Qərbi Azərbaycanın coğrafiyası…

 

 Hidroqrafik şəbəkəGöllərSututarlar…”

 

IV yazı

 

Qərbi Azərbaycanın dağ göllərinin əksəriyyəti buzlaq-moren (Əyrivəng, Qarakilsə…) sönmüş vukanik-krater  (Göygöl, Əjdahadağ, Ərdanış…)  mənşəli olmaqla yüksək dağ zirvələrində yerləşir. Onların suyunun temperaturu may-sentyabr aylarında 10-15 dərəcəyə qədər, qalan aylarda isə mənfi dərəcədə olmaqla buz bağlayır, qar-buz örtüyü ilə qapanır. Amma dağ çəmən mənzərəsi, dağ-qaya landşaftı ilə əhatələnən, ekoturizm əhəmiyyətini il boyu saxlayan bu göllər mürəkkəb coğrafi-geoloji hidrolandşaft strukturuna malik olmaqla  yanaşı, tarixi keçmişimizin bir parçası kimi qiymətlidir.

Bu baxımdan Göyçə gölünün qərb cənub-qərb hissələrini tutan vulkanik plato bünövrəli Gəyən dağlıq silsiləsinin (uzunluğu 70 km, eni 48 km) ən uca Əjdahadağ zirvəsindəki (3597 m, sönmüş vulkan ocağıdır, Qərbi Azərbaycanda 3-cü uca dağ, Alagöz (4090 m) Qapıcıq (3906 m) zirvələrindən sonra) sönmüş vulkan kalafasında (kraterində) əsrarəngiz mənzərəli, buzlaq, qar sularından törəyən, diametri 200 metrə, dərinliyi 10 metrə çatan Əjdahagöl (mifik-mistik anlamı ifadə edir) sərt yamaclı dağların yaxınlığındadır, ondan şimal-qərbə tərəf 8 km aralıda digər bir sönmüş Göydağ vulkanının kraterində  isə yağış-qar suları ilə qidalanan Göygöl (3032 m hündürlükdə, sahəsi 50 hektar, dərinliyi 15 m, su həcmi 2,5 milyon  kub m.) yaranmışdır. Yaz-yay aylarında bu yerlərin təbiəti xüsusilə mənzərəli olduğundan təbiət həvəskarlarının səyyar düşərgələrinə dağların ayrı-ayrı yamaclarında qatlarında, göllərin sahillərində  rast gəlinir.

Əjdahadağ ətrafındakı dağ yamaclarında (bu silsilə İrəvan şəhəri ilə Göyçə gölü arasında ortalıqadır) Qobustan qayalarındakı rəsmlərin (insan, heyvan təsvirləri, Günəş, Ay şəkilləri) bənzərinə rast gəlinir, sal qaya sıralarındadaşa dönmüş əjdahatəsvirləri ilə məşhurdur, əski Sak-Oğuz tayfalarının sakral irsinin tarixiliyi baxımından həm əcdadlarımızın qədim məskunlaşma məkanı olduğunu göstərir (ərazinin təbii mənzərəsiKitabi-Dədə Qorquddastanında da təsvir edilmişdir).

Bu yüksəklikdən Göyçə gölünün maviliyə bürünmüş aynası, “göydən enmiş göy örtüyünün dalğalanmasıaydın görünür, eləcə bu qatdan baxanda uzaqlarda qədim Oğuz-Türk yurdunun Ağrı dağ (5137 m), Alagöz dağı, Qapıcıq dağı, Qarabağda Böyük İşıqlıdağ (3552 m), Qırxqız dağının Qızqala zirvəsi (2843 m)…dabaşı çalmalı-ağ örpəkli, çənli-dumanlıucalığı ilə göz oxşayır.

Zirvədən şimal-qərbə 5 km-lik məsafədə Üçtəpə dağının (3307 m) ətəklərində, subalp alp çəmənlikləri landşaftında da  buzlaq mənşəli (yeraltı sularla qidalanan) xırda göllərə  rast gəlinir.

Təsadüfi deyil ki, Əjdahadağ-Göydağ-Üçtəpə hövzəsi mühafizə edilən Xosrov Dovlət Qoruğunun şimal hissəsindədir.

