Milli  yer adlarımızın etno-morfogenezisi

 

IV yazı

 

Qərbi Azərbaycanın (30 min kv.km-ə qədər ərazi) ayrı-ayrı mahallarında (Zəngəzur, Basarkeçər, Dərələyəz, Zəngibasar, Ağbaba, Şirəyer, Dilican, Dağ Borçalı, Göyçə…)  əski milli-mənəvi tarixi-maddi irsinin, coğrafi landşaft strukturlarının, şifahi yazılı xalq folklorununetnogenezisi, morfoloji genetik əsaslarının sırf müsəlman-türk mənşəli olmasını yerli, milli toponimik klassifikasiya çox aydın ifadə edir.

Bu baxımdan Dərələyəz mahalı üzrə yerləşən, yaşı miniiliklərə bərabər olan yaşayış-ərazi vahidləri onlara bitişik olan təbii-coğrafi yer-yurd adlarının etno-morfoloji təhlili tarixi-coğrafi məlumatların zənginliyi elmi-nəzəri əhəmiyyətinə görə maraq doğurur.

Mahalın Paşalı nahiyəsində Köçbəy (“bəylər məskəni, bəylərin köç edib məskunlaçdığı bəylərin köç etdiyi yer”), Leyliqaçan (3 km aralıdakı Gümüşxana kəndindən olan cavanın bu obadan (10 evli, 235 km-lik İrəvan-Gorus yolu bu kəndin ortasından keçir) Leyli adlı qızı qaçırdığına görə belə adlanıb), Almalı (1920-ci ildən sonra boşalmış bu kəndə xaricdən hay sürüsü köçürülüb, “alma bağları ilə zəngin, örtülü ərazimənasındadır), Mərətüs (“tüstüləyən çökəklik”), Söylan (“söylənən, sakit olmayan, igid, döyüşkən qövmün yaşadığı yer”), Tərp Hərhər (əski Alban xalqları birliyinə daxil olan Qarqar (Gərgər, Xarxar) tayfasının adının yerli dialekt, şivə təhrifi, antro-oro hidrotoponimdir), Qayalı, Çul, Göyərçin, Çaykəndkəndlərinin təbii-coğrafi şəraiti bu toponimlərlə ifadə olunmuşdur.

Adı çəkilən yaşayış məntəqələrinə bitişik relyef-meşə örtüyü, çay şəbəkəsi, maddi-tarixi irs nümunələri əski müsəlman-türk dünyagörüşünün, milli təfəkkürünün minilliklər-yüzilliklər boyunca formalaşmasını  bildirir,  etno-morfoloji xüsusiyyətlərini əks etdirir.

Mərətüs (bu kəndin əhalsi 1926-cı ildə qonşu kəndlərə köçürülərək boşaldıldı) Köçbəy kəndləri arasında (5 km) yerləşən  Diblər dağının kollu-koslu, qayalı zirvəsi Buzxana adlanırdı (dağın qaşındakı soyuq, buzlu yuvadan bir şey atanda dağın cənubundakı, 2 km aralıda relikt Qanlı göldə üzə çıxırdı). Köçbəy kəndinin cənub-qərbində Ağyarğan dağı (2528) yaranmışdır.

Köçbəy kəndinin (2025 m hündürlükdə yerləşir) günbatan tərəfində, 1,5-2 km-, Leyliqaçan kəndinin cənubunda (bu kəndlərin arası 3-4 km idi) qalın, sıxAbutalıb meşəliyi” (palıd, vələs, alma, alça ağacları, itbirnukolları bürümüş), ona bitişikLeyliqaçan meşəsiuzanırdı. Kəndin içindən axan Kilsə çayı, quzey qırağındakı Dərəyurd çayı qoynu güllü-çiçəkli yaylaqlarla örtülü Pənik (“yatmış çoban itinin  xatırladırdı uzaqdan baxanda”) dağında üzə çıxan çeşmələrdən (“Çınqıllı bulaq”, “Payızyurdu bulağı”, “Haça bulaq”, “Hacı Şavaş bulağı”, Hacı Fərhad bulağı”, “Məmmədölən bulağı”…) qaynaqlanırdı.

