BƏŞƏR
ÖVLADININ
HÜRRİYYƏT
VƏ İSTİQLALI
ƏNUŞİRƏVAN
İBRAHİMİ QANUNLARI VƏ
FİRİDUN
İBRAHİMİ ANAYASASI!
Fədakarlığınız nəticəsiz
qalmayıb. Məsləkinizlə, mübarizə əzminiz və
şəhadətinizlə yandırdığınız milli
azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən
milyonlarla türk ərənlərinin ürəyində
alovlanaraq azadlıq yoluna nur saçmaqla türkün milli
azadlığını addım-addım
yaxınlaşdırır.
Əvvəli ötən
sayımızda
OBYEKTİV MÜLKİYYƏT,
BÖLGÜ VƏ ƏMƏK HAQQININ
ƏNUŞİRƏVAN
İBRAHİMİ QANUNLARI
1918-ci
ildə Rusiyada V. Lenin başda olmaqla bolşeviklər K.
Marksın elmi sosializm nəzəriyyəsinə aid olan
anlayışlardan şüar kimi sui-istifadə edib zəhmətkeş
kütlələrini aldatmaqla onlardan zərbə qüvvəsi
kimi istifadə edərək hakimiyyəti ələ
almış və dünya tarixində ilk dəfə olaraq
dövlət quldarlığı quruluşu qurmuşlar.
Mövcud olduğu 74 il ərzində az qala dünyanın
yarısını öz əsarəti altına alaraq
bütün dünyaya özünü sosialist dövləti
kimi qələmə verməklə guya bu quruluşun K.
Marksın elmi sosializm nəzəriyyəsi əsasında
qurduqlarını iddia etmişlər. Əslində Rusiyada
qurulub SSRİ adlanan dövlət V.Leninin elmi ədəbiyyatda
“Hərbi kommunizm” adlanan nəzəriyyəsi əsasında
qurulmuş, 1980 – ci illərdə hakimiyyətə gələn
M.Qorbaçovun V.Leninin digər, “Yeni Iqtisadi Siyasət” adlanan
nəzəriyyəsi əsasında həyata keçirdiyi islahatlar
nəticəsində dövlət feodalizmi quruluşuna
çevrilmişdir. V.Leninin K.Marksın elmi sosializm nəzəriyyəsi
ilə daban-dabana zidd olan bu “Dövlət Quldarlığı”
və “Dövlət Feodalizmi” nəzəriyyələri
bolşeviklər tərəfindən elə ustalıqla
“Marksizm” adı ilə pərdələnmişdir ki, bunu nəinki
SSRİ-nin iqtisadçı, hüquqşünas alimləri, hətta
dünyanın ən məşhur iqtisadçı və
hüquqşünas alimləri belə bolşeviklərin bu
sirrini bü günədək aça bilmir.
Mən
1972-ci ildə indiyədək dünya iqtisad elmində mücərrəd,
yəni adı çəkilsə də məzmunu bəlli
olmayan obyektiv Mülkiyyət, Bölgü və Əmək
Haqqı iqtisadi qanunlarının məzmununu kəşf
etdiyim zaman SSRİ-də mövcud olan quruluşun sosializm
deyil, “Dövlət quldarlığı” quruluşu olub V.
Leninin “Hərbi kommunizm” nəzəriyyəsinə əsaslandığını,
onun “Yeni İqtisadi Siyasət” nəzəriyyəsinin mahiyyətinin
isə dövlət feodalizmi olduğunu elmi əsaslarla
sübut edərək bu barədə o zaman SSRİ-nin baş
ideoloqu olan M. Suslova müraciət etdim. Təbii ki, buna görə
mənim başımı sığallamadılar. SSRİ
dağıldıqdan sonra bu qanunlar Bakı qəzetlərində
çap edilsələr də onun mahiyyətini, yəni
ölkədə vətəndaşların,
bütövlükdə cəmiyyətin inkişafı
üçün, müasir dövrün tələblərinə
cavab verə biləcək dövlət quruluşunun
yaradılmasının yolunu göstərən bir vasitə
olduğunu bolşeviklərin uzun illər hiyləgər təbliğatı
nəticəsində sosializm sözünü sovet hakimiyyəti
kimi başa düşərək diksinən, qorxuya düşən
insanlar indiyədək dərk edə bilməmişlər. Həm
də təkcə sadə insanlar deyil, dünyanın
tanınmış alimlərinin çoxu belə K.Marksın
sosializm nəzəriyyəsindən söz düşdükdə
bunu bolşeviklərin təqdimatındakı kimi təsəvvür
edərək ömür boyu xırmanda dövrə vurub
taxıl tapdalayan xırman atları qamçı görəndə
hətta cıdır meydanında belə yerində dövrə
vurduqları kimi, sovet hakimiyyəti kimi dərk edirlər.
