Qərbi Azərbaycanın təbiəti:
Dağ
Borçalının təbii-coğrafi
şəraiti
Qərbi Azərbaycanın Alagöz dağından (4090 m) Dilican vadisinədək uzanan hövzəsindəki Dağ Borçalı mahalı e.ə. II-I minilliklərdə Göy Türk-Sak, Oğuz-Səlcuq tayfa birliklərinin əski yurdları olmaqla yanaşı, həm də bu tayfaların Anadolu yaylasın və İkiçayarasına yayılması üçün geniş coğrafi məkan rolunu oynamışdır.
Şəmşəddil-Pəmbək düzənliyi Sarvan çayı hövzəsinin (Alagöz dağından başlayaraq) geniş vadisi olmaqla yanaşı, həm də Qərbi Azərbaycanın Türkiyə Cumhuriyyətinin Qars vilayəti və Gürcüstan Respublikasının aran Borçalı mahalı (Kürqırağı Qarayazı düzənliyinə qədər) ilə təbii-coğrafi həmsərhəd hüdudlara malikdir. Ətrafında orta yüksəkli Dəlidağ-Naltökən
dağ silsiləsi ucalır, eləcə də sərhəddən
sərhəddə kimi Ov dərəsi vadisi ilə
parçalanır.
Düzənlik,
vadi, alçaq və orta yüksəkli dağlar qoynunda, Sarvan
çayı hövzəsində Pəmbək nahiyəsinin kəndləri
(İlməzli, Soyuqbulaq, Qaraqala, Qaraisa, Dəmirçilər,
Ağbulaq, Şahnəzərli…), Gümrü və Cəlaloğlu
şəhərləri yerləşir, bu ərazilərdə
xalqımızın e.ə. II-I minilliklərə aid
tarixi-coğrafi keçmişləri (etno-morfoloji oroqrafik
vahidlərin adlarının mənşəyindən
(etnogenezisndən) tutmuş milli-dini gələnəklərinə-mərasimlərinə
kimi) ilə bağlı, bölgənin iqtisadi-ticarət, hərbi-siyasi
hadisələrinin tarixi əhəmiyyəti
baxımından zəngin maddi-mənəvi
irs abidələri (nümunələri)
yayılmışdır.
Bu zənginlik
Dağ Borçalının hər guşəsində, hər
dağında, hər düzündə,
mamırlaşmış hər qaya parçasının
ruhunda-cismində qorununb saxlanılmış və bu
günümüzədək gəlib
çatmışdır.
Hər kəndin
timsalında da bu tarixi səhifələr oxunaqlı və
yaddançıxmazdır.
Sarvan
çayının sağ və sol sahillərində yerləşən
kəndlər alşaq təpəlikli-düzənlik, meşə-kol
və subalp-alp çəmənliklərinə aid relyef formaları
ilə əhatəli olub. Çayın sol sahilindəki Qaraisa
kəndindən qərbə tərəf 3-4 km aralıda
böyük otlaq-örüş yeri “Muradlı yeri”
uzanırdı.
Aran
Borçalı mahalı ilə qonşu olan, Sarvan
çayının hövzəsində yerləşən
İlməzli kəndi Dağ Borçalıda tarixi-coğrafi
vahidlərin sayı və səciyyəsi baxımdan
xüsusilə fərqlənir.
Kəndin
adı Göy Türklərin qərb qolunun yenilməz,
döyüşkən, məğrur dingəsinin bir qolunun
törəmələrinin, köçəri Oğuz-Səlcuq
tayfa birliklərinin e.ə. II minillikdə
Kürqırağı düzənliklərdə
(Qarayazı-Ceyrançöl düzündə) məskunlaşması,
sonra isə (e.ə. I minillikdə) Qərbi Azərbaycan ərazilərində,
orta-yüksək dağlığın landşaft
qatlarında (əsasən dağlarası vadilərdə,
subalp və alp çəmənliklərində) yurd-oba
salmış və yerləşmişlər.
