“Can Vətən” – deyib, şəhadətə qovuşan
fədai
Zaqatalalı – Axıska
türkü – Alim Məmmədov…
…Tarixdə cərəyan edən hadisələr, faktlar sübut edir ki, düşmən, erməni daşnakları əsrlər boyu bir də sübut etdilər ki, onlar günahsız insanları qıraraq, xalqımıza qarşı amansız vəhşiliklər törədiblər. Bizim sülh çağırışımıza
mənfurlar qan tökməklə, xalqın
var-dövlətini talamaqla,
insanlarımızı əzəli
torpaqlarımızdan qaçqın
salmaqla, yurdlarımızı
virana qoymaqla cavab verdilər. Faşist xislətli ermənilər körpələri
odda, qocaları közdə yandırdılar…
Kəndlərimizi, qəsəbələrimizi,
şəhərlərimizi top atəşinə tutdular, mərmilər yağdıraraq
darmadağın etdilər…
erməni quldurları…
Belə təcavüzkar düşməni
bağışlamaq olardımı?!
Onsuz da, tarixlər boyu xalqımız bədxahlara
qarşı humanistlik,
xeyirxahlıq edib, evlərimizə əziz qonaq kimi dəvət
etmişik… Amma onlar daima bizə
arxadan zərbə vurublar, xəyanət ediblər… Belə sarsıdıcı səhnələri
görən, xəbər
tutan qeyrətli Vətən oğulları
sakit qala bilməzdilər… O, igidlər, vətənpərvərlər
azğın düşmənlə
mübarizəyə qalxdılar,
qisas, nifrət hissi ilə və onlara layiqli cavab vermək
niyyəti ilə.
Vətən desəm dilim titrər,
Sevir onu neçə
minlər…
…Bir daha 27 sentyabr
2020 –ci il
tarixində İkinci Vətən Müharibəsində
də xalqımızın
cəngavərləri doğma
Vətənə qarşı
necə sadiq olduqlarını sübut etdilər… O, zəhərli
“virusları”, xəyanətkarların
torpaqlarımıza, əhaliyə
uzanan qollarını dibindən kəsdilər…
Vəhşiliklər törədən
erməni qəsbkarlarına
tarixi dərs verdilər, qanları ilə, canları ilə…
…Vətənə can deyib, Vətən yolunda, torpaqlarımızın azadlığı
uğrunda can verən
igidlərimizdən biri
də Zaqatala rayonunun Fındıqlı
kənd sakini, Axıska türklərinin
nümayəndəsi olan
Alim Qəmərşo
oğlu Məmmədovdur.
Vətən uğrunda
canından keçən
bu igidlər şəhid zirvəsinə
ucaldılar…
Zaqatala rayonunun
Fındıqlı kəndində
müxtəlif xalqların
nümayəndələri yaşayırlar. Bu kənd Sovet dövründə Zaqatala rayonunun 1 ¹ -li Fındıqçılıq Sovxozu
kimi fəaliyyət göstərib.
1988 –ci ildə bu Fındıqçılıq
Sovxozuna Özbəkistandan
pənah gətirən
1942-1947 –ci illərdə
Stalin repressiyasının qurbanları
olan Axıska türk ailələri məskunlaşdırıldılar. Onlar burada yaşayan saxuralarla, avarlarla, ruslarla, molokanlarla, azəri-türkləri ilə
birlikdə Azərbaycanı
doğma Vətənləri
hesab edərək fındıqçılıqla, təsərrüfatın digər
sahələri ilə
məşğul olurlar…
Hətta Axıska türkləri Birinci Qarabağ Savaşında olduğu kimi, İkinci Vətən Müharibəsində də
Azərbaycanımızın işğal altında olan torpaqlarımızı
işğaldan qurtarmaq
üçün özlərini
odun-alovun içinə
atdılar… Onlardan ölməzliyə qovuşanlar
da odld… Azərbaycanın qəhrəmanlıq
tarixinə adını
qızıl hərflərlə
yazan, ölməzliyə
qovuşan Alim Qəmərşo oğlu Məmmədov 2002 –ci ilin 28 sentyabr tarixində Fındıqlı
kəndində dünyaya
göz açmışdır.
O, da yaşıdları
ilə birlikdə sadə, oxşar nağıllı, əlbəttə
ki, çoxlu xatirələrlə dolu olan uşaqlıq, məktəb və yeniyetmə illərini adi insanlar kimi
keçirib. Əlbəttə ki, bu yaş dönəmini keçirəndə Alimin
çətinlikləri də
olub. Amma bütün bunlara
baxmayaraq onun valideynləri Azərbaycana
“Can Vətən” deyən
Alimə kiçik yaşlarından vətənpərvərlik
hissləri aşılayıb.
Bir də ki, Fındıqlı
kəndində Məmmədovlar
ailəsində olarkən
öyrəndik ki, ailənin başçısı
Qəmərşo Məmmədov
da Birinci Qarabağ Savaşının
iştirakçısı olub.
O, dörd ildən çox Ağdam – Tərtər – Ağdərə
– Gornaboy istiqamətlərində
erməni işğalçılarına
qarşı döyüşüb.
