Natiq Qasımov
- gerçək Milli Qəhrəman!
Tutduğu BAYRAQ bəlli, öldüyü
TORPAQ bəlli
Azərbaycanın Milli Qəhrəmanı
adı hələ kağızda gerçəkləşməyən
Milli Qəhrəman Natiq
Qasımovun igidliyi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin
filmdən bildiyimizlə
oxşardır. Mehdi Hüseynzadə
də faşizmə qarşı vuruşub, Natiq Qasımov da. “Uzaq sahillərdə” filmində Mixaylo dinc sakinlərə görə, doğma yurddakı Natiq bəy Xocalı girovlarının ölümlərinin
qarşısını almaq
üçün “təslim
olur”. M. Hüseynzadə
haqqında da “satqın”
şayiələri yayılıb,
N.Qasımov haqqında da.
Sovet
DTK-sı (Dövlət
Təhlükəsizlik Komitəsi)
igid partizan Mehdi Hüseynzadənin
1944-cü ildəki ölümündən
13 il sonra onun qəhrəmanlığını müəyyən edib və elə həmin 1957-ci ildə o, Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülüb.
Deyilənə görə,
mərhum prezident Heydər Əliyev Mehdi Hüseynzadənin təmiz
adını aşkarlamaqda
önəmli iş görüb. Natiq Qasımovun qəhrəmanlığını
elə Azərbaycan Bayrağı ilə Xocalı girovlarına “təslim olduğu” ildə xarici jurnalistlərin foto-kameraları
üzə çıxarır.
Di gəl, 31 ildir layiq olduğu Milli Qəhrəman adı rəsmiləşdirilmir. Mehdi ölümlə
“salamlaşanda” 26 yaşında , Natiq 21 yaşında olub.
Adı rəsmiləşdirildi, rəsmiləşdirilmədi,
Natiq Qasımov gerçək Milli Qəhrəman
kimi tanınır. Niyə də tanınmasın ? Əlində, başı üstündə
tutduğu BAYRAQ bəlli,
uğrunda öldüyü
TORPAQ bəlli. Ölümü
ilə ölümdən
qurtardığı GİROV XOCALI(LAR) bəlli. Kim deyə bilər, Natiqin igidliyi tanınmır. O bir igid, gerçək Milli Qəhrəman!
Məğrur
BƏDƏLSOY
Hürriyyət.-
2023.- 7 noyabr, ¹41.- S.12.