ZƏFƏR YOLÇUSU
Şəhid İmran Qurbanovun
döyüş yolu…
Əgər bir ölkə müharibə
adlı müsibəti
yaşayıbsa həmin
ölkədə doğulan
körpələr ağılları
kəsən ilk gündən
vətəni yağı
düşməndən qorumağı
düşünürlər. Əvvəl uşaq zəkasının
yetdiyi kimi vətəni qoruyan körpələr yaşadıqları
evi, ərazini, kəndi vətən bilirlər. Sonra vətən sözünün
dərinliyinə daha dərindən vardıqca vətən sevgisinin aliliyi ilə ucalırlar. Körpəlikdən
vətən sevgisini bərabərində böyüdüb,
sevgisi ilə bərabər ucalan bir qəhrəman oğulun vətən deyə addımladığı
ömür yollarına
saldığı izi qədəm - qədəm
dinlədikcə bəzi
cümlələrin nöqtəsi
göz yaşlarım
oldu.
1989-cu il 23 may... Həmin gün
Qurbanovlar ailəsində
sevinc və təlaş eyni anda yaşanırdı.
Ailə
ilk övlad adlı sakinin gəlişinin həyəcanını yaşayırdı.
Həm
ilk övlad, həm də oğul sahibi olmağın sevinci İlqar müəllim və Sədaqət xanımın
çöhrəsindən oxunurdu.
Oğul adlı çırağı
yanan ailə iki qız övladının
da sevincini yaşadı. Ancaq ilk övladın
sevinci bir başqa olur. Bütün ümidlərin açarı
idi İmran. Böyüdükcə yaşatdığı sevinclərin də sayı artırdı.
1996-cı ildə ailə iki övladının
eyni anda məktəbə getməsinin
sevincini yaşadı.
Hər zaman bacılarının qeydinə qalan İmran oxuduğu Bakıxanov qəsəbəsi
725 N - li tam orta məktəbdə ilk dərs
günündən həm
bacısı, həm sinif yoldaşı, həm də parta yoldaşı olan bacısı Səadət xanımın
qeydinə qaldı.
Həyatlarının ən gözəl,
qayğısız illərini
birlikdə keçirən
bacı üçün
İmranı itirmək
sanki hər şeyini itirmək demək idi. Elə orta məktəbdə oxudu zamanlardan İmranın gedəcəyi
yol bəlli idi. Hərbçilərə böyük sevgisi
olan qəhrəman böyüyüb bir gün özü də o müqəddəs
peşəni icra etməyin arzusunda olub. O, bu minvalla VIII sinfi bitirdikdən sonra təhsilini Cəmşid Naxçıvanski adına Hərbi liseydə davam etdirmək qərarına gəlib. Tək oğul olmasına
baxmayaraq ailəsi İmranın vətənə
olan sevgisini bildikləri üçün
onu bu addımda
dəstəkləyiblər. Onlar yaxşı bilirdilər ki, İmranı yaşadan vətən sevgisidir. Liseydə 3 illik təhsilini
başa vurduqdan sonra İmran Azərbaycan Ali Hərbi Məktəbinə qəbul
olub. AAHM - də 4 illik təhsilini leytenant hərbi rütbəsi alaraq başa vurub. Elə həmin il
Təlim və Tədris Mərkəzində
hərbi biliklərini
artırıb. 2012-ci ildə təyinatla Füzuli rayonunda taqım komandiri kimi xidmət edib. Xidməti dövründə bir çox nailiyyətlər qazanıb.
9 il Füzuli
rayonunda xidmət edib. Xidməti dövründə Azərbaycan ordusunun ilk qələbəsi kimi tarixə düşən Aprel döyüşlərində
iştirak edib, həmin döyüşlərdə
yaralanıb. O, döyüşdə
iştirak etdiyini hər kəsdən gizlədib. Lakin şəhadətindən qısa zaman öncə anası bundan xəbər tutub. Bir hərbçi kimi
hər zaman vətənin azadlığını
düşünən İmran
kapitan hərbi rütbəsinə qədər
yüksəlib.
İmran qayğıkeş övlad
olub. O ataya ən çox ehtiyacı olan zaman atasını
itirib. 2020 - ci
il 12 sentyabrda məzuniyyət götürüb
evlərinə gəldiyi
zaman atası dünyasını dəyişib.
Ata həsrətinə tuş gələn ürəyi vətən səngərinə doğru
çırpınıb. Məzuniyyətini yarımçıq qoyub sentyabrın 20-də ani qərarla getməli olduğunu deyib. Hər zaman anasını
bağrına basan İmran bu dəfə
anasına uzaqdan vida edib. Kim bilir o an İmranın
ürəyi necə yanıb. Bəlkə sarılsa ayrıla
bilməyəcəyini düşünüb.
O soyuq vida ürəkləri titrədib.
Son dəfə 26 sentyabrda anasına zəng edərək
"Ana, özünüzdən muğayat olun. Özünə yaxşı bax."
deyib və telefonu söndürüb.
