Dağlara əmanət bir şair var…
Sadıq Xanəliyev
– 85
Dağından yazmağa gücüm
çatmasa,
Düzündən yazmağa ərkim var axı.
Yanında üzümü söz
ağartmasa,
Məni bağışlama
Vətən torpağı.
Mahir Səmədov
Elinə,
obasına, yurduna son dərəcə doğma olan, səmimiyyəti ilə dostlara, doğmalara, öz ürəyində əbədi
heykəl ucaldan şair-publisist, gözəl
ziyalı, kəndin-kəsəyini
İttifaqda (və dünyada) ləyaqətlə
təmsil edən, ömrünü-gününü dağlara əmanət edib, uca dağlar
qoynunda yaşayan və yaradan, könüllərdə həmişə
xatırlanan Sadıq Xanəliyevin 85 yaşı
tamam olur.
Sadıq Xanəliyev bu 85 illik ömürdə bir balaca kənddə
doğulub, kəndinin-kəsəyinin
şöhrətini ucaldan
bir insan olub. Yazılarında, şeirlərində doğma kəndinin füsunkar təbiətini,
gözəlliyini həmişə
tərənnüm etmişdir.
Sadıq Xanəliyevin şəxsiyyəti,
yaradıcılığı keçmiş Sovet mətbuatının da diqqəti daim çəkmişdir. Onun şeirləri o dövrdə
“Oqonyok”, “Vokruq svet”, “Komsomolskaya pravda” kimi nüfuzlu qəzet və jurnallarda onu İttifaqda tanıdırdı.
Sadıq
Xanəliyevin şəxsiyyətini
qiymətləndirən, onu
uca tutan, Sovet dövlətinin siyasətini həyata keçirən ədəbi
tədbirlərdə onu
həmişə yada salıblar, Sovet Yazıçılar İttifaqının
katibi Oleq Şestinski, Mixail Soloxov kimi nəhəng
ədəbi simalar onun yaşadığı
Bist kəndinə daim onun görüşünə
gediblər və Sadıq Xanəliyevin ədəbi yaradıcılığını
yüksək qiymətləndiriblər.
Bir dəfə, indi haqq dünyasında olan Hüseyn İbrahimovla Naxçıvanda
müsahibə götürərkən,
Hüseyn müəllim
Sadıq Xanəliyevin
ədəbi yaradıcılığından
geniş danışdı
və bir insan kimi onu
dəyərləndirdi. Yazıçı Hüseyn
İbrahimov dedi ki, tərtib etdiyimiz, Naxçıvanda
yaşayıb-yaradan şair
və yazıçılarının
yaradıcılığından bəhs edən “Arazın işıqları”,
“Arazın nəğmələri”
almanaxlarında Sadıq
Xanəliyevin şeirlərinə
həmişə yer vermişik. Oxucular Sadıq Xanəliyevin
yaradıcılığını daim diqqət mərkəzində saxlayıblar.
O dövrdə Naxçıvanda
çap olunan “Şərq Qapısı”,
“Yeni Ordubad”, “Zəfər”, Naxçıvan
televiziyasında Sadıq
Xanəliyevin ədəbi
yaradıcılığına geniş yer verilib, onun publisistik
yazıları bu ədəbi orqanlarda daim işıq üzü görüb. Naxçıvan televiziyası onun
yaradıcılığından ədəbi verilişlər
nümayiş etdirib.
Ordubad rayonunun balaca bir kəndi
olan Bist kəndini Sadıq müəllim ədəbi
aləmdə tanıdıb,
o dövrün Süleyman
Rüstəm, Xəlil
Rza Ulutürk, Zəlimxan Yaqub kimi nəhəng şairlər Sadıq Xanəliyev şəxsiyyətini,
ədəbi yaradıcılığını
yüksək qiymətləndirib.
Sadıq Xanəliyev 8 mart 1936-cı ildə
Naxçıvan MR-in Ordubad
rayonunun Bist kəndində anadan olub. 1964-cü ildə
ADU-nun (indiki BDU-nun) filologiya
fakültəsinə qəbul
olunub. Universitetdə oxuduğu illərdə
yaradıcılıqdan ayrılmamışdır.
Universitetin ictimai həyatında,
mədəni-kütləvi tədbirlərdə yaxından
iştirak edib, müəllimlərinin dərin
hörmətini qazanmışdır.
1970-ci ildə M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin
SSRİ Xalqları Ədəbiyyatı
kafedrasının müdiri,
Əməkdar elm xadimi
Əziz Şərifin
həyat yolundan diplom işini əla qiymətlərlə
başa vurmuşdur.
55 illik müəllimlik
fəaliyyətini davam
etdirməklə yanaşı,
ədəbi yaradıcılığı
balaca kəndinin (Bist kəndinin) hüdudlarından SSRİ Yazıçılar
İttifaqının ədəbi
orqanları olan “Literaturnıy Azerbaydjan”, “Oqonyok”, “Dnepro” jurnallarında onun yaradıcılığına həmişə
geniş yer verilmişdir.