Yenilməyən
nəsil-şəcərə tayfasının adı dil,
dialekt, şivə, tələffüz dəyişikliyi
toponimin Yılmazlı, İlməzli, Ürkməzli (Qazax
rayonunda kənd) kimi coğrafi ada çevrilməsi qədim
tarixi keşmişə bir işarədir. Bu kənddən Aran
Borçalının kəndlərinədək
(Başkeçid nahiyəsinin Yırğançağ,
Hamamlı, Muğanlı, Saatlı, Qamışlı…) olan məsafə
3-30 km arasında dəyişir, Molla Eyyublu dərəsindən
sonra bu yurd-ocaq məkanlarıdır. Bu dərədən axan
xırda çaylar dağlardan,
yanmaclardan süzülüb gələn bulaqların suyundan
qidalanır.
Dəlidağ
silsiləsinin Kəpənəkçi, Sarıcalı,
Faxralı, Qarayazı, Daşdıqullar…yaylaqlarından üzə
çıxan çoxsaylı bulaqlar (Sərdar bulağı…)
bir-birinə qarışaraq (5-10 km-lik məsafədə
axaraq) Ovdərəsiçayı kimi Soyuqbulaq, Cucikənd
(Qızıl Şəfəq), Şahnəzərli, Övliya
(Molla Eyyublu), Dəmirçilər… kəndlərindən
keşərək aran Borçalıda Qarayazı
düzündə Kür çayına tökülür.
Bu
çay İlməzli kəndinin ortasından axır, yayda
suyu azalır, payız-yaz dövründə çoxalır,
1950-ci ilədək hətta böyük daşqınlar olub. Kəndin
hüdudlarında da bir çox çeşmələr
qaynayıb, üzə çıxmışdır (Çeyil
bulağı, Göy bulaq, Galıs bulağı, Qırxsicim
bulağı…). Ətrafda yerləşən qayalıqların
bir hissəsi kəndin şimal-qərbində, 2 km kənarda
“Pənıs qayalığı” (Soyuqbulaq kəndinə gedən
yolun üstündə) çəmənliklə (alp çəmənliyi)
örtülü idi, bu orotopnimin Anadolu türkü əsilli Pənisoğlu
adının antropoloji yozumu olduğu bildirilirdi. Kəndin
quzeyində, 10 km aralıdakı çılpaq yüksəklik-“Ağ
çala qayalığı”, həm də ağ daş
yatağı ilə zəngin olsa da, altındakı mağara xeyli qədim tarixi
öxündə yaşadırdı.
1918-1920-ci
illərdə hay quldurbaşı
A.Ozanyanın nizami, süvari silahlı birləşmələri
(10 min baş), ona birləşən yerli quldurlar Dağ
Borçalının bu kəndlərində yerli müsəlman-türk
əhlinə qarşı soyqırım-amansız qətliam
törədəndə canından keçərək köməyə
gələn Osmanlı Türkiyəsinin XV Ordusunun komandanı
Qarabəkir Musa Paşanın (1882-1948) əsgərlərindən
olmuş Molla Teymur Nuru oğlu (alayın imamı,
Sarıqamış nahiyəsinin İd köyündən olub)
sonrakı həyatını bu yerlərdə
keçirmiş, “Ağ çala qayalığı”ndan kəsib-doğradığı
daşlardan evlər tikilib, qəbirüstü baş və
sinə daşları hazırlanıb. Qayalıqdan
süzülən sulardan Ağ çala çayı
yaranmışdı (eni 10 m), axıb Sarvan çayına
qoşulurdu.
Ov dərəsindən
Qaraqala kəndinə 3-4 km, İlməzli kəndinə isə məsafə 7-8 km-dir. Qaraqala və
Soyuqbulaq kəndləri arasındakı düzənlik “Mehdiçapılan yeri” adlanır.
