Əzim Əzimzadə-Satirik
qrafikanın əsasını qoyan rəssam
Azərbaycan karikatura sənətinin
banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan
rəssamlıq sənətində
yeni bir cığır açıb.
Bu gün onun adına hər
kəs hörmətlə
yanaşır. Yeni rəssamlar
nəsli onun ənənələrindən bəhrələnirlər.
"İki sahil" xəbər verir ki, bu gün
Xalq rəssamı Əzim Əzimzadənin anadan olmasının 141 il ötür.
Əzim Əzimzadə 1880-ci ilin mayın 7-də Novxanı
kəndində anadan olub. Atasının etirazına baxmayaraq,
ibtidai təhsilini rus-tatar məktəbində
alıb.
Yaradıcılığı boyu əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin
və rus rəssamlıq məktəbinin
ənənələrindən bəhrələnib. Rəssamlığa məşhur "Molla Nəsrəddin" jurnalında öz əsərlərini dərc
etdirməklə başlayıb.
1906-cı ildən “Molla
Nəsrəddin”, “Baraban”,
“Zənbur”, “Tuti”, “Kəlniyyət” və sair jurnalların səhifələrində satirik
qrafik karikaturalarını
nəşr etdirməklə
Azərbaycan satirik qrafikasının əsasını
qoyub.
Ə.Əzimzadənin əsərlərinin əsas
mövzusunu sosial təzadlar, adətlər və xalqın məişəti təşkil
edirdi. O, öz əsərlərində mənfi
surətləri gah kəsərli yumor, gah yumşaq kinayə ilə kəskin satira atəşinə tutub. Çəkdiyi “İt boğuşdurma”, “Kişi
arvadını döyür”,
“Varlı evində
toy”, “Su üstündə dava”,
“Köhnə bakılılar”
kimi əsərlərində
müxtəlif sosial təbəqələrə məxsus
tiplərin iç üzünü açaraq
qadın hüquqsuzluğuna,
ədalətsizliyə qarşı
çıxış edib.
Rəssam satirik şair Mirzə Ələkbər
Sabirin “Hophopnamə”sinə
çəkdiyi illüstrasiyalarla
(1914) kitab qrafikası
sənətinin də
əsasını qoyub. Onun teatrlara
çəkdiyi geyim eskizləri və dekorasiyalar Azərbaycan rəssamlığının bu
sahədəki inkişafına
xüsusi təkan verib.
Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi
sərgisi 1940-cı ildə
təşkil olunub. Bakıda keçirilən
birinci sərgidə tamaşaçılar rəssamın
1200-dən çox əsərinə
tamaşa edib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan
Rəssamlıq Texnikumunda
müəllim, 1932-1937-ci illərdə
isə direktor olub.
Əzim
Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib.
Bakı Rəssamlıq Texnikumu və Bakı küçələrindən biri
onun adını daşıyır. Yaşadığı
evdə rəssamın
ev muzeyi
açılıb, evin
yaxınlığındakı bağda büstü qoyulub.
Hürriyyət.- 2021.- 8-10 may.-
S.14.