeyriyyə” üçün
şəhərin mərkəzində
əzəmətli “İsmailiyyə”
binasını ucaltmağına,
bu mülkdən bir qədər yuxarıda Realni məktəbin inşasını
öhdəsinə alıb
yarımçıq qalmış
üçüncü mərtəbəsinin
xərcini ödəməsinə,
şəhər kənarında
keçmiş Semaşko[6],
indiki Ağa Musa Nağıyev xəstəxanasını
tikdirməyinə və
Bakı su kəməri üçün
xeyli pul verməyinə və digər çoxlu xeyriyyə işləri görməyinə baxmayaraq
camaat tərəfindən
xəsis adıyla damğalanmaşdı.
Ağa Musa bəhayi
məzhəbini qəbul
etmişdi. Onun şərəfinə əzəmətli
əfsanəvi “İsmailiyyə
binası”nın əsas fasadında, lap yuxarıda Şeyx Bəhanın qranitdən böyük bir heykəlini qoydurmuşdu. Onun altında, girdə pəncərələrin
birində isə vaxtsız vəfat etmiş oğlu Ağa İsmayılın
kresloda oturmuş halda mərmərdən yonulmuş heykəli dururdu[8].
Ağa Musa Biləcəridə
çox kasıb ailədə doğulmuşdu. Atası qeyd
edilən kimi saman satmaqla məşğul idi.
Qardaşı isə ömrünün
sonuna qədər hamamçı olmuşdu.
Hal-hazırda Ağa Musa Nağıyevin
Biləcəri kəndindəki
evində onun qardaşının nəvə
və nəticələri
yaşayır. Hacı Mürsəlin
oğlu Hənifə oğlu Xasməmməd oğlu Ənnağı oğlu Xasməmməd oğlu Fərid.
Fəaliyyəti
Ağa
Musa cavanlıqda dalında
palan biri üç qəpiyə, beş qəpiyə
ona-buna şələ
daşıyarmış. Zəhmət-əmək hesabına pul yığıb əvvəl
Balaxanıda neft təbəqələri dayazda
yerləşən, quyu
qazdırmaq nisbətən
asan olan yerdə balaca sahə aldı. Gecə gündüz quyu qazanların yanından çəkilmir, heç kimi bekar qalmağa,
hədər vaxt itirməyə qoymurdu.
Adətən xoş dillə
onları işləməyə
vadar edirdi. Yeri gələndə acıqlanarmış.
Hər iki halda da fəhlələrə
“atam-atam” deyə müraciət edirmiş:
“Atam-atam çox
sağol! Yaxşı işlə xoşum
gəlsin səndən!”
“Atam-atam başıva
dönüm!”
“Atam-atam, belə
eləsən məni müflis edərsən”.
“Atam-atam deyəsən
məqsədin mənim
boynuma torba salıb dilənçi etməkdir!”
Özüdə fəhlələrlə bərabər
ağır işlərdə
işləyirdi. Nəhayət tale üzünə gülür, quyu fontan vurur, şələçi
Musa dönüb olur Ağa Musa, milyonçu Ağa Musa Nağıyev.
Özüdə get-gedə bacarıqlı
bir iqtisadçı olur. Sərvət artdıqca, tamah, həvəs, ehtiras da artır, gecə-gündüz işləyir,
iş artdıqca isə qüvvə, arzu da böyüyür.
1893-cü ildə qonşu Sabunçuda, Ramanada mədən salır. O zamanlar ən zəngin hesab edilən Bibiheybət dərəsində,
Naftalan körfəzi sahilində mədən ələ keçirir. Qazılan quyuların hamısı güclü fontan vurur. İnsan tamahının hüdudu
yoxdur. Çox keçir ki,
Ağa Musa Suraxanıda
da mədən salır. Qaraşəhərdə xüsusi neftayırma
zavodu tikdirir. Öz mədənlərində alınan
neftdən başqa həm də kənar neftxudalar üçün neft təmizlətdirib haqqını
alır. Mexaniki emalatxana
düzəltdirir. Hər yerdən
qara neft qızıla çevrilib bulaq kimi sandıqlarına
axır.
XIX əsrin lap sonlarında
Ağa Musa “Neftçıxarma
firması” yaradır. Şəhərdə çoxlu mülk tikdirir və alır, yüzə qədər əzəmətli
bina və neçə-neçə gəmi
sahibi olur.
O, uzun müddət Bayır şəhərdə,
Qasım bəy məscidinin arxasında Zərgərlər küçəsi
ilə Gimnazist (Lev
Tolstoy) küçəsinin tinində, ikimərtəbəli,
səkili binada yaşayırdı. Evin tinindəki
daş fənərə
“səng fənər”
deyirdilər. Daş fənərə
qırmızı, yaşıl,
abı, firuzəyi şüşələr salmışdılar.
Axşamlar fənər əlvan
işıqlarla yanırdı.
Uşaqlar toplaşıb “səng
fənər”ə heyran-heyran,
maraqla tamaşa edərdilər.
Ağa Musa təmtərağı,
dəbdəbəni sevməzdi,
şan-şöhrətdən məst olmazdı, artıq xərcdən, israfçılıqdan qaçardı. Məddahlığı səmimilikdən mahir psixoloq kimi ayırardı.
