Unudulmayan igidlik nümunəsi

 

Kənan Hacıyevin müqəddəs şəhidlik zirvəsinə ucaldığı vaxtdan 3 il ötdü...

 

Astara elinin qəhrəman oğlu Kənan Hacıyev İkinci Qarabağ müharibəsində düşmənə qarşı son damla qanına qədər döyüşərək, 19 yaşında əbədiyyətə qovuşur. Adını Azərbaycanın yeni, şanlı səhifəsinə yazan gənc əsgər ölümündən sonra dövlət tərəfindənVətən uğrunda”, Füzulinin, Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunur.

Qəhrəman Vətən sevdalısı Kənan Hacıyevin müqəddəs şəhidlik zirvəsinə ucaldığı vaxtdan 3 il ötdü. Anım günündə rayon rəhbərləri, sadə insanlar, eləcə Astarada fəaliyyət göstərən mədəniyyət nümayəndələri qəhrəmanın məzarına təzə güllər düzdülər.

Şəhid Kənan İmran oğlu Hacıyev 2001-ci il noyabrın 17-də Astara rayonunda dağlar qoynuna sığınan Anbuba kəndində dünyaya göz açıb. Vətən müharibəsi zamanı Füzuli Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsi göstərib 6 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. Nəşi uzun müddət tapılmayıb. Kənan Hacıyevin şəhid olma xəbəri təsdiqlənəndən bir müddət sonra doğma Anbuba kəndində torpağa tapşırılıb.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 28 noyabr, ¹44.- S.12.