27 sentyabr Azərbaycan xalqının heç zaman yaşamadığı
bir sabah
açılır. Hər kəs
həyəcanla olanları
dilə gətirir.
Dayanmadan
Sədaqət ana və iki bacıları
İmrana zəng edirlər. Ancaq zənglər cavabsız
qalır. İmranın bu səssizliyi doğmalarını qorxudur.
Oktyabrın 10-da Səadət xanıma qeyri rəsmi məlumat kimi qardaşının şəhid olduğu xəbəri deyilir. Bu xəbəri günlərlə
hər kəsdən gizlədən Səadət
xanım sonda anası xaric bu xəbəri yaxınlarına deyir.
Hər kəs İmrandan bir xəbər almağa çalışır.
Lakin heç kim dəqiq
məlumat vermir. Müharibə bitir ancaq İmrandan heç bir xəbər çıxmır. Ailənin ürəyində
İmranın sağ olması ümidi son günə qədər ölmür. "Bəlkə irəlidədi,
bəlkə əsir düşüb" fikirləri
düşüncələrdə təkrarlanır. Ancaq dekabrın
5-də gələn bir
zənglə İmranın
nəşinin tapıldığı
deyilir. Səadət xanım və
Vüsalə xanım
analarına İmran barədə gerçəkləri
demək məcburiyyətində
qalırlar. Həm DNA analizinin
cavabları, həm də İmranın üzərindən çıxan
sənədlərlə İmranın
şəhid olduğu
11 dekabrda öz təsdiqini tapır.
Həmin
gün şəhidin nəşi Bakı şəhərindəki ata
ocağına gətirilir.
Vətən uğrunda canını
fəda edən qəhrəmanın nəşi
11 dekabrda ll Fəxri Xiyabanda torpağa tapşırılır.
İmranın döyüş yoldaşları
onun döyüşdə
göstərdiyi şücaətlərindən
bəhs edərkən
ordumuzun belə bir hərbçini itirməsi gerçəyi
ilə barışa bilmədiklərini deyirlər. Döyüşlər başlanan ilk gündən
mübarizəyə başlayan
İmranın Füzuli
istiqamətində sədlərin
yarılmasında müstəsna
rolu olub. Öz dəstəsi ilə düşmənin bir neçə postunu ələ keçirib.
Sentyabrın 29 - da idarə
etdiyi tankın ətrafında olan zaman düşmən tərəfindən tanka minamyot atəşi açılıb. Həmin
vaxt ayağından qəlpə yarası alan İmran
qanaxmadan şəhid olub.
İllərlə torpağa keşik çəkən İmrana
2 ay torpaq keşik çəkib. 2 aydan
sonra qəhrəmanın
cansız cismi ana torpağın köksünə sığınıb.
Kapitan Qurbanov İmran İlqar oğlu şəhadətindən sonra
ölkə başçısı
İlham Əliyevin sərəncamı ilə
"Vətən uğrunda"
medalı, "Füzulinin
azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Hər zaman tankçı kimi öndə gedən İmran Vətən müharibəsində göstərdiyi
şücaətləri ilə
yaddaşlara həkk olunub. Ondan qalan yadigarı
isə nə bir övlad, nə də bir muraz deyil,
hərbi hissənin həyətində öz əli ilə düzəltdiyi tank maketi,
bir də azad vətəndir.
ŞƏHİD İMRAN
Ruhun qanadlanıb qondu vətənin,
İllərlə talanan viran köksünə.
Bu vətən naminə, bu xalq naminə,
Hər bir çətinliyə sən
gəldin sinə.
Sən elə sevirdin hərb sənətini,
Bütün arzuları qurban etmişdin.
İllərlə səninlə birgə
böyüyən,
Həmin o arzuna o gün yetmişdin.
O gün pozulanda cəbhədə sükut,
Gözlərin önündə şəhid
canlandı.
Döyüş meydanında sən
boy göstərdin,
Pozmadın heç zaman içdiyin andı.
Vətənə tuşlanan həmin
o mərmi,
Həyatla bağını qopardı,
İmran.
O gündən sükutun
hakim kəsildi,
Nə bir zəngin gəldi, nə də bir sədan.
Anan gözlərini yollara dikib,
Çarəsiz - çarəsiz göz yaşı tökdü.
Hər iki bacının ömür - gününə,
Elə bil bitməyən bir zülmət çökdü.
Bitdi müharibə, döndü gedənlər,
Səni gətirmədi uzanan yollar.
"İtkindi, şəhiddi yoxsa ki əsir?"
Rahatlıq vermədi bitməz suallar.
Bayraqlı tabutda geri dönüşün,
Bütün suallara bir nida
qoydu.
Xalqının yolunda can verən
şəhid,
Bu xalq adın ilə hey qürur duydu.
MANYA
SƏXAVƏTQIZI
Hürriyyət.- 2021.- 12 oktyabr.-
S.12.