Əjdahadağın ətəyində (cənub-qərbə cənuba doğru 35 km aralıda), dağ çölləri qurşağında, Azıx çayının (55 km uzunluqda, su toplayıcı hövzəsinin sahəsi 572 kv.km) sol qolu olan Əyriçay çayının mənbəyindən 10 km şərqə doğru 2620 m yüksəklikdə buzlaq, qar, yağış yeraltı su laylarından qidalanan tektonik mənşəli Kilsə gölü yaranmışdır, sahəsi 30 hektar, dərinliyi 15 metr olmaqla. Azıx Kilsə çayları Qəmərli şəhərindən şimal-qərbə 15-16 km aralıda birləşərək suvarma, enerji istehsalı balıqçılıq məqsədilə Azıx su anbarı 1976-cı ildə yaradılmışdır.

Ağrı vadisinin, Qəmərli nahiyəsinin 9-10 min hektar kənd təsərrüfatı təyinatlı torpaqların suvarılmasında böyük əhəmiyyətə malik olan bu süni su hövzəsi 1050 metr yüksəklikdədir, sahəsi  285 hektar (2,85 kv.km)   hidrohəcmi 70 milyon kub metrdir.

Azıxhidrotoponimi əski Oğuz-Sak-Peçenq tayfalarından olan e.ə. I minillikdə Göyçə gölü ətrafında, Gəyən dağı hövzəsində məskunlaşmış türkdilli Aza, Azıq, Azoxetnoqəbilələrin adından yaranmışdır, onların ulu əcdadlarının, sələflərinin bir qolu 8-10 min əvvəl Qarabağda Azıx mağarasında yaşamış tayfalardan olmuşdur. Bu barədə Rusiya EA-nın N.N.Mikluxo-Maklay adına Etnologiya antropologiya institutunun alimləri, akademik V.A.Tişkovun (1941) professor V.A.Şnirelmanın  (1949) Cənubi Qafqazın etnoqrafiyası ilə bağlı elmi-nəzəri tədqiqat nəticələrinə əsasən fikir yürütmək olar.

Digər bir Göygöl Dilican vadisində qədim tarixə malik Qoşakilsə kəndindən 2 km  cənub-şərqə, meşə-dağ ərazisində, bulaq yağış sularının toplanması nəticəsində yaranmışdlır, Dilican Milli pakında, Incədərəsi Denraloji parkında 2-3 km cənub-qərbdə.

Qoşakilsə kəndi qədim Alban mədəniyyətinə (X-XI əsr yaşlı) malik  abidələri ilə tanınır, adının mənası da bu irslə bağlıdır, bu barədə Alban tarixçisi Mixitar Qoşun (1130-cu ildə Gəncə şəhərində doğulmuş, 1213-cü ildə bu kənddə vəfat etmişdir) “Alban salnaməsiəsərində bildirilir.

1865-ci ildə Tiflis şəhərində nəşr edilənRusiya İmperiya coğrafiya-statistika lüğəti”ndə göstərilir ki, əhalisi bütünlükə türklərdən ibarət olan Qoşakilsə kəndində 18 “tüstüvar, əhalisinin sayı 113 nəfərdir.

Sanki Azərbaycanın bütün Göygöllərinin ümumi gözəlliyini özündə cəmləşdirmişdir-mavi, lacivərd suları, Günəş şüalarını əks etdirən ayna səthi, cazibədar ətraf yaşıllığıDəniz səviyyəsindən 1400 m yüksəklikdə olan bu gölün sahəsi 0,8 hektardır, dərinliyi 8-10 metrə çatır, uzunluğu 100 m, eni 80 m, su ehtiyatı 1500 kub metrdir.

El arasında Oğuz igidlərinin qəhrəmanlığı sevgisinin bu göllə bağlı çoxsaylı rəvayətləri hələ yazılı ədəbiyyatda yaddaşlarda yaşamaqdadır.

Qərbi Azərbaycanın ən yüksək dağ silsiləsi olan Alagöz dağında (4905 m) buzlaq-moren mənşəli Qaragöl gölü 3250 m yüksəklikdədir, sahəsi 30 hektar, dərinliyi 9-19 metrə çatır, qışda donur, məşhur qızıl balığın yayıldığı su hövzəsidir.

Yüksək dağ çölləri-çəmənləri landşaftında yaranan bu gölün qərb hissəsindən, 1400-1500 m yüksəklikdə, İnəkli kəndi yaxınlığından  axan çay 13 km-dən sonra Araz çayına tökülür.