Mənim
sovet alimləri və ideoloqlarının K. Marksın elmi
sosializm nəzəriyyəsinin özülü olan “Proletariat
diktaturası” və “İctimai mülkiyyət” habelə
“Xüsusi mülkiyyət”, “İzafi dəyər”
anlayışlarının mahiyyətini necə
saxtalaşdırdıqlarını, K.Marksın elmi sosializm nəzəriyyəsinin
təcrübədə hansı iqtisadi, ictimai mexanizmlər
vasitəsilə reallaşdırmaq mümkün olduğu və
ümumiyyətlə sosializmin mahiyyət etibarilə nə
olduğunu, kəşf etdiyim qanunlar əsasında izah etdiyim
monoqrafiya Rusiya Höküməti yanında Maliyyə Universitetinin
Sankt-Peterburq filialının elmi şurasının
20.06.2017-ci il tarixli 44 saylı qərarı ilə
Sankt-Peterburq şəhəri, İnfo-da nəşriyyatında
rus dilində məhdud sayda çap olunması əlbəttə
ki, geniş oxucu kütləsinin sosializm quruluşunun mahiyyətini
dərk etməsinə yetərli deyildi. Bu həm də
geniş oxucu kütləsinin sosial iqtisad elminə və
Markisizmə bələd olmaması ilə əlaqədardır.
Bu səbəbdən mən məşhur hüquqşünas,
kiçik ədliyyə müşaviri Məmmədxan
Əzizxanlı ilə birlikdə K. Marksın elmi sosializm nəzəriyyəsini
təcrübədə reallaşdıra biləcək
müasir dövlətin Anayasasını işləyib
hazırladıqdan sonra türk ölkələri birliyinin
vahid Turan dövlətində birləşəcəyi halda
türk millətinin bütövlükdə bu Anayasa əsasında
hətta bu gün Avropanın ən inkişaf etmiş ölkələrində
belə mövcud olmayan münbit iqtisadi və ictimai şəraitdə
sürətlə inkişaf edib dünyanın ən
qabaqcıl dövlətlərindən, cəmiyyətlərindən
birinə çevrilə biləcəyini dərk edərək
türk dövlətlərinin vahid Turan dövlətinə
çevrilməsinin hazırlıq və keçid mərhələsinin
strateji əsaslarını da işləyib hazırladıq.
Bütün
bunları ardıcıllıqla oxucuya izah edəcəyəm.
Dünyanı, o cümlədən ən məşhur
iqtisadçı və hüquqşünas alimləri dəhşətə
gətirən söz K. Marksın “Proletar diktaturası”
terminidir. Bu termin sovet dövlətinin ölkə ərazisində
mülkiyyəti dövlətin əlində, sahibliyində cəmləşdirib,
bütün vətəndaşları isə mülkiyyət
hüququndan məhrum edərək onları dövlətin
quluna çevirməsi anlamında başa
düşülür. Bolşeviklər tam mərkəzləşmiş
bu mülkiyyəti rəsmən dövlətə versələr
də, reallıqda onu dövlət mexanizmini idarə edən
piramidaşəkilli dövlət sisteminin üfüqi və
şaquli pillələrində duran dövlət məmurlarının
qeyri-rəsmi mülkiyyətinə vermişdilər.
Çünki, dövlət mexanizmi canlı və
şüurlu varlıq olmadığından, o bu mülkiyyətə
sahiblik edə, nə də onu idarə edə bilməz. Faktiki
olaraq bu mülkiyyətin sahiblik, istifadə və sərəncam
hüququ dövlət məmurlarının vəzifə səviyyəsi
və səlahiyyətlərinə uyğun olaraq, onların
arasında bölüşdürülmüş olur. Bu o deməkdir
ki, Sovet hakimiyyəti sıravi vətəndaşları
dövlət məmurlarının quluna çevirməklə
yanaşı, hakimiyyət piramidasının aşağı
pillələrində duran məmurların özünü də
hakimiyyətin ən yuxarı pilləsində durub dövləti
təmsil edən şəxsin quluna çevirmişdi.