Haça dağından da axan bulaqlar da Kilsə çayına tökülürdü.

Dərəyurd Kilsə çayları Qısıryurd dağı yaxınlığında birləşərək 10 km-dən sonra Arpaçay çayına qovuşurdu.

Köçbəy kənd qəbirstanlığında qəbirüstü qoç, dəvə təsvirli baş daşlarında ərəb əlifbası ilə yazılan nəsihəti axund-müəllim Xəlil Əlirza oğlu Hacıyev (1900-1974) oxumuşdur:

burda nələr yaşadım, hər rəngdən yüz etdim.

axırda bir bardaq qaldı, aldım belimə, apardım,

yolda sındı, para-para oldu

Leyliqaçan kəndinin quzeyini Qonqazdı meşəsi bürümüşdü, kəndin içindən axan çayın mənbəyi, Köçbəy kəındindən şimal-şərqə, 3-4 km aralıda yerləşən Qısıryurd dağında (2968 m, eyni adlı yaylaqda) idi. Bu dağın simsarında yerləşən (200-300 m aralıda) Gümüşxana dağındakı (zəngin filiz yataqları var idi, burada əski yurd yerlərinin kalafaları da qalırdı)  bulaqların da suyu axıb bu çaya tökülürdü, kəndlə dağın arası 3 km olardı.

Qısıryurd dağının şimal-şərq yamacından başlayan Arxaşan çayı 30-40 km məsafədə Həkəri çayına qovuşurdu. 1970-ci illərdə haylar bu çayın üstündə süni göl yaratdılar, yeraltı tunel açıb suyunu Göyçə gölünə axıtdılar.

 Vədə yeri qayası  Qısıryurd dağının üstündə, qövsvari şəkildə şimal-cənub istiqamətindəki çılpaq, sal yüksəklik idi, uzunluğu 7-8 m, hündürlüyü 5 m olardı, ortasında çıxıntı, altında kaha vardı. Tərəkəmə elatı günün vaxtını həmin çıxıntının kölgəsi istiqamətinə uyğun müəyyən edir, işlərini o vaxtla aparır möminlər namazlarını dəqiq vaxtında qılardılar.

Qısıryurd dağının ətəyi əkin-biçin yeri (10 hektar) kimi istifadə edilirdi. Köçbəy kəndinin 3 km-, cənub-qərbə tərəf Ağyarğan dağı, Arpaçay çayının sağ sahilindəki Tərp kəndinin qərbində (2,5 km-) isə Çirişli dağı (1865 m) ucalırdı.

Qısıryurd dağının şərqində, 2 km-lik məsafədə Bərgüşad çayı (mənbəyi Qarabağ yaylasındakı, 3062 m hündürlükdə olan Zalxagöldən başlayır, uzunluğu 179 km, Həkəri çayının sağ qolu) axır.

Keşişkənd nahiyə mərkəzinin çənub-şərqində, 30 km aralıda olan Köçbəy kəndi Naxçıvan MR-nın Şahbuz rayonunun Qızıl-Qışlaq (21 km), Keçili (34 km) Sirab (46 km) kəndləri ilə qonşudur.

Tərp kəndi 1720 m yüksəklikdə, qədim Keşişkənd şəhərindən 35 km cənub-şərqdə salınıb (Köçbəy kəndindən şimal-qərbə 10 km aralıda). Əski, tarixi  müsəlman-türk mədəniyyətinin maddi abidələrini (XVII əsr məbədi, qəbirüstü daş abidə) yaşadan coğrafi məkandır

Pənik dağında eyni adlı yaylaq bulaq vardı. Ona yaxın Hacı Fərhad yaylağı bulağı, Məmmədölən yaylağı bulağı  tərəkəmə elatının ixtiyarında idi. Bu bulaqların suyu axıb Köçbəy kəndinin altında, qərbə tərəf 500 m aralıda birləşirdi, bu yerdə qədim yaşayış məskəninin  olması barədə yaşlı sakinlərdən Məmiş Xanlar oğlu Xanlarov (1901-1975)…. həmişə danışırdı.

