Şəhidlik zirvəsindən boylanmaq səadəti...

 

Birinci Qarabağ müharibəsində öz doğma Vətənini göz bəbəyi kimi qoruyan, uğrunda canını fəda edib şəhidlik zirvəsinə ucalan Valeh İbrahimovun 50 yaşı tamam oldu. Şəhid qəhrəmanın adı özündə Vətəninə, xalqına sonsuz məhəbbət  hissini yaşatmaqla, milyonların qəlbində əbədi olaraq yurd-yuva qurub. Lerik camaatı öz igid oğlu ilə həmişə fəxr edir, burada onun şərəfinə layiqlı işlər görülüb. Elə onun 50 illiyinə həsr olunmuş anım tədbiri Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasında baş tutdu.

Mərasimə qatılanlar şəhidin uyduğu müqəddəs yerə baş çəkib, məzarı üzərinə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbir Azərbaycan Respublikasının müstəqilliyi ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anmaqla  başlandı. Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov şəhidin həyatı döyüş yolu haqqında danışaraq dedi:

- Valeh İbrahimov 1973-cü il oktyabrın 4-də Lerik şəhərində anadan olub. Təhsil aldığı 2 saylı orta məktəbi bitirdikdən sonra 1991-ci ildə Lerik Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılaraq Qarabağ cəbhəsinə yola salınıb.  O, bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edərək qəhrəmanlıq göstərib. Döyüşçü dostlarının dediyinə görə, Valeh ölümlə üz-üzə gəlməkdən heç vaxt qorxmayıb, hər döyüşdə sərrast atəş açmaqla düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib, dostlarını qələbəyə doğru aparıb.

Qəlbi Vətən sevgisi ilə döyünən Valeh İbrahimov 1994-cü il yanvarın 12-də düşmən gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək, Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, İkinci Qarabağ  müharibəsində, eləcə  son antiterror əməliyyatlarında Lerik rayonundan olan Vətənin qeyrətli  qəhrəman oğullarının da misilsiz rəşadət göstərdiyini, “Azərbaycanın Milli QəhrəmanıVətən Müharibəsi Qəhrəmanıadları verilmiş, müxtəlif orden-medallarla təltif edilmiş hərbi qulluqçuların sırasında leriklilərin adlarının olduğunu, qəhrəman şəhidlərin xatirəsinin daim uca tutduğunu, onların  həyatı keçdiyi döyüş yolunun həmişə təbliğ olduğunu  deyib.

Tədbirdə şəhidin vaxtilə təhsil aldığı Lerik şəhər 2 saylı tam orta məktəbinin müəllimi Hacırza Quliyev,  sinif yoldaşları Natiq İsaqov, Həmid İmanov, döyüş yoldaşı Veysəl Məlikov, Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının direktoru Tehran Höccətov çıxış edərək, hər bir şəhidimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, eləcə şəhidlərin  Vətənə, torpağa sevgiləri hər bir azərbaycanlı üçün örnək olacağını söyləyiblər.

Şəhid Valeh İbrahimovun qardaşı Vaqif İbrahimov şəhidin xatirəsinə göstərilən ehtirama görə ailə üzvləri adından razılığını bildirib.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiyadan sonra şəhid Valeh İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin intellektual yarışın qaliblərə mükafatlar verilib.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.-17 oktyabr, ¹38.- S.13.