BƏŞƏR
ÖVLADININ
HÜRRİYYƏT
VƏ İSTİQLALI
ƏNUŞİRƏVAN
İBRAHİMİ QANUNLARI VƏ
FİRİDUN
İBRAHİMİ ANAYASASI!
Fədakarlığınız nəticəsiz
qalmayıb. Məsləkinizlə, mübarizə əzminiz və
şəhadətinizlə yandırdığınız milli
azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən
milyonlarla türk ərənlərinin ürəyində
alovlanaraq azadlıq yoluna nur saçmaqla türkün milli
azadlığını addım-addım
yaxınlaşdırır.
1. Vətəndaş
anadan olduğu gündən onu milli mülkiyyətin bir hissəsini
ictimailəşdirərək bu ictimai mülkiyyət vasitəsilə
onun cəmiyyətdə rəsmən qəbul edilmiş minimum
istehlak zənbilinin dəyəri çərçivəsində
gəlir gətirən mülkiyyətlə (kapitalla) təmin
etməklə yanaşı, ona cəmiyyətdə qəbul
edilmiş minimum yaşayış normasına müvafiq mənzil
və ya torpaq sahəsi verilir.
2.
Mülkiyyətsiz vətəndaşlar yetkinlik yaşına
çatanda hər kəsi qabiliyyətinə görə
sahibkarlıqla məşğul olmasını təmin etmək
üçün onlara qanunla müəyyən edilən
miqdarda, qeyd-şərtsiz. əvəzi ödənilmədən
ilkin (start) kapitalı verilməsi mexanizmləri fəaliyyət
göstərir.
3. Bu
və ya digər səbəbdən müflisləşmiş
sahibkarları yenidən sahibkarlıq fəaliyyətinə cəlb
etmək üçün onlara aşağı tarif dərəcəsi
ilə kredit verilməsi mexanizmləri fəaliyyət göstərir.
4. Cəmiyyət
üçün strateji əhəmiyyəti olan sahələrə
kapital qoyuluşunun təmin edilməsi məqsədilə
sahibkarlara bu sahələrə əlavə kapital qoyuluşu
üçün faizsiz kreditlər verilməsi mexanizmləri fəaliyyət
göstərir.
5.
Ayri-ayrı sahibkarların maliyyələşdirmək
imkanından xaric olub cəmiyyət üçün zəruri,
strateji əhəmiyyəti olan istehsal, ticarət və digər
xidmət obyektlərini milli büdcədən maliyyələşdirərək
onların işlək vəziyyətdə
aksiyalaşdırılıb vətəndaşların
mövcudluğunu təmin etmək, ilkin kapital kimi onlara əvəzi
ödənilmədən verilməsi və vətəndaşlara
satılması mexanizmləri fəaliyyət göstərir.
Əgər
ilk üç mexanizm istehsalçının (vətəndaşın)
mövcudluğunu və sahibkarlıq fəaliyyətini təmin
etməyə görədirsə, sonrakı iki mexanizm
sahibkarlığın inkişaf edərək azad
sahibkarlığa çevrilməsinə və cəmiyyətdəki
iqtisadi prossesləri dövlətin iqtisadi üsullarla idarə
etməsinə xidmət edir.
Bu
gün hətta dünyanın elmi ictimayyətinin belə
bütövlükdə hər bir iqtisadi-ictimai quruluşun əsas
və həlledici elementi olan mülkiyyətin tərkib hissələri,
obyektiv Mülkiyyət, Bölgü, Əmək
Haqqının Ənuşirəvan İbrahimi
qanunlarını, istehsal üsulunu qurmaq və onu necə dəyişdirilməsi
haqqında elmi bilgisi olmadığından cəmiyyətdə
mövcud olan və yeni yaranan iqtisadi, ictimai ziddiyyətlərin
sivil yolla necə həll edilməli olduğunu da müəyyən
etmək çətin olur. Hər bir cəmiyyətin ziddiyyətlər,
toqquşmalar içərisində çalxalanmaqla
inkişafdan geri qalmasının əsas və başlıca səbəblərindən
biri də budur. Məqalənin həcmi imkan vermədiyindən
mən ancaq məzmununu kəşf etdiyim obyektiv
"Mülkiyyət, Bölgü və Əmək
Haqqının Ənuşirəvan İbrahimi
Qanunları"nı elmi ictimayyətin nəzərinə
çatdırıram. Ən azından iqtisadçı alimlər
mülkiyyət elementlərinin sahibkar ilə muzdlu arasında
bölüşdürülməsi nisbəti dəyişdikcə
istehsal üsulunun, yəni cəmiyyətin iqtisadi sisteminin
mahiyyət etibarilə necə dəyişdiyini anlaya biləcəklər.