Tərifi milçək vızıltısı
hesab edirdi. Ağa Musa həmin evdə axıradək qalmadı, sonralar Hacı Zeynalabdin Tağıyevin təkidi ilə xanəndə Seyid Mirbabayevdən aldığı
dəniz qırağında,
Bağ küçəsindəki
əzəmətli mülkə
kirayənişin köçdü.
Təbiətdə, cəmiyyətdə, eləcə dı insanların özündə
bəzən daban-dabana
bir-birinə zidd cəhətlər, xüsuiyyətlər
olur. Xəsislikdə ad çıxarmış Ağa Musa bəzən elə səxavət göstərirdi ki, hamı heyrətlənirdi.
İsaq Qaraxanov adlı bir dəlləl hər həftə gəlib Ağa Musanın saqqalını qırxar, başını
düzəldərdi. Dəllək bir dəfə yerə döşənmiş
xalını göstərib,
deyir ki, xozeyin], dövlətli adamsan, bu xalını
bağışla mənə.
Ağa Musadan görünməyən səxavət,
işlər müdirinə
tapşırır ki,
bir belə xalı alıb, ustaya versin.
İbtidai təhsilini kənd mollaxanasında aldıqdan
sonra 25 yaşınadək
kənddə atasına
kömək edir. 25 yaşına çatanda atası ölür.
Öləndə atasının 300 manat borcu qalır.
Ruhdan düşməyən Musa 200 manat
da borc eləyib,
özünə kiçik
bir dükan açır. Beləliklə cibində bir qəpik olmadan 500 manat borcla müstəqil
fəaliyyətə başlayır.
İki ildən sonra borcunu qaytarır və parça alveri ilə məşğul olur.
5 ildən sonra
2 000 manat qənaət
toplayır. Topladığı pula Qara şəhərdə əl ilə işləyən kiçik
bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələri
alaraq neft istehsalına başlayır.
Xüsusilə Bibiheybətin mədənlərində
bir-birinin dalınca vuran neft fontanları
başqaları kimi onu da milyonçu
edir. 1908-ci ildə onun şirkəti rekord miqdarda — 12 328 300 pud xam neft istehsal
edir. Bu Azərbaycanın
neft şirkətləri
arasında ən yüksək göstəricidir.
O, müsəlman arvadını
boşayıb, adlı
bir gürcü qadınla evlənir. Müsəlman arvadından olan
İsmayıl adlı
oğlu vərəm xəstəliyinə tutulur
və ölür.
İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsmayılın xatirəsinə “İsmailiyyə”
adlandırılır. 1914-cü ilin maliyyə
hesabına görə
Ağa Musa Nağıyevin
qızılla yetmiş
milyon manata yaxın tanxası varmış. Mirasın ümumi
dəyəri bundan qat-qat çox imiş.
Ağa Musa Nağıyev
1919-cu ilin mart ayında
vəfat etmişdir.
Haqqında olan mif
Musa Nağıyev “Cəmiyyəti
xeyriyyə” üçün
şəhərin mərkəzində
əzəmətli “İsmailiyyə”
binasını ucaltmağına,
bu mülkdən bir qədər yuxarıda “Realnı” məktəbinin inşasını
öhdəsinə alıb
yarımçıq qalmış
üçüncü mərtəbəsinin
xərcini ödəməyinə,
şəhər kənarında
(indiki Semaşko) xəstəxananı tikdirdiyinə
və Bakı su kəməri üçün xeyli pul verməyinə baxmayaraq camaat tərəfindən xəsis
sözü ilə damğalanmışdı. Hacı Zeynalabdin
Tağıyev ona bu binanı baha satmaq istədi
amma Ağa Musa onun bu fikiri
ilə razılaşmadı.
Bu onun oğlu
İsmayılın adı
ilə bağlı və onun şərəfinə
tikdirmək istəyirdi
sonra isə belə bir “İsmailliyə” binası
tikildi.
28 may küçəsindəki qoşa
imarətlər, həmçinin
həmin küçədə
qırmızı kərpicdən
tikilmiş əzəmətli
bina, Nizami küçəsində Opera teatrının
yanındakı yaşayış
evi, Azərbaycan prospektində köhnə
Mərkəzi poçt
binası, Nigar Rəfibəyli küçəsindəki
əzəmətli yaşayış
binası, Səməd
Vurğun küçəsində
Qış klubu (indiki Zabitlər evi), “Astoriya” və “Yeni Avropa”
mehmanxanaları və
sair bu kimi
şəhərin gözəgəlimli
binaları Ağa Musa
Nağıyevin pulu ilə tikilmişdir.
O, birinci “Realnı” məktəbinin hamiliyini boynuna almışdı, ildə hazırlıq sinfinə 25 müsəlman
uşağını əlavə
qəbul etdirməyə
nail olmuşdu. Bunun nəticəsində az bir zamanda
məktəbdə müsəlman
şagirdlərinin sayı
50%-ə çatmışdı.
Təqdim etdi: Məmməd
MİRZƏLİYEV,
Tarix üzrə fəlsəfə
doktoru
Hürriyyət.- 2021.- 2-3 mart.-
S.14.