MURADIN
VƏTƏN SEVGİSİ
Sentyabrın
16-da son görüş zamanı Murad "Ana, mən şəhid
olacam", Xavər ana isə cavabında "Oğlum sən
general olacaqsan", - deyib. Ancaq ananın yox, Muradın arzusu
çin olub...
Qəhrəmanlar
anadan elə qəhrəman doğulurlar. Əgər elə
olmasa, onlar peşələrin ən çətini, ən məsuliyyətlisi
olan hərbçi peşəsini seçməzlər. Həyatlarının
ən qayğısız zamanlarında ana köksündən,
isti ev-eşiyindən ayrılıb, hərbi məktəbə
yollanmazlar. Hərbçilər bu yola addım atdıqları
yolun dönüşünün necə olacağını yaxşı
bilirlər. Kimisinin ömür və döyüş
yolları uzun olur, kimisində isə qısa. Muradın
ömür yolu 23 il, müharibə ilə nöqtələnən
hərbçi kimi qət etdiyi yol isə 9 il olmuşdur. Onun hərbçi
peşəsinə vurğunluğu 2014-cü ildə
yazdığı bu sətirlərdən duyulur.
VATAN
UĞRUNA
14
yaşında giydik üniformayı cılız bedenlerimize,
Gençliğimizi
harcadık Vatan uğruna.
Ama
hiçbir zaman keşke demedik biz,
Siz
sıcak yataklarınızda uyuyun diye.
Bakmayın
gülüp eğlendiğimize.
Siz
gezip tozarken, biz ayağımız yara-bere içinde eğitim
yaptık.
Siz
sevgilinizle müziğin ritminde kendinizi kaybederken,
Biz
düdük sesiyle kollarımız parçalanana kadar
"Vatan sağolsun!" diyerek süründük.
Siz
alkolden üç kuruşluk insanların kollarına
düşerken,
Biz
yanı başımızda susuzluktan bir heykel gibi yerlere
yapışan adamlar gördük.
Siz
“aşk” dediniz, biz “Vatan” dedik.
Ne
yaptıysak olmadı,
Kötü
olan yine biz olduk.
Olsun,
biz yine susar, bir sigara daha yakarız.
Ama
şunu asla unutmayın:
Şayet
bir gün güneş bizimle doğup, bizimle batmazsa,
Sizin
için de artık güneş doğmayacaktır.
Müəllif:
Nağıyev Murad
İstanbul,
Türkiyə
4
fevral 2014
Nağıyev
Murad Mayıl oğlu 9 fevral 1997-ci ildə Qazax rayonunda anadan
olmuşdur. Ailədə üç oğul övladından
sonuncusu, valideynlərinin istəklisi imiş. Murad hələ
1 yaşını tamam etməzdən öncə ailəsi
Bakı şəhərinə köçmüşdü.
Muradın sonrakı həyatı Bakıda davam etmişdi.
2003-cü ildə Bakı şəhəri Sabunçu rayonu
Bakıxanov qəsəbəsi 271 N-li tam orta məktəbdə
təhsil almağa başlamışdı. Muradın bir
çox özünəməxsus xasiyyəti var idi. Mehriban,
gülərüz, xeyirxah, mərhəmətli olmağı
onu fərqləndirirdi. Elə bu xüsusiyyətlərinə
görə də o hər kəs tərəfindən sevilirdi.
Evlərinin ən balacası idi. Ancaq evlərindən ən
tez uçanda o oldu. VIII sinfi bitirdikdən sonra hərbçi
olmaq niyyəti ilə sənədlərini Cəmşid
Naxçıvanski adına Hərbi liseyə vermiş və
yüksək balla qəbul olmuşdu. Elə bu səbəbdən
də təhsilini davam etmək üçün İstanbulda
Kuleli Askeri Liseyə göndərilmişdi. Orada 4 il hərbi təhsil
aldıqdan sonra Ankara Ali Hərbi Məktəbinə daxil
olmuşdu. Türkiyədə baş verən
iğtişaşlar səbəbindən 1 il sonra vətənə
dönmüş və təhsilini Azərbaycan Ali Hərbi Məktəbində
davam etdirmişdi. Keşməkeşli həyat yolu olan zabit
2020-ci ildə AAHM-i leytenant hərbi rütbəsi alaraq
bitirmişdi. Pandemiya səbəbindən ailəsi həmin
gün Muradın yanında ola bilməmişdi. Daha sonra
Bakıda N saylı hərbi hissədə xidmətə
başlamışdı. Murad tank komandiri kimi fəaliyyət
göstərmişdi.