Obyektiv
Mülkiyyət Bölgü və Əmək Haqqı iqtisadi
Ənuşirəvani İbrahimi qanunlarının məzmun və
formulası aşağıdakı kimidir.
Mülkiyyət qanunu: M= (L+D+A+B+K)
burada M – mülkiyyət;
L – iş qüvvəsi;
D – istehsalçının özünün inzibati azadlığı;
A – istehsalçının əməyinin inzibati azadlığı
B – istehsalçının əməyinin iqtisadi azadlığı;
K – istehsalçının özünün iqtisadi azadlığı.
Bölgü qanunu: F = ( P + H
+ V + T + Z + I + U + C)
burada F – istehsal olunan əmtəənin dəyəri;
P – bilavasitə istehsalçının əməyinin
ilkin dəyərinin iş qüvvəsinin təkrar istehsalına zəruri olan hissəsi, başqa sözlə istehsalçının
qul hüququnda mövcudluğunu təmin
edən dəyər;
H – bilavasitə istehsalçının əməyinin
ilkin dəyərinin təhkimli statusunda mövcudluğunu təmin
edən hissəsi;
V – bilavasitə istehsalçının əməyinin
ilkin dəyərinin onun satış qiymətinə bərabər
olan hissəsi;
T – izafi dəyərin
şəxsi istehlaka zəruri olan hissəsi;
Z – şəxsi istehlak tələbatından
artıq olan əlavə izafi dəyər;
I – istehsal vasitələrinin ilkin dəyəri;
U – izafi dəyərin
istehsal vasitələrinin
geniş təkrar istehsalına zəruri olan hissəsi;
C – istehsal vasitələrinin
geniş təkrar istehsalına tələbatından
artıq olan əlavə izafi dəyər.
Əmək Haqqı qanunu;
J = (P + H + V + T + Z)
J – bilavasitə istehsalçının əmək
haqqı;
P – bilavasitə istehsalçının əməyinin
ilkin dəyərinin onun qul hüququnda
mövcudluğuna zəruri
olan hissəsi.
H – bilavasitə istehsalçının əməyinin
ilkin dəyərinin onun təhkimli statusunda mövcudluğuna
zəruri olan hissəsi;
V – bilavasitə istehsalçının əməyinin
satış qiymətinə
bərabər olan ilkin dəyəri;
T – izafi dəyərin
bilavasitə istehsalçının
şəxsi istehlak tələbatına zəruri
olan hissəsi;
Z – şəxsi istehlak tələbatından
artıq olan əlavə izafi dəyər.
Mülkiyyət qanunun elementlərinin sahibkar və istehsalçı arasında
gedən bölgüsündə
dəyişiklik bölgü
qanununda da dərhal öz əksini tapır. Yəni istehsal
olunan məhsulun dəyəri sahibkar ilə istehsalçı arasında mülkiyyət
elementlərinin dəyişdiyi
nisbətdə bölünür.
Cəmiyyətin iqtisadi sistemində baş verən hər hansı bir köklü dəyişiklik onun ictimai sistemində həndəsi silsilə efekti ilə əks olunduğuna görə bu dəyişikliklər ictimai
sitemdə də nəzərə alınmalıdır.
Belə ki, cəmiyyətin iqtisadi, inzibati, hüquqi, sosial təminat və digər sistemləri üzvü surətdə birləşmiş vahid mexanizmlər toplusu olduğundan onların mahiyyəti eyni olmalıdır. Bunların ən azından
biri, onların ümumi mahiyyətinə uyğun gəlmədikdə
bütövlükdə sistemin
normal fəaliyyət göstərməsi
imkansızdır.
Bütün bunları və
bunlardan xeyli çox məsələləri
cəmiyyət üzvlərinin
daha çox hissəsinin anlaması üçün Turan dövlətinin yaradılmasının
hazırlıq və keçid mərhələsi
ilə yanaşı Turan dövlətinin Anayasası olmaqda iddialı olan “Turan dövlətinin Firidun İbrahimi Anayasasının” əsas
müddəalarının qısa
şərhini də oxucuya təqdim edirəm.
TURAN DÖVLƏTİNİN
FİRİDUN İBRAHİMİ
ANAYASININ ƏSAS MÜDDƏALARININ
ŞƏRHİ
Ardı var
Şapur Qasımi
Hürriyyət.- 2022.- 26 iyul.- S.13.