Milli Qəhrəmanın xatirəsi yad edildi
Milli Qəhrəman
Səfəralı Məmmədovun anadan olmasının
60-cı ildönümü münasibətilə Masallı
Rayon Polis Şöbəsinin əməkdaşları onun
büstünü ziyarət edib, önünə tər
güllər düzərək əziz xatirəsini yad ediblər.
Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən
AZƏRRTAC-a verilən məlumata görə, daxili işlər
orqanlarında xidmət etmiş Səfəralı Məmmədov
Vətən uğrunda gedən döyüşlərdə
iştirak edib, şücaəti ilə fərqlənib. O,
1992-ci ilin fevralın 16-da Xocavənd rayonunun Qaradağlı kənd
sakinlərini azğınlaşmış erməni dəstələrindən
xilas edən zaman döyüşərək şəhid olub.
Polis əməkdaşları
Səfəralı Məmmədovun həyat və
döyüş yolunun hər bir gənc polis əməkdaşı,
eləcə də Azərbaycan gənci üçün
örnək olduğunu, Milli Qəhrəmanın əziz xatirəsinin
daim ehtiram ilə xatırlanacağını bildiriblər.
Çıxış edənlər bu gün Səfəralı
Məmmədovun ruhunun şad olduğunu, uğrunda
döyüşərək canını fəda etdiyi Vətən
torpaqlarının artıq işğaldan azad olunduğunu və
həmin torpaqlarda Müzəffər Ali Baş Komandan Prezident
İlham Əliyev tərəfindən şanlı
bayrağımızın ucaldıldığını
bildiriblər.
Qeyd edək
ki, S.Məmmədov ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” adına layiq görülüb.
Masallı şəhərindəki küçələrdən
birinə, cəsur döyüşçünün təhsil
aldığı məktəbə onun adı verilib.
Oxuduğu məktəbin həyətində büstü
qoyulub, qəhrəmana həsr olunmuş “Qəhrəman polis”
adlı sənədli film çəkilib.
Hürriyyət.-
2023.-17 oktyabr, ¹3.-
S.13.