Şəhidlər ölməz, Vətən bölünməz...
44 günlük İkinci Qarabağ müharibəsində Vətən
torpağının hər
qarışını canından
əziz bilib bu yolda şəhidlik
zirvəsinə ucalan minlərlə övladlarımızdan
bir də Əsəd Mahir oğlu Əsədlidir. Şərəfli
ölümü ilə
bütöv Azərbaycan
xalqının ürəyində
özünə əbədi
abidə qoyan bu Vətən sevdalısı 1995-ci ildə
Masallının Çay
qıraq kəndində
dünyaya göz açıb. Sonradan ailəsi Bakıya köçüb və Əsəd Nizami rayonunda Milli Qəhrəman şəhid
Yuri Kavalyov adına 229 saylı tam orta məktəbi
bitirib. 2012-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinə
daxil olub. Cəmiyyətdə hamı
onun mədəniyyətinə,
əxlaqına, fəal
vətəndaşlıq mövqeyinə
heyran kəsilir.
Mərdlik, cəngavərlik,
ən əsası Vətənə sevgi ruhu
ana südü ilə bərabər canına, qanına hopan Əsəd Əsədli 2016-2018-ci illərdə
Naxçıvanda ordu
sıralarında xidmət
edib, hərbi kəşfiyyatçı peşəsinə
yiyələnib. Adına
can dediyi Azərbaycanın keşiyini
çəkdiyi müddətdə
iki dəfə komandanlıq tərəfindən
nümunəvi xidməti
qeyd olunub, tərifnamə ilə təltif edilib.
Vətən müharibəsi zamanı isə Əsəd Əsədli Füzuli və Xocavənd döyüşlərində savaşıb.
Elə Vətənə,
torpağa sonsuz məhəbbəti sayəsində
neçə-neçə ağır
sinaqlardan üzüağ
çıxıb. Son
döyüşü noyabrın
9-da Xocavənd rayonunun
strateji yüksəkliyin
müdafiəsi uğrunda
olub. Sözün əsl mənasında burada da erməni
dığalarına qan
uddurur. Ölüm-dirim
savaşında qəhrəman
kimi döyüşüb
çoxlu sayda düşmən yaraqlısını
məhv etsə də, 21 döyüş yoldaşını mühasirədən
çıxarsa da, özü şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra
“Vətən uğrunda”,
Füzulinin, Xocavəndin
azadlığına görə
və “Hərbi xidmətlərə görə”
medallarla təltif olunub. İndi isə uyuduğu müqəddəs məkan
II Şəhidlər xiyabanıdır.
Bəli, çox
müqəddəs kəlamdır:
“Şəhidlər ölməz,
Vətən bölünməz”.
Əsəd Əsədli
cismən aramızdan getsə də, mənən bizimlə olmaqla ən daha ucada durur.
O, qısa ömür
yaşadı, qaldı
ki, gələcək nəsillərimiz üçün
də örnək olacaq qəhrəmanlıqla
dolu bir tarix yazıb qoyub. Bu günlər
qədəm qoyduğu
ömrünün 28 ilində
qəhrəman Vətən
oğlunun əziz xatirəsinə ehtiram olaraq doğum günü adına layiq qeyd edildi.
Zəfər
ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2023.- 18 iyul.- S.10.