Proletariat anlayışının irqindən, milliyətindən,
cinsindən, əqidəsindən, ixtisas, vəzifə və
s. asılı olmayaraq ona gəlir gətirən mülkiyyəti
(kapitalı) olmayan şəxs olduğunu nəzərə
aldıqda sovet hakimiyyətinin proletariatın diktaturası
deyil, sadə, mülkiyyətsiz vətəndaşların
üzərində, rəsmən mülkiyyət hüququ
olmayıb, reallıqda dövlət mülkiyyətinin sahibi
olan dövlət məmurlarının diktaturası olduğu
aydın olar. Bundan başqa hansısa fəhlənin, kəndlinin,
müəllimin, mühəndisin və s. hansısa vəzifəyə
təyin etməklə, onun vəzifə səlahiyyətlərinə
uyğun dövlət mülkiyyətini mənimsəmək
imkanı verilməsi də proletariat diktaturası deyil. Bu barədə
K.Marks F.Boltyeyə ünvanladığı məktubda
yazır ki; “Fəhlələrin dağınıq iqtisadi hərəkatından
hər yerdə siyasi hərəkat, yəni öz
marağını ümumi formada, yəni bütün cəmiyyət
üçün icbari olan formada həyata keçirməyə
çalışan sinfin hərəkatı olan formaya gəlir”.
Qeyd edək ki, heç bir mülkiyyəti (kapitalı) olmayan
sinif kimi proletariatın çoxluq təşkil edən və
mövcudluq uğrunda ən aktiv mübarizə aparmağa məhkum
olan hissəsi fəhlə sinfidir. Belə ki, proletariatın tərkib
hissələri olan mülkiyyətsiz müəllimin, mühəndisin,
nazirin və s. proletarların vəziyyəti fəhlələrin
vəziyyəti qədər dözülməz
olmadığından onlar bu mübarizədə fəhlələr
qədər aktiv olmur. Buna görə də K. Marks daim
proletariatın vəziyyətindən danışarkən ən
çox onun vəziyyətini ən qabarıq ifadə edən
fəhlə sinfini dilə gətirir. Məhz buna görə
markisizmə bələd olmayan kütlə proletar
anlayışına çox dar çərçivədə
yanaşaraq bu ifadəni ancaq fəhlə, yaxşı halda isə,
həm də kasıb kəndli kimi anlayır.
Kapitalizm
cəmiyyətində bütün vətəndaşların,
o cümlədən kapitalı olmayan proletarların kapital
sahibi olmaq hüququ tanınsa da, nə bu hüququ iqtisadi cəhətdən
mütləq reallaşdırılmasını təsbit edən
inzibati qanun, nə də iqtisadi mexanizm var. Ölkədəki
bütün proletarların ən ümdə tələbi və
marağı onların mövcudluğunu təmin edən
kapitalla təmin edilməsidir. Onun bu marağının
bütün cəmiyyət üçün ümumi və
icbari formada həyata keçirilməsi isə onları
qeyd-şərtsiz bu mülkiyyətlə təmin
olunmasını təsbib edən inzibati qanun, bu qanunun
reallaşdırılmasını iqtisadi cəhətdən təmin
edən iqtisadi mexanizm ola bilər.
“Proletariat
diktaturası” və “İctimai mülkiyyət”
anlayışlarını K. Marksın müəyyən
etdiyini və bu iki anlayış onun elmi sosializm nəzəriyyəsinin
özülü olduğunu nəzərə aldıqda
“Proletariat diktaturasının” cəmiyyətdə mülkiyyətsiz
vətən¬daşları qeyd-şərtsiz və mütləq
mülkiyyətlə təmin etmək haqqında qanun
olduğu aydın olur. Üstəlik bu qanunu, yəni,
proletariatın bu diktaturasını reallaş¬dı¬ran iqtisadi
mexanizmi, yəni milli mülkiyyətin bir hissəsinə
ictimai mülkiyyət statusu verilərək mülkiyyətsiz
vətəndaşları mülkiyyətlə təmin etməklə
təcrübədə insanlara nə dərəcədə
azad, demokrarik şəraitdə yaşamaq, inkişaf etmək
imkanları verən iqtisadi-ictimai sistem, dövlət
quruluşu yaratmaq imkanı verdiyini görmək olur.
Sosializm
quruluşunun yaradılmasının ilk zəruri addımı
kimi K. Marksın cəmiyyətdə mövcud olan dövlət
mülkiyyətinin milliləşdirilməsini daim önə
çəkməsi də fövqəladə dərəcədə
mühüm məsələdir.
Ardı var
Şapur Qasımi
Hürriyyət.- 2022.- 5 iyul.- S.14.