Vətənin Şahin oğlu
Masallı rayon Mərkəzi Kitabxanasında
keçirilən növbəti
tədbir Vətən
müharibəsi şəhidi
Şahin Azər oğlu Ağayevin qısa ömrünün 30 illiyinə
həsr edilmişdi.
Kitabxananın əməkdaşı R.Dadaşovun giriş sözü ilə açılan tədbirdə
bildirildi ki, 44 günlük
haqq savaşımızda Vətən müharibəsində igidlik
və şücaət
göstərərək şəhidlik
zirvəsinə ucalan döyüşçülərdən biri də şəhid
Şahin Ağayev olub. Xalqımıza qələbə sevincini belə qəhrəman Vətən oğulları
yaşadıb. Şahin
indi bütün Azərbaycan xalqı üçün iftixar mənbəyi, qürur yeridir. Vətən naminə şüurlu şəkildə sinəsini
düşmən gülləsinə
sipər edən oğullar ölməzdir.
Daha sonra qəhrəman
döyüşçümüzün həyat və döyüş yolu haqqında ətraflı məlumat verən kitabxananın digər əməkdaşı Ş. Nəsirova
dedi:
- Şəhid Şahin Ağayev 1993-cü ildə
Bakı şəhərində
anadan olub. Nümunəvi xidmətlərinə
görə dəfələrlə
hərbi hissənin “Fəxri fərman” və “Təşəkkürnamə”
sinə layiq görülüb.
Qəhrəman Vətən
sevdalısı Ş. Ağayev 44 günlük haqq savaşımızda döyüşlərə
Azərbaycan Ordusunun sanitar-kəşfiyyatçısı kimi qatılıb. Oktyabrın 25-də Qubadlıda
yaralı əsgər
yoldaşının həyatını
xilas edərkən şəhidlik zirvəsinə
ucalıb. Əvvəlcə
Qaradağ rayonundakı
ümumşəhər qəbiristanlığında
dəfn olunan Şahin Ağayevin məzarı az sonra Bakı şəhərində İkinci
Fəxri Xiyabana köçürülüb.
Azərbaycan Respublikası Prezidentinin
müvafiq Sərəncamı
əsasında Şahin
Ağayev ölümündən
sonra “Vətən uğrunda”, Füzulinin və
Cəbrayılın azad
görə medallarla təltif olunub.
Zəfər ORUCOĞLU
Hürriyyət.-
2023.- 19 dekabr, ¹47.- S.11.