Müharibə veteranıdır. Övladlarının düşmənlərimizə
qasrşı nifrət
hissi ilə böyümələrində və
mübariz olmalarında
atalarının böyük
təsiri və rolu olub. Məmmədovlar aiələsi
Fındıqlı kəndinin
baş küçəsində
çox sadə, adi və təmirə
çox böyük ehtiyacı olan darısqal, üç otaqlı mənzildə yaşayırlar…
…Vətən fədaisinin anası,
evin xanımı Yetər Tamilova çox sakit təbiətli, mülayim,
təmkinli, səliqəli
qadındır. Şəhid anası
oğlunun şəhid
olmasına inana bilmir, yoxluğu ilə barışmır.
Elə bil, o, ağır zərbədən sağalmaz
yara alıb. O, çox qüssəli, üzüntülü, çox
kədərlə: “elə
bir qəm dəryasındayam, sakit olmağa, özümü
ələ almağa bacarmıram, yuxum ərşə çəkilib,
özümlə bacarmıram,
inanmıram oğlumun
yoxluğuna… Hələ də, həsrətlə
yolunu gözləyirəm…”deyib.
Bir faktı qeyd edək ki, axıska
türklərinin adət-ənənələrindən
biri də kimlərsə də qonaq gələndə bütöv nəslin bir yerə toplaşmasıdır…
Mənim şəhid ailəsinə gəlişimlə
bütün qohum-əqrəba
onlara toplaşdılar…
Əmilər, bibilər
və bütün qohumlar… Çoxu da, Vətənimizin azadlığı uğrudan
həlak olan Məmmədov Alim Qəmərşo oğlu barəsində ancaq tərifli sözlər deyərək, böyük
ehtiramla xatırladılar…
…Yetər xanımla söhbətimizdən aydın
oldu ki, Alim ailənin böyük övladı olub. Onlar üç
qardaş idilər: Alim, Səlim və Salam. Bu gün Azərbaycan xalqının
qəhrəman oğluna
çevrilmiş Alim
9 -cu sinifə qədər
Fındıqlı kənd
ümumi orta məktəbində təhsil
alıb və sonra isə 10-11 -ci sinifləri Zaqatala rayonu Qazangül qəsəbə
İsmət Qayıbov
adına tam orta məktəbində davam etdirib… 2019 -cu ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib…
Şəhid Alimin qardaşları
2004 -cü il təvəllüdlü Səlim
Fındıqlı kənd
ümumi orta məktəbinin 9 -cu sinfini
bitirdikdən sonra Türkiyə Respublikasında
kollecə qəbul olub… 03.11.2007 -ci il təvəllüdlü
Salam isə Qazangül
qəsəbə tam orta
məktəbinin 7 -ci sinfində təhsil alır… Haqqında söhbət açdığımız
digər şəhidlər
kimi Alim Qəmərşo oğlu Məmmədov da həm hərbi xidmətini şərəflə,
döyüş yolunu
da fədakarlıqla yerinə yetirib.
Əmisi
Şirxan Məmmədov
qardaşı oğlundan
ürəklə, qürurla
söhbət açdı:
“Alim 2020 -ci ilin yanvar ayının
2 -də Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılıb,
o, böyük həvəslə,
inamla Vətənin keşiyinə gedib. O, xidmətinin ilk günlərindən
hərbi tapşırıqları
vicdanla yerinə yetirməyə başlayıb.
Əsgərliyə yola salınanda
valideynlərinin öyüd
və nəsihətlərini
dərindən dinləyib.
Alimlə hər dəfə
telefonla danışanda
hərbi xidmətində
problemlərin olmadığını,
hərbi təlimlərdə
fəal iştirak etdiyini deyərdi. Hərbi andiçmə mərasimi
günü biz, valideynləri,
mən və bibisi Alimin görüşünə
Ağcabədi rayonunda
yerləşən “N” saylı
hərbi hissəyə
getdik. Bizim gəlişimiz onu
sevindirmişdi, elə
bil ona dünyaları
bağışlamışdılar.
Alim Milli Ordu sıralarındakı
xidmətindən böyük
həvəslə danışırdı,
rastlaşan çətinliklərdən
və müharibəyə
hazırlıqlarından söhbət
açmasa da, düşmənin tez-tez mövqelərimizi atəşə
tutmasından, erməni
təxribatlarından və
onların qarşısını
hünərlə almalarından
danışmışdı.”
…Ailəsindən bildirdilər
ki, Alim əvvəlcə Ağcabədi
rayonundakı “N” saylı
hərbi hissədə
3 ay xidmətini keçib.
Yetər
xanım isə deyir ki, oğlu
Alim müharibəyə
hazırlaşdıqlarını, hər gün təlimlər keçdiklərini
onlara bildirmirdi. Amma ana qəlbi çox narahatçılıq
keçirirdi. “Mən,
çox nigaran idim oğlumdan, elə bil nəsə
baş verəsiydi… Gecə-gündüz narahatçılıq
keçirirdim…”
(Ardı var)
Elman Maliyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.- 2021.- 1-3 may.-
S.13.