İftixarla xatırlanan Vətən oğlu
İkinci Qarabağ
müharibəsində şirin
canını doğma
Vətən torpağı
uğrunda qurban verib ömrünün qönçə çağında
- 18 yaşında şəhidlik
zirvəsinə ucalan bir igidimiz Araz
Namiq oğlu Mirzəyevdir. Lənkəran
rayonunun Cil kəndində boya-başa
çatan, nəsibi şəhidlik səadəti
olan bu Vətən
sevdalısı göstərdiyi
qəhrəmanlıqla Azərbaycanımızın
qüruru oldu.
Uşaq yaşlarından
Vətənin müqəddəsliyini
başa düşən,
yaxşı insanlardan
görüb-götürən Araz el-obada nəcib,
bacarıqlı bir gənc kimi tanınırdı. O, 2020-ci ildə
Vətən qarşısında
borcunu ödəmək
üçün hərbi
xidmətə yola düşəndə demişdi:
"Artıq erməni
dığalarına layiqli
dərs verməyin məqamı gəlib. Yağıdan qisasımı
almamış geri dönmərəm".
O, cəbhə bölgəsinə düşür.
Doğma Azərbaycana
ürəkdən bağlanan,
düşmənə nifrət
bəsləyən Araz
buna görə qürur keçirir. Mərdliyi, cəsurluğu
onu çox sınaqlardan üzüağ
çıxarır. Atıcılıq
peşəsinə dərindən
yiyələnir. Hərbi
hissədə keçirilən
müxtəlif təlimlərdə
fərqlənir, komandirlərin
əmr və tapşırıqlarını can-başla
yerinə yetirir. Odur ki, əsgərlər
ona hörmət bəsləyir, özlərinə
doğma qardaş bilirlər. 27 sentyabrda başlanan Vətən müharibəsində ölüm-dirim
savaşına birinci girir və 30 il əsir düşən
hər qarış torpağın azad olunacağı anadək yağı düşmənlə
döyüşəcəyinə and içir.
İgid əsgər
Araz qatıldığı
döyüşlərdə hər gün yeni-yeni qəhrəmanlıqlar
göstərir. Düşmənə
sarsıdıcı zərbələr
vurur, ona böyük itkilər verir. Vətən torpaqları erməni faşizminin əsarətindən
xilas olunduqca qorxu bilmədən, inamla qələbəyə
doğru irəliləyir.
Nəyin bahasına olursa-olsun, müqəddəs
Qarabağ torpaqlarını
tezliklə yağı
tapdağından azad görmək istəyir.
14 oktyabrda Tərtər
rayonunun Suqovuşan qəsəbəsində şiddətli
döyüşlər başlanır.
Müharibə meydanında
yenə də fərqlənənlərdən biri Araz olur.
Çoxlu sayda düşmən məhv edir. Özü isə qəhrəmanlıqla
şəhid olub ölməzliyə qovuşur.
Vətəninə, xalqına başucalığı
gətirən Araz Namiq oğlu ölümündən sonra
"Vətən uğrunda",
Suqovuşanın, Laçının
işğaldan azad olunmasına görə medallarına layiq görülür.
Zəfər
ORUCOĞLU
Hürriyyət.-
2023.- 20 iyun.- S.11.