Məktəblinin inkişafında teatr qüdrətli tərbiyə vasitəsidir

 

Bir-birinə məsuliyyət hissi olan insan toplumu heç şübhəsiz ki, mədəni bir toplumdur. Birliyi və həmrəyliyi olmayan, bir-birinə qarşı məsuliyyət hissindən məhrum olan insan kütləsi isə toplum deyil, sadəcə yığındır. Sağlam bir cəmiyyət bünövrəsinə qovuşmanın müxtəlif qanunları vardır ki, bu da iqtisadı qanunlardan psixoloji qaydalara qədər uzanıb gedir. Amma bütün bu qayda qanunların mənbəyində birlikdə yaşayan insanların öz mədəni həyatı və güzaranını sağlam təməllər üzərində qurması xüsusilə vacibdir. Bir cəmiyyət olaraq mədəni səviyyə ilə çağdaş birləşməni tapmaq, mədəni həyatı yurdun hər yanında bərabər şəkildə paylaşmaq, köklü mədəni səviyyələrdən yeni səviyyələrə doğru meyl etmək cəhdi, insanları toplumu yaralayan mədəni boşluqlardan, kəsirlərdən uzaqlaşdırır. Kütlənin sabahını, gələcəyini təminat altına almaq istəyiriksə, ilk növbədə uşaqlarımızın təlim və tərbiyəsindən başlamağa start verməliyik. Bu anlamda orta məktəblərdə teatr sənətinin tədrisi prosesi pozitiv nəticələrin əldə olunması üçün geniş perspektivlər aça bilər.

 Təəssüf hissi ilə qeyd etməliyik ki, bəzi orta məktəblərdə hümanitar elmlərə, xüsusilə incəsənətə və onun ayrılmaz tərkib hissələri olanaktyorluğa, rəssamlığa, musiqiyə, heykəltaraşlığa meyl edən şagirdlər texniki və dəqiq fənnlər üzrə dərs deyən müəllimlər tərəfindən bəzən “sındırılır”, sözün tam mənasında şikəst edilirlər. Riyaziyyat, fizikaya  kimya üzrə dəqiq elmlərin tənliklərindən, radikallarından, iks və iqriklərindən əziyyət çəkən, bunu bir türlü qavramaqda çətinliyə məruz qalan, lakin şeir oxumağa, hekayə yazmağa, aktyorluq etməyə istedadı və  qabiliyyəti olan şagirdlərin dəqiq elmlər üzrə müəllimlərinə istək və tövsiyəmiz budur ki, incəsənət meyilli fövqəladə bacarıq və istedada malik olan gənclərə güzəştə gedib həmin müəllimlərin təbiri ilə desək, ən azından “tramvay altında qalmış sınıq-salxaq”  3 verməklə sənət aləminə qədəm qoymalarına mümkün qədər imkan yaratsınlar. Nəzərə alaq ki, cəmiyyətə pifaqorlar, nyutonlar, edisonlar, eynşteynlər nə qədər  vacibdirsə bir o qədər də üzeyirlər, sabirlər, şərifzadələr vacibdir. Etiraf edək ki, bütün dünyaya bir ölkənin maddi və mənəvi sərvətlərini alimlər tanıtdığı kimi, incəsənət xadimləri də tanıdır və tanıtmaqdadır.

     Beləliklə, şagirdlərin dünyagörüşünün formalaşmasında teatrın təsir gücündən düzgün istifadə etməyə çalışan müəllim ən azı aşağıdakıları nəzərə almalıdır:

 

     1. Teatr dərslərinin tədrisi prosesində şagirdlər ədəbi qəhrəmanın daxili aləmini, onların hansı ideal uğrunda mübarizə apardıqlarını, əsərin ideyasını və mahiyyətini aydın şəkildə başa düşməlidirlər.

     2. Şagirdlər pyeslərdəki müsbət qəhrəmanların vətənə, xalqa sonsuz məhəbbətini müəyyən epizodlarla izah etməyi bacarmalıdırlar.

     3. Şagirdlər pyesin qəhrəmanlarının mənəvi zənginliyini, əxlaqi saflığını duymalı və onlardan nümunə götürməyə çalışmalıdırlar.

     4. Məktəb proqramına uyğun tədris olunan dramaturqlarımızın və yazarların əsərləri, eləcə də dramaturji əsərlərin ideyası uşaqlarda vətənpərvərlik, beynəlmiləlçilik, humanizm, xeyirxahlıq hisslərinin möhkəmləndirilməsi üçün istiqamətverici qüvvəyə çevrilməlidir.

