Bir ömrə sığmayan hərbçi
həyatı
Azad vətən kəlməsinə
şəhidlər, qazilər və hərbçilər
dayaqdı. Bu qəhrəmanların sayəsində
biz suveren ölkədə
yaşayırıq. Hərbçi demək bütöv
ölkənin məsuliyyətini çiyinlərində
daşımaq deməkdi. Bir hərbçi
üçün torpağının
düşmən tapdağı altında olması qəbul
edilməz bir haldı.
“Torpaqlarımız azad olunmasa mənə rəqs etmək yaraşmaz!” Bu sözlər Abbaslı Arif Firuz oğlunun tez – tez dilə gətirdiyi sözlərdi. Qarabağın adını eşidib özünü şəkillərdə görən bu qəhrəman İlahi bir eşqlə bağlanmışdı Qarabağa.
Abbaslı Arif Firuz oğlu 15 dekabr 1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq qəsəbəsində üç uşaqlı (2 qardaş 1 bacı) ailədə anadan olmuşdur. 2000-ci ildə Qıvraq rayonunda Sirac Əsədov adına 1 N – li tam orta məktəbə getmişdi. 2009-cu ildə IX sinifi bitirmişdi. 495 bal toplayaraq Naxçıvanda Heydər Əliyev adına Hərbi liseyə daxil olmuşdu. 2009-cu ildə Heydər Əliyev adına Hərbi liseydə kimya fənni üzrə keçirilən olimpiadada 3-cü yerə çıxmışdı. 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyin birincisi olmuş və fəxri kötüyə adı həkk olunmuşdu. Daha sonra 2012-2016-cı illərdə AAHM-nin Motoatıcı ixtisasına yiyələnmiş və Akademiyanı müvəffəqiyyətlə bitirmişdi.Daha sonra 6 aylıq Xüsusi Təyinatlı Qüvvələrin kursunu müvəffəqiyyətlə bitirmiş və Türkiyədə 6 aylıq komando kursunda xizəkçilik, üzgüçülük,dağçılıq, paraşutçuluq ixtisasına yiyələnmişdi. Orduda xidmətlərinə görə “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” yubiley medalı ilə təltif edilmişdi.
Oğulların vətən sevgisi bir başqa olur. Bir oğul vətənə sevdalandımı o sevdası uğrunda canından keçmək ən böyük arzusu olur. Axı müqəddəs sevgilər uğrunda canından keçənlər ölümsüzləşir. Vətən sevdalısı olan Arif də ölümsüzləşdi. Hər ürəkdə bir məqbərə ucaldan qəhrəman “Mən şəhid olacam” dedi və dediyini də etdi. Onun bu arzusunu duyan xanımı hər dəfə göz yaşlarına qərq olurdu. “Bəs mən, bəs Ləman?” Arifin cavabı isə belə olardı “Mən bu vətəni qorumalıyam ki, mənim ailəm, başqa ailələr firəvan yaşasın”. Öz ömrünü vətənin, vətəndaşların rifahı naminə fəda etdi. Sonuncu nəfəsində “Ləmanımdan doymadım” sözlərini dilə gətirdi. Bəs həyatdan doydunmu şəhidim?
“Mən həyatdan şəhid kimi köçəcəm.Əgər bir də həyata gəlsəm yenə hərbçi olacam” . Bu idi Arifin fərqli yönü. Vətən eşqi ürəyində, ruhunda kök atmışdı. O, hər zaman özünü şəhidlər cərgəsində görürdü. Doğmalarını da buna hazırlayırdı.
Arifin doğmaları sentyabrın 27-si Vətən müharibəsinin başladığını eşitdiyi anda Arifin dönüşünün necə olacağını təxmin etdilər. Hər kəs Arifin illərdi bu günü gözlədiyini yaxşı bilirdi. Arifin sonuncu nəfəsini vətən üçün verəcəyi heç kimə sirr deyildi.
Abbaslı Arif Hardruta ilk ayaq basanlardan biri olub. XTQ – nin peşəkar zabiti özü ilə bərabər 100-dən
çox esgeri döyüş meydanına
aparıb. Savadı və idarəetmə qabiliyyəti ilə döyüşdə fərqlənən
Abbaslı Arif Firuz oğlu Murovdağ ,Cəbrayıl ,Hadrut
və Füzuli uğrunda gedən döyüşlərdə iştirak
edib. Murovdağ istiqamətində gedən döyüşlərdə
çox böyük şücaət göstərərək
düşmənin həmləsini
dəf edərkən yaralı yoldaşlarına
kömək edib.
Hadrutda gedən döyüşlər zamanı
düşmən həmləsini
dəf edərkən öz tabeçiliyində
olan yoldaşlarını
qorumaq üçün
özünü önə
atıb düşmənin
üzərinə gedib.20 nəfərə yaxın düşməni tək başına qumbara ilə məhv edib və özü
də qəhrəmancasına
şəhid olub.
Arifin döyüşlər
zamanı göstərdiyi
qəhrəmanlıqlardan onun
komandiri və döyüş yoldaşları
danışdıqca əslində
bu sakit görünüşlü qəhrəmanın
illərdi bir vulkan kimi dayanıb
püsgürəcəyi günü
gözlədiyini düşünür
insan.
Vətən qəhrəmanı, Qarabağın
azadlığı uğrunda
canından keçən
baş – leytenant Abbaslı Arif Firuz oğlu şəhadətindən sonra
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə “Qarabağ ordeni”, “Vətən uğrunda”medalı” və “Kəlbəcərin
azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Sən dediyin
kimi yenidən dünyaya gəlib hərbçi olmayacaqsan Arif. Ancaq səni örnək
götürüb sənin
yolunu davam etdirən oğullar çox olacaq. Sən bir qəhrəmanlıq simvolusan şəhidim.
ŞƏHİD ARİF
Səninlə ərdi göyə
ana vətənin başı,
Qucaq açdı sevincə torpağı, dağı,
daşı,
Azadlığa qərq oldu vətənin hər qarışı,
Sən bu azad vətənin
qeyrət təcəssümüsən
Şəhidim, azadlığı bəxş
edəndən birisən.
Zəfərə cığır açdın
yenilməyən əzminlə,
Vətən sevgin hər zaman qürurla gəldi dilə,
Murov dağ, Cəbrayılda axan qan döndü
selə,
Gücünə şahid oldu Suqovuşan, Füzuli,
Düşmənin pəncəsindən qurtardın neçə eli.
Düşmən üstə yeridin
düşmən oldu dərbədər,
Yenilməyən qəhrəman, göstərdin
böyük hünər,
Ərənlərlə qazandı bu vətən şanlı zəfər,
Can verdiyin vətəni əmanət etdin bizə
Sonsuzadək olacaq xalqım minnətdar sizə.
Elə zəfər anında dondu qaldı həyatın,
Dünyaya vida edib şəhid kimi yaşadın,
Qanınla tarix yazıb yeni tarix başladın,
Tanıdı Azərbaycan Arif
kimi zabiti
Zəkası kəskin olan qılınclardan da iti.
Manya SƏXAVƏTQIZI
Hürriyyət.- 2021.- 26-29 mart.-
S.13.