1880-ci il nəşri olanQafqaz haqqında məlumat toplusu”nda göstərilir ki, 1873-cü ildə İnəkli kəndində 23 ailə yaşayıb (onlardan 20-si müsəlman-türk ailəsi olmaqla 117 nəfər 3 hay aiəlində 14 nəfər olmaqla).

Zəngi-Vedi çayları hövzəsinə aid olan vulkanik-dağ göllərinin mənzərəsi təbii gözəlliyin bir parçasıdır, ekoturizm mənbəyidir, onların yatağından süzülən su laylarının üzə çıxması nəticəsində Gərni çayı (İrəvan şəhəri bu çayın sağ sahilindədir) yaranmışdır (Zəngi çayının sol qolu).

Gəyən dağının ətəyində, 2010 m yüksəklikdəki qədim yurd ocağımız olmuş Qaraqala kəndinin (İrəvan şəhərindən 20 km məsafədə) şərqində (2-3 km aralıda) yağış-qar sularının toplanmasın nəticəsində Qaraqala su anbarı tikilmişdir, 1970-ci illərdə. Süni su hövzəsi olan bu hidroqovşağ ətaraf nahiyələrdəki əkin sahələrinin suvarılması məqsədini daşımışdır.

1970-ci illərdə Göyçə gölünün səviyyəsinin aşağı düşməsinin qarşısını almaq üçün Arpa çayı sahilində, Dərələyəz mahalının Istisu nahiyəsinin qədim Quşçu kəndi yaxınlığında Quşçu su anbarının  tikiintisinə başlanılmış, Basarkeçər dağ silsiləsindən 40 km-lik tunel qazılaraq bu anbardan su nəql edilmişdir (hövzədə balıqçılıq təsərrüfatı da yaradılıb).

Quşçu su anbarı 1950 m yüksəklikdə, sahəsi 145 hektar, sahil xətlərinin uzunluğu 8,5 km, dərinliyi 20 metr, su ehtiyatı 23 milyon kub metrdir. Quşçu kəndinin əski müsəlman-türk əhalisi 1918-1920-ci illərdə hay kilsəsi daşnak qüvvələri tərəfindən amansız qırğınlara məruz qaldığından boşalmış, oraya xarici ölkələrdən  gətirilmiş haylar yerləşdirilmiş, kənd etnotoponimi 1946-cı ildə dəyişdirilmişdir.

Başlanğıcını Qarabağ yaylasının şimal-qərb yamaclarından alan Bazarşayın (Həkəri çayının sağ qolu, uzunluğu 178 km) yuxarı axarlarında, çayın üstündə Qalaçıq kəndindən 2-3 km şimal-qərbə tərəf hidroenerji məqsədilə tikilən eyni adlı kaskad su anbarından şimal-qərbdə olan Quşçu su anbarına da 9-10 km-lik yeraltı su xətti birləbirilib ki, bu da ümumilikdə Bazarşay hövzəsinin Göyçə gölü ilə sünii əlaqəsinin yaranmasına səbəb olmuşdur.

Qərbi Azərbaycanın zəngin hidroqrafik ehtiyatının təbii, coğrafi tarixi məlumatlarla bilgiləndirilməsi, eləcədə ekoloji-iqtisadi dəyərləri barədə növbəti yazılarımızda.

R.S. Hay kilsəsi adlarını yuxarıda çəkdiyimiz göllərin-hidrotoponimləri dəyişib, xəbis xislətinə uyğun olaraq Əjdahagölü  Daş gölmənasında “Kari liç”, GöygölüAkna liç”, Qaraqala su anbarınıVişapaliç”, Kilsə gölünüVank”, Azıx çayınıAzat”, Əyriçay çayınıQoxt”, eləcə Əjdahadağ zirvəsiniAjdaak”, Böyük İşıqlı dağını “Mets İşxanasar”, Ətcələr dağınıAtcasar”, Qəmərli nahiyəsiArtaşat”, Qoşakilsə kəndiniQoş”, İnəkli kəndiniAntarut”, İstisu şəhəriCermux”,  Quşçu kəndiniKeçut”, Quşçu su anbarınıKeşut su anbarı”, Qalacıq su anbarınıSpandariyan su anbarı”, Qalacıq kəndiniSarnakunkBazarçay çayınıVorotan”… adlandırıb.                                                             

 

Qismət  YUNUSOĞLU,

Bakı Dövlət Universitetinin müəllimi

 

Hürriyyət.- 2021.- 22-24 may.- S.14.