Hacı Fərhad Cəbrayıl qəzasının Böyük Mərcanlı kəndindən, imkanlı tərəkəmə olub, öz adına olan yaylaqda binələnirmiş. Bu yurdda mamırlaşmış, çox hissəsi torpağa batmış qəbir daşları da var idi.

Söylan kəndi Arpaçayının sağ sahilində yerləşir.

Almalı kəndi Naxçıvançayın sağ qolu olan Cəhri çayının sahilində yerləşməklə qədim tarixə malikdir, ərazidə XIII əsrə aid məbəd, 2 km cənubunda isə əski yurd ocaqları, şimal-qərbdə isə Oxbin (“min oxlu”) kəndinin qalıqları qalır.

1920-ci ilədək Şərur-Dərələyəz qəzasının tərkibində olan bu kənddəQafqaz təqvimi”nin məlumatına görə yalnız müsəlman-türk əhalisi (313 nəfər) yaşayıb.

Nahiyənin Çaykənd kəndinin əhalisi 1949-ci ildə Azərbaycana köçürüldükdən sonra əski yurd-yuva ocaqları hay sürüsü tərəfindən dağıdılmış yox edilmişdir.

Hərhər kəndi 1728-ci ildən yaşayış məntəqəsi kimi qeyd edilsə , etno-morfoloji baxımdan yaşı 3000 ildən çoxdur. Hay kilsəsinin quldurlarının 1904-1906-cı 1918-1920-ci illərdə bu kəndə basqınından sonraq kənd əhalisi soyqırıma məruz qalsa da bir hissəsi kəndi tərk etmiş   1922-ci ildən sonra yenidən öz yurd-yuvalarına qayıtmışlar.

Növbəti məcburi köçürülmə kəndin  erməniləşdirilməsi  1948-1952-ci illərdə olmuşdur.

 R.S. 1956-cı ildə hay kilsəsi hay sürüsü Söylan kəndinin adını Əzizbəyov,1995-ci ildə isə dəyişərək Vayk, Almalı kəndini 1946-cı ildən Xndzorut, 1995-ci ildən sonra Tərp kəndini Saravan, Köçbəy kəndini Uxedzor, Arpa kəndi (1930-cu ilədək Naxçıvan MR-nın Şərur-Dərələyəz qəzasının tərkibində olub, 1897-ci il məlumatına görə  294 nəfər əhalisi yalnız müsəlman-türk mənşəli idi, e.ə. VI-V minilliklərə aid qədim insan yaşayış məskəni (“Arpa mağarası”) ilə tanınır, Paşalı nahiyəsindən 12 km cənub-şərqdə yerləşir) 1946-cı ildən sonra  Areni, Göyərçin kəndi (e.ə. I minillikdə hun əsilli peçeneq-Koyerçi (Kuyerçi) tayfalarının adı daşıyır, Qazax qəzasının İcevan nahiyəsində Göyərçin kəndi, Qobustanda Göyərçin dağı, Cəbrayıl Qubadlı rayonlarında Göyərçin-Veysəlli  Göyərcik kəndləri, Türkiyənin Qars vilayətində eyni adlı kənd dağ vardır)  isə 1918-ci il qətliamından sonra dağıdılmışdır, Çul kəndi (əski Göy türklərin  Çol (Çul) tayfalarının adını yaşadan antrotopnimdir, Zərdab rayonunda Çallı kəndi var) 1950-ci ildən sonra Artavan adlanır.

(Yazının hazırlanmasında həm də Qərbi Azərbaycanın Dərələyəz mahalının Paşalı nahiyəsinin Köçbəy kənd sakini Kimran Məmiş oğlu Xanlarovun (1947) məlumatlarından istifadə edilmişdir.)

 

Qismət  Yunusoğlu,

Bakı Dövlət Universitetinin müəllimi                            

 

Hürriyyət.- 2021.- 6-8 mart.- S.13.