Qəribliyin mənə
and yeri…
Bir
uşaqlıq həsrəti var gözümdə,
Ha
çağırram, dönüb geri qayıtmır.
Bir
sevdanın yanğısı var köksümdə,
Təsəlli
söz yanğısını ovutmur.
Qəlb
yarası heç vaxt gözlə görünmür,
Ötən
ötüb, olacaqlar bilinmir,
Acı-şirin
xatirələr, silinmir,
Ürək
dərdi unutmur ki, unutmur.
Oyur məni
ürəyimin acısı,
Unudulmur
bal sevdanın qoxusu,
Bu
dünyanın nağıl kimi yuxusu,
Qəm
yuvası gözlərimi uyutmur.
Qəribliyin
oldu mənə and yeri,
Qiblə
bildim, bir cüt ala gözləri,
Başqasının
canım, gözüm sözləri
Ürəyimin
atəşini soyutmur.
***
İki yol ayrıcındayam…
Mən
indi çox dəyişmişəm,
Daha sən
görən deyiləm.
Külək
vurub yelləndirən
Şüşələri
toz bağlamış, sınıq-sökük
köhnə
pəncərə kimiyəm.
Mən
indi çox dəyişmişəm,
Sən
görən çılğın deyiləm,
Xəyalları
bulud yaran, dəli-dolu
O fikri
dalğın deyiləm.
Mən
indi çox dəyişmişəm,
Sıxır
məni bu yer üzü,
Sıxır
məni, yerli-yersiz umu-küsü
Hər
gün, hər gün bu zillətə dözürəm mən,
Öz qəlbimdə,
ürəyimdə hisslərimə əsirəm mən!
Mən
indi çox dəyişmişəm,
Barmaqlıqlar
arasında məhbus kimi,
Ötənlərin
həsrətini çəkirəm mən,
Kimsə
bilmir nədir dərdim.
Çəkə-çəkə
bu dərdləri
Misqal-misqal
ölürəm mən, bitirəm mən…
Mən
indi çox dəyişmişəm,
Məzarı
da unudulmuş
Ölü
ruham…
Gecələri
oyanıram, qalxıb bütün dərdlərimi
Uçuq-sökük
baş daşıma danışıram…
Mən
indi çox dəyişmişəm,
Gecələri
haqqa doğru əl uzadan, tövbəkaram.
Gəl
görüşək, halallaşaq , vidalaşaq
Ömrün
elə çağındayam
İki
yol ayrıcındayam…
Fərid MURADZADƏ
Hürriyyət.- 2021.- 16-17 mart.- S.14.