Hər
oğul anasının bənzər arzuları olur. Oğlunun
sevdiyinə elçi getmək. Oğlunun xoşbəxtliyinə
şahid olmaq. Vağzalı sədası ilə sevincdən
duyğulanmaq və daha nələr-nələr... Xavər ana
da bu arzularının çin olacağı günün
çox yaxın olduğunu düşünürdü.
Heç təsəvvür etməzdi ki, bir gün bu
arzuların nakam ömrünə göz yaşı tökəcək.
Əslində Murad qəlbindəki arzusunu dilə gətirəndə
Xavər ana çox təsirlənmişdi. Sentyabrın 16-da
son görüş zamanı Murad "Ana, mən şəhid
olacam", Xavər ana isə cavabında "Oğlum sən
general olacaqsan" deyib. Ancaq ananın yox, Muradın arzusu
çin olub.
Murad
Vətən müharibəsinin ilk günündən
döyüşlərə qatılanlar sırasında yer
alıb. Füzuli, Cəbrayıl, Horadiz, Hadrut, Zəngilan
uğrunda gedən döyüşlərdə misilsiz
şücaətlər göstərib. "Murad, səni Allaha
əmanət etmişəm" deyən Xavər ana Muraddan
"Ana, bir bilsən, yanımda nə qədər şəhid
var" cavabını alıb. O an Xavər ana Muradın
öndə olduğunu anlayıb. Tank komandiri olan Murad
bütün döyüşlərdə öndə gedib.
Sonuncu dəfə oktyabrın 11-də Murada getməməsini
deyiblər. Ancaq Murad ailəli bir hərbçini tankdan
düşürüb onun yerinə özü minib. Kalonun
önündə gedən tank düşmən tərəfindən
vurulub.
11
oktyabrda qardaşına "Haqqınızı halal edin"
yazıb. O mesajı oxuyan qardaş özünə yer tapa bilməyib.
Edilən zənglərin cavabsız qalması Murada nə isə
olmasından xəbər verirdi. Muradın şəhid
olduğu xəbərini duyan qardaşı bu xəbəri
anasına necə verəcəyini düşünür.
Əvvəlcə Muradın yaralı olması xəbərini
deyir. Ancaq şəhid xəbərini anadan gizlətmək
mümkün deyil. Oktyabrın 19-da gecə Muradın nəşi
məscidə gətirilir. Anasının ürəyi dözməz
deyə anasına bildirmirlər. Oktyabrın 20-də Xavər
ana son beşiyinin bayrağa bürünüb gələn
tabutunu bağrına basır. Oğlunun döyüşdən
qalib əsgər kimi dönüşünü xəyal edən
ana ürəyi külə dönür. 20 oktyabrda Muradın nəşi
II Fəxri Xiyabanda uğrunda can verdiyi torpağa
tapşırılıb. Vətənə layiq oğul olmaq
üçün ömrünün 9 ilini hərbinin sirlərinə
dərindən yiyələnməyə həsr edən Murad zəfərin
səbəbkarlarından biri kimi tarixin yaddaşına həkk
olunub.
Leytenant
Nağıyev Murad Mayıl oğlu Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı
ilə şəhadətindən sonra "Vətən
uğrunda" medalı və "Cəbrayılın azad
olunmasına görə" medalı ilə təltif edilib.
ŞƏHİD MURAD
Ötən
zamanla birgə böyüyür həsrətin də,
Ölümsüzlük
yazıldı sənin bəxt, qismətində,
Neçə
ürək çırpınır qəmin əsarətində,
Sən
olan xoş çağları Murad, unutmaq olmur,
Sənin
qəlbdəki yerin dolmur şəhidim, dolmur.
Sən
ömrünü vətəni yaşatmaqçün
yaşadın,
Açılan
hər səhəri "Vətən" deyib başladın,
Həsrətli
torpaqları əzizləyib, oxşadın,
Əllərinin
istisi donub torpaqda qaldı
Cismin
torpağa döndü, ruhun göyə ucaldı.
Qəlblərdə
yaşayırsan elin şəhid balası,
Zamanla
da sağalmaz qəlbin şəhid yarası,
Biz
bilirik cənnətdi şəhidlərin dünyası,
Cənnətinin
nuruna qərq olub Azərbaycan
Özü
dünyadan köçüb, adı tarixdə qalan.
Manya SƏXAVƏTQIZI
Hürriyyət.- 2021.- 23 noyabr. S. 7.