Əhməd bəy Ağaoğlu Avropada qalmaq
təklifindən niyə imtina etmişdi…
19 may Azərbaycan
və Türkiyənin
milli düşüncə
və mücadilə tarixində önəmli yeri olan dahi
mütəfəkkir, istedadlı
qəzetəçi, bənzərsiz
ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anım günüdür.
M.Ə. Rəsulzadənin
onun vəfatı ilə əlaqədar
1939-cu ilin mayında qələmə aldığı
aşağıdakı cümlələr
Əhməd bəyin ömür və mübarizə yolunu, fikrimizcə, tam dolğun əks etdirir:
“Əhməd bəyin
şəxsində biz, türk
təfəkkür və
yazısnın ən canlı və həyəcanlı bir simasını, Avropa qəzetəçiliyinin Şərqdə
çox qüvvətli
bir nümayəndəsini
və Yaxın Şərqdəki tarixi Avropalaşma hərəkatının
ən səmimi ideoloqunu qayb etdik.
Onunla əməkdaşlıq etmiş
bir adam
sifətilə, mərhumun
əsrin başlanğıcındakı
qəhrəmancasına çalışmalarına
yaxından aşına
bir adam sifətilə söyləyə
bilərəm ki, o zamankı qızğın
sənələrdə Əhməd
Ağaoğlu qədər
heç bir adam milli hərəkat
və milli dava cəbhəsinin atəş xəttində
bulunmamışdır.
Bütün düşmən propaqandaçılarının
o dövrdə ən çox vurduqları və hər türlü ittihama hədəf aldıqları
şəxsiyyət – Əhməd
Ağaoğlu idi”.
1894-ci ildə Parisdə
təhsilini başa vurub vətənə dönən Əhməd bəy Ağaoğlu öncə Tiflisdə yaşamağa qərar verir. O, yerli gimnaziyada
fransız dilindən dərs deyir, eyni zamanda da,
“Kavkaz” qəzeti ilə əməkdaşlığını
davam etdirir. Maraqlıdır, o dönəmin
görkəmli filosof və şərqşünaslarından
biri olan Ernest Renan tələbəsi Əhməd
bəyə təhsilini
başa vurduqdan sonra həmişəlik Avropada qalmağı məsləhət görür:
“Sən dünya
miqyaslı alim olmaq imkanına malik bir insansan,
məmləkətinə qayıtma. Şərq səni
udacaq”.
Ə.Ağaoğlunun sevimli müəlliminin bu təklifinə cavabı isə qısa və qəti olmuşdu: “Şərqin də oxumuş insanlara ehtiyacı var. Sizdən öyrəndiklərimi
məmləkətimdəki soydaşlarıma öyrədəcəyəm”.
Bu baxımdan Tiflis, Qafqazın
siyasi və mədəni mərkəzi
olsa da, Azərbaycanın hüdudlarından
kənarda yerləşirdi. Əhməd bəy
isə vətəninə
xidmət etmək istəyi ilə geri dönmüşdü.
Bunun üçün isə xalq kütlələrinin içində, onlarla birbaşa təmasda olmaq gərək idi. Görünür
ki, elə bu səbəbdən də, o, iki il Tiflisdə
yaşadıqdan sonra,
1896-cı ildə doğma
Şuşaya qayıtmaq
qərarına gəli.
Əhməd bəy Şuşada, yerli realnı məktəbdə müəllimlik
etməyə başlayır. Azərbaycanın görkəmli dövlət
xadimi və yazıçısı Yusif
Vəzir Çəmənzəminli
də həmin illərdə bu məktəbdə təhsil
alırdı. O xatırlayır
ki, təhsil müəssisəsində “direktor
və bütün müəllimlər rus idi. Yalnız fransız dilindən
Əhməd bəy, alman dilindən isə bir erməni
müəllim dərs
deyirdi. Müəllimlərin arasında erməninin
olması tamamilə təbii idi, çünki onlara icazə verilirdi, türklər isə belə bir hüquqa
malik deyildilər.
Bu səbəbdən, Əhməd bəyin müəllimliyi istisna idi”.
Ə.Ağaoğlu pedaqoji fəaliyyətlə
kifayətlənməyərək, şəhərin ictimai-mədəni
həyatında fəal
iştirak edir, imkanı daxilində xalq kütlələrinin maarıflənməsinə və
yerli müsəlman toplumunun tərəqqisinə
yardım göstərməyə
çalışır. Məsələn, Şuşanın türklər
yaşayan hissəsində
ilk qiraətxana və
kitabxananın əsasını
1896-cı ildə Əhməd
bəy qoymuşdu.
