ONLAR QANLARI İLƏ TARİX YAZDILAR

 

Unudulmaz Vətən oğulları

 

İkinci Qarabağ müharibəsində Vətən millət yolunda müqəddəs şəhidlik zirvəsinə ucalan qəhrəmanların şərəfli həyat yollarını örnək götürməklə, onlar  hər an ehtiramla xatırlanır adları ilə bağlı layiqli işlər görülür. Bu günlər isə  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri şəhid ailələrinin üzvləri  Vətən sevdalıları Samir Quliyevin, Vüsal Quliyevin məzarlarını ziyarət ediblər. Lənkəran şəhər Velədi kəndində gerçəkləşən ziyarət zamanı qəbiristanlıqdakı bütün şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, xatirələri ehtiramla anılıb.

Çıxışlar zamanı bildirilib ki, Vətən müharibəsinin şəhidləri öz qanları bahasına qəhrəmanlıq salnaməsi yazaraq, xalqımıza şanlı qələbə sevincini  yaşatdılar. Onların hər biri xalqın qəlbində özlərinə əbədi bir ömür qazandılar. Biz  30 il düşmən tapdağında olan Vətən torpaqlarını azad edib,  zəfərlə dolu yeni tarix yazan Samir, Vüsal kimi oğullara borcluyuq.

Sonra Taleh Qaraşov şəhidlərin ailə üzvləri ilə söhbət edib, qayğı problemləri ilə yaxından maraqlanıb. Şəhid ailələri öz növbələrində onlara göstərilən diqqət qayğıya görə dövlət başçısı İlham Əliyevə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Şəhid Vüsal Tahir oğlu Quliyev 1985-ci il iyunun 6-sı Lənkəran şəhərində dünyaya göz açıb. Orta  təhsilini baca vuran il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2007-ci ildə məktəbi leytenant kimi bitirən gənc zabitimiz Gəncə, Ağstafa, Ağcabədi, Beyləqan, Goran Tərtərdə yerləşən hərbi hissələrdə doğma Azərbaycanın keşiyində durub. Valideynləri Vüsalı həkim görməyi arzulasalar da, o, nümunəvi xidmət zamanı sevdiyi hərb sənətinin sirlərinə dərindən  yiyələnib. Kapitan rütbəsinə qədər yüksəlib.

Kapitan Vüsal Quliyev Vətən müharibəsinin ilk günündə işğalçı Ermənistan ordusunun növbəti təxribatlarına qarşı əks hücum əməliyyatı keçirən rəşadətli Ordumuzun sıralarında öz şəxsi heyəti ilə birlikdə düşmənə qarşı mərdliklə vuruşub. Otuz beş yaşında Suqovuşanın azad olunması uğrunda gedən  döyüşlərdə şəhid olaraq əbədiyyət adlı dünyasına qovuşub.

Vüsal Quliyev hələ sağlığında dövlət başçısının Sərəncamı iləAzərbaycan Ordusunun 100 iliyiyubiley medalına layiq görülüb. Ölümündən sonra isə 3-cü dərəcəliRəşadətordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, Füzulinin Qubadlının azadlığına  görə medalları ilə təltif olunub.

İgid zabitimizin Vətənə əmanət qoyduğu iki qız, bir oğlan övladı var.

19 yaşında adını qəhrəmanlıq  salnaməsinə  yazdıran  Samir Məhərrəm oğlu Quliyev 2001-ci il noyabrın 25-də Lənkəran rayonu, Velədi kəndində anadan olub. İkinci Qarabağ müharibəsi başlananda  ordu sıralarında olub ilk gündən Vətən torpaqların azad edilməsi uğrunda ölüm-dirim savaşına qatılır.    Füzuli istiqamətində gedən döyüşlər zamanı  böyük şücaət göstərərək şəhadətə  yetir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin   Sərəncamlarına  əsasən Samir Quliyev ölümündən sonra  Vətən uğrunda”, “Cəsur döyüşçü digər medallara layiq görülüb.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 17 oktyabr, ¹38.- S.13.