“Yada sal məni”,
“Xatirə”, “Dahilər
yetirən müəllim”,
“Ömür zirvəsi”,
“Müəllim ömrünün
dastanı”, “Unuda bilməyəcəyəm”, “Dağlardan
baxıram yer kürəsinə” və
“Əziz Şərif əsərlərinin biblioqrafiyası”
adlı nəşr olunan kitabları Sadıq Xanəliyevi Azərbaycanın hüdudlarından
uzaqlarda da görkəmli bir şair kimi, ədib kimi tanıdıb. Müxtəlif dövrlərdə, mətbuat səhifələrində,
o cümlədən İttifaq
mətbuatında onun yaradıcılığına həmişə
geniş yer verilib. Onun yaradıcılığının əsas hissəsi Sovet dövrünə düşdüyündən o dövrün
sayılıb-seçilən şair və yazıçıları onun
yaradıcılığı haqqında öz ürək sözlərini
nikbinliklə ifadə
etmişlər:
Əziz
Sadıq!
Siz Odlar yurdunun şair oğlusunuz. Neçə illərdir ki,
mən sənin adını qəlbimdə
məhəbbətlə yaşadıram.
Sənin
dostluğun rus xalqına, onun ədəbiyyatına dağ
qarı kimi təmiz, zirvəli dağlar kimi uca və əbədidir.
Oley Şestinski,
SSRİ Yazıçılar İttifaqının
katibi, şair
Moskva
Əzizim
Sadıq müəllim!
“İzvestiya” qəzetində
yazılan məqaləni
oxuduq. Sizin kimi gözəl bir insan, vətənpərvər
şair və müəllimlə tanış olduq. Biz də sizinlə
dostluq etmək istərdik.
Şair
Qriqori Koqan,
Şair-bəstəkar Lyudmila Kosinskapya
Kiyev
Hörmətli Sadıq Şahsuvar
oğlu!
Şeirlərinizi oxudum. Bu şeirlərdə
sizin vətəninizin
gözəllikləri tərənnüm
olunub. Sizə böyük vətənimizin
məhəbbəti naminə
yaradıcılıq uğurları
və xoşbəxtlik
arzulayıram!
Maksim
Tank,
Belarusiyanın xalq şairi, akademik
Minsk
Mərkəzi və İttifaq
mətbuat ilə yanaşı, Azərbaycan
klassik şair və yazıçıları
da Sadıq Xanəliyevin yaradıcılığını,
insani keyfiyyətlərini
yüksək dəyərləndiriblər:
Əziz
Sadıq!
Səni mən şair qəlbli bir vətəndaş kimi tanıyıram. “Oqonyok”un
səhifələrində şeirinizi
oxudum. Sevindim ki, sənin
səsin Moskvanın ən böyük bir jurnalından gəlir. Sən lirik şeirləri
daha yaxşı yazırsan. Şeirlərində vətən, məktəb
həyatı dərin
poetik ifadəsini tapır.
Süleyman Rüstəm,
Xalq şairi
Bakı
Sadıq Xanəliyev qədim və füsunkar Ordubadın ucqar bir dağ kəndində
müəllim kimi ictimai fəaliyyətlə,
şair kimi bədii yaradıcılıqla
məşğul olub. İttifaq miqyasında,
mətbuatda özünü
dünyaya təqdim edə bilibsə, bu uğura ancaq
sevinmək və fəxr etmək olar.
Zəlimxan Yaqub,
Xalq şairi
Bakı
Sadıq
Xanəliyevin yaradıcılıq
və şəxsiyyətinə
ünvanlanan az
qala aforizm kimi səslənən xoş və dəyərli sözləri
ardıcıllıqla daha
da genişləndirmək
olar, lakin bu bir qəzet
səhifəsinə sığan
deyil. İndi şair Sadıq
Xanəliyev ömrünün
müdriklik çağlarını
yaşayır. 85 yaşın işığında
o bir yol gedir. Bitməz-tükənməz əbədi bir
yol. Şairin özü demişkən:
“Dağlardan baxıram
yer kürəsinə”.
Göylərə ucalan zirvəli
dağlar,
Şanım-şöhrətimdir həyata mənim.
O şehli çəmənlər,
çiçəkli dağlar,
Əbədi yurd yerim, ilkin məskənim…
Sadıq Xanəliyevin 85 yaşı
tamam olur. 85 yaş aqillərin, müdriklərin yaşıdır.
Yaşın ekvatorunu adlayıb, uzaq-uzaq ümmanlara tələsən
şair, ruhun ölməsin, əbədi
olsun!
85 yaşın mübarək,
Sadıq Xanəliyev! Arzuların, diləklərin
limanında görüşənədək…
Vəli SƏMƏDLİ,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.- 2021.- 4-5 mart.-
S.14.