Bu fəaliyyətinə görə həmyerliləri
onu “Firəng Əhməd” deyə çağırırdılar.
Aydındır ki, Ə. Ağaoğlunun bu fəaliyyəti patriarxal adət-ənənələrin
hələ də hökmranlıq etdiyi Şüşa kimi bir əyalət şəhərində müəyyən
dairələri açıq-aşkar
qıcıqlandırırdı. Xüsusilə
də ona görə ki, Avropada təhsili almış Əhməd bəy, eyni zamanda, islam dini “bilici” və
“mütəxəssis”lərinə dərs vermək fürsətini də əldən qaçırmırdı.
Üstəlik, Əhməd bəy
sadəcə savadlı
və zəkalı deyildi, həm də istəniklən situasiyada özünü müdafiə etmək iqtidarında olan fiziki cəhətdən güclü bir insan idi.
Y.V. Çəmənzəminli yazır
ki, Əhməd bəy “islam və türk tarixinə hər kəsdən artıq vaqif idi... Məclisdə danışanda håç bir mîlla cəsarət ådib înun fikirlərinə qarşı
çıxa bilmirdi.
Əhməd bəy sərt
və əsəbi bir adamdı, bilxassə bəylərin qudurğanlıqlarına dözə
bilməzdi, înlarla bir məclisdə qarşı-qarşıya
gəldimi, həmişə
dalaşardı, həmişə
də tapançasını
hazır saxlardı”.
Bu bəylər əqli,
mənəvi və fiziki baxımdan özlərindən qat-qat
üstün olan Əhməd bəylə açıq və təkbətək qarşıdurmada
gücsüz olduqlarını
yaxşı anlayır
və müxtəlif iyrənc üsüllarla ondan intiqam almağa
çalışırdılar. Belə ki,
bir gün înu təhqir åtmək
məqsədilə klubdan
şapkasını və
paltîsunu îğurlatmışdılar və
o, åvinə
başıaçıq dönməyə
məcbur îlmuşdu.
Əhməd bəy Qarabağın tanınmış nəsillərindən
birinin nümayəndəsi
olan Əbdürrəhman
Vəzirovun qızı
Sitarə xanımı
məhz Şuşada görüb sevmişdi. Lakin Sitarə xanımın olduqca tərs və şıltaq qadın olan anası öz qızını adət-ənənələrə,
eləcə də, mövcud dini normalara qarşı çıxan “Firəng Əhməd”ə verməkdən
qətiyyətlə imtina
etmişdi.
Bu izdivac yalnız
Sitarə xanımın
anasının vəfatından
sonra, 1902-ci ildə baş tutdu. Sitarə xanım
ömrünün sonunadək
Əhməd bəyə
sadiq və vəfalı həyat yoldaşı oldu. Baxmayaraq ki, Səməd Ağaoğlunun da qeyd etdiyi kimi,
valideynləri tamamilə
fərqli xarakterlərə
malik idilər. Sərt, əsəbi, şıltaq
xasiyyətli Əhməd
bəydən fərqli
olaraq, Sitarə xanım yumşaq və üzüyola təbiətə sahib idi,
öz hiss və həyəcanlarını cilovlamağı
bacarırdı. Sitarə xanım
məhz bu keyfiyyətləri sayəsində,
ərinin mürəkkəb
təbiəti səbəbindən
mütəmadi olaraq ortaya çıxan problemləri yoluna qoymağı, ailədə
rahatlıq və hüzuru təmin etməyi bacarırdı.
Üstəlik, Səməd Ağaoğlunun
vurğuladığı kimi,
“otuz üç sənəlik yoldaşlığında,
ta gözlərini əbədi olaraq qapamasından yarım saat əvvəlinə qədər, ərinin ən qüvvətli mücadilə dayağı
oldu”.
Səməd Ağaoğlu yazır ki, “anam, hamımız
üçün fırtınalı
dənizlərdən qaçaraq
sığındığımız xoşbəxtlik və dincəlmə limanıydı”.
Aydın Balayev,
tarixçi
Hürriyyət.- 2021.- 27-28 may.-
S.13.