 

     Orta məktəblərdə keçiriləcək teatr dərslərində yaxşı olardı ki, yazarın dövrü, ədəbi mühiti, müasirləri haqqında məlumat verilsin. Məlumdur ki, hər hansı bir görkəmli sənət əsəri müəyyən tarixi şəraitdə yaranır və öz  dövrünün xüsusiyyətlərini  özündə əks etdirir. Ona görə də dərsdə yaradıcılığının öyrənilməsinə yer verilən sənətkarın, dramaturqun həyatını, ədəbi fəaliyyətini daha dərindən başa düşmək üçün iqtisadi- siyasi, tarixi məlumatları bilmək də mühüm əhəmiyyətə malikdir.

     Azərbaycanda ilk uşaq və məktəb teatrının yaranmasından bu yanaaz, nə çox iyirmi il keçir. Respublikanın Əməkdar artisti İntiqam Soltan əsrin əvvəllərində uşaq teatrının ərsəyə gəlməsi üçün ciddi şəkildə çalışmalar aparmış və nəticədə öncə “Körpəm”, daha sonralarUşaq teatrı” və nəhayət  Uşaq və Gənclər Teatrı” adlı etikestetik tendensiyalara yönəlik  diqqət çəkici, mahiyyətcə ictimai-əxlaqi və  tərbiyəvi önəmi olan maraqlı bir teatr müəssisəsi yaratmışdır. Onun gərgin əməyini istisna etmək şərti ilə bunu söyləmək mümkündür ki, səhnə üzərində uşaqlara uyğun, uşaqların dünyasını, onların düşüncə və hisslərini, habelə duyğu yaşamlarını, yaradıcılıqlarını, paylaşmaiştirak etmə tələbatlarını təmin edən çalışmalar ara-sıra nəzərə çarpırdı və bu da əlbəttə, uşaq teatrı mövzusunda elmisistematik bir layihə və  çalışmaya gedilməmiş olması ilə izah edilməlidir. Elmisistematik çalışma isə teatr xadimlərinin – aktyorların və rejissorların psixoloqsosioloqlarla birgə əməkdaşlıq etməsi ilə gerçəkləşə bilərdi. Uşaq və məktəb teatrının necə olması zəruriliyi yalnız birgə və ortaq çalışma nəticəsində ərsəyə gələ bilər. Pedaqoq, psixoloq  və sosioloqların elmi kəşfləri, uşaq və məktəb teatrı ilə məşğul olmaq istəyən teatr xadimlərini doğrusağlam bir yola yönləndirməyə qadirdir.

 

                                       ***

     Təlim-tərbiyə üzrə mütəxəssislərin və psixoloqların araşdırma və tədqiqatlarından çıxardığımız nəticədə məktəb teatrını iki yaş qrupunu nəzərə alaraq nizama salmaq daha məqsədəuyğundur.

     Yaş qrupu 7-12 yaşlarında olan uşaqlar- ibtidai sinif dönəmi; yaş qrupu 12-15 yaşdaha yuxarı yaşlarında olan şagirdlər – orta məktəb dövrü.

     7-12 yaşında olan məktəblilərdə daxildən zahirə doğru sürətli bir gəlişmə hiss olunur. Bu yaşda olan şagird öz həyatını tədricən başqaları ilə daha artıq şəkildə bölüşməyə başlayır. Kollektivçilik hissi, ya da bir arada mövcud olma duyarlığı artarşagirdin çevrəsinə və ətrafına olan səy və əzmi geniş bir vüsət alar. Belə bir dönəmdə məktəbli başqaları ilə olan  münasibətində daha qətidir, məsələn, bir tək hərəkətindən dolayı hər hansı bir həmyaşıdı ilə münasibətlərinə son verə bilər və ya onu sevə də bilər. Bu onun öz fərdiyyəti ilə kollektiv arasında şüurlu bir əlaqənin olması mənasına gələr: Məktəbli kütlənin bir parçası olduğunu artıq dərk etmişdir.

      Bu yaşda olan məktəblinin öyrənməyə və hər şey haqqında sual verməyə böyük meyli vardır. Uşaq bu yaşlarda öyrəndiklərinin, həyatda gördüklərinin külliyyatı ilə yaradıcılığa daha geniş miqyasda can atar. Elə buna görə də bu yaş qrupundakı məktəbli ətraf mühitlə təmasa keçərkən teatr onun üçün təməl bir vasitəyə çevrilir. Bu yaşdakıları yetişdirmədə böyük  əhəmiyyəti olan güvən və dostluq  duyğuları məktəblidə  öyrənməkdən həzz alan bir vəziyyət yaradarbu həzz duyğusunu  onlara təlqin etməkdə ən böyük rol da teatrın payına düşür. Lakin bu yaş qrupunun  teatrı birdən-birə, aşılama teatrı olmamalıdır. Bu yaşda olanların teatrının ən böyük  xüsusiyyəti    AXTARIŞ və  KƏŞF əməliyyatı ilə meydana çıxar. Həm də bu dəfə daha ətraflı və daha geniş axtarış-kəşf olmalıdır ki, bu da əsas məsələnin – yaradıcılığın ortaya çıxmasına imkan yaratsın.

