BİR VİDA BORCUMUZ VARDI
Xalq artisti Zülfüqar
Abbasovun əziz xatirəsinə
İnsan əzəməti hər
an onun varlığının
bir hissəsi olaraq düşüncələrinin
qisməti qədər
doğmalaşa bilir.
Bu doğmalıq onun var olduğu zamanında o qədər də hiss olunmur. Çünki hər vaxt bir zaman kəsiyində onu görə bilmək istəyi bu hissi üstələmiş olur.
Bir aprel tarixinədək tanınmış
rejissor, Azərbaycan Respublikasının
Xalq artisti Zülfüqar Abbasovla görüşmək hissi
qədər
doğma və əziz bir duyğunun
şirinliyi tək.
Doğrusu, bir aprel tarixində səhərin alaqanlığının yenicə
köksünü yardığı
zamanında həyat yoldaşı Mədinə
xanımdan ilk olaraq aldığım acı xəbərə
bir az da
inanmamaq istəsəm
də, sonradan bu xəbərin həqiqət olduğunu anlaya bildim. Məhz bir aprel
tarixində görkəmli
rejissor, Mingəçevir
Dövlət Dram Teatrında bir çoxlarının əlindən tutub müqəddəs səhnənin onlar üçün sözün əsl mənasında böyük sənət məbədi olaraq sevdirən bir müəllimi hesab edilən, Xalq artisti Zülfüqar Abbasov ömrünün
82-ci ilində bu fani dünya ilə əbədi olaraq vidalaşdı. Vidalaşdı demək qədər çətin
bir kəlmənin ifadə
edilməsi mənim dilimdə hər an çox ağır olub. Elə bu gün də ağırdır.
Zülfüqar Abbasov kimi bir şəxsiyyətin
vida sözünü də demək çətindən
çətin
idi. Ancaq bir vida borcumuz vardı. Zülfüqar Abbasova olan vida borcu.
Zülfüqar Qulu
oğlu Abbasov 3
may 1940-cı ildə Gürcüstan
Respublikasının Borçalı mahalının Yuxarı Saral kəndində anadan olub. O, əsilli-köklü Qərbi Azərbaycanın Vedi və Dərələyəz
mahalından olmaqla, ata babası olan dinməz Abbas XX əsrin əvvəllərində Dərələyəzdə
gedən erməni gavurlarına qarşı mübarizə aparıb və o mahallarda mənfur erməni qiyamçılarının intiqamçısı
olub. Elə bu səbəbdən
də el arasında “dinməz Abbas” olaraq tanınıb. Erməni gavurları dinməz Abbası dəfələrlə
öldürmək istəsələr
də, bu arzularını reallaşdıra
bilməyiblər. O, ermənilərin
bu planını bildiyindən öz övladlarını da götürərək Borçalı
mahalına köçüb.
Elə bu səbəbdən də Zülfüqar Abbasov orta məktəbi
Borçalıda
bitirib.
Zülfüqar Abbasov
1962-ci ildə A. S. Puşkin
adına Tibilisi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan
bölməsini daha sonra isə 1966-cı
ildə Bakı Teatr İnstitutunu bitirib. Teatr institutunda təhsil aldığı zaman böyük sənət müəllimləri olan Mehdi Məmmədov, Rza Sarabski, Muxlis
Qənizadə və Məlik Dadaşovdan sənətin sirlərini dərindən öyrənə
bilib. Zülfüqar Abbasov rejissor olaraq əmək fəaliyyətinə
İrəvan
Dövlət Azərbaycan
Dram Teatrından başlayıb.
Sonradan bu fəaliyyət Mingəçevir
Dövlət Dram Teatrında bir müddətdən
sonra isə Qazax Dövlət Dram Teatrında baş rejissor, direktor və bədii rəhbər olaraq davam etdirilib.
Qeyd etmək lazımdır ki, o, təhsil aldığı
illərində Tbilisidə
İrəvan Dövlət
Azərbaycan Dram Teatrında
İsfahanlının rəhbərlik
etdiyi dram dərnəyində
mütəmadi olaraq iştirak edərək,
1967-68-ci illərdə İrəvan
Dövlət Azərbaycan
Teatrında fəaliyyət
göstərərək burada
C. Cabbarlının “Solğun
çiçəklər” pyesində
Bəhram obrazında çıxış edərək
bu teatrın səhnəsində N. B. Vəzirovun
“Yağışdan çıxdıq,
yağmura düşdük”
pyesini uğurla səhnəyə qoyub. 1968-ci ildən fasilələrlə
Mingəçevir Dövlət
Dram Teatrının rejissoru,
1992-ci ildən həmçinin
direktoru, 1999-cu ildən
isə baş rejissoru olaraq fəaliyyət göstərib.
O, bu teatrın səhnəsində “Hacı
Qara” (M. F. Axundzadə),
“Eşq və intiqam” (S. S. Axundov), “Müfəttiş”, “Evlənmə”
(N. Qoqol), “Əliqulu evlənir” (S. Rəhman), “Cavanşir”, “Şeyx Şamil” (M. Hüseyn), “Mahnı dağlarda qaldı”, “Sevgililərin cəhənnəmdə vüsalı”
(İ. Əfəndiyev), “Şeytan
nəsli” (H. Muxtarov),
“Dar ağacı” (B. Vahabzadə),
“Ölülər” (C. Məmmədquluzadə),
“Almaz”, “Solğun çiçəklər” (C. Cabbarlı),
“Vaqif” (S. Vurğun), “Ayrılmaq anı” (M. Baycıyev) və s. əsərlərini uğurla
səhnəyə qoyaraq,
professional Azərbaycan
teatrının səhnəsində
maraqlı rejissor traktofkası ilə bu gün də
yaddaşlarda yaşayır.
