“Vüsal hicrandan acıymış”

 

Şəhid baş leytenant Vüsal Kazımovun tarixlərə sığışmayan ömür yolundan bəhs edən sənədli film hazırlanıb

 

2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ müharibəsi başlananda Lənkəran elinin qəhrəman oğlu şəhid baş leytenant Vüsal Kazımov Vətənin dadına birinci çatıb. Odlu-alovlu səngərlərdə yerini alan kimi, düşmənin başına od ələyib. Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığı uğrunda qana susayan erməni dığalarını qanda boğmaqla sözün əsl mənasında tarix yazıb. Şuşa döyüşlərində baş leytenant şəhidlik zirvəsinə ucalıb. Bu şərəfli ölüm Vüsala 30 yaşında əbədiləşən bir həyat qazandırıb. Doğma Lənkəranda ürəklərdə yaşayan igidin adına görülən işlərin sayı çoxdur. Həmçinin gözəl söz sərrafı Çinarə ÖMÜRAY şəhid leytenantın qisa, tarixlərə sığışmayan ömür yolundan bəhs edənVüsal hicrandan acıymışadlı sənədli filmi hazırlayıb. Bu günlər Lənkəran şəhər Heydər Əliyev Mərkəzində qəhrəman Vətən sevdalısının xatirəsinə həsr olunan tədbirdə həmin film nümayiş olundu.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, digər rayon rəhbərlərin, şəhid ailələrinin üzvlərin, Vətən müharibəsi əlilləri müharibə iştirakçıların, eləcə ictimaiyyətin nümayəndələrin qatıldığı tədbirdə əvvəlcə torpaq, Vətən uğrunda canından keçib şəhidlik zirvəsinə ucalan Azərbaycanın qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Dövlət himni oxundu.

Tədbirin  rəsmi hissəsində çıxış edən icra başçısı Taleh Qaraşov, şəhidin həyat yoldaşı Aysel Kazımova, atası Kamran Kazımov başqaları bildirdilər ki, şəhidlərimizin adının əbədiləşdirilməsi, xatirəsinin əziz tutulması, keçdikləri örnək döyüş yollarının gələcək nəsillərə davamlı şəkildə təbliğ olunması dövlətin prioritet məsələsi sayılır. Vətən müharibəsində lənkəranlı gəncləri xüsusi əzm cəsarətlə döyüşüb, düşmənin hücumlarının qarşısını mərdlik qəhrəmanlıqla alıblar. Bəli, Vüsalda bu müqəddəs yolda şəhidlik zirvısinə ucalmaqa bir daha göstərdi ki, Vətən sevgisi əxlaqi keyfiyyətdir, onun uğrunda can qoyub əbədiyyətə qovuşanlar bu, ilahi sevginin ən kamil formasını yaşayanlardır. Ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulması daha çox mənəvi məsələdir. Şəhid ailələrinə xüsusi qayğı diqqətin göstərilməsi, Vətən uğrunda canından keçən qəhrəmanların adlarının əbədiyaşarlığı üçün daim cənab Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva layiqlı işlər görürlər.

 Çıxışlardan sonraVüsal hicrandan acıymışadlı sənədli filmin nümayişi tədbir iştirakçıları qəhrəman Vüsalın Vətənə olan halal sevgisinə heyran qoydu.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 5 dekabr, ¹45.- S.13.