     Bu yaşda olan məktəblilərlə hazırlanan tamaşa onların yaşına uyğun olmalı, düşüncəli şəkildə hazırlanmalıdır. Məktəbli bu düşüncəli tərzdə qurulmuş  tamaşanın müqabilində  ağıllı bir şeylər söyləyə bilməli və düşünərək təpki göstətməyi bacarmalıdır. Yalnız bu halda məktəbli teatrdan həzz almağa qadirdir. Bunu həyata keçirmək üçünsə səs və musiqidən bol-bol istifadə edilməlidir, çünki bu yaşdakı uşaqların səs və musiqiyə olan meylləri artmış, ayrıca özləri müxtəlif  melodiyaları oxumaq qabiliyyəti əldə etmişlər.

      II. Yaş qrupu 12-15 yaşlarında olan məktəblilərlə prinsipi nisbətən fərqli olmalıdır. Bu yaş qrupuna mənsub məktəblilərlə pyesin mətni üzərində çalışıla və səhnədən istifadə oluna bilər. Bu mərhələdə teatr uşaq ilə böyük teatrı arasında körpüdür, amma necə olsa da yenə də bir uşaq teatrıdır. Daha zəngin, daha yetkin, daha ustalıqla ortaya çıxarılmış bir teatrdır, çünki məktəbli istər-istəməz səhnəyə çıxmağa xüsusi bir maraq göstərir, mənəvi aləminə daha çox çəkilərək ətrafını tədqiq etməyə, baş verənlərə qarşı tənqıdı münasibətlə, həssaslıqla yanaşmağa başlamışdır. Elə buna görə də səhnədə onun bu durumuna uyğun estetik şərait yaradılması xüsusilə zəruridir.

     Bu yaşda olan məktəblinin ayrı-ayrı mövzulara istiqamətlənməsi də təbiidir. Mövzuda dərinlik, pyesdə isə dinamika olmalıdır. Bu mərhələdə məktəblilər ümumən gələcəyə qarşı müəyyən dərəcədə şübhəlidirlər və elə bu səbəbdən də təminat, dayaq, sürəklilik istəyi ilə yaşayarlar. Bunu nəzərə alaraq hazırlanan pyesin mövzusu dəqiq olmalı, şəffaf bir oyun düzəni ilə gerçəkləşdirilməlidir. Qeyri-mıəyyən olan, bulanıq görünən hər bir şey bu yaş qrupundakıları narahat edər. Onlar xüsusilə həddi- buluq  dövrünə  girdiklərindən zahiri yaşantıları ilə müqayisədə daxili və mənəvi yaşantıları  baxımından  daha irəlidə olurlar.

     Bu mərhələdə məktəblilər çox dəyişkən bir ruhi vəziyyət  içərisində olurlar, belə ki, bəzən yetişkin bir insana, bəzən də uşağa çevrilirlər. Yetişkinlik və uşaqlıq arasında bir növ var-gəl edir, müəyyən ziddiyyət və düşüncələr içərisində yaşarlar: bir də baxarsınız ki, güclü, qüvvətli dərhal da ardından qeyri-sərbəst, bəzən fərəhli, az sonra kədərli, güvən duyğusu ilə alışıb yanan, ya da utancaq və cılıza çevrilirlər. Bir an maraq göstərdikləri bir şeyə az sonra laqeyd və sıxıntılı bir şəkildə yanaşarlar. Bu  ziddiyyətlər birdən-birə yaranar. Ona görə də bu yaş qrupu üçün səhnə üzərindəki müxtəliflik cazibəli görünər. Rənglər, işıq-kölgələr, , söz-dialoq, düşüncə-hərəkət müxtəlifliyi maraq doğurmaya bilmir. Maraqlıdır ki, bu mərhələdə qız uşaqları müxtəlif xülyalara qapılar, irəlidə ergənliyə yetmək kimi gizli bir istək duyğuları ilə yaşayarlar. Eynu zamanda oğlan uşaqlarında da özünü kişi kimi görmək hiss və istəkləri sürətlənməyə başlar.

    Beləcə, məktəb teatrının məktəblilərin təlim və tərbiyəsində, əxlaqi-mənəvi dəyərlərin inkişafında, onların gələcəkdə yetkin bir şəxsiyyət kimi inkişafında rolu əvəzolunmazdır. Teatrın gücü də bundadır. Teatr keşmişiindini göstərməklə, eyni zamanda bizim nəzərlərimizi gələcəyə də çevirir. Professional teatr, xalq teatrları, dram dərnəkləri kimi məktəb teatrı da eyni ilə bu məqsədi güdür və həmin teatrlarla bərabər ideyalı sənətə, xalqın estetik tərbiyəsinə xidmət edir.

 

Xəzər GƏNCƏLİ

Hürriyyət.- 2021.- 23 noyabr. S. 13.