İlməzli
kəndinin üstündə
“Şərifoğlu yeri”, “Şadınoğlu yeri”, “Qotaz
təpəsi” düzənlikdir,
biçənək-örüş
kimi istifadə olunub, həm də bu sahələrdə
qədim yurd-binələrin kalafaları, torpağa
batmış qəbir daşları qalmaqda idi.
Soyuqbulaq
kəndinin adı (İlməzli kəndinin 4-5 km-də) 15-20
km aralıdakı Sarıcalı, Kəpənəkçi
yaylaqlarının “cana məlhəm bulaq suları”nın
döşəmə daş hörgülərlə (eni, boyu
30-40 sm) dağların belindən 15 km məsafədə kəndin ortasına kimi çəkilməsindən
yaranıb.
Kəndin
qərbində, 5 km-də “Qaranlıq dərə”dən də
axan çay Dəli dağın, Ov dərəsinin
bulaqlarının suyundan yaranmışdır. Bu dərənin
üstü aran Borçalının yaylaqları idi.
İlməzli
ilə Soyuqbilaq kəndləri arasında (4-5 km) Xırdacalar təpəliyi,
Ətlik gölü, Qoşa göl, Panısoğlu biçənəyi
olub. Ətlik gölü Panıs dağının
(qayalıqları qartal yuvaları idi) ətəyində,
Xırdacalar isə bu gölə çatmamış
uzanırdı. Ətlik gölündən
(ölçüsü 2,5 km x
2,5 km, qiymətli balıq növləri çox idi)
aralıda, aradakı təpəliyi aşandan sonra əks tərəfdə
(2 km aralıda) Qoşa göl (qurnalar məkanı olan iki
gölün ətrafında Xasıqızının qəbri
və 10-a qədər topağa batmış qədim qəbir
daşları vardı) yaranmışdı.
Xırdacalar
təpəliyi qiymətli, bərəkətli ot və
gül-çiçəklə (qırmızı
qızılgül (qozaları pambıq qozası boyda idi),
qırmızı, çəhrayı, ağ rəngli qız
gülü, birəçiçəyi (müalicəvi əhəmiyyətinə
görə iyul-avqust ayında çiçəyi
yığılıb təhvil verilirdi), düyədabanı
(sulu özəyi yeməli idi, iyul-sentyabr ayında
açılan qırmızı-çəhrayı
çiçəyi bol nektarlı idi, bir hektarından 3 ton bal
alınırdı), bənövşə, baldırğan
(hektara 50-60 ton ot kütləsi verirdi, 1985-1987-ci illərdə
baldırğan toxumundan Ukraynada, Krasnodarda hektardan 100 ton yem
toplamışdılar, toxumun kq-nı 4-5 manata
almışdılar) örtülü idi.
İrəvan
Kənd Təsərrüfatı İnstitutunun hay mənşəli
professoru (Hambarsumyan soyadlı) 1975-ci ildə İlməzli kəndində
olanda, əhalinin təsərrüfat şəraiti, təbii-landşaft
kompleksinin zənginliyi ilə tanış olduqdan sonra yenə
də xislətini gizlədə bilməmiş və açıqca
demişdir:
– Heyif ki,
bu sərvətdən mənim millətim istifadə etmir.
Qismət
Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
P.S. İnzibati-ərazi vahidi kimi Qazax
rayonunda Dəmirçilər,
Ürkməzli kəndləri, Ağstafa rayonunda Soyuqbulaq və
Soyuqbulaqlar qəsəbələri mövcuddur.
(Yazının hazırlanmasında həm
də Qərbi Azərbaycanın Dağ Borçalı
mahalının Pəmbək nahiyəsinin Ülməzli kənd sakinləri
İbrahim İskəndər oğlunun (1941) və
İmamhüseyn Camal oğlu Təhməzovun (1959) məlumatlarından
istifadə edilmişdir.)
Hürriyyət.- 2021.- 20-24 mart.- S.13.