Qərbi Azərbaycanın
Türk-Müsəlman
əhalisinin II Dünya
müharibəsində iştirakı
Göyçə mahalı, minilliklərlə
ölçülən maddi-mədəni, sakral-mənəvi və
tarixi-coğrafi irs zənginliyi baxımından Qərbi Azərbaycanın
tarixi səhifələrinin təşəkkülündə
və yazılmasında xüsusi yer tutur. Bu mənada keçən
əsrdə, 1939-1945-ci illərdə Avropa, Afrika və Asiya
qitəsini bürüyən və oda qalayan II Dünya
müharibəsinin iştirakçıları sırasında
Qərbi Azərbaycanın çoxminlik ordusu sıralarında
vuruşan Göyçə mahalından olan, o cümlədən
Basarkeçər nahiyəsinin Ağkilsə kəndindən
olan soydaşlarımızın da xatirəsi
yaddaşlarımızdan silinməmişdir.
Müdrik
xalq şairi və aşığı Ələsgər Alməmməd
oğlunun (1821-1924) ulu babalarının XVI əsrdə Cənubi
Azərbaycanın Ərdəbil mahalından köç edərək
Göyçə düzənliyində, 3200 m
hündürlüklü çalmalı dağnın ətəyində,
Hüseyn çayının sahilində yurd-ocaq
saldığı Ağkilsə kəndində 1940-cı ildə
80 ev, əhalisinin sayı 440-450 nəfər olub.
II
Dünya müharibəsində iştirak edən və geri
qayıtmayan Ağkilsə kəndinin sakinləri:
-Qədim Bəşir oğlu Ələsgərov,
Alməmmədlilər nəsli, (aşıq Ələsgərin
oğul nəvəsi), 2 oğlu, 1 qızı olub;
-Əsədulla Bəşir oğlu
Ələsgərov, Alməmmədlilər nəsli,
(aşıq Ələsgərin oğul nəvəsi), subay;
-Yadulla Bəşir oğlu Ələsgərov,
Alməmmədlilər nəsli, (aşıq Ələsgərin
oğul nəvəsi), subay;
-Mehdi Nağı oğlu Cəfərov,
Həllaclılar nəsli, 1 oğlu, 1 qızı olub;
-Abutalıb Bayram oğlu Məsimov,
Məsimlilər nəsli (ulu babası bu kəndin əsasını
qoyanlardan biridir), 1 oğlu olub;
-Cəbrayıl Şükür
oğlu Əziziov, Hətəmxanlılar nəsli, 1 oğlu
olub;
-Camal Tahar oğlu Əliyev, Usublular
nəsli, subay;
-Xanlar Hüseyn oğlu Hacıyev,
Hacılar nəsli, 4 oğlu, 1 qızı olub;
-Hacıbala Hüseyn oğlu
Hacıyev, Hacılar nəsli, 1 oğlu, 1 qızı olub;
-Musa Kərimov (Kəsəmən kəndindən
anasının yanında bu kəndə gəlib), 1 oğlu
olub;
-Bəhram Allahverdiyev, Məsimlilər
nəsli, 1 oğlu, 1 qızı olub;
-Əli İmamqulu oğlu
Qasımov, Həllaclılar nəsli, subay;
-Tanrıverdi Qasım oğlu
Hacıyev, Həllaclılar nəsli, 1 oğlu olub;
-Babacan Məhəmmədəli
oğlu Qurbanov, Qurbanlılar nəsli, subay;
-Behbud Oruc oğlu Məmmədov, Hətəmxanlılar
nəsli, 1 oğlu, 1 qızı olub;
-Cəmşid Əbdüləzim
oğlu Ələsgərov, Alməmmədlilər nəsli,
(aşıq Ələsgərin oğul nəvəsi), subay;
-Kərim Məhəmməd oğlu
Qasımov, Həllaclılar nəsli, 1 qızı olub;
Müharibədən qayıdan
sakinlər:
-Oruc Nağı oğlu Cəfərov
(1924-1976), Həllaclılar nəsli;
-Fərrux Teymur oğlu Vəliyev
(1924-1998), Usublular nəsli;
-Oruc Nəcəf
oğlu Babayev (1906-1992), Qurbanlılar nəsli;
-Bəhlul
Behbud oğlu Məmmədov (1914-2008), Hətəmxanlılar nəsli;
-Həşim Bəşir oğlu
Ələsgərov (1910-1989), Alməmmədlilər nəsli,
(aşıq Ələsgərin oğul nəvəsi);
-Şahmalı İman oğlu
Salahov (1924-1987), Alməmmədlilər nəsli;
-Musa Bərxudar oğlu Əzizov
(1917-1989), Hətəmxanlılar nəsli;
-Osman Məhəmmədəli
oğlu Qurbanov (1916-1998), Qurbanlılar nəsli;
-Meydan Əli oğlu Orucov
(1924-1982), Oruclular nəsli;
-Cəbrayıl Pənah oğlu
Əliyev (1905-1975), 1930-cu illərdə Cənubi Azərbaycanın
Ərdəbil mahalından köçmüşdür;
-Əziz
Şükür oğlu Əzizov (1910-1989), Hətəmxanlılar
nəsli;
-İsmayıl Əsgər oğlu
Həsənov (1912-1989), Həllaclılar nəsli;
-İman Həmzə oğlu
Hacıyev (1900-1982), Hacılar nəsli;
II Dünya müharibəsi
veteranlarından kapitanlar Oruc Babayev və Əli Cəbrayılov,
eləcə də sıravilər
Osman Qurbanov, Meydan Orucov partizan-müqvimət hərəkatında
da iştirak etmişlər.
Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi
P.S. I Qarabağ müharibəsində
Basarkeçər nahiyəsinin Ağkilsə kəndindən
olan Bəylər Eldar oğlu Məmmədov (1972-1993) Şəhid
olmuş, Gəncə şəhərində Şəhidlər
xiyabanında dəfn edilmişdir.
Qeyd: Yazının
hazırlanmasında həm də
Qərbi Azərbaycanın Basarkeçər nahiyəsinin
Ağkilsə kənd sakini Akif
Oruc oğlu Cəfərovun (1954) məlumatlarından istifadə
edilmişdir.
Hürriyyət.- 2022.- 18 yanvar.- S.15.