Müqəddəs zirvə sahibi...
Azərbaycanın Milli Qəhrəmanı Şahlar Hüseynovun anadan olmasının 55-ci ili tamam oldu.
Bu, Vətən
sevdalısının ömür
yolu qısa olsa da, öz xalqı üçün örnək
olacaq bir tarix yazıb gedibdir. Odur ki, qəhrəmanlığı
dillərdə dastana dönən Şahlar Hüseynov cismən aramızdan getsə də, milyonların
qəlbində yaşayır,
hər an xatırlanır.
Bu günlər
Masallı rayon Mərkəzi Kitabxanasında
Azərbaycanın Milli
Qəhrəmanı Şahlar
Hüseynovun anadan olmasının 55-ci doğum
günü münasibətilə “Vətən
uğrunda şəhid
olanlar unudulmayacaq” adlı tədbir baş tutdu.
Ulu Öndər
Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü
uğrunda şəhidlik
zirvəsinə ucalan qəhrəman Vətən
övladların
əziz xatirəsi
bir dəqiqəlik sükutla anılmaqla başlanan tədbirin giriş sözündə
kitabxananın əməkdaşı
Günay Xəlilova bildirdi ki, xalqımızın qəhrəman oğlu Şahlar Hüseynov 1968-ci il Qərbi Azərbaycanın
Dərəçiçək mahalının Razdan rayonu, Hankavan kəndində dünyaya göz açıb. O, orta təhsilini başa vurduqdan sonra 1986-1988-ci illərdə
Moskvada ordu sıralarında hərbi
xidmətdə olub. Hərbi xidmətini başa vuran Şahlar Hüseynov Gəncə şəhəri
27 saylı texniki-peşə
məktəbini bitirərək
Alüminium zavodunda çilingər işləməyə
başlayıb.
Şahlar Hüseynovun
döyüş yolundan
isə kitabxananın digər əməkdaşı
Gülər Piriyeva məruzə etdi:” Şahlar
Hüseynov erməni qəsbkarlarının 1992-ci il
25-26 fevral Xocalıda qanlı hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olub. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata
həmişə tək
gedər çox mühüm məlumatlarla
dönərdi. Bir çox döyüşlərdə
iştirak edən Şahlar Hüseynov Tərtər rayonun Şəfəq kəndində
daha böyük hünərlə vuruşaraq
düşmənin xeyli
hissəsini, texnika və canlı qüvvəsini məhv edib. 10 aprel 1992-ci ildə Şıxarx (keçmiş Marquşevan)
kəndinə hücum
edən erməni qəsbkarları ilə döyüşdə Şahlar
Hüseynov şücaət
göstərərək qəhrəmancasına şəhidlik
zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin 7
iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynov ölümündən sonra
"Azərbaycanın Milli
Qəhrəmanı" adına
layiq görülüb.”
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2023.- 5 dekabr, ¹45.- S.15.