Vətənin ümidi
Vətən sevgisi İlahi bir sevgidir. Bəzi
insanların vətən
sevgisi o qədər böyük, qüsursuz, sonsuz olur ki,
o sevgiləri duymaq, görmək insanın qəlbindəki vətən
sevgisini daha da zənginləşdirir.
Vətən sevgisi uğrunda canından keçib vətənlə
bütövləşən şəhidlərin vətən
sevgisi örnək
sevgidi. Vətən yaşasın deyə
yaşamdan əl üzənlər vətən
yaşadıqca hər
zaman yaşayacaqlar.
Elə əbədiyaşar olan Novruzlu Ümid kimi.
Novruzlu Ümid Bahadur oğlu 1992-ci il iyunun 7-də Naxçıvan
Muxtar Respublikasının
Babək rayonunda dünyaya göz
açmışdı.1998-ci ildə 1 N-li Vəli Mahmudov
adına tam orta məktəbdə təhsil
almağa başlamış,2009-cu
ildə məktəbi
bitirmişdi. 2010-cu ildə Naxçıvan MR
Babək rayon Hərbi
komissarlığı tərəfindən
müddətli həqiqi
hərbi xidmətə
çağırılmışdı.
Xidmətini Qıvraq qəsəbəsində
N saylı hərbi hissədə keçmişdi.
Xidməti zamanı komandirlərinin
və hərbçi yoldaşlarının hörmətini
qazanmışdı. 2012-ci
ildə xidmətini başa vurmuşdu. Lakin ürəyindəki vətən
sevgisi Ümidə hərbidən uzaqlaşmağa
imkan verməmişdi.
Elə həmin il avqustun
1-də Ümid müddətdən
artıq hərbçi
kimi Naxçıvan şəhərində N saylı
hərbi hissədə
ordu sıralarına qoşulmuşdu. Vətənini, bayrağını, torpağını hər
şeydən üstün
bilən Ümid bir gün Qarabağ
adlı həsrətin
bitməsi ümidi ilə yaşayırdı.
Adından doğan ümid
hissi ürəkləri
isidirdi. Heç zaman
Qarabağı görməyən,
ancaq Qarabağa könül gözləri
ilə heyran olan cavanların hər birinin arzusu da məqsədi
də bir idi. Elə bu amalla 2020-ci il 27 sentyabrda
başlayan Vətən
müharibəsində vətən
qeyrətin çəkən,
vətən həsrətinin
bitməsi arzusu ilə yaşayan oğullar döyüşə
atıldılar. Onlardan biri
də Novruzlu Ümid Bahadur oğlu oldu. Ümidin təlimlər zamanı ayağı zədələnsə
də komandirlərinin
təkidinə baxmayaraq
oktyabrın 24-də döyüşlərə
qatıldı.
Döyüşə qatılmazdan öncə Ümid xanımı və uşaqları ilə birlikdə gəzintiyə çıxaraq
sanki onlara ömür boyu xatırlayacaqları xoş
anları yaşatmışdı. Ümidin övladları
ilə bağlı çox arzuları var idi. Ən böyük arzularından
biri də oğlu Bahadurun kiçik toyunu görmək idi. Ancaq onun bu
arzusu da digər arzuları kimi kama
yetmədi. Ümid hər şeyi
geridə buraxıb azadlıq arzusunun ardınca getdi. Düşməndən azad olunan ərazilər sanki Qarabağ həsrəti ilə ürəyi yanan bu qəhrəmanın
yanan ürəyinə
sərpilən su idi. Nə olur olsun Qarabağ adlı yükü gələcək
nəsillərin çiyinlərinə
yükləməmək onun
tək məqsədi idi. Elə o məqsədinə də çatdı.
Dəfələrlə yaralanmağına baxmayaraq o son nəfəsinə
qədər döyüşdü.
Son danışığında
“Şuşaya bayraq sancacam. Ordan sizə şəkillər
çəkib göndərəcəm”
deyən qəhrəman
5 noyabrda Şuşanın
azadlığı uğrunda
Şuşanın girişində
qəhrəmancasına şəhid
olub.
Vətən müharibəsinin qəhrəman
şəhidlərindən olan
Novruzlu Ümid noyabrın 13-də Babək
rayonunda ana torpağına qovuşub. 2 bacının yeganə qardaşı olan Ümidin gedişi ilə bacılarının
əvəzsiz “qardaş”
sözü ürəklərinin
sağalmaz yarasına
çevrildi. 2 körpə bala Bahadur və Nilayın isə ata adlı intizarları
gün keçdikcə
böyüyür. Onlar hər
gün “atam gələcək” deyib gözlərini yollara dikirlər. Onların ümidlə gözlədikləri
atalarının gəlməyəcəyi
gerçəyini isə
anaları Gülay xanım dilə gətirə bilmir. Ümidin həsrəti hər kəsin qəlbində günbəgün daha dərin kök atır. Tək oğul övladını
vətənə qurban
verən şəhid atasının “Ümid mənim dayağım idi. O, məni həyatda tək qoydu” sözləri çarəsizliyin özüdür.
Oğul dərdi aldığı hər nəfəsdə mərmi kimi ürəyinə dizilən
Kimya ana isə “Kaş balam yanımda olaydı. Mən balamın çiynində
son mənzilə gedəydim.
Ümidimin gedişi ilə
evimizin sevinci, çöhrəmizin gülüşü
itib” deyir. Bunun adı bitməyən həsrətdi.
Vətən müharibəsi zamanı
Füzuli, Zardağan,
Çanaqçı, Sınnaq,
Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına
vuruşan, qazanılan
zəfərdə böyük
əməyi olan Novruzlu Ümid Bahadur oğlu şəhadətindən sonra
ölkə başçısı
İlham Əliyevin sərəncamı ilə
“Vətən uğrunda”
medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
ŞƏHİD ÜMİD
Ruhunda səs salan azadlıq səsi,
Yayıldı vətənə bir anda Ümid.
Ən böyük arzundu bayrağımızı,
Sancıb
Şuşamıza,olasan
şəhid.
Onunçün döyüşdün son nəfəsədək,
Cismin parçalandı
torpaqlar kimi.
Həyatdan əlini üzməyənədək,
Vətəndən üzmədin sən öz, əlini.
Can verdi yanında
dostun, sirdaşın,
Hər şəhid ruhundan bir az güc aldın.
Ən böyük arzuna çatdın amma ki,
Yaşamla arana ayrılıq saldın.
Azad Şuşamızın uca
dağları,
Sənin də ruhunun kölgəsi oldu.
Dür axan çayların suları kimi,
Gözlərin göz yaşı yaman duruldu.
İki körpə bala ata rəsmini,
Sıxdı parçalanan dərdli sinəyə.
İndi
o körpələr tez-tez
gəlirlər,
Bir məzar
daşında ata görməyə.
Manya SƏXAVƏTQIZI
Hürriyyət.- 2021.- 11-12 mart.-
S.12.