Vətənini
canından artıq sevirdi
Əflatun Mircahangir oğlu Fərəcov
bu işıqlı dünyada 21 il yaşadı. Qaldı ki, bu
qısa ömrü xalqın qəhrəmanlıq simvolu kimi
başa vurdu.
İkinci
Qarabağ müharibəsində qanı, canı bahasına
xalqımıza şanlı qələbə sevincini
yaşadan qeyrətli Vətən oğullardan bir Əflatundur.
Bu Vətən sevdalisının şərəfli
ölümü ona əbədi olaraq ürəklərdə əzəmətli
bir abidə ucaltdı. Həm də dövlət tərəfindən
layiq görüldüyü “Vətən uğrunda”,
“İgidliyə görə”, Laçının və
Suqovuşanın azadlığı uğrunda medalları onun
müharibə meydanında göstərdiyi şücaətə
canlı nümunədir.
Əflatun
Fərəcov 1999-cu ildə cənub mirvarisi Lənkəran
rayonunun Osakücə kəndində təvəllüd
tapıb. Ailədə 5 bacı, 4 qardaş olub, erkən
yaşda valideynləri itiriblər. Böyük sevgisini
görməyən uşaqların həyatı dərk edəni
bütün arzuların zirvəsində Vətənin,
xalqın xoşbəxtliyi dayanır. Məhz buna görə də
Fərəcovlara el-obada əsl övlad məhəbbəti bəsləyir,
onlara dərin ehtiram göstərirlər. Əflatunun əsgər
yaş çatanda doğma Azərbaycanın qeyrətini hər
şeydən əziz tutmaqla, ordu sıralarında xidmətə
başlayır. Cəbhə bölgəsinə düşən
vicdanlı, qeyrətli gənc Qarabağı işğal
altında saxlayan erməni quldurlardan qisas almaqdan ötrü Vətəninə
daha da ürəkdən bağlanır. Bütün hərbi təlimlərdə
fəal olur, ən əsası əlinə silah alıb
mübarizə meydanında yağıya qarşı
döyüşmək amal onu rahat buraxmır. Əsgər
yoldaşlarına ” Vətənin şərəfini qorumaq,
düşmən tapdağına düşən müqəddəs
torpaqları azad etmək bizim borcumuzdur . Bu yolda qan tökməyə
dəyər”,- deyir.
Əflatun
xidməti başa vurduqdan sonra el-obaya fayda vermək
üçün halal zəhmətdən yapışır.
Əməlləri ona hörmət gətirir, özünə
yaxşı güzəran qurur. Düşməndən
alacağı öcə də hazır olur...
İkinci
Qarabağ müharibəsi başlanan kimi Əflatun Fərəcov
Vətənin harayına birinci yetişir. Qaynar nöqtələrə
can atır, həmişə öndə
döyüşür. Göstərdiyi şəxsi
şücaətlə əsgər yoldaşlarını da qələbəyə
doğra aparır. Talış kəndi və Suqovuşanda
haqq savaşımızda adı qəhrəmanlıq dastana
dönüb dillərdən düşmür. Dəfələrlə
ağır döyüşlərin qəhrəmanı olur.
Əflatun şəhidlik zirvəsinə ucaldığı
günü də yağı düşmənlə son nəfəsinə
qədər vuruşur. Qan tökdüyü yerə qələbə
bayrağımızı sancmaqla əbədiyyətə
qovuşur.
Zəfər Orucoğlu,
Azərbaycan
Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.- 2023.- 16 may.- S.7.