Zülfüqar Abbasovun
1982-ci ildə Akademik Zərifə xanım Əliyevanın elmi-tibbi monoqrafiyasına həsr etdiyi “Anda xəyanət”
tamaşası uğurlu rejissor traktofkası olaraq yaddaşlarda maraqlı və orjinal bir səhnə təqdimatı olaraq xatırlanır.
Onun Mingəçevir Dövlət
Dram Teatrında yetirdiyi
aktyorları hesab edilən Ella Yaqubova, Neftun Tağıyev, Vaqif Məmmədov, Mirbaba Xalilov, Akif Mirabov, Afət Əliyeva, Vaqif Kərimov, Asim Məmmədov, Şıxı
Yaqubov, Əməkdar rəssam Rəfael İmamverdiyev, rəssam Yusif İmamverdiyev həmçinin Qazax Dövlət Dram Teatrından
olan Saqif İskəndərov, Hacı
Hacıyev, İlqar Hacıəliyev və başqaları hər zaman sənət müəllimləri olan Zülfüqar Abbasovun bir rejissor olaraq
səhnə məziyyətlərindən
bəhrələnərək onun sənət məktəbində yetişiblər.
Bu haqda söhbət düşərkən Zülfüqar
Abbasov öz xatirələrində yazırdı:
“Hara tərpənsən də
tamaşanın mərkəzi
divarı, sütunu qeyd etmək lazımdır ki, aktyordur.
Bu əlahəzrət aktyorun da yüksək
biliyə sahib olması
və öz rolunun mahir ifaçısı
olaraq təqdim olunması üçün
onu yalnız milli ruha malik
rejissor yetişdirə
bilər”.
Hətta
onun yetirmələri haqqında söhbət düşərkən sənətkarın
ən yaxın dostlarından biri hesab edilən Hacı
Nərimanoğlu maraqlı
bir fikir söylərək deyir: “Nə qədər aktyor tanıyıram ki, teatra gələndə
dili söz tutmurdu, səhnədə ayaqları bir-birinə dolaşırdı. Zülfüqar müəllim səbr, təmkinlə onları elə öyrədirdi, sənəti elə sevdirirdi ki, tamaşalara baxanda bəzən təəccüblənməli
olurduq. Bəzən pyes müəlliflərinin
mətninə o qədər
məharətlə, əlavələr
edirdi, yerinə otuzdururdu ki, ustalığa heyrətlənməmək
olmurdu. Onun yetirmələrini saymaqla bitirmək çətindir,
nə olsun ki, hamısı paytaxta gəlib çıxa bilmir, layiq olduğu dəyəri ala bilmir və ali,
şərəfli aktyor
sənətinin ağır
yükünü çiyinlərində
daşıyırlar”.
Bu gün xatırlayıram ki, məhz Zülfüqar
Abbasovun quruluşunda İlyas Əfəndiyevin
“Mahnı dağlarda qaldı” pyesi Mingəçevir Dövlət
Dram Teatrında tamaşaya
qoyulan uğurlu səhnə əsərlərindən
biri hesab edilirdi və çox böyük sensassiyaya səbəb olmuşdur. Bu tamaşadakı
Böyük bəy rolunu Milli Akademik
Dram Teatrından dəvət
olunan, SSRİ Xalq artisti İsmayıl Dağıstanlı ifa edirdi. Hətta tamaşadan sonra “Mingəçevir işıqları”
qəzetinə müsahibə
verən İsmayıl
Dağıstanlı tamaşa
haqqında bu sözləri deyib: “Bu tamaşa mənimçün
böyük kəşf
oldu. Çox istərdim ki, mənə Dövlət mükafatı Bakıda, Milli Akademik Dram Teatrda oynadığım Böyük bəy obrazına görə yox, məhz bu teatrda oynadığım
obraza görə veriləydi. Bir də ki,
tamaşanın rejissoru
Zülfüqar Abbasov icazə versə idi Böyük bəyin evi-mülkü ilə vidalaşdığı son səhnədəki
mizan-etüdü eyni quruluş kimi mən Bakıda oynadığım tamaşada
da istifadə edərdim”.
Görkəmli rejissor olan Zülfüqar
Abbasov Xalq şairi Nəriman Həsənzadənin “Nabat
xalanın çörəyi”
povestini və Cəfər Cabbarlının
“Sitarə” librettosunu da səhnələşdirib
və bu tamaşalara da maraqlı quruluşlar verib. Onun quruluşunda
Qoqolun “Evlənmə”
əsəri də böyük uğurla qarşılanıb və
hətta Moskvadan bu tamaşaya baxmağa gələn rejissor Yuri Smirnov belə deyib: “Mənə də bu pyesi
hazırlamağı təklif etmişdilər.
Amma mən cürət etmədim. İndi gördüm ki,
Zülfüqar Abbasov bu pyesdəki Padkolyosnını Rusiyanın
simvoluna çevirməklə
əsərə dəqiq
açar tapıb.
Əgər Zülfüqar Qulu
oğlu icazə versə mən də gedib bu
tamaşanı belə
hazırlayacam”.
Ardı var
Anar Burcəliyev
Teatrşünas-tənqidçi
Hürriyyət.- 2